Toksikologiyanın inkişaf tarixi?


Zəhərli birləşmələrin orqanizmdə çevrilməsinin əhəmiyyəti və yeri?



Yüklə 53,95 Kb.
səhifə13/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

21. Zəhərli birləşmələrin orqanizmdə çevrilməsinin əhəmiyyəti və yeri?
Zəhərli birləşmələr əksər hallarda orqanizmdə kimyəvi çevrilməyə uğradıqda özlərini nisbətən daha zərərsiz sayılan birləşmələr verirlər.Toduoldan daha zəif olan benzoy turşusunun alınmasını göstərmək olar.Lakin bu qayda ümumi olmayıb , əksinə də ola bilər.
Nitratların reduksiyası daha güclü zərərli birləşmə - nitritlər əmələ gətirir.S--H2S reaksiyası çox nadir hallarda olur. Əsas zərərsizləşdirmə mühüm rol oynayır.Bu halda orqanizmin orqanlarının , xüsusən qara ciyərin xüsusi rolu vardır.Bakteriyaların baöırsaqlarda fəaliyyəti nəticəsində zərərli birləşmələrin miqdarı artır və bu zaman orqanizmin qorunması ciyərin funksiyası ilə təmin olunur.Qara ciyər qanın süzgəci rolunu oynayaraqmüxtəlif ciyərlərin tutulmasına səbəb olur.Qara ciyərdə xüsusən ağır metallar daha çox tutulurlar.Aparılan təcrübələr göstərir ki, qara ciyərdə tutulan metal bir neçə ay saxlanılır.Məsələn, mis bir ilə qədər civə bir neçə il sonra aşkar edilmişdir. Tutulan zəhərlərsonradan öd vasitəsilə ifraz olunurlar. Qara ciyər həm də üzvi mənşəli zərərli birləşmələrin tutulması xassəsinə də malikdir.Qara ciyər həm də yuxarıda göstərdiyimiz oksidləşmə və reduksiya proseslərinin baş verdiyi yer hesab olunur.
22.Yer mənşəli radiasiya?
Yerin dağ suxurlarında olan əsas radioaktiv izotonlar hələ yer kürəsi yaranarkən onun tərkibinə daxil olmuş kalium-40, rubudium-87 və uzunömürlü uran -238 və torium-232nailəsində olan radioaktiv izoton quruplarından ibarətdir. Aydındır ki, yerin radiasiya dozasının gücü müxtəlif yerlərdə eyni deyil və yer qabığının bu və ya digər hissəsində radionuklidlərin toplanmasından asılıdır.BMT nin Atom Radiasiyası üzrə Elmi Komitəsinin hesablamalarına görə, insanın təbii mənbələrdən aldığı xaricdən şüalanma dozasının orta qiyməti 350 mikrozivertdir, yəni kosmik şüaların dəniz səviyyəsində yaratdığı radiasiya fonu sayəsində alınan şüalanma dozasından azacıq çoxdur.
23. Daxildən şüalanma?
İnsanın təbii mənbələrdən aldığı dozanın təqribən 2/3 qismi orqanizmə hava, qida və su ilə daxil olan radioaktiv maddələrdəndir. Bu dozanın yalnız cüzi hissəsi kosmik radiasiyanın yaratdığı karbon – 14 trutium tipli radioaktiv izotonların payına düşür.Bütün qalan doza isə yer mənşəli maddələrdən alınır.İnsan kalium – 40 hesabına ildə təxminən 180 mikrozivert şüalanma alır.Yer suxurlarının inşaat materialı kimi istifadə edildiyindən, qamma şüalanma dozasının gücü ən böyük doza – 1,71 millzivert/il – dəmir-beton evlərdə, ən aşağı doza - 0,50 millzivert/il isə taxta evlərdə müəyyən edilmişdir. Atmosfer havasında radioaktivliyin ümumi miqdarı geniş hüdudlarla dəyişir və ərazinin coğrafi mövqeyindən, ilin vaxtından, hava şəraitindən və yerin maqnit sahəsinin vəziyyətindən asılıdır. Bitkilərdə xüsusi ilə şaxlılarda ( noxud, paxla, lobya, soya) təbii radioaktiv maddələrdən ən böyük xüsusi aktivliyə malik olanı 40K-dır.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin