Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə18/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   14   15   16   17   18   19   20   21   ...   431
Anjuman Boku (6)

 

 
“Yaxshilik qil, daryoga tashla,
 
Baliq bilar,
Baliq bilmasa, xoliq bilar”. [4, 37] –
Özbək atalar sözünün də, bir növ, nağıldan qaynaqlandığını göstərə bilərik.
Özbək və Azərbaycan atalar sözlərinin müqayisəli tədqiqində ikinci tip kimi 
özünü göstərən örnəklər də çoxdur. Məsələn, özbək atalar sözündə deyilir:
“Bulbul chamanni sevar,
Odam – Vatanni”. [4, 5] 
Verilən nümunə ilə səsləşən Azərbaycan atalar sözü belədir:
“Bülbül gülü sevər, 
İnsan – Vətənin”. [2, 159] 
Hər iki nümunə arasındakı yaxınlıq göz qabağındadır. Sadəcə, özbək 
variantındakı “çəmən” sözü “gül” ilə əvəzlənmişdir. Poetik cəhətdən də örnəklər 
arasındakı mütənasiblik gözlənilmişdir. Nəzm dilinə uyğun olaraq hə iki 
nümunənin ikinci misrasında ellipsis (söz düşümü) özünü göstərir (“sevər” 
sözünün buraxılması).
Digər atalar sözlərinə müqayisəli şəkildə diqqət yetirək: “Oltin o'tda bilinar,
Odam – mehnatda” [4, 17] – “Qızıl atəşdə, İnsan zəhmətdə bəlli olar” [2, 
202]. Hər iki nümunə arasında elə bir fərq yoxdur. “Oltin” sözü “qızıl”la, “mehnat” 
sözü zəhmətlə əvəz edilmişdir. Əslində elə “mehnat” sözü özbəkcə “əmək, iş” 
anlamlarını bildirir.
Özbəkcədə bir-biri ilə yaxından səsləşən “Harom haromni chaqirar” [4, 22] 
və “Haromdan kelgan haromga ketar” [4, 22] atalar sözləri ilə Azərbaycan dilində 
işlənən “Haram gəldi halalı apardı” [2, 641] və “Haram harama gedər” [2, 642] 
nümunələri də, demək olar ki, biri digərinin təkrarıdır. Eləcə də “Yomon odam 
yo'ldoshini qaritar” [4, 29] özbək atalar sözü ilə “Yaman arvad deyingən olar” [2, 
390] və “Yaman arvadın evi cəhənnəmdir” [2, 390] atalar sözlərimiz arasındakı 


40 
məna bağlılığı göz qabağındadır. Eyni sözləri digər atalar sözləri haqqında da 
demək mümkündür: “Ilon ilonning quyrug'ini bosmas” [4, 32] “İlan ilanı vurmaz” 
[2, 358]. 
Aşağıda verilən nümunələr də özbək-Azərbaycan atalar sözlərində səciyyəvi 
cəhətləri əks etdirmək baxımdan diqqətəlayiqdir. Bu örnəklər həm məzmun, həm 
də forma baxımından bir-birləri ilə həmahəng səslənir. “Do'st yuzingga boqar, 
Dushman – izingga” [4, 49] – “Dost başa baxar, düşmən ayağa” [2, 277]; 
“Yaxshilik qilmasang, yomonlik ham qilma” [4, 37] – “Yaxşılıq yaxşılıq gətirər, 
yamanlıq nəyə gərəkdir?” [2, 402]; “Do'st ming bo'lsa ham – oz, Dushman bir 
bo'lsa ham – ko'p.” [4, 48] – “Dost min isə azdır, düşmən bir isə – çoxdur” [2, 
278]. 
Təqdim edilən nümunələrdən də göründüyü kimi, özbək və Azərbaycan atalar 
sözləri mövzu, məzmun, forma və sənətkarlıq baxımından bir-biri ilə olduqca 
ümumi cəhətlərə malikdir. Onlar arasında bu yaxınlıq, ortaq və ümumu cəhətlər, 
heç şübhəsiz, hər iki xalqın eyni dil ailəsinə mənsubluğu, ədəbi-bədii düşüncə 
tərzi, ortaq ədəbi-mədəni ənənələrə malik olması ilə şərtlənir. Aparılan 
müqayisələr tam şəkildə olmasa da, gəlinən nəticələr göstərir ki, özbək-
Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində müşahidə edilən ədəbi-mədəni 
əlaqələrin miqyası təkcə yazılı ədəbiyyatla məhdudlaşmır. Hər iki xalqın 
ədəbiyyatı arasında ədəbi əlaqələr şifahi şəkildə yaranan folklor nümunələri 
üzərində də geniş və hərtərəfli öyrənilməlidir. Özbək-Azərbaycan folklorunda 
müşahidə edilən ümumi cəhətlər bütün janrlar üzrə araşdırılsa, şübhəsiz, yeni-yeni 
faktları üzə çıxaracaq, yeni tədqiqat istiqamətləri müəyyənləşdirmiş olacaqdır.

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin