Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti


« Min dörd yüz on səkkiz» (1975)



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə78/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   74   75   76   77   78   79   80   81   ...   431
Anjuman Boku (6)

«
Min dörd yüz on səkkiz» (1975)
 
poemasında müharibə dramatik hadisə kimi 
təqdim edilir. Poemanın adına çıxarılmış min dörd yüz on səkkiz sayı müharibənin 
davam etmiş olduğu faciəli günlərinin sayıdır: 
Bir min dörd yüz on səkkiz 
Bu, günlərin 
sayıdır. 
Rəsul Rza müharibənin törətdiyi faciəni poemada tam təsvir edə bilmişdir. 
Odlu-alovlu mənzərəni göz önündə canlandırmağa nail ola bilən Xalq şairi yazır: 
Bir od gülləsi- 
bir düşmən gülləsi 
sancıldı döyüşçünün sinəsinə. 
Alışdı ilk tank- 
üzü şərqə 
düşdü torpağa, 
ilk şəhid üzü qərbə 
Şairin müharibə səhnəsini təsvir edərək onun faciəsini oxucusunun gözündə 
çılpaqlığı ilə açıqlaya bilir. 
Rəsul Rzanın faşist amansızlığının və buna qarşı qoyulan ana məhəbbətinin 
real cizgilərini təsvir edən «Leytenant Bayramın gündəlikləri» povesti müharibə 
mövzusunda qələmə alınmış nəsr nümunəsi kimi maraq doğurur. Belə ki, povest 
həmçinin sənədlilik baxımından diqqəti cəlb edir. «Leytenant Bayramın 
gündəliyi»ndə Qanlı Kalafa adlanan yerdə almanların güllələdiyi adamların meyiti 
ilə dolu bir xəndəkdən danışan müəllif müharibənin törətmiş olduğu faciəni 
qabarda bilmişdir: «Orda körpə balasını qucaqlamış bir ana vardı. Uşaq sarı güllü 
yorğana bükülü idi. Yəqin ki, güllələnməzdən bir saat əvvəl ana, körpəsinə soyuq 
dəyməsin deyə, onu yorğana bükübmüş. Meyit ana balasını qolları arasında elə 
sıxmışdı ki, heç bir qüvvə onları bir-birindən ayıra bilməzdi». 
Rəsul Rza yaradıcılığına ümumiləşdirilmiş qiyməti şairin «Vətən dedim» 
(1980) şeirinin sətirləri ilə vermək olar: 


160 
Vətən adlı bir torpağın 
borcu hər an boynumdadır. 
Qeyrətini çəkmişəm də, 
çəkirəm də. 
Rəsul Rza həyat və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının qorunması və 
inkişafında əvəzedilməz rol oynamışdır. Müəyyən mənada, müasir ədəbiyyatmızın 
tanıdığmız şəkildə mövcudluğu məhz Rəsul Rzanın şəxsi qəhrəmanlığının 
nəticəsidir. 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin