373
5.
Vurğun S. Biblioqrafiya M.F.Axundov. Azərbaycan Milli Kitabxanası.
B., 2016, 584 s.
XÜLASƏ
Açar sözlər
: şair, əsər, ədəbi əlaqə, mənəvi, mədəni.
“Nazim Hikmət və Azərbaycan ədəbi mühiti” adlı məqaləsində tədqiqatçı
hər bir misrası ilə məşhur olan Azərbaycanın görkəmli
şairi Səməd Vurğunla
böyük Türk şairi Nazim Hikmət arasındakı xüsusi yaxın münasibətdən bəhs edir.
Bu şairlər arasındakı ədəbi-mədəni yaxınlıq, dostluq
əlaqələrinin daha parlaq
olmasından danışır, hər iki şairin yaradıcılığındakı oxşar cəhətlərlə bağlı paralellər
aparır. O göstərir ki, bu da Azərbaycanda və Türkiyədə hər iki şairin sevilməsinə
səbəb olan ilkin şərtlərdən biridir. Tədqiqatçı-alim
eyni zamanda qeyd edir ki,
Nazim Hikmət Səməd Vurğunun dostluq etdiyi yeganə ədəbi simadır ki, o da,
Azərbaycan şairinin bədii erudisiyasında, həyata original baxışlarında ona əvəzsiz
təsir etmişdi. Tədqiqatçı həm də öz məqaləsində
Nazim Hikmətin Azərbaycana
doqquz dəfə gəldiyini qeyd edir. Türk şairinin 1927-ci ildəki gəlişinin daha uğurlu
və maraqlı olduğunu göstərir.
Alim
qeyd edir ki, Nazim Hikmət bu gəlişi
illərində onun əsərləri
Azərbaycanın mətbuat orqanlarında çap edilmiş, şairlə bir sıra görüşlər keçirilmiş,
onun haqqında bir çox elmi və publisistik məqalələr çap olunmuşdur. Bununla da
Azərbaycan oxucuları tərəfindən
türk şairinə sonsuz məhəbbət,
əsərlərinə isə
xüsusi diqqət və maraq artmışdır.
Dostları ilə paylaş: