Toksikologiyanın inkişaf tarixi?


Pestissidlərin toksikologiyası



Yüklə 53,95 Kb.
səhifə17/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

31.Pestissidlərin toksikologiyası.
Orqanizmə daxil olma yollarındanvə təsir xarakterindən asılı olaraq pestisidlər bağırsaq insektisidlərinə, kontakt pestisidlərinə və fumiqatlara bölünürlər.Bağırsaq insektisidləri öz zəhərli təsirini təkcə zərərvericilərin bağırsaq sisteminə daxil olandan sonra göstəririlər. Kontakt pestisidləri zərərvericilərin darisi ilə təmasda olanda öz öldürücü təsirini göstərir. Pestisidlər müxtəlif formada: suspenziya, məhlul, həb, dənəvər,mikrokapsul və toz şəklində istifadə olunurlar.Yüksək bioloji aktivliyə malik olduğu üçün pestisidlər təkcə nəzərdə tutlmuş bitkilərə və orqanizmlərə yox, həm də insan və digər canlı orqanizmlərə öz zəhərli təsirini göstərirlər.Onların insan və heyvan orqanizminə göstərə biləcəyi mənfi qarşısını almağın ən radikal yolu ziyanvericilərə qarşı seçici həssaslığına malik olan pestisidlərin seçilməsidir. Pestisidlər kimyəvi maddələrin müxtələif siniflərinə aid olan maddələr və onların birləşmələridir. Eyni sinfə aid olan preparatlar struktur quruluşunun uyğun olmasına baxmayaraq müxtəlif dərəcədə pestisid özünə məxsus xarakterik təsirə malikdir. Eyni zamanda ayrı- ayrı siniflərə aid olan pestisidlərin bir çox oxşar təsir xüsusiyyətləri,bəzən ümumi təsir mexanizmləri mövcuddur.
32.Fosfor üzvi birləşmələr.
Pestisidlərin ən geniş siniflərindən biri fosfor üzvi birləşmələridir (FÜB). Onlar insektisid, akrosid və defoliantlar kimi çox geniş miqyasda tətbiq olunurlar.Gigyenik və ekoloji nöqteyi – nəzərdən onların üstünlüyü ətraf mühitdə uzun müddət qalmamalarıdır.FÜB –in çoxu bitkilərdə, torpaqda və suda bir ay müddətində parçalanır və müxtəlif çevrilmələrə məruz qalırlar. Fosfor üzvi birləşmələri istanlı heyvanlara qarşı müxtəlif dərəcədə toksikliyə malikdirlər.Yüksək dərəcədə zəhərli olan FÜB -ə misal olaraq metilmerkaptofosu, metafosu, fosfamidi, ftalafosu, fozalonu göstərmək olar. Xlorofos, trixlormetafos, metilnitrofos, metilasetofos orta dərəcəli zəhərlərə aiddir. Sayfos, bromfos,qardona və aktolik kimi FÜB –lər isə zəif dərəcədə toksokliyə malikdirlər. FÜB- nin xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onlar yerli qıcıqlandırıcı təsir göstərmədən dəri yolu ilə orqanizmə daxil olmaq qabiliyyətinə malikdirlər. Bu da real tətbiqi zamanı nəzərə çarpmadan kəskin zəhərlənmələrin yaranam ehtimalını artıran bir amil kimi gigiyenik cəhətdən böyük əhəmiyyət kəsb edir. Xüsusən metilmerkaptofos, metafos, Mİ-8, DDVF,fosfamid kimi FÜB-lər həddindən artıq dərəcədə dəri- rezorvtiv toksikliya malikdirlər. FÜB-in toksiki təsirinin əsasında xolinesteraza fermentinin aktiv mərkəzlərini fosforlaşdırmaq yolu ilə aktivliyini zəiflətmək qabiliyyəti durur. FÜB- lə zəhərlənmələrin kliniki əlamətləri kimi periferik sinir sisteminin pozğunluqları, qara ciyərin funksional dəyişiklikləri, qanın morfoloji dəyişiklikləri və hüceyrə tənəffüsününün pozulmasını göstərmək olar . Son illərin tədqiqatları bir sıra FÜB –in uzaq spesifik təsir effektlərinə malik olduğunu göstərmişdir. Məsələn, tərkibində ftalimid qrupu olan ftalofosun spesfik embriotoksik və teratogen effektə malik olması məlum olmuşdur. Xlorofosun və fosfamidin mutagen kanserogen effektlərə malik olması da eksperimental tədqiqatlarla təsdiq olunmuşdur.


Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin