4. Stiliniz necədir? Mən əsasən sadə geyimlərə üstünlük verirəm. Gündəlik həyatımda daha çox sport geyim və ya cins şalvar və sadə bir kofta geyinirəm. Özəl günlərdə isə sadə ziyafət geyimlərinə üstünlük verirəm.
5. Niyə bəzi insanların paltarları və ayaqqabıları çox olur? İnsanlar müxtəlif xüsusiyyətlərə malikdir. Bəziləri yeməyi, bəziləri zinət əşyalarını və s. sevdiyi kimi bəziləri də paltarları sevirlər. Məhz buna görə də onların daha çox paltarları və ayaqqabıları olur. Belə insanlar dəbli geyinməyə çalışırlar. Buna görə də tez-tez yeni paltarlar, ayaqqabılar, çantalar alırlar.
6. Heç internetdən paltar almısınız? Bəli, almışam. İnternetdən aldığım paltarlardan çox vaxt razı qalmışam. Amma bəzən narazı olduğum da olub. Çünki paltarı internetdən sifariş etdikdə geyinib yoxlamaq olmur. Buna görə də bəzən internetdə çox gözəl görünən paltar geyindikdə o qədər gözəl yaraşmır, ölçü uyğun gəlmir, uzunluq baxımından və s. kimi problemlər baş verir. Bundan başqa, bəzən də elə ola bilir ki, paltar internetdə göründüyündən tamam fərqli gəlir. Ona görə də mən onlayn alış-verişə çox üstünlük vermirəm.
7. Onlayn alış-veriş üçün hansı platformalardan istifadə edirsiniz? Onlayn alış-veriş üçün mən əsasən İnstagramdan daha çox istifadə edirəm. Geyim mağazalarının ünvanı uzaq olduqda İnstagramdan geyim səhifələrindən bəyəndiyim geyimi seçib sifariş edirəm. Sifariş etdiyim paltarlar mağaza tərəfindən poçt və ya müxtəlif kargo şirkərtləri vasitəsilə qısa müddət ərzində göndərilir.
8. Rahat paltar geyinməyi xoşlayırsınız, yoxsa yaraşıqlı? Mənim şəxsi fikrim odur ki, insanın hər zaman dəbi izləməsi, dəbli geyinməsi vacib deyil. Məncə insan özünə nə yaraşırsa onu geyinməlidir. Həmişə özümə yaraşan rahat paltar geyinməyə çalışıram. Paltar yaraşıqlı görünə bilər, amma onun içində özümü rahat hiss etmirəmsə, onu almıram.
9. İnsanlar bahalı ayaqqabı almağa razıdırlarmı? Elə insanlar var ki, bahalı geyimlərə, bahalı ayaqqabılara üstünlük verirlər. Ayaqqabının bahalı olması həmişə onun keyfiyyətinin yüksək olması demək deyil. Aşağı qiymətə də keyfiyyətli geyimlər almaq mümkündür. Qiyməti yüksək olan geyimlər, ayaqqabılar çox vaxt marka geyimləri olurlar. Elə insanlar da var ki, geyimin bahalığı onlar üçün əhəmiyyətli deyil. Onlar hər zaman özlərinə yaraşanı geyinməyə çalışırlar.