Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə59/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   55   56   57   58   59   60   61   62   ...   431
Anjuman Boku (6)

22 iyun, 2022-ci il. 
Özbəkistan, Daşkənd. “Şərq və Qərb Renessans 
ədəbiyyatı: Nəvai və Şekspir” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans. 
Xədicə Heydərova “Əlişir Nəvai yaradıcılığının türk dillərinə göstərdiyi təsir və 


129 
türk dünyasında onun dilinə həsr olunmuş müəllif lüğətləri” mövzusunda məruzə 
etmişdir. 
x x x 
AMEA Nəsimi adına Dilçilik İnstitutu qardaş Özbəkistanın elmi-tədqiqat və 
təhsil dairələri ilə əlaqələrini davam, inkişaf etdirilməsini özünün əsas
hədəflərindən hesab edir. 
22 aprel, 2022-ci ildə
Nəsimi adına Dilçilik İnstitutu Özbəkistanın Əlişir 
Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə onlayn 
görüş keçirib, əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilədə birgə elmi 
tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi
doktorant mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Azərbaycan – Özbəkistan dostluğu, ana dilinin dəyəri haqqında mövzular müzakirə 
olunub.
14 iyun, 2022-ci il 
tarixində Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi 
adına Dilçilik İnstitutu və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və 
Ədəbiyyatı Universiteti arasında anlaşma 
MEMORANDUMU
imzalanmışdır. 
Hörmətli rektor Şuhrat Sirociddinov Samariddinoviçin təmsil etdiyi Əlişir 
Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə bir sıra 
önəmli razılığa gəlinib: 
Elm və təhsil üzrə əməkdaşlıq:

müəssisələrin əməkdaşlarının məsləhətləşmə, mühazirə və layihə hazırlamaq 
məqsədilə qısa müddətli səfərləri

tədqiqatçıların və texniki işçilərin hazırlıq, birgə tədqiqat layihələrində iştirak 
üçün səfərləri; 

beynəlxalq proqramlarda iştirak; 

elmi tədqiqatların tanıtdırılması; 

birgə tədqiqat və pilot layihələri; 

birgə seminarların, akademik görüşlərin, konfransların, təlimlərin və s. təşkili 
və onlarda iştirak; 

iki elmi müəssisə arasında akademik informasiyanın və nəşrlərin mübadiləsi; 
Hazırkı anlaşma memorandumu daha müfəssəl iş planları (şöbələr arasında 
razılaşmalar) ilə dəstəklənəcək və cari layihələrin tələblərinə görə dövri olaraq 
hazırlanacaq. Hər bir planlaşdırma mərhələsinin sonunda nəticələr haqqında 
hesabat veriləcək və hər iki tərəfin nümayəndələri tərəfindən dəyərləndiriləcək. 
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun 
Türk dilləri şöbəsində aparılacaq tədqiqat işlərinin mövzuları müəyyənləşdirilərkən 
p
erspektivlər 
nəzərə alınmışdır: 
1.Türk ədəbi dillərində Cağatay (qədim özbək) elementləri
2.Cağatayca – azərbaycanca lüğət 


130 
3.Özbək dilinin dialektləri (Azərbaycan dilinin dialektləri ilə müqayisədə) 
4.XIV-XVI əsrlər Azərbaycan və özbək ədəbi dillərinin ortaq cəhətləri 
5.Azərbaycan və özbək dillərinin müqayisəli sintaksisi 
6.Əlişir Nəvai və otra əsrlər Azərbaycan ədəbi dilinin normaları 
Cəmiyyətin inkişafında elmi tərəqqi nailiyyətlərin, o cümlədən Azərbaycan 
dilçilik elmi başqa ölkələr, ilk növbədə türk xalqları ilə əməkdaşlıq sayəsində, 
qarşılıqlı surətdə milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf edir. Müasir 
dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi 
keçmişinə əsaslanır. Bütün dövrlər ərzində Azərbaycan və özbək xalqları dost 
olmuş, mədəni və mənəvi dəyərlərlə qarşılıqlı surətdə faydalanmışlar. 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin