Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti


Qulluqdan vətəndaşlığa keçid körpüsü



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə75/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   71   72   73   74   75   76   77   78   ...   431
Anjuman Boku (6)

Qulluqdan vətəndaşlığa keçid körpüsü. 
Maraqlıdır ki, represiyalara qarşı 
açıq çıxış etmiş Rəsul Rza 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədri 
təyin olunmuşdur. Rəsul Rza müxtəlif illərdə əməkdar incəsənət xadimi, 
Azərbaycanın Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi 
Qəhrəmanı, müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının müdiri, 


156 
Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri, Azərbaycan SSR Kinematoqrafiya 
naziri, ilk Ensiklopediyamızın Baş redaktoru, Asiya, Afrika Ölkələri Sovet 
Həmrəyliyi Komitəsinin sədri və s. kimi məsul vəzifələrdə fəaliyyət göstərmişdır. 
Bununla belə, Rəsul Rza
 
vətəndaş movqeyini açıq şəkildə nümayiş etdirmiş, 
qələmə almış olduğu bədii əsərlərində, məqalələrində və çıxışlarında Sovetlərin 
nöqsanlarını tənqid etmişdir. Bu baxımdan, represiya problematikasına həsr 
olunmuş «Qızılgül olmayaydı» poemasına xüsusi diqqət yetirmək olar. R. Rzanın 
represiya qurbanı, şair Mikayıl Müşfiqin həyatı və taleyi əsasında Sovet rejiminin 
antihumanist mahiyyətini açıb göstərən «Qızılgül olmayaydı» poeması Azərbaycan 
ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən 
biridir. Şair represiya qurbanlarını Sovet dönəmində xatırlaması və bunun 
haqqında əsər qələmə alması şücaət tələb edirdi. Represiya qurbanlarından olmuş 
Mikayıl Müşfiqlə yaxın münasibətdə olmuş Rəsul Rza onunla dost olmasını 
gizlətməmişdi: «Yaşıdlarım olan yazıçılar arasında mən M. Müşfiq ilə çox 
yaxından bağlı idim. Müşfiq yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 1937-ci ildə 
faciəli surətdə məhv oldu. Biz Müşfiqlə yalnız dost deyildik. Eyni zamanda onunla 
yaradıcılıq işi ilə bağlı idik.» R. Rza şair həmkarının həyat və taleyinin simasında 
zəmanəsinin cəmiyyətinin faciəsini açıqlamağa nail olmuş, ümumiyyətlə, 30-cu 
illər cəmiyyətinin faciəsini açıb göstərmişdir. Əsər müəllifin nakam şairimiz 
Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. Mikayıl Müşfiqin 
bədii obrazını təsvir edən «Qızılgül olmayaydı...» poemasında təhkiyənin bu 
forması əsərin sonuna qədər davam etdirilir və şairin canlı obrazı oxucunun 
gözündə canlandırılır: 
Ürəyi sadəydi, zəngin idi, 
Bahar kimi. 
Tək – nadir deyildi, 
Şairlərdən biri 
Vətəndaşlardan biri, 
ən yaxşı adamlardan biri idi. 
Sovetlər İttifaqının apardığı siyasətə qarşı etiraz Rəsul Rza yaradıcılığında 
bəzi hallarda satirik şəkildə özünü büruzə vermişdir. Bu baxımdan, Rəsul Rzanın 
V. Mayakovskinin «Sovet pasportu» şeirinin tərcüməsi kəskin tənqidə məruz 
qalmışdır. M. Arif Rəsul Rzanın XX əsr rus şairi Vladimir Mayakovskidən etdiyi 
tərcümələrə toxunaraq qeyd etmişdir ki, “Mayakovski sovet pasportunun 
üstünlüyünü və qüvvətini vətənpərvərlik iftixarı ilə təsvir edərək deyir: 
«Молоткастый, серпастый советский паспорт». Burada işlədilən sifətlər yeni 
sözlərdir. 
«Молоткастый, серпастый» (yəni çox böyük çəkicli, çox böyük oraqlı) 
sözləri ilə sovet pasportu daha əzəmətli və qüdrətli səslənir. Rəsul Rza bu sözləri 


157 
«Çəkicciyəzli, oraqcığazlı sovet pasportu» şəklində tərcümə etməklə 
Mayakovskinin təşbehlərini qüvvətləndirmək əvəzinə daha da zəiflətmişdir.» 
Bunları Mayakovski özü yaratmışdır, mənası «çəkicli, oraqlı sovet pasportu» 
deməkdir. Lakin bu yeni sifətlərdə bir qüvvət, mübaliğə vardır. Rəsul Rzanın 
V. Mayakovskinin «Sovet pasportu» şeirində «молоткастый, серпастый 
советский паспорт» ifadəsini özü bilərəkdən «Çəkicciyəzli, oraqcığazlı sovet 
pasportu» şəklində tərcümə edərək, Sovet sisteminə qarşı mənfi münasibətini 
ironik şəkildə oxuculara çatdırmışdır. 
R. Rzanın Mayakovskiyə münasibəti onun sovet təbliğat ədəbiyyatına 
ümumi münasıbətini əks etdirir. Rəsul Rza Mayakovski haqqında yazdığı fikirlər 
bunu təsdiq edir: «1927-1930-cu illərdə mən Yesenini çox oxuyurdum. Bəzi 
tənqidçilər mənim yaradıcılığımı demək olar ki, ilk günlərdən Mayakovski ilə 
bağlamaq istəyir və şeirlərində mütləq onun təsirini tapmağa çalışırdılar. Əlbəttə, 
Mayakovski elə böyük sənətkardır ki, onun müasir bir sovet şairinə yaradıcı təsiri 
təbiidir. Ancaq deməliyəm ki, 31-ci ilə qədər mən Mayakovskinin yaradıcılığına 
mənfi bir münasibət bəsləyirdim. Hətta, mən Tiflisdə təhsil aldığım zaman 
Mayakovski Tiflisə gəlmişdi, bizim məktəbdə onun gecəsi oldu. Mən o gecəyə 
getmədim». 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin