Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə64/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   60   61   62   63   64   65   66   67   ...   431
Anjuman Boku (6)

Yurtim, menga zar kerakmas zarlaringdan,
Kipriklarim unsalar bas gardlaringdan.
Men bir nasim bo‟lib keldim, men bir nasim,
Aytib o‟tsam deyman ko‟hna dardlaringdan.
Menga dunyo kerakmas, bir xas yetar,
Yassaviylar yotgan aziz yerlaringdan [2, s.120]. 
"Vətən mahnısı" şeirində "Mən Vətəni sevərəm, Təndə canəmdır Vətən. 
Ulduzları gözümdür, Osmonimdir Vətən", – deyə vətənə özünün məhəbbətini ifadə 
edir. Vətənin böyük bir tarixi keçmişə malik olmasına diqqət çəkir. Vətənin 
azadlığı ona hər şeydən əzizdir: 
Kipriklarim varaqlar, 
Oy sahfalar charaqlar. 
Toshlari ham yaraqlar, 
Nur bayonimdir Vatan. 
 
Tog'i - Buxoriy bobom, 
Bog'i - bahoriy bobom. 
Temur - suvoriy bobom, 
Shohjahonimdir Vatan. 
 


137 
Menda ko'pdir hur niyat, 
Eng azizi - Hurriyat. 
Sharafing – abadiyat 
Sharaf - shonimdir Vatan [3, s.65] . 
"Vətən üçün, millət üçün, xalq üçün" şeirində bütün poetik ruhuyla xalqına, 
millətinə bağlılığını poetik dərketmədə göstərə bilmişdir: 
Jahotaning bayrağı həm qoradır, 
İnsan yashar yoruğlik barhaq ucun 
Hər oğul-qız bilsang jigarporadır – 
Vatan uchun, millat uchun, xalq uchun. 
 
…Bobolaring xokin borib surishtir, 
Tuğları-yu tığrolani kor kuchin, 
Umrları boshdan oyoq kurashdır 
Vatan uchun, millet uchun, xalq uchun [4, s.94-95]. 
 
Şairin vətən haqqında yazdığı şeirlərlə yanaşı, özbək xalqının tarixində 
mühüm rol oynayan tarixi şəxsiyyətləri haqqında da yazmışdır. Xüsusilə
Teymurləng, Zahirəddin Məhəmməd Babur, Əlişir Nəvai, eləcə də vətənin tarixi 
məbədləri, hər torpağı, daşı haqqında yazdıqları keçmişi yaşatmaq baxımından 
təqdirəlayiqdir. Şair keçmişə bugünün və dünənin gözü ilə baxaraq ülvi hisslərini, 
duyğularını bildirir. Bu şeirlər gənc nəsildə vətən hissini, fəxarət duyğusunu, 
mənəvi-əxlaqi keyfiyyətini bir qədər də artırmış olur. Bəzən şair vətənlə Nəvai 
anlayışını birləşdirir, vətəni Nəvaidə görür, onu hər şeydən yüksəkdə tutur: 
Diriliyin zəngi Nəvai, 
Böyüklüyün rəngi Nəvai. 
İşıqlandı ziyasız aləm, 
Türk ellərinin danı Nəvai. 
Beş əsrlik röyadır dünya, 
Beş əsrlik çini Nəvai. 
Bir ümmandır ibtidası yox, 
Yoxdur onun sonu — Nəvai. 
Tarix kimi qədimdən qədim 
Zaman keçər, yeni Nəvai. 
Vətən kimi sərhədi sonsuz, 
Vətən kimi mənqu Nəvai [5]. 
(Tərcümə Yaşar Qasımbəylinindir) 
"Əmir Teymurun heykəli qarşısında" kiçik şeirində böyük fatehi ədalət 
mücəssəməsi kimi təqdim edir. Tarix bizdən uzaqlaşdıqca, onun dəyəri daha da 


138 
artır, ona düzgün qiymət verməyə çalışırıq. Şair də Əmir Teymurun obrazını poetik 
şəkildə yaradır, heykələ dönmüş bu böyük sərkərdənin kimliyini təqdim edir və 
"ədavət ilə gələn hər hansı bir gücün" Əmir Teymur heykəlinə dəyib 
parçalanağacığını bildirir:
Ədalət daim belə: 
yavaş-yavaş yüksələr. 
Yamanlıq əzəl-əbəd 
yer təkində gizlənər. 
Ədavət ilə gələn 
indi hər hansı bir güc, 
Əmir Teymur heykəlinə
dəyib parçalanacaq [5].
(Tərcümə Yaşar Qasımbəylinindir) 
Siracəddin Səid Babur obrazına da tez-tez müraciət etmiş və buunla da bu 
tarixi şəxsiyyəti bədii düşüncədə yaşatmaq yolunu tutmuşdur. Onun şeirlər 
kitabından birinin Babura həsr edilməsi də təsadüfi deyil. "Yüz oh, Zahirəddin 
Məhəmməd Babur" kitabında toplanan şeirlərdə Baburun həmişəyaşar obrazını 
yaratmışdır: 
Buncha uzun oh tortdingiz, oh Bobur,
Muttahamlar dunyosida shoh Bobur.
Andijonu Hindu – yetti iqlimda
Topilmadi Sizga bir dodxoh, Bobur.
Ollohimning dargohlari keng, lekin
Sig‟dirmadi Sizni bu dargoh Bobur.
Kecha uzun, manzil olis, yo‟l uzoq,
Sizga faqat yolg‟iz oy hamroh, Bobur.
Nonko‟r beklar, beoqibat mirzolar,
Kimlar Sizga qazmadilar choh, Bobur! [5] 
Şair bu şeirlərində Baburu özbək xalqının tarixində ən böyük simalardan 
biri, mərd, qorxmaz, bacarıqlı bir sərkərdə, eyni zamanda şair, ədib, tarixçi və 
müəllim kimi qələmə verir. Bu şeirlərdə şair Babur ömrünü Vətən ömrü ilə 
birləşdirir, yanaşı tutur.
Siracəddin Səid "Əbədi adlar" şeirində Buxara şəhərinin obrazını yaradır. 
Tarixi hadisələr ünvanı olan bu şəhərin keçmişini və bugününü təsvir edir. 
Buxaranın yer üzündə daim qalacağını və yaşayacağını ifadə edir 
Əbədi əsəcək Termiz yelləri
Ta ki nur saçırlar Termiziləri. 


139 
Öpür bu torpağı nə qədər can var, 
Həzrət Yəsəvi var - Türküstan var. 
Amudəryaları əbədi, əzim, 
Mənquverdiləri mənqu Xarəzm. 
Ulu Teymurxanın şövkəti, şanı, 
Şəhrisəbz, Səmərqənd - cahan eyvanı. 
Dünyanın şanına bir şan qoşublar, 
Keçdilər Baburlar, bir də Məşrəblər. 
Gərçi fələklərə fəğan etdilər, 
Onlar Vətən adın asiman etdilər [5]. 
Siracəddin Səyyidin yaradıcılığında lirik, fəlsəfi motivlər də əsas yer tutur. 
"Dəvə qəbirləri", "Mən doğulanda", "Ələmli dünya", "Pəhləvan Mahmud", 
"Qardaşım" və s. onlarla şeirləri çağdaş özbək poeziyasının ən yaxşı 
nümunələridir. Bu şeirlərdə şairin yaratdığı poetik obrazlar öz orijinallığı ilə 
seçilir. Bu obrazlar haqqında Azad Şərafəddinov yazır: “Onun şeirlərini poetik 
obrazlarsız təsəvvür etmək mümkün deyil. Poetik obrazlar poetik ifadə vasisətilə 
fikrin deyimini daha görümlü edir. Siracəddinin şeirləri orijinal poetik düşüncə 
üzərində qurulmuşdur”. Bu cəhətdən “Mən doğulanda” şeirinə nəzər salaq. Şeir 
sərbəst vəzndə yazılıb. Şair özünün doğulması ilə indiki həyatı arasında müəyyən 
müqayisələr apararaq poetik qənaətlərə gəlir: 
Mən doğulanda 
mənim anam-bahar çoxdan var idi. 
Dünyada artıq var idi ildırımlar. 
Mənim qardaşlarım olan onlar 
tonqallar yandıraraq 
dağları dolanırdılar. 
O gün nə qədər daş dil açdı 
ola bilər yalnız mənə tanış oan bir dildə 
üzü qırışlı qayalar göz yaşı axıtdı. 
Hansı hərfi ilk dəfə dediyim yadımda deyil. 
(Nə vaxtsa bu barədə qardaşlarım danışarlar) 
Mən doğulan gün — nə böyük xoşbəxtlik! 
Ağaclardan cəsədlər deyil 
süd cürdəkləri asılmışdı…
[6]
Siracəddin Səidin poetik yaradıcılığı həm də vəzn baxımından zəngin və 
çoxsəslidir. O, xalq şeiri üslubunda və sərbəstdə yazdığı kimi, klassik poetik 
formalarda da yazmış və qəzəl formasını inkişaf etdirmişdir. Həm də 
qəzəllərindəki dili və üslubu bizə daha yaxın və doğma görünür. Bu da 


140 
ədəbiyyatımızın ortaq keçmişindən irəli gəlir. Bu cəhətdən şairin "Mən eşq əhlinin 
ahu fəğanıyla yandım" qəzəlini göstərmək olar: 
Mən eşq əhlinin ahu-fəganıyla yandım, 
Qəlb evinin atəşiylə ükdəsiylə yandım. 
 
Hayatını sevgiylə geçirsə də aşiqlər, 
Sevgim verdim, ama telafiylı yandım. 
 
Zordu bu yol, sıkıntıyla izharına yetişdim, 
Sizlər onun yolunda, mən isə yanında yandım. 
 
... Əzəl dünyada qəzəlin mətləsi budur, 
Başladım hər işi, ama sonunda yandım [6].

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin