Civəli üzvi birləşmələr toxumların emalında istifadə olunan effektiv preparatlardır.Onlardan ən çox tətbiq olunan qranozn, merkurbenzol və merkurheksandır.Yüksək dərəcədə toksikliyə malik maddələrdir.Müxtəlif yollarla orqanizmə daxil olurlar.Yüksək kumulyasiya qabiliyyətinə malikdirlər.Odur ki, kəskin zəhərlənmələrdən başqa xroniki zəhərlənmələrin əmələ gəlməsi ehtimalı da böyükdür.
35.Zəhərli maddələrin təsirinə qarşı işlədilən neytrallaşdırıcı maddələr.
Bunlar arasında süd xüsusi əhəmiyyət kəsb edir.Qanun zəhərli maddələrlə işləyən fəhlə və qulluqçuları neytrallaşdırıcı məhsullar verilməsini nəzərdə tutur.Süd bir ərzaq məhsulu kimi çox qiymətlidir.Belə ki, süd öz kimyəvi tərkibinə görə xüsusi yer tutaraq , qidalandırıcı element kimi , zülalalar , karbohidratlar və piylər saxlayır.Bu cəhətdən inək südü öz tərkibində 3%- ə qədər zülal ,3,5%- ə qədər piy və 4,5%- ə qədər karbohidratlar saxlayır.Bu o deməkdir ki, 0,5 l süd qəbul edən işçi, öz orqanizminə əlavə olaraq 26 q zülal, 20- 26 q piy və 28-30 q karbohidratlar əlavə etmiş olur.Əgər normaya əsasən göstərsək : gündəlik tələbatın zülallara olan 15-20%- ni , piyin 40- 50%-ni ,karbohidratın 5-6%-ni ödəməklə işçilər15-18%- ə qədər kalori almış olur.Həm də bu təşkil edicilərin orqanizm tərəfindən mənimsənilməsi də digər yeyinti məhsullarından qat-qat yüksəkdir.Süd həm də mineral maddələrin tələbi kimi də əhəmiyyətə malikdir .
K2O-ı,9; N2O -0,61; CaO – 1,75; MgO-0,16; Fe2O3 – 0,06;
P2O5- 0,68; SO3-0,99; Cl- 0,97 q/l- dır.
Doğrudan da , süd orqanizm üçün Fe-dən başqa, xüsusən Casaxlanmasına görə daha qiymətlidir.Aminləringöstərdiyinə görə maddələr mübadiləsinin normal dəyişməsi üçün 0,4- 0,65q Ca olması kifayədir.Nəzərə alsaq , 1l süddə 1,2 Ca saxlayır,deməli işçinin 0,6 l süd qəbul etməsi gündəlik tələbatı ödəmiş olur.Eyni zamanda süd tərkibində fosfor saxladığına görə də qiymətlidir. Südün digər rolu orqanizmdə turş- qəlvi balansının saxlanılmasıdır.Xüsusən qış vaxtıtəzə meyvələrin qida kimi qəbul edilməsi orqanizmdə tarazlığı turş mühitə yönəldir.Ona görə də südün qəbul edilməsi bu balansını tənzimləyir. Kalorilik elementinə görə süd ətə nisbətən daha ucuz qida məhsuludur.
Dostları ilə paylaş: |