Toplayan HƏSƏn bəy hadi 2005-5


ılıq sözlə ılan inindən çıxar, ulu sözlə kişi dinindən çıxır. (ılı: ılıq)



Yüklə 1,01 Mb.
səhifə5/9
tarix05.05.2017
ölçüsü1,01 Mb.
#16974
1   2   3   4   5   6   7   8   9

ılıq sözlə ılan inindən çıxar, ulu sözlə kişi dinindən çıxır. (ılı: ılıq).

ilıq sümük sındırmaz, soyuq canı dirdirməz.

illik işlə, aylıq xəşlə.

inanc insanı özündən alıb özgə bir şeyə çevirər.

inancınan bağlı biri, yüyənsiz atdı.

iqlamaq: qorxunu götürmək işi.

isrılmasa, öpginən.

istənməyən tapmadı, tikənməyən qalmadı.

istəyən çatır, dilənən qalır.

istəyib yox olduqdansa, qalıb istəmək yeğdir(yaxcıdır).

istəyin güclü olmasa oğul, gücün istəkli olsun.

işçi gəlir iş yarıtır, işsiz gəlir, baş ağrıdır.

işıq gəlsə qaranlıq köçər.

işləmək biləkdən, oyqarmaq bilikdən ( iş, biləkdən, ökü, bilikdən)

it hürür, börü yürür.

it səmirsə, yiyəsin qapar.

itgiyi qəbul edən, yaxcı seçə bilər.

itin bacanağı çox olur, qudası yox.

ivək evə yetməz. (ivək: iti. tələsən).

iyiliyi su ayağında gəmiş, başında dilə.

iyisin al, yadlısın (pisin) at. (yadlısın: pisin).

iylənmiş ət buza neynər, duza neynər.

içər küzə, sağar üzə.

igid çün bula aşqilə qərar, onu tutmaq necə yarar (: mümkün olar).

igidlik ondur, doqquzu qaçmaq, biri aradan çıxmaq.

igitlə gəz bafalı olur, yavıya yoldaş olan xar olur.

ignə torbada qalmaz.

iğən (çox) dadlı udular, iğən acı atılar.

iğnə çuvalda, dəvə palazda gizlənməz.

iğnə harda, sapda orda.

iğnə həsrəti dəvə itrətir (: itirdir).

iğnə sapladın, düymələ ucun, sonra peşman olmamaq üçün.

iğnə torbada qalmaz.

iğnə yataxda gizlənməz.

iğnə yataxda gizlənməz: iynəylə çuval kimidilər.

iğnəni axdaran, dəvə itirər. (iynə həsrəti dəvə itirdər).

iki ayaq bir başmağa girməz, amma girdirəllər.

iki evi bir elədik, düyünü batman yarım.

iki fındıq, bir qozu qırar.

iki günlük ömrü olan üç gün yaşamaz.

iki könül bir olunca, samanlıq seyrangah olur.

iki olursun birlikdə danış, tək olursun börkünlə danış.

iki qoçınqar başı, bir aşıcda pişməz.

iki qulağdan çox eşidən, bir dilinən az danışar.

iki üzlü savaşma – bir üzü savaşa qoy - o bir üzü barışa.

iki yanı su, susuzluqdan ölür.

ilan adamın topuğun, adam ilanın başın çalar.

ilan kəndi əğrisin bilməz, dəvə, boynun əğridir dər (diyər).

ilan öz əğrisin görməz.

ilan yarpuzdan qaçar, hara gedsə, yarpuz ütrü (qabağına) çıxar.

ilana yumşaq diyib əl vurma.

imanlı adam, odada suyada inanar.

inanma, aldanma(: tovlanma).

incə çıxıp yoğuna girmək rahat (qolay), yoğundan incəyə girmək çətin.

incə əliyib, sıx toxuyan.

indi qo heyvanı ged insanə gəl, ol xayaldan keç bu gerçək canə gəl.

inək gözün süzər, buğa ipin qırar.

insan necə başarır öylədə yaşayır.

insan unutmaqla umut tapır.

insanı dili bələr, sürünü qotur.

insanı meymun eləmək qolaydı, ta meymunu insan edmək.

ipin uzunu, sözün qıssası, dilin qıssası.

iqit qokusundan qoçar.

islandım qurudum, yel məni neylər. ələndim bəlləndim, el məni neynər.

istəməyin çarası, verməkdir.

istərsən tavrını, sana yaraşıx, gününə görə gey, kürkünü aşıq.

istəyən çolaq, ayaqsız qalmaz. (istəyən çolaq, ayaq tapar).

istiyirsən bal-çörək, al əlivə bel kürək.

iş "yuxu" görəndə deyir, onu yozandadır.

iş doğuyur, ışıqlar olur.

iş var dağ ardında olsun, yer altında olmasın, işdə var yer altında olsun, dağ ardında olmasın.

iş yadlısız (qolaysız) olmaz, yaxşı yamansız olmaz. (yadlısız: qolaysız. müşgülsüz).

işarədir bir ahılı canladan, çomaq çubux hər qanmazı anlatır.

işdən doğur ışıqlar.

işə girən min olar, minin başı bir olar.

işi başlamaq birdir, durusu min.

işi düşsə arar məni, işim düşsə qovar məni.

işi işə bənd elə, görən desin habelə.

işi iyinin, iyi olur işi, yatlı edər yoldaşı yatlı kişi.

işin canını, iş alar.

işin düşdü sarıq başa başın dəyər daşdan daşa, yapış ginən əyri xışa, ged o başa gəl bu başa.

işin uğurun tapan, aparır: kim işini uğurladı, apardı: (işini çağında (uyuqunda, menasib çağında) gördü qurtuldu).

işin yarağın tap, istəyin marağın.

işləndikcə ışıldar.

işlərdə var gəlincik, bir işdə var gəl, incik.

işləri qarıla, sonra yarıla.

işləyən dəmir pas tutmaz.

işləyən haçar parıldar.

işliyən inci takar, işləmiyən yandan bakar.

işsiz bəydən yüklü eşək yey.

it çobanın qoldaşıda, yoldaşıda.

it dilənçiylə anlaşmaz, o bundan bu ondan qaçmaz.

it hürə - hürə qocalar.

it hürsə, bülbül susar.

it qapmaz, at təpməz demə.

it qudursa, yiyəsin qapar.

itdə geddi ipdə geddi.

itdən qaçdıq qurda düşdük.

itə səlam, dəliyə sual olmaz.

iti qapmaz, demək olmaz.

iti quyruğundan bağlamazlar.

iti quyruğundan bağlasan durmaz.

iti quyruğundan tutmazlar.

iti, öldürənə sürdürəllər.

itilə yatan, bitilə qalxar.

itiliyin yeri var, yayvanlığın çəmi var.

itivi ''haya'' örgətmə, qonşunu ''paya''.

itlə it dalaşdı, qurd köprünü aşdı.

ivək sinək, sütə düşər.

iygə uy şərri qoy, dinci tut cəngi qoy. (iygə uy: yaxcıya düşün).

iyi ərin, sümüyü ərir, adı qalır.

iyidi yaş çürüdür, dəmiri pas. (iyidi qəm çürüdür, dəmir nəm çürüdür).

iyidin sirrin söz açar, yolu geddikcə qısalar.

iyidiun gözü tox, yağının gözü yox.

iyilikdə, tez gec yox.

iyiyə qaç, yatludan qaç.

kamil palançıda olursa insan, çox yaxcıdı yarımçılıq papaqçılıqdan.

kar ağzına baxar, kor səsinə.

kar eşiddiyin, kor tutduğun buraxmaz.

kar eşiddiynə yox, göylündəkinə inanar.

kar eşitməz yaraşdırar, kor görməz, quraşdırar.

kar, işinə gələni eşidər.

karvan keçər yol qalar, eşşək ölər çul qalar.

karvan keçər, it hürər, ikisidə yurda birgə yetər.

karvan ötər, izi qalar.

karvansız yol quruyar, ağ sakalsız el quruyar.

kasıb hər desə qarışar, bəylər hər edsə yaraşır. (hər: hər nə).

kasıplıq otdan köynəkdi.

kaşki dırnağım qədər ağlım olaydı.

kə'bə yıxmaq bir qandı, göyül yıxmaq min qandı.

keçdi bülbül, keçdi gül, istər ağla, istər gül. (keçdi bülbül: ötdü. keçdi gül: soldu).

keçə salsan yün gərək, pıçaq salsan, qın gərək.

keçəl baxar güzgüyə, aybın qoyar özgüyə.

keçəl qız daraq bəyənməz.

keçəlin adı: zülfəli.

keçən ömür, yanan kömürdəndi. (keçən ömürdəndi, yanan kömürdəndi).

keçər desən keçər gedər, başam dedin basar keçər.

keçini allah vursa, çopanın çubuğu dəyər.

keçinin də saqqalı var.

keçiyə araq versən, qurdun evin axtarar.

keçmiş çox uzaq olar, gələcək yaxın.

keçmişdən üzük çəkmirəm, gəlcəyin üzün almıram, indimə qalıram.
keçmişdən üzülmüş, gəlməmişə çatmamış, indimə qalıram.
yanan ürək deyil. qanan içim deyil, yanmamış ölürəm, sönürəm.



keçmişinə güllə atan, gələcəyin topuna düşər.

kəddi dizindən qızar, elat gözündən.

kəddi, bir günə bəddi.

kəfən almamış, gorun qazdırır.

kefi kök, qarnı tox, tanrıla işi yox.

kəfil ölər, kəfənsiz qalar.

keflinin kağızı, meyxanada oxunur.

kəkliyə usan qarqa, itirər bayıq öz yerişinidə.

kəkliyin dimdiyi qan, dili qan dimdiyi qan, ağa dinsə söz olmaz, nökər dindiyi qan.

kəl ölür, sırma saçlı olur, kor ölür, badam gözlü olur.

kənd olmasa uzaq itdən, qurddan itin, qorxusu nədən. (kənd uzaq olmasa, it quddan qorxmaz). (kənd olmasa uzaq itdən, it heç zaman qorxmaz qurddan).

kəsər geddi, sapıda arkasıca.

kəsik çörək yapışmaz.

kəsilən əkmək, yenidən bitməz.

kəsilsə çörək, yapışdır görək.

kəssək oturub, daşa ağlayır.

kətən gördü, kərəki üzdü.
- ağrı (cəfa) gördü, çadırın çəkdi


ki böylə əhval, qurdun pəncəsi oldu keçi saqqal darağı.

ki hər kim gəldisə, bildiğin işlər.

kiçik ağzım, ağca üzüm. (kiçik ağzım olsun, ağca üzüm olsun).

kiçik də olsa haçar, böyük qıpılar açar.

kiçik uluq duruşmaz, qırğı sunqır qarışmaz.
- qırqı sunqura muqavimət edəmməz.


kiçikdisə böyür, oğlandisə ulur, yigitdisə qocur.

kim ağrısın basdırdı, olmazilə dost oldu. (ölüm ilə dost oldu). (kim ağrısın basdırdı, ölümünən yastırdı (dost oldu).

kim bafa savın umarsa dişidən, ürəyi yonqalmayar dərdindən. (yonqalmayar: düzəlməz).

kim gizləsə dərdini, axır yıxar dərd oni.

kim ki dər isə can içrə canandan çıraq, türk dillər əyləşində (məylisində) daima tutsun qulağ.

kim ki həxdan tutmadı bən ey kişi, yarmadı haqdan onun hər giz işi.

kimə kim çələp verməyə, bayımaz, onundur onun, vergi həp çoxda az.

kimi yolçu kora yalquç olur, kimisin yoldan alıb kor ylluğa hadi olur.

kimin bilə qaş olsa, yaşın yaxmaz.
- kimin belə qutsuq daşı olsa, ıldırım onu çalmaz.


kimin kim olmaya yazusu onmaq, ani sə'yilə müşgüldür onarmaq.

kiminə qat-qat, kiminə ac yat.

kiminin başında tac, kimi ac-yalavac.

kiminin sacı var, kiminin ələyi.

kimisi sanur, kimisi sanculanur. (kimisi yava sanır, kimisi sancılanur).

kimsə özünə görə don biçər.

kimsədən bana gərəkməzdir mədəd.

kimsədən yarmaz mənə gəlsin mədəd.

kimsənəm yox səndən özgə ya ilah.

kimsənin çırağı, danacan yanmaz.

kiri kir açar, sirri sir açar.

kişi ayaqdansa, başdan böyüsün.

kişi büldüğücan görür, gördüyücan yox.

kişi çün yiyə qarnı tox ola, yaraşır gözü yuxulu ola.

kişi doslarından azar.

kişi doyduğu yerdə yox, doğduğu yerdə olmalıdır. (# kişi doğdudğu yerdə yox, doyduğu yerdədir).

kişi dustaq içrə sınanmaz.

kişi əti, diriklə dadır: adam əti diri olurkən dadlıdır.

kişi harda varsa yaraqlı gərək.

kişi işin alıqlama (: özgənin işin, qılığın, lağa qoyma).

kişi ititsə tanrım bitirər.

kişi ki gözlədi dirilik yatın, gərək ki oxşaya yad obanın itin. (yatın: yolun).

kişi kim yavızlıqdan qaça, gərək kim iyi fala ağzın aça.

kişi oldur ki canın fəda eyliyə cananına, yox oki canın qıya cananına.

kişi oldurki arvadı inandıra, özü inanmıya.

kişi oxşarı, işləyən sözdür.

kişi qanı yerdə yatmaz, yuğulub gedər.

kişi qursuz qalmaqdansa kor qalası. (qursuz: yoldaşsız).

kişi sağırı üz: adamın ən etgilənən dərisi üzündədir.

kişi seldir, arvad göl.

kişi var yaşlandıqca aşılanır, kişidə var aşlandıqca yaşlanır.

kişidən kişyə uğur (xeyir) ulaşır.

kişilər arasında bir dişi yox, dişilər olduğu yerdə kişi yox.

kişilər bir birinə bağlanıb, tanrıda qalır.

kişilər iş öndün yaraxlanır. (öndün: öncədən. işi başlamadan öncə). (kişilər işi başlamadan öncə, yaraklanır).

kişini cavan saxlar: yaxşı arvad, yaxşı at.

kişinin ağı qarası içindədir, heyvanınki üzündə.

kişinin bir özü, birdə sözü.

kişinin dili başqa, özü başqa.

kişinin kələcinə baxıb, ağlına qiymət ver. (kələcinə: sözünə)

kişinin sözü işdi, sözdəyir işi.

kişinin üzünə evdə söz gələr.

kişiyə hörmət, artırar minnət.

kişiyə, qundağa qonduqda girən xuy, salacada çıxar. (salacada: tabutda).
- kişi qundakta aldığı qoy (xuy), ölmədən dəyişməyəcək


kitap oxuyanındı, dil danışanın.

kor at, gecədə otlar. (kor atlar, gecədə otlar).

kor atı minib, şahlıq iddiası var.

kor balta sümük qırar.

kor bulaxdan su gəlməz.

kor burada ya bağdadda

kor çəliyin bir yol itirər. (kor dəyənəyin bir dəfə itirər).

kor dedi: görürəm, kar dedi eşidirəm, çolaq dedi: durun qaçaq.

kor deyir ki öz gözümlə görmüşəm.

kor eşşəyə saman vermax ahaddı.

kor gözündən qorxar, keçəl başından.

kor gözünə, var sürmə çəkənlər.

kor gurlayar, görən ülkər.

kor istədiyi bir göz, iki olsa nə söz.

kor kora kor deməsə, bağrı çatlar.

kor koru görsə qıdıqlanar (öğünər, keflənər).

kor koru tapar, su çoxuru.

kor koru, görməz.

kor quşun yuvası, yemsiz olmaz.

kor sevən bir göz.

kor tudduğn kəsәr.

kor-gözlünün nəyi var, iki əldə gözü var.

korlar şəhrində, gözlülərin nəyi var.

korun gözü görməz, könlü duyar.

korun gözündən qıl çəkməzlər.

korxmuş kişiye koyun başı qoş görünür.

kosa geddi saqqal gətirməyə, buğunda qoydu gəldi.

kosanın qocaldığı bilinməz.

kova daşa toxunsa, vay kovanın halına, daş kovaya toxunsada vay kovanın halına.

köç keçər it yürürər, ikisi də mənzilə birgə çatar.

köç qayıdanda, sürünün axsağı irəli düşər.

köçmədən öncə qonşuvu öyrən.

köhnə eşşək, təzə palan. (köhnə eşşək, yeni çul).

köhnə tap tazasında, yaman tap yaxşısında.

köhnəyə e'tibar olsaydı, bit bazarına, nur yağardı.

kökənində böyümüş nazik tənilə, yaz qışından nə bilir qunçə daha bu çəmənilə.

köksüz ot yelə gedər.

kölgə, düşdüyü yeri bəllədər.

kölgədə yatanın, kölgəsi olmaz.

kölgəli yayın, qarlı qışı var.

kölgəlik nə olduğun, gündən gələndən soruş.

kölgəsiz, tomalan necə bitər.

könlü ayaz, başı daz.

könül gördüyündən su içər.

könül ısıqli gərək.

könül incik çəkip can arıdam (təmiz, xalisləyəm), yaradan yarı edib üz yarıtam (ağardam,parlatam).

könül könüldən su içər.

könül sevən gözəlin, nə ağı nə qarası.

könül yaylasın yaylar.

könülə sığan söz de, qarnıva sığan yüz ye.

könüllə kirtin, dilinlə qurtul. (kirtin: inan).

köpək boranda qudurar.

köpöoğluya bax, hey, papaxda qoyur başına.

köprü üstə yol üstə, yapı yapılmaz.

köprüdən keçməmiş sayın, ayıdır dayın.

körpə sütsüz, pambıq susuz dirçəlməz.

körpəsən, pişməyivə çox qalırı, çatmağa körpüyə ver, var yoxuvu.

körpü, çaydan oyanadır.

kös kilimincə ayağın, soyuqda ta donmuya yağın. (kös: çöz. uzat). (kös kilimincə ayağın, söyuqda donmuya yağın).

köşşəyi yiyəsi diyən yerə bağla birdə döy qabırğasına.

kötü dilli qocadan yalnız dul yeğdir.

kötüyün quyla, yemişin dər.

közəku uzun bolsa, əlik küyməz: maşan uzun olsa, əl yanmaz.

küldən ot qalxar, oddan kül.

külək olsan borana ras gələrsən.

külü savırma, girər gözüvə, tüpürmə göyə, düşər üzüvə.

küpə, küpə küp diyər.

küpün zoru deşikdən çıxar.

kürə görmədən, dəmir döymədən, dəmirçi nədən ?.

kürə görməsə dəmir, yumşanmaz.

kürədən çıxdın, korluğa düşdün.

kürsü isdi, göt yassı, xanımın könlü nəistir.

küsülmüşük yerində, köməkləş yükü çataq.

küşən dəniz, qalın qalıq: coşan dərya, bulqan hava.

küzə gündə sınmaz, günündə sınar.

küzə qıranda bir, suyu gətirəndə bir.

küzə qırılsada qılpı əldə qalır.

küzənin geri verdiyi içindəndir.

lap zirək adam oduki zirəklik eləmiyə

lap zirək adam oduki, köpöyoğluluq eləmiyə

leyləyin gedişinə yox, gəlişinə baxarlar.

leyli bazarıdı, məcnun can satır.

qabaq sırlı, qabaq sırlı qadəhdir, döyərsən yarasa qırlanqıç olmaz.

qaçanda tanrını çağırır, qovanda.

qaçanı qovma, düşəni vurma.

qaçanı qovma, yıxığı vurma. (qaçanı qovma, yıxılanı vurma !).

qaçarsa ardından yel yetməz, qovarsa önündən geyik qurtulmaz.

qaçmaq məndən, qovmaq səndən.

qaçmaqdan qovalamaya vakıt tapmamaq.

qaçmaqla çox yaşanmaz, savaşa girmək əcəl yarımaz.

qadam alsın gözəllərin alayı (qəmzə, naz, hilə), gözəllərdən sıdqım sıyrıldı könül.

qadın alsan balta al, ayaqların çalda al.

qadın başlıdan erkək olmaz.

qadın malı, hamam toxmağı.

qadın tayfasının yaramazı yaramazdı, iyisi iyidi.

qadın, erkəyin əşi, evin günəşi.

qadına bəzəkdir paltar, ağacındır bəzəyi yapraq.

qadına göz yaşı sudu.

qadını çimrinin qazanı qaynamaz.

qadını evindən, kişini pirindən sorarlar.

qadının bəzəyi yalan, yalın, çılpaqlıqdı.

qadının fəndi, ərkəyi yendi.

qadının saqqalına gül, ağlın oğurla (al).

qağan aslan kimi anğar ərənlər, oxa qalxan kimi sinə gərənlər.

qal savı qalmaz, kağıl bağı yazmaz: ağsaqqal sözü işlər, söğüt dalından qurulan bağ, düğün açılmaq.

qaldır qaşıvı, yesin aşıvı.

qalın qolan çuvqasız (yalavacsız, qılavuzsuz) olmaz.

qalmaram böylə sınaqdan, çıxaram mən.

qamışı boş tutsan, əlivi kəsər.

qamuğ kişi düz ərməs: adamların hamısı bir deyil, bir qıl deyir.

qan qardaş olsada, mal qardaş deyil.

qan qoxusu, gəlir iyi, çəkir gözü, salır əzir, izdən izə.

qana qan, cana can, duza duz, düzə düz demişlər.

qananınan qanmazın qarşıtlı sözü(bir birinin qabağında sözü) birdir: yox. qanan qanmazı qanmır, qanmaz qananı qanmır.

qanı, qan ilə yunmaz.

qanmaz arvad ev pozar, yarım xoca din pozar.

qanmaz qonaq ev sahibini ağırlar.

qanmaza söz qandırma, quru ağaca su ( səpmək kimidi).

qanmazın sözündə düşün, qananın sözündən üşün.

qanuna əyən el olur, qanunu əyən nə olur.

qanuna əyən eldi, qanunu əyən başçı.

qapanın biləni yox, bilənin qapanı yox.

qapı halqasız, dəniz dalğasız olmaz.

qapılan qapanındı, tapılan tapanındi.

qapını girmədən döy, girdin bağla.

qar qarın başın yeyər.

qara başın yarağın eyləqıl sən.

qara baxan göz, qamaşar.

qara baxt elin, qara baxt dili var, dil yoxdusa, elin kimi var ?.

qara baxtın əli yetişdi aşa, başı dəydi daşa. (qara bəxdin: əli aşdasa, başı daşda olar).

qara bibər qaradır, dirhəmlə satılır, qar, ağ appağdır, kürəklə atılır.

qara bulutu yel açar, urun belə il açar: rüşvət düğün açar.

qara doğmuşa, qarqa oğluna, sabın neyləsin, çoğan neyləsin.

qara günü gözləyən qara günə qalar.

qara it qapar, ağ it yapılar (utular).

qara qara qarqalar, qalın qalın qar qalaqlarının qabağında, qar qar qarıldaşırlar.

qara qarıların otsuz ocağı, qara günlərin qutsuz bucağı.

qara qazan, könül versən ağayar.

qara quş ləş başında, soyqunçu mal qaşında.

qara quşa ox, öz yələyindən dəyər.

qara yerin qədrin əkinçi bilər, qara yolun qədrin, yolağçı.

qara, rənglərin üstünüdür, ağı görməyincə.

qaranlığın qədrin bilməyən, ışıqda kor qalar.

qaranlıq yerə girdin, gözüvü yum çəliyi tut.

qaranlıqda atınan eşşək seçilməz.

qaraüzdən (qə. bədən: oruspudan ) arvad olmaz, oynaşdan ər olmaz.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin