NAZIM HIKMƏT VƏ AZƏRBAYCAN ƏDƏBI MÜHITI
Əflatun BAXŞƏLIYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Səməd Vurğun qardaş dillərimizin böyük xalq şairi – dillərimiz yaşadıqca
əbədi yaşayacaqdır. Səməd Vurğun poeziyamızın nəhəng planetidir. Bu planetin
günəşi, ulduzları sönməzdir.
Nazim Hikmət
Postsovet illərində ədəbi əlaqələr müstəvisində S.Vurğun böyük türk şairi
Nazim Hikmətlə, xüsusilə yaxın münasibətdə olmuşdur. Bu şairlər arasındakı
ədəbi-mədəni yaxınlıq, dostluq əlaqələri daha parlaq bir səhifə təşkil edir. Bu da
Azərbaycanda və Türkiyədə hər iki şaiirn sevilməsinə səbəb olan ilkin şərtlərdən
biridir. Nazim Hikmət həm də Səməd Vurğunun dostluq etdiyi yeganə ədəbi
simadır ki, o da Azərbaycan şairinin bədii erudisiyasında, həyata orijinal
368
baxışlarında ona əvəzsiz təsir etmişdir. Mütəxəssislərin araşdırmalarına görə
N.Hikmət Azərbaycanda 9 dəfə (1921, 1923, 1927, 1957, 1958 oktyabr və
dekabrda, 1960 və 1962-ci illərdə may və oktyabr aylarında) olmuşdur. Əlbəttə,
təbiidir ki, şairin birinci və ikinci dəfə Azərbaycana gəlişi o qədər də hiss
olunmamışdır. Çünki bu illərdə o hələ ədəbi mühitdə o qədər də tanınmırdı. Amma
1927-ci ildəki gəlişi isə şair üçün daha uğurlu olmuşdur. Belə ki, bu gəlişi illərində
onun əsərləri Azərbaycanın müxtəlif mətbuat orqanlarında çap edilmiş, şairlə bir
sıra görüşlər keçirilmiş, onun haqqında bir çox məqalələr dərc olunmuşdur.
Bununla da azərbaycanlı oxucular tərəfindən türk şairinə sonsuz məhəbbət,
əsərlərinə isə diqqət və maraq artmışdır. Təsadüfi deyildir ki, məhz düz bir il sonra
1928-ci ildə şairin “Günəşi içənlərin türküsü” kitabı azərbaycan türkcəsində çap
olunmuşdur. Əsəri azərbaycan dilinə S.Rüstəm tərcümə etmiş və özü də bu kitabın
redaktoru olmuşdur. Şairin taleyi elə gətirib ki, Nazim Hikmət Səməd Vurğunla
görüşə bilməyib. Nazim Hikmətin Azərbaycana birinci və ikinci gəlişində (1921-
1923) Səməd Vurğun Qazax Seminariyasında tələbə idi, təzəcə şeirlər yazmağa
başlayırdı. 1927-ci ildə isə Səməd Vurğun hələ əyalətlərdə çalışır, olsa-olsa bir sıra
lirik şeirləri mətbuatda çap olunurdu. Amma onun Türkiyəli şairlə görüşməsinin
əsas səbəbi tamamilə başqa idi. Nazim Hikmət Bakıya kommunist şair kimi
gəlmişdir. Ona görə də məhz onu qarşılayanlar haqqında məqalə yazanlar,
görüşlərini təşkil edənlər də proletar şairləri – “Qızıl qələm”, cəmiyyətin üzvləri
S.Rüstəm, M.Müşfiq, Əli Nazim, H.K.Sanlı, Ə.Fövzü, M.Rəfili və b. şairlər idi.
Deməli buradan belə bir nəticə meydana çıxır ki, S.Rüstəmin, N.Hikmətin “Günəşi
içənlərin türküsü” kitabına redaktorluq etməsi heç də təsadüfi deyildir. Məhz elə
həmin illərdə Bakıda Mayakovski və Anri Barbusla da görüşləri “Qızıl
Qələmçilər” təşkil etmişlər. Səməd Vurğun isə bu illərdə hələ gənc bir şair kimi
romantik hisslərlə yaşayan, lirik şeirlər qələmə alan, öz sevgilisinə məhəbbətini
poeziya dili ilə ishar edən bir şair idi. Bu illərdə Səməd Vurğun nəinki “Qızıl
Qələmçilər” təşkilatının üzvü deyildir, hətta bu təşkilatın fəal üzvü olan
Ə.Fövzünün komsomolçu qıza həsr etdiyi bir şeiri ciddi tənqid etmiş, qardaşına
yazdığı məktubda “O günkü yekrənk ədəbiyyatın (oxu: proletar ədəbiyyatının –
A.S.) amansız bir düşməni” olduğunu bəyan etmişdir. Nazim Hikmətin
Azərbaycana sonrakı səfərləri isə Səməd Vurğunun vəfatından sonrakı illərə
təsadüf etmişdir. Amma sən demə türk xalqının iki tanınmış oğlunun taleyində
onların görüşmək qisməti də yazılıbmış. Hər bir Nazim Hikmət oxucusuna yaxşı
məlumdur ki, o, öz əsərlərini öz xalqının azadlığı uğrunda mübarizəyə, həyat
mənafeyinin yaxşılaşdırılmasına həsr etmiş, bu da Türkiyənin hakimiyyət
dairələrinə xoş gəlmirdi. Əlbəttə, bu da şairin bir neçə dəfə həbs olunmasına səbəb
olmuşdur. N.Hikmət 1951-ci ildə Moskvaya yaşamağa gəlir. 1951-ci ilin
sentyabrında Bolqarıstanda Nazim Hikmət S.Vurğunla görüşür. Səməd Vurğun
369
həmin görüşə qədər Nazim Hikməti görməsədə, yaradıcılığına, şübhəsiz ki,
yaxından bələd olub. O, Nazim Hikmətin 1927-ci ildə Bakıya təntənəli səfərindən
mətbuatda dərc edilən əsərlərindən, 1928-ci ildə Bakıda çap olunan kitabından,
sonrakı illərdə isə təkcə o vaxt ki, İttifaqa deyil, dünyaya yayılan şöhrətindən
xəbərsiz qala bilməzdi. Şairin Nazim Hikmətin yaradıcılığına çox erkən bələd
olması, onun Nazim Hikmətin “Moskva da Herakliti düşünür” şeirinin təsiri ilə
hələ 1929-cu ildə şeirin müəllifinə ithaf etməsi də təsdiq edir. Bu iki qüdrətli şairin
sonralar da Moskvada görüşdüklərini Nazim Hikmətin Səməd Vurğuna şeirlərini
oxuduğunu onun köməkçisi Ə.Babayev də təsdiq edir. Moskvada Mərkəzi
Yazıçılar Evində Nazim Hikmətlə 1951-ci ilin oktyabrında keçirilən görüşdə onun
“Mübariz poeizyası türk ədəbiyyatının inkişafında mühüm rol oynaması haqqında
Azərbaycan ictimaiyyəti adından görkəmli şair Səməd Vurğunun çıxış etməsi”
haqqında məlumat verilir. Nazim Hikmət özü də Bakıdan aldığı təəssüratlardan
ilhamlanaraq yeni-yeni əsərlər qələmə alırdı. R.Təhməzoğlu yazır: “N.Hikmət
bütün varlığı ilə doğma vətəni Türkiyəyə bağlandığı kimi, qırılmaz tellərlə
Azərbaycan xalqına da bağlı sənətkar idi. Ürəyi bu torpağa sonsuz sevgi duyğuları
ilə dolu idi. Ona görə Azərbaycana gələndə böyük hörmətlə qarşılanar, qələmə
aldığı mövzular yüksək poetik nümunələr kimi qəbul olunardı. Bu poetik
nümunələri isə şairin çıxışları, elmi və publisistik məqalələri tamamlayırdı”.(3)
Nazim Hikmətin Azərbaycana 1957-ci ilin oktyabr ayındakı səfəri də belə
olmuşdur. Türkiyəli şair bu səfərində bir ay Azərbaycanda qalmış, təxminən il
yarım əvvəl dünyasını dəyişmiş Səməd Vurğunun doğulduğu Qazaxda, onun bir
müddət işlədiyi Gəncədə, Göygöldə olmuş və təəssüratlarının nəticəsində
yazmışdır: “Burada mən hara getdimsə Səmədə rast gəldim. Hər şəhərdə, hər
kənddə, hər məktəbdə, hər klubda, neft buruqlarının yanında, pambıq tarlalarında,
hər evdə Səmədlə üz-üzə gəldim. Hər süfrədə qədəhimi onun qədəhi ilə
toqquşdurdum. Hər narı, hər üzüm salxımını Səmədlə bölüşdüm”
22
.(1)
Nazim Hikmət bu səfərində də aldığı təəssüratlardan vəcdə gələrək “30 il
sonra” adlı şeirini qələmə almışdır ki, bu poetik nümunə də türk şairi öz yaxın
dostu Səməd Vurğunu böyük həsrət dolu misralarla xatırlamışdır:
Yine böyle ağır,
Yine böyle erimiş kurşun gibiydi
Amma neft kuyularında,
Suların dibine dikdiyimiz
Neft ağacları yoktur.
Sumqayıt denen kıraç bir yer vardı,
Kupkuruydu toprak,
22
N.Hikmət. Xalqın malı olan sənət. B.”Kommunist” qəzeti, 13 noyabr 1957
370
Amma zavotlu, bağlı, bahçeli,
Yüz min nüfuslu Sumqayıt şeheri yoktu.
“Azerbaycan” şeiri vardır yine
Amma Sametinkiler yoktu!
1957-ci ildəki Bakıya etdiyi səfər zamanı həmçinin (27 oktyabrda) Səməd
Vurğunun ev muzeyində olmuş, ürəyindən ən acı ağrılı duyğular keçirmiş, şairin
yoxluğundan çox kədərlənərək “Səməd Vurğuna” adlı şeirini yazır:
Nehayet şehrine gele bildim
Amma gec kaldım, Samed, görüşe bilmedik.
Bir ölüm boyu gec kaldım
Maqnitofondakı sesini dinlemek istedim, Samed.
Ölülerin büsbütün ölmenden
Resimlerini de bakamam
Amma gün gelecek seni de senden
Büsbütün ayıracağım, Samed.
Sayqılı xatireler dünyasına gireceksin,
Məzarına çiçək də qoya bileceyim,
Gözüm yaşarmadan.
Sonra gün gələcək, sənin başından keçən iş
Benimde başımdan keçecek Samed.(2)
Bu da olduqca maraqlı bir faktdır ki, N.Hikmətin şairin oğlanları ilə də
görüşləri olmuşdur. Hətta N.Hikmət 1960-cı ilin martında Səməd Vurğunun böyük
oğlu Yusifin toy şənliyində iştirak etmişdir. Onu da qeyd edək ki, Yusifə
Səmədoğlu təxəllüsünü də Nazim Hikmət vermişdir. Nazim Hikmətin təkidi ilə
Yusif öz əsərlərini Yusif Səmədoğlu imzası ilə qələmə almışdır. Yusif Moskvada
N.Hikmətlə görüşmüşdür. Bu görüş məqamında türkiyəli şair Yusif Səmədoğludan
soruşur:
- Əsərlərini necə imzalayırsan? Özünə hansı təxəllüsü seçmisən?
- Adımı və Familimi yazıram.
- Yusif Vəkilov.
- “Ov” sonluğu ilə bir qədər rusca səslənən familini atanın adıyla əvəz et.
Türkcə olan “oğlu” çox yaxşı səslənir, başlıcası isə qavram üçün çox məqbuldur.
Gör necədə gözəl səslənir: Yusif Səmədoğlu. Sizinlə razıyam deyə gənc cavab
verir. Daha sonra Vaqif də əsərlərini belə imzalayır: Vaqif Səmədoğlu. Bir işə
baxın ki, bu oğlanların adını şair Səməd Vurğun vermişsə, təxəllüslərini türkiyəli
şair Nazim Hikmət verir. Xoşbəxtlikdən 1960-cı ilin əvvəllərində Nazim Hikmət
Səməd Vurğunun kiçik oğlu Vaqiflə də görüşür. Onlar da xeyli söhbət edir, ən
yaxın və doğma adamlar kimi bir-biri ilə öz aralarında isti münasibət yarada
bilirlər. Nazim Hikmət Vaqif Səmədoğluna Bakıya səfərlərini xatırladır:
371
- Yadındadırmı, 1957-ci ildə Bakıya gəlmişdim. Sonra 1960-cı ildə isə
Yusifin toyuna gəldim.
- Yadımdadır. Siz atamla dost idiniz. Ona həsr etdiyiniz şeiri də oxumuşam.
Səməd Vurğun yaxşı kişi idi, Allah ona rəhmət eləsin.
Vaqif Səmədoğlu Nazim Hikmətin bir etirafını da xatırladır: “Nazim Hikmət
ümüdləri puç olmuş, parlaq, gözəl bir insan idi. O, mənə və köməkçisi Əkbər
Babayevə açıq-aşkar dedi ki, “Mən sosializmi Moskvada görmədim. Sosializmi
mən Stokholmda, İsveçdə gördüm. Bu vaxtilə “Sovetlər birliyi həqiqi insan kimi
necə yaşamaq lazım gəldiyini göstərən yeganə məmləkətdir” – deyən bu amalla
vətəni Türkiyəni tərk edib, özünə Moskvanı vətən seçən kommunizmə tapınan və
sənətində əsas vəzifəsini “Xalqı kommunizmə səsləmək”də görən “Aldanmış”
böyük sənətkarın ağrılı, faciəli etirafı idi və dedikləri acı da olsa, həqiqət idi. Bunu
Vaqif Səmədoğlu da təsdiq edir. Təsadüfi deyildir ki, illər keçdikdən sonra Vaqif
Səmədoğluda İsveçdə olub.
Nazim Hikmət Vaqif Səmədoğlunun dünyagörüşündə, mənəviyyatında dərin
izlər buraxır. Eləcə də Vaqif Səmədoğlunu Nazim Hikmət bədii irsinə
məhəbbətindən, sevgisindən irəli gələrək, məhz Vaqif Səmədoğlunun şeirlərində
Türkiyə şairinin böyük təsiri açıq-aydın görünməkdədir. Təsadüfi deyildir ki,
1963-cü ildə N.Hikmətin vəfatından sonra Vaqif Səmədoğlu bir vaxt atasının
ölümünə həsr edən bir şairə “Nazim Hikmətə” adlı şeir həsr edir:
Öləndə neçə yaşın var idi sənin?
Neçə qış, neçə bahar görmüşdün?
Öləndə kimin samansarısı saçlarının
Qoxusunu eşitdim?
Torpağını gördünmü gözlərini yumanda?
Mavi gözlərinin səması indi yox,
Gecə çökdü gözlərinin səmasına
Neçə ulduz söndü.
Mavi gözlərinin qapanmış gecəsində
İşığı bizə heç bir vaxt çatmayacaq ulduzlar.
Öləndə neçə yaşın var idi sənin?
Yoxsa hələ doğulmamışdın? (4)
Türk dünyasının iki nəhəng şair oğluna iki tarixi teleqram da şahidlik edir.
Birincisi 50 illik yubileyi münasibətilə əlaqədar Səməd Vurğunun özünə, ikincisi
isə ustad şairin vəfatı ilə bağlı ailəsinə ünvanlanan bu teleqramları Nazim Hikmət
göndərib. O dostu Səməd Vurğunu 50 illiyi münasibətilə ilə əlaqədar olaraq
göndərdiyi teleqramda deyir:
“Əzizim Səməd! Sən xalqının elə bir sevgisini qazanmısan ki, bütün şairlər
həmişə bu cür sevgiyə layiq olmaq arzusunda olmuşlar. Sənə və hər birimizə sənin
372
100 illiyini bayram etməyi arzulayıram. Sənin ecazkar və müdrik şeirlərini
oxuyuram və özümü sənin yanında hiss edirəm, səni qucaqlayıram. Qardaşın
Nazim Hikmət. Moskva.”
Bütün Vurğun sevənlərə yaxşı məlumdur ki, 50 illik yubileyində şairin özü
belə ağır xəstə olduğuna görə iştirak etməmişdir. Amma Nazim Hikmətin bu
teleqramıvə işlətdiyi qardaş kəlməsi Səməd Vurğuna çox yüksək təsir etmiş, onu
bir qədərdə kövrəltmişdir.
Nazim Hikmətin ikinci teleqramı isə təkcə şairin ailəsinə deyil, eləcə də
onun yüksək sənətinə ünvanlanan ürək sözləri idi. O, bu teleqramda yazır: “Səməd
Vurğun – qardaş türk dillərimizin böyük şairi. Dillərimiz yaşadıqca yaşayacaq.
Səməd Vurğunun təməl qaynaqlarında duran şairin görkəmli türkiyə şairləri
T.Fikrət, R.Tofiq, N.Kamal, Ə.Hamid, N.Hikmət kimi şairlərindən təsirləndiyini
də təsdiq edir. Onun estetik idealı və ədəbi kredosunun formalaşmasında bu kimi
türkiyə şairlərinin təsiri az olmamışdır. Elə məhz şairin pantürkist və millətçi kimi
yaradıcılığının ilk dövründə adlandırılaraq müəyyən təqib və təzyiqlərə məruz
qalaraq ümumtürk ədəbi ənənələri inkişaf etdirmək olmuşdur. Bu fakt, əlbəttə, bu
illərin ədəbi tənqidində öz təsdiqini tapır. Bu məsələyə M.C.Bağırov da öz çıxış və
məruzələrində toxunmuşdur. Özünün də bir etirafına görə M.C.Bağırov şairi
“Pantürkistləri müdafiə edən qatı millətçi” kimi dəfələrlə cəzalandırmışdır.
Əlbəttə, bu da mütləq bir həqiqətdir ki, şair hətta bu məsələlərlə bağlı bir sıra
əsərlər yazmış, lakin onları çap etdirə bilməmişdir. Ancaq bu aspektdən olan
fikirləri şairin bəzi əsərlərinin kontekstində görmək mümkündür. Şübhəsiz ki, bu
ruhlu əsərlərin tədqiqi çox çətin bir zamanda yaşamış və mürəkkəb bir yaradıcılıq
yolu keçmişdir. Səməd Vurğunu olduğu kimi tanıtmağa əsas verir. Səməd Vurğun
hər misrası ilə məhşur olan bir şair idi. Onun bədii enerjisi nəinki bu günümüzə
qədər gəlib çıxmış, eləcə dəsabahımıza baş alıb gedəcəkdir. Şairin türk
poeziyasından faydalanması və bəhrələnməsi soy-kökümüzə böyük ehtiram və
hörmət kimi əbədiyaşardır. Bu xalqların bir tarixi kökdən şaxələnib yayılmasının
canlı və parlaq bir rəmzidir. Etnik qohumluğumuza, bir dinə, bir mənsəbə, bir
əqidəyə bağlanmağımızın, xidmət etməyimizin bu günümüz və gələcəyimiz üçün
parlaq bir nümunədir.
Dostları ilə paylaş: |