Toksikologiyanın inkişaf tarixi?


Toksimetriya haqqinda məlumat



Yüklə 53,95 Kb.
səhifə23/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   16   17   18   19   20   21   22   23   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

40. Toksimetriya haqqinda məlumat.
Toksikometriya – zzəhərli maddənin müxtəlif mühitdə son hədd qatılığın (SHQ) təyin olunmasına əsaslanır.Bu SHQ sanitar nzarətin hüquqi əsasını təşkil edir.SHQ kimyəvi birləşmə üçün xarici mühitdə elə qatılıqdır ki, qarşılıqlı təsirdə olduqda insan orqanizmində dövri və ya bütün ömrü boyu birbaşa ,ya da dolayı yolla ekoloji sisiemlə və həmçinin də mümkün ekoloji zərərlə hər bir somatik(bədən) və ya psixi xəstəliklər və ya sağlam vəziyyətdə dəyişikliklər yaratmır.SHQ – nı müəyyənləşdirməyin əsası maddənin zərəli təsir sərhəddi (ZTS) konsepsiyasıdır.ZTS ( birdəfəlik ,xroniki ) ətraf mühit obyektində maddələrin elə minimal qtılığıdır ki, qarşılıqlı təsirdə dəyişikliklər əmələ gəlir.Birdəfəlik zərərli təsir sərhəddi Lim ac (göstəricinin müəllifin soyaına əsasən Lima ) ilə , xroniki təsir sərhəddi Lim ch ilə işarə olunur.Toksiklik dərəcəsi həyat ilə kimyəvi madənin bir-birini qəbul etməməsi ölçüsü olub orta ölüm dozasının mütləq qiymətinin əksi olan kəmiyyətdir.Bu zaman doza orqanizmə təsir edən maddənin miqdarıdır.Dozanın vahid kimi ölçüsü doza səviyyəsi adlanır.Orta ölüm dozası və qatılığı kəmiyyəti ona görə seçilmişdir ki, bu kəmiyyətlər obyektlərin( heyvanlar, orqanlar, bitkilər) 50% məhvinə uyğun gələn statistik və dəqiq rəqəmdir.Zəhərlənmənin inkişafının vacib şraitindən biri olan miqdar faktorunu nəzərə alıb , ikinci əsas məsələ- toksikologiyada tədqiq olunan kimyəvi maddənin toksiki təsir zonasının təyinidir ki, bunu toksikometriya öyrənir.Toksikometriyanın əsas parametrləri aşağıdakılardır. Lim ac – toksiki maddənin birdəfəlik ( kəskin ) təsir sərhəddi olub uyğunlaşmış fizioloji reaksiyaları sərhəddindən çıxaran ( tarazlıqdan) və orqanizmin həyat fəaliyyətinin göstəricilərini dəyişə bilən minimal hədd dozasıdır.
LD50 (LD100) orta ölüm dozasıdır ki, müəyyən üsulla (inqalyasiya üsulundan başqa) təcrübə aparılan heyanlara xüsusən dəriyə və mədəyə yeritməklə , 2 həftə ərzində onların 50 və ya 100% ölümünə səbəb olur.Heyvanların 1 kq çəkisinə düşən mq-la ifadə olunur(mq/kq). CL50 (CL100) ifadəsi inqalyasiya yolu ilə təcrübə aprılan heyvanların 50 və ya 100% - nin ölümünə səbəb olan qatılıqdır.Ölçü vahidi 1 m3 havaya düşən mq-larla ifadə olunur(mq/m3).

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin