33.Xlor üzvi birləşmələri Xlor üzvi birləşmələri (XÜB) kənd təsərrüfatında insektisid, akrosid və fumiqatlar kimi tətbiq olunan pestisidlərə aiddir.Xlor üzvi birləşmələr ətraf mühitin amillərinə qarşı yüksək dözümlülüyü ilə digər pestisidlərdən fərqlənirlər. Onların ən xarakterik xüsusiyyəti ətraf mühitin obyektlərində yığılmaq qabiliyyətidir. XÜB təkcə ətraf mühitin obyektlərində yox həm, də ən kiçik dozalarda belə orqanizmə daxil olarkən toxumalarda, xüsusən piy toxumasında yığılırlar.FÜB-dən fərqli olaraq XÜB orta toksikliyə malik maddələrə aiddir. XÜB yüksək dozalarda təsir edəndə orta dərəcədə toksikliyə malik zəhərlərə aid olsalar da orqanizmə müxtəlif yollarla kiçik dozalarda elə daxil olanda yüksək dərəcədə kumulyasiya olunaraq xroniki zəhərlənmələrin əmələ gəlməsinə səbəb olurlar. Kənd təsərrüfatında geniş tətbiq olunan pestisidlərə həm də karbamin, tio vəditiokarbamin turşularının törəmələri də aiddir.Bu qrup birləşmələrin arasında insan və heyvan orqanizmlərinə yüksək dərəcədə toksiki təsir göstərən preparatlar (bayqan, pirimor, karbation) vardır. Tərkibində heterotsiklik radikallar olan metilkarbamin turşusunun efirləri insan və istiqanlı heyvanlara zəif zəhərli təsir göstərirlər (sevin, dikrezil və s.). Bu qrup birləşmələrin kumulyativ xassələri zəifdir. Eyni zamanda qeyd etmək lazımdır ki, ditiokarbomin turşusunun törəmələri çox yüksək kumulyasiya qabiliyyətinə malikdir.Sineb,Maneb,TMTD və siram allergik təsirə malik pestisidlərdir.Onların təkrar təsiri zamanı allergik dermatidlər, bronxial astma və digər allergik xarakterli xəstəliklər əmələ gəlir.Bu qrupa daxil olan pestisidlər bir sıra uzaq spesifik təsir effektlərinə malikdirlər.
34.Fenolun nitro-və xlor birləşmələri vəcivəli üzvi birləşmələr Fenolun nitro-və xlor birləşmələri də geniş tətbiq olunan pestisidlərə aiddir.Bu qrup preparatlardan dinitrofenol, dinitroortokrezol və pentaxlorfenol kompleks təsirə malik olan insektisid, fungisid, hebisid və akrosid kimi geniş istifadə olunur.Yüksək toksikliyə malik kimyəvi birləşmələrdir.Əsas təsir mexanizmi hüceyrə tənəffüsünün pozulması ilə əlaqədardır.