27.Xalq təsərrüfatında radionuklidlərdən istifadə olunması?
Sənayedə, təbiətdə, kənd təsərrüfatında radioaktiv nuklidlərdən qapalı ionlaşdırıcı şüalanma mənbəyi kimi istifadə edilir. Belə mənbələr müvafiq qaydalara riayət edilmədən, pis qorunub saxlanarkən və ətraf mühitdəki əşyalara qarışarkən onların radioaktiv şüalanmaları ətrafdakılar üçün təhlükə törədə bilər.Son zamanlar kosmik tədqiqatlarda və astronavtikada radioaktiv mənbələrdən istifadə olunması ilə əlaqədar ətraf mühitin radioaktiv maddələrlə çirklənməsi təhlükəsi artmışdır. Bununla belə, ətraf mühitin ən çox çirklənməsi elm və istehsalat məqsədləri üçün açıq haldakı radionuklidlərdən istifadə olunan radioizotop laboratoriya şəbəkəsi hesabına baş verir. Radioaktiv tullantıların axar sulara atılması hətta bu tullantıların qatılığı yol veriləndən az olsa da belə, müəyyən müddət ərzində ətraf mühitdə radioniklidlərin tədricən toplanmasına səbəb olacaqdır.
28. Zəhərlərin əlavə təsirlərinin növləri? Sənaye zəhərlənmələri nəticəsində rüşeymin inkişafının pozulması (teratogen təsir), irsiyyət aparatının zədələnməsi ( mutagen təsir), hüceyrələrin pis xassəli şişmələri (kansorogen təsir) daxildir.Vibrion- rüşeym güclü mənfi təsirlərə qarşı reaksiya vermək qabiliyyətinə malik deyil, belə ki, renerativ proseslər nəticəsində rüşeymin inkişaf quruluşunda pozulmalar baş verir, başqa sözlə insanda “ eybəcərlik ” yaranır. “ Eybəcərlikanlayışı təkcə quruluşa yox, orqanizmdə baş verən funksional və biokimyəvi dəyişikliyə də aiddir”. Rüşeymin həssaslığı hamiləliyin müddətindən asılıdır.Sənaye zəhərlərinin rüşeym üçün təhlükəliliyi qiymətləndirilən zaman plasentor baryeri keçən maddənin rüşeymə birbaşa təsiri ilə yanaşı ana bətni ilə rüşeymin zəhərlənmə təsiri də nəzərə alınmalıdır.Ağ siçanlar üzərində aparılan təcrübələr asasında sənaye zəhərlərinin insan üçün teratogen təsirini qabaqcadan söyləmək mümkündür.Müxtəlif sənaye zəhərləri heyvanlarda nəsilvermənin azalmasına dölün məhvinə səbəb olur.Dimetildioksan plasentlərin formalaşmasını ləngidir, formaldehid döldə və plasentdə nuklein turşularının sintezini pozur.Civə , qurğuşun, benzin və benzinlə uzun müddət təmasda olan işçi qadınlarda hamiləlik pozulur və ya ölü uşaq dünyaya gəlir və yaxud xroniki zəhərlənmədə dölün fiziki və əqli inkişafı zəif olur. Rəngarəng kimyəvi birləşmələrlə uzun müddətdə təmasda olarkən radiasiya şüalanması nəticəsində alınan mutagenlərdən daha aktiv formalı ciddi genetik dayişikliklər baş verir. Mütasiyanın baş verməsi prosesi irsiyyət strukturunun qurulmasından daha mürəkkəbdir.Adi orqanizmlərdə genetik aparat mtugenlərin dağıdıcı təsirinə davam gətirə bilən güclü baryerə malikdir.