20
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri
məsələsini tarixi aspektdə götürmədən problemin dərinliklərinə enmək,
XX əsrin
birinci yarısı Azərbaycan ədiblərinin yaradıcılığı ilə təmsil olunan «müasir Azər-
baycan ədəbi düşüncəsinin» ona olan coşğun, həm də sözün həqiqi mənasında
əsrarəngiz marağının «sirlərini» açmaq mümkün deyildir. Epos XX əsr
Azərbaycan milli düşüncə mühitində göründüyü «an»dan
ədəbi düşüncənin bütün
sferalarının diqqətini özünə cəlb etdi. Ona maraq təkcə yazıçı və şairləri yox,
tarixçiləri, dilçiləri, etnoqrafları, psixoloqları, bir sözlə, bütün elm sahələrini əhatə
etdi. Lakin burada «marağı özünə cəlb etmək» ifadəsi «Kitabi-Dədə Qorqud»
eposu ilə bağlı XX əsr Azərbaycan cəmiyyətində baş verən milli düşüncə
proseslərini tam şəkildə səciyyələndirmək gücündə deyil.
Burada söhbət sözün
həqiqi mənasında milli düşüncəmizin düşdüyü «Kitabi-Dədə Qorqud» cazibə-
sindən gedə bilər. Epos Azərbaycan cəmiyyətini heyrətə saldı: onu öz tarix və
mədəniyyətinin parlaq faktı ilə üzbəüz qoydu. Bu «an»dan milli düşüncənin bütün
sahələrindən daha çox ədəbiyyatda coşğun «Dədə Qorqud» dövrü başlandı. Sanki
milli ədəbi düşüncədə bir «Dədə Qorqud» yanğısı var imiş və «Kitabi-Dədə
Qorqud» eposu əlyazmalarının tapılması və Azərbaycanda çap olunması
ilə bu
yanğı alovlanıb tonqala döndü. Məsələnin burada bir qədər obrazlı qoyuluşunun
kökləri əslində bununla – XX əsr Azərbaycan ədəbiyyatının əsrlər boyu varlığında
mövcud olan «Dədə Qorqud» ruhu ilə bağlıdır. «Kitabi-Dədə Qorqud» dastanının
XX əsrdə Azərbaycanda çap olunub yayılması ilə bu ruh oyandı və XX əsrin
birinci yarısından bu günə qədər «Dədə Qorqud» mövzusunu yazıçı və
şairlərimizin düşüncəsində aktual və diri saxlayan da elə həmin ruhdur.
Mövzuya münasibətdə ədəbiyyatşünas alim Ş.Alışanlının
bir fikri
səciyyəvidir. O yazır: «XX əsr ədəbi-bədii və nəzəri-estetik fikrinin, o cümlədən
poeziyasının çağdaş meyarlar mövqeyindən dəyərləndirilməsi
istiqamətində
səmərəli metodoloji prinsipə nail olmaq üçün bu problemin
Dostları ilə paylaş: