Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə8/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   4   5   6   7   8   9   10   11   ...   431
Anjuman Boku (6)

nəzəri

tarixi
və 
müasir məsələlərini
vəhdətdə götürmək lazımdır» (1, s. 27). 
Ş.Alışanlının yanaşmasında diqqəti cəlb edən nöqtə «metodoloji prinsip» 
məsələsidir. «Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatı ilə 
əlaqəsinin (ona təsirinin) araşdırılmasının metodoloji prinsipinin tapılması 
mövzunun ilk baxışdan sadə görünməsinə baxmayaraq, çox mürəkkəb quruluşa 
malik olduğunu bir daha göstərir. Ş.Alışanov «metodoloji prinsip» olaraq 
problemin «nəzəri, tarixi və müasir məsələlərinin vəhdətdə götürülməsini» zəruri 
hesab edir. Fikrimizcə, tədqiqatımızın başlıca məqsədinin həyata keçirilməsinin ən 
doğru və səmərəli metodoloji prinsipi problemin tarixi və müasir mərhələlərinin 
vəhdətidir. Bu vəhdət metodoloji model olaraq tarixi-müqayisəli, müqayisəli-
tipoloji yanaşmalarda reallaşır. Problemə bu baxış nöqtələrindən yanaşdıqda 


21 
«Kitabi-Dədə Qorqud» dastanları və müasir Azərbaycan ədəbiyyatı» mövzusunun 
həlli aşağıdakı istiqamətləri əhatə edir:
1. «Folklor və yazılı ədəbiyyat» aspekti: 
Bu məsələnin çox mühüm aspektlərindən biri olub, problemin ümumnəzəri 
əsaslarını əhatə edir. «Kitabi-Dədə Qorqud» bütün hallarda şifahi ədəbi düşüncənin 
– folklor yaradıcılığının məhsuludur. Bu halda «Kitabi-Dədə Qorqud» 
dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri mövzusu öz problematikası 
etibarilə «folklor və yazılı ədəbiyyat» münasibətlər modelini nəzərdə tutur.
2. «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbi düşüncəsinin mərhələsi kimi: 
Müasir Azərbaycan cəmiyyəti «Dədə Qorqud» eposu ilə XX əsrin birinci 
yarısında tanış olmasına baxmayaraq, o, ilk növbədə milli ədəbi düşüncənin 
konkret mərhələsidir. Onun təşəkkül, formalaşma, canlı ifa dövrü var. Bu cəhətdən, 
«Kitabi-Dədə Qorqud» eposu həm də Azərbaycan ədəbiyyatının – ümumədəbi 
düşüncə tarixinin konkret bir dövrüdür. Bu cəhətinə görə «Kitabi-Dədə Qorqud» 
dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri məsələsinin öyrənilməsi 
Azərbaycan ədəbi düşüncəsinin konkret tarixi dövrü ilə müasir dövrünün tarixi-
müqayisəli aspektdə tədqiqi deməkdir.

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin