ИНТРЕС К ИССЛЕДОВАНИЮ ДУХОВНОГО МИРА
ЧЕЛОВЕКА В ПОЭМАХ БАХТИЯРА ВАХАБЗАДЕ
РЕЗЮМЕ
В этой статье тронуты вопросы о психологическом состаянии человека, о его
внутреннем мире и обогощение духовного мира в поэмах одного из виднейших
личностей Азербайджанской литературы Бахтияра Вахабзаде. Отмечанные
свойство обсуждаются вокруг поэм "Отверженные", "Достоинство" и "Жизн-
смерть".
SHEBNEM SALAYEVA
THE ANALYSIS HUMAN SPIRUTAL WORLD
IN BAKHTIYAR VAHABZADE' S POEMS
SUMMARY
The article touches upin the psychological state of human beings their spirutal world
and maturity in the poemsof Bakhtiyar Vahabzade, one of the gigantic figures in
Azerbaijani literature. The above mentioned characteristic are analyzed in Bakhtiyar
Vahabzade's poems such as " The Abandoned", "Life- Death" and ""Dignity"
ƏDƏBİYYAT
1. B. Vahabzadə. Fəryad. Bakı. Azərbaycan. 1985
2. B.Vahabzadə. Seçilmiş əsərləri. II cild. Bakı. Öndər. 2004
3. I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu materialları. Hüseyn Xəlilov. Bakı,
2012.
4. N. İbrahimov. Bəxtiyar Vahabzadə. Bakı. 1985
5. Y. Qarayev, Ş. Salmanov. Poeziyanın kamilliyi. Bakı. Yazıçı. 1985.
Rəyçi : Mirhüseyn Abbas
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №02, 2015
377
ÜMİT PEKTAŞ
Qafqaz Universiteti
umitpektasster@gmail.com
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ TÜRKİYƏ UŞAQ MƏTBUATININ
YARANMASINDA “ÇOCUQ DÜNYASI” JURNALININ ROLU
Açar sözlər: Çocuk dünyası jurnalı, Türk uşaq mətbuatı, uşaq jurnalları, XX əsrin
əvvəlləri uşaq ədəbiyyatı, Türk uşaq ədəbiyyatı
Key words: The journal of “Cocuq dunyası”, Turkish children’s press, journals for
children, children’s literature in the beginning of XX century, Turkish Children’s
Literature
Ключевые слова: журнал “Cocuq dünyası”, турецкая детская пресса, детские
журналы, детская литература в начале ХХ века, детская турецкая литература
Türkiyə uşaq ədəbiyyatının təşəkkülündə XX əsrin əvvəlləri böyük əhəmiyyət
kəsb edir. Bu dövrdə müxtəlif mətbuat orqanları və bu orqanlarda fəaliyyət göstərən
yazıçıların uşaq ədəbiyyatının əsasını qoymaqda əvəzsiz xidmətləri olmuşdur. Bu
dövrdə ən mühüm və uzun müddət ərzində dərc olunan mətbu orqanlarının önündə
Türkiyədə “Cocuq dünyası” jurnalı dayanmışdır. Əsərləri bu jurnallarda çap olunan
yazıçılar dövrün uşaq ədəbiyyatına xidmət etməklə yanaşı, günümüzə qədər gəlib
çıxmış uşaq ədəbiyyatının ən qiymətli nümunələrini yaratmışlar. Çünki onlar gələcək
nəsillərin maariflənməsində xüsusi rol oynamışlardır. Dövrün qabaqcıl yazıçıları ilə
yanaşı, nisbətən az tanınan yazıçılar, müəllimlər, hətta tələbələr belə bu sahəyə öz
töhfələrini vermişlərdir.
Biz bu məqalədə “Cocuq dünyası” jurnalının XX əsrin əvvəllərində türk uşaq
mətbuatının yaranmasındakı rolunu ortaya qoyduq. Qarşı qoyulan məqsəddən aslı
olaraq öncə jurnalın şəkil xüsusiyyətlərinə nəzər saldıq. Ikinci hissədə isə jurnalın türk
uşaq ədəbiyyatının inkişafındakı rolundan bəhs etdik.
1.XX əsrin əvvəllərində Türkiyə uşaq mətbuatı və “Çocuq dünyası” jurnalının
şəkil xüsusiyyətləri.
1908-ci ildə Türkiyədə 2-ci Məşrutiyyətin elanından, xüsusilə 1913-cü ildən
sonra meydana çıxan azadlıq ideyaları mətbuat orqanlarında bir canlanma yaratmışdır.
Bu eyni zamanda uşaq ədəbiyyatına da öz təsirini göstərirdi. Bu dövrdən etibarən,
xüsusilə 1913-1914 cü illər arasında bir çox uşaq jurnalları nəşr olunmuşdur. Onların
sırasında “Müsəvvər kiçik Osmanlı”(1909), “Məktəblilərə dost” (1910), “Cocuq
dünyası”(1913), “Ciddi Qaragöz”(1913), “Cocuq evi” (1913), “Məktəbli” (1913),
“Tələbə dəftəri” (1913), “Cocuq duyğusu”(1913), “Cocuq aləmi” (1913), “Qaranquş”
(1914), “Cocuq dostu”(1914), “Balaca” (1914) (114, 216). Göründüyü kimi “Cocuq
dünyası” jurnalı da bu dövrdə nəşrə başlayan jurnallardandır.
Qeyd edək ki, Balkan müharibələrindən sonra milli hisslər daha çox ön planda
keçirdi və “Cocuq dünyası” jurnalında bu hisslər özünü daha qabarıq şəkildə təzahür
edirdi. Bu dövrdə baş vermiş siyasi hadisələr və sosial vəziyyət “Cocuq dünyası”
jurnalında da öz əksini tapırdı. Jurnal dövrün tələbləri ilə səsləşən milliyyətçilik
ruhunda nəşr olunurdu. Burada başlıca məqsəd uşaqlarda milli hissləri və milli şüuru
formalaşdırmaq idi.
Filologiya məsələləri – №02, 2016
378
“Cocuq dünyası” jurnalı 14 mart 1329 (27 mart 1913) cu ildə fəaliyyətə
başlamışdır. Jurnalın baş redaktoru Tevfik Nurettin idi. Jurnalın üz qabığında “Cocuq
dünyası” adı qeyd olunmuşdur. Başlığın altında “Uşaqların dünyagörüşünün
artırılmasına xidmət edir.Həftədə bir dəfə çıxır” sözləri vardır. Bu, onu göstərir ki,
həqiqətən də jurnalın uşaqların dünyagörüşünün artırılmasında xidməti böyük olmuşdur.
Osmanlı dövründə nəşr olunan digər uşaq jurnalları kimi “Çocuq dünyası” jurnalı da
həftənin dördüncü günləri satışa çıxarılırdı. “Ümumiyyətlə uşaq jurnalları həftədə bir
dəfə nəşr olunurdu. Jurnallar həftə sonuna bir gün qalmış ya dördüncü gün, ya da
beşinci gün satışa çıxarılırdı. Onların bu günlərdə satışa çıxarılmasının əsas səbəbi
uşaqların dərslərinə mane olmamağla bağlı idi” (10, 13). Jurnalın adının sol tərəfində
ünvan yerinə “Müraciət yeri Bab-ali küçəsi, 77 nömrəli türk evi kitabxanasında “Cocuq
dünyası” redaktorluğu yazılmışdır”. Bu da “Türk ocağı” dərnəyi ilə jurnal arasında sıx
əlaqələrin mövcudluğundan xəbər verirdi. Bu yazının altında “illiyi Osmanlı dövləti
üçün 15 quruş, Rusiya üçün 2 rubl, başqa yerlər üçün isə 5 frank” yazılmışdır. Bu
ifadələr jurnalın Osmanlı sərhədlərindən kənarda da satıldığını bildirirdi. Jurnalın bir
neçə nüsxəsi Azərbaycan Respublikasının paytaxtı Bakıda AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
“Cocuq dünyası” jurnalının 94 sayı nəşri olmuşdur. 79-cu nəşri 1913-1914-cü
illərdə çıxmışdır. 79-cu nəşr 22 Təşrin-i əvvəl dördüncü gün 1330 (1914)-cu ildə
çıxmışdır. Bu buraxılışda jurnalın fasilə verəcəyi haqqında heç bir məlumatla
rastlaşmırıq. Jurnal müntəzəm şəkildə nəşr olunsa da, 79-cu ilə 80-ci buraxılışları
arasında 4 il fasilə olmuşdur.
Belə ki, Jurnal 9 may 1334 (1918) tarixində “80-1” say nömrəsilə yenidən
nəşrə başlamışdır. Bu müddət ərzində nəşrə fasilə verilməsinin səbəbi buraxılışın
əvvəlində aşağıdakı kimi göstərilmişdir, “ Möhtərəm məsləkdaşım Tevfik Nurəddin
bəyin muqəddəs vətənə xidməti ilə əlaqədar olaraq bir muddət fəaliyyətini dayandıran
“Çocuq dünyası” bu gün öz balaca dostlarına yenidən qovuşdu. İnşallah böyuk qardaşı
“tələbə dəftəri” ilə birlikdə müntəzəm olaraq balaca dostları ilə göruşəcək. (8, 1)
1918-ci ildən etibarən “80-1” say nömrəsi ilə fəaliyyətə başlayan jurnalın 15
buraxılışı nəşr olunur. Bu müddət ərzində jurnalın baş redaktorluğunu və sonra da
sahibliyini müəllim Ahmet Halil bəy həyata keçirmişdir. Jurnalın səksəndən doxsan
dördə qədərki buraxılışlardan bəziləri (84, 85, 86, 87, 88, 89, 90, 91) bizə gəlib
çatmamışdır. Türkiyə Kitabxanalarında kolleksiyalar tam yoxdur. 94-cü buraxılışın
sərlövhəsindən sonra sol tərəfdə “Cocuq dünyası bu nüsxədən sonra bir müddət
çıxmayacaqdır” qeydi vardır (9, 1).
Jurnalın ikinci buraxılışında bəzi dəyişikliklər nəzərə çarpmaqdadır. Məsələn,
sonuncu 79-cu buraxılışda”uşaqların dünyagörüşünün artırılmasına xidmət edən,həftədə
bir dəfə çıxan milli məcmuədir” sözlərinin əvəzinə “Uşaqlara xidmət edir, iki həftədən
bir dördüncü günlər çıxır” qeydi diqqəti cəlb edir. Bununla belə 79-cu buraxılışdan
sonra uşaqların dünyagörüşünün artırılmasına xidmət edən milli məcmuə olma ifadəsi
isə qeyd olunmur. Aparılan tədqiqatlar onu göstərir ki, 80-ci buraxılışdan sonrakı
nəşrlərdə milli hissləri ifadə edən yazıların olduğunu görmək mümkündür. Buna Birinci
Dünya müharibəsində Osmanlının məğlub olması və xarici qüvvələrin siyasi təzyiqləri
səbəb olmuşdur. Jurnalın nəşr olundugu ilk illərdə çap olunan mövzular ilə Birinci
Dünya muharibəsindən sonrakı mövzular arasında xeyli fərqlər nəzərə çarpmaqdadır.
Filologiya məsələləri – №02, 2015
379
“Cocuq dünyası” jurnalı Cümhuriyyət elanından sonra yenidən nəşr olunmağa başlayır.
(1926). Cümhuriyyətdən əvvəlki nəşrlər (1913-1918) 1-cidən 94-cü buraxılışa qədər
tam görünsə də, bu buraxılışları iki mərhələdə araşdırmaq daha doğru olardı: I. 1913-
1914-cü illər. Bu illərdə nəşr olunan jurnallarda Balkan müharibəsinin təsiri və
milliyyətçilik fikirləri daha çox öz əksini tapırdı. 1912- ci ildə baş verən Balkan
müharibəsinin sonunda Osmanlı dövləti qısa zaman kəsiyində Rumelidəki torpaqlarını
itirmişdi. Əsrlərlə bir yaşayan xalqların qəflətən üsyan etmələri əhalidə ruh
düşkünlüyünə səbəb olmuşdur. Balkan torpaqlarından İstanbula gələn köçkünlərin
vəziyyəti, mətbuat orqanlarının bu hadisələri gündəmə gətirməsi və s. insanlar arasında
daha geniş təşvişə səbəb olmuşdu. Xalq intiqam hissi ilə yaşayırdı (12, 489).
Yaşananlar xalqda türk milliyyətçiliyi hisslərinin oyanmasına səbəb olurdu. Bu
özünü xüsusilə İttihad və Tərəqqi firqəsi tərəfdarları vasitəsilə ümumilə ədəbiyyatda,
Xüsusilə uşaq ədəbiyyatında daha çox bürüzə verirdi. Jurnalın nəşrinin birinci
mərhələsində milliyyətçiliyə daha çox yer ayrılırdı. Onun xüsusilə 1913-1914-cü illərdə
çıxan buraxılışlarında milli nümunələrə daha çox diqqət yetirilirdi. Jurnalın birinci
buraxılışında bildiriş hissəsində olan ifadələr “Çocuq dünyası” yazıçılarının dünya
ədəbiyyatı ilə yanaşı, milli ünsürlərə də yer verəcəkləri məramı ortaya qoyulur. Onsuz
da bu qrupun daxil olduğu ədəbi axın olan “Milli ədəbiyyat”cərəyanı dövründə türk
mədəniyyətinə meylilik özünü daha yaxşı nümayiş etdirirdi.
Jurnalın nəşrinin ikinci mərhələsi 1918-ci ildə başlayır. Bu mərhələdən əvvəl
jurnala 4 il fasilə verilmiş, jurnalın baş redaktoru da dəyişilmişdir. Jurnalın birinci
mərhələsinə nisbətən bu mərhələdə həm siyası vəziyyət, həm də yazılan mövzular
dəyişmişdir. Bu dövrdə milliyyətçilik fikirlərinə daha az yer verilmişdir. Bunu jurnalın
ön səhifəsində yazılan fikirlər də təsdiqləyir: “Uşaqlara xidmət edir, iki həftədən bir
dördüncü günlər çıxır”. İlk 79 buraxılışındakı uşaqların dünyagörüşünün artırılmasına
xidmət edən “milli məcmuə” ifadəsi 80-1 say nömrəsindən sonra göstərilmir.
Səksəninci nəşrdən sonra çıxan buraxılışlarda milli hissləri ifadə edən fikirlərə daha az
rast gəlinir.
Jurnal əvvəlcə 8 səhifədən ibarət olmuşdur. “Qədər mətbəəsi”ndə çap olunmağa
başlayan bu jurnalın baş redaktoru Tevfik Nurettin olmuşdur. Jurnalın yeddinci
nəşrindən sonra səhifələrin sayı bir qədər artırılmışdır.Jurnala ön və arxa səhifə əlavə
olunmuş, bu səhifələrdə müxtəlif elanlar, keçən nüsxədəki tapmacaların cavabı və düz
cavabı bilənlərin siyahısı göstərilmişdir. Uşaqlara 8-ci buraxılışda anket doldurmaq
məqsədilə verilən forma ilə yanaşı,tapmacaların cavablarını yazmaq üçün xüsusi bölmə
də ayrılmışdır.
Jurnal bir qayda olaraq həftədə bir dəfə çıxmışdır. Amma 17-ci buraxılışın
sonunda müəyyən bir mövzu ilə əlaqədar olaraq aparılan sorğunun nəticəsi verilmişdir.
Sorğuda cəmi 1195 nəfər iştirak etmiş, bunlardan 589-u jurnalın həftədə iki dəfə, 374-ü
həftədə bir dəfə çıxmasını istəmiş, 232-si isə rəy bildirməmişdir. Buradan jurnalın satış
tirajı haqqında da məlumat əldə etmək olur. Jurnal rəhbərliyi bu vəziyyəti belə izah
etmişdir: “Ekseriyyət həftədə iki dəfə çıxarmaq isteyənlərdən ibarətdir. Yaxında yalnız
İstanbula və tətil zamanlarına məxsus olmaq üzərə həftənin birinci günləri də nəşr
edəcəyik” (2, 9).
21-ci nömrənin arxa səhifəsində “Bu bazar ertəsindən etibarən cocuq dünyası
həftədə iki dəfə çıxacaqdır. Bazar ertəsi nəşr olunan nüsxələr 16 səhifədən ibarət
olmaqla bərabər, həm də ayrı şəkil və həcmdə olacaqdır” (3, 8). 8 Avqust 1329(1913)-
Filologiya məsələləri – №02, 2016
380
cu ildə nəşr olunan 22 –ci buraxılışında “həftə içi “cocuq dünyası” nı yay aylarına
məxsus olaraq bazar ertəsi günlərində daha bir nüsxə çıxarmağa başladıq. Bu nüsxənin
üslubu tamamilə fərqlidir. Dördüncü günləri çıxan nüsxə ilə oxşarlığı yoxdur.
Müvəqqəti olduğu üçün abunəliyi yoxdur” (4, 8).
34-cü nömrənin 7-ci səhifəsində jurnalın 8 səhifədən 16 səhifəyə qədər
artırılacağı bildirilir. 37-ci nömrədən etibarən jurnal 16 səhifədən ibarət olaraq nəşr
edilir. Həcm artırılıdıqdan sonra burada təqdim olunmuş hekayələrin sayı və həcmi də
artır.Jurnalın bəzi nömrələrinin əvvəlində mündəricat hissəsi də verilmişdir. 37-ci
nömrədən etibarən ön səhifədə jurnalın içindəki yazıların adını və yazıçıları bildirən
indeks də mövcuddur. 50-ci nömrədə jurnalın bir yaşının olduğu barədə məlumat da
verilmişdir.
51-ci nömrədən 76-cı nömrəyə qədər nüsxələrdəki səhifələrin sayı bir kitab kimi
ardıcıl sıralanmışdır. Əldə olan nüsxələr bu jurnalın toplu şəkildə cildlənmiş olduğunu
göstərir. Bu nömrədən başlayaraq əlavə ön səhifə və arxa səhifələr yoxdur. 51-ci
nömrədən sonra jurnalın səhifələri bəzən iki sütuna ayrılmır. Bundan əvvəl hər səhifə
iki sütun şəklində idi. Tək səhifə şəklində yazılan hissələr daha böyük hərflərlə çap
olunmuşdur. Jurnalın 80-1- ci nömrəsi 4 il fasilədən sonra nəşr olunmağa başlamış və
Baş redaktoru Ahmed Halid müəllim olmuşdur. “Ay ulduz “ mətbəəsində nəşr olunur.
Bu dövrdə nəşr olunan jurnallar ardıcıl sıralanmış halda cildlənmiş kitab kimi nəşr
olunmuşdur.
83-cü nömrədən sonra jurnalın satış qiyməti artırılır. Qiymət 10 (para) dan 100
(para) ə qədər qalxır. Buna səbəb həmin dövrdə iqtisadi böhranla əlaqədar kağız
çatışmazlığı olmuşdur.
94-15-ci nömrənin əvvəlində jurnalın bir müddət nəşr olunmayacağı bildirilmiş,
orada “Cocuq dünyası” bu nüsxədən etibarən bir müddət çıxmayacaqdır” (9, 225)
qeydi vardır.
2.“Cocuq dünyası” jurnalının Türk uşaq ədəbiyyatındakı rolu.
“Cocuq dünyası” jurnalının uşaq ədəbiyyatındakı rolunu, uşaq təhsili və uşaq
ədəbiyyatı ilə bağlı fikirlərini dərindən dərk etmək üçün jurnalın birinci nömrəsinin
əvvəlindəki “Cocuq dünyasının düşüncələri” başlığı altındakı yazını oxuyub bu
istiqamətdə araşdırma aparmağa ehtiyac vardır. Beləliklə, biz “Cocuq dünyasının
düşüncələri” ndə ana və atalara müraciətlə oxuyuruq:
“Bizim ölkəmizdə uşaqların həyatı və onların dünyası haqqında
maarifləndirilməyə daha çox ehtiyac duyulsa da, təəssüf ki, indiyə qədər bu məsələyə
olduqca laqeyd yanaşılmışdır. Millətlər arasında bu qədər geri qalmağımızın səbəbini
fikirləşsək, yəqin, birinci səbəb kimi uşaqların düşüncələrinin tərbiyələndirilməsində
diqqətsizliyimiz yadımıza düşəcək.
Gənclərimizin dövrün tələblərinə uygun fikrə malik olmamalarının , onların
tərəqqi yolunda geniş addım ata bilməmələrinin səbəbini özümüzdə görürük.
Gəncliyin təməli uşaq aləmidir. Günlərini boş və faydasız keçirmələrinə göz
yumduğumuz gənclər əgər dövrün tələblərinə uyğun yetişməmişlərsə, bu onların günahı
yox, onları bu vəziyyətə gətirənlərin günahıdır.
Bizim ailələrdə uşaqların tərbiyəsinə çox yer verilirsə də, onların kitab
oxumalarına fikir verilməmişdir. Halbuki uşaq tərbiyəsi ədəbiyyat məcmuələrindən,
mühüm fənn kitablarından,siyasət dərslərindən daha önəmlidir. Bu olmadıqda onlar
daim bir boşluq içində olacaqlar.
Filologiya məsələləri – №02, 2015
381
Tolstoy ömrünün böyük bir hissəsini uşaqlar üçün sadə, amma son dərəcə gözəl
hekayələr yazmaqla keçirib və hətta öz kəndində açdığı məktəbdə ömrünün axırına
qədər kəndli uşaqlarının tərbiyəsilə məşğul olmuşdur. Bizdə isə hələ övladlarımızın
əlinə verməyə layiqli kitablar belə yoxdur,uşaq ədəbiyyatı dərin bir boşluq içindədir.
Biz bu boşluğu doldurmaq, uşaqlarımızda oxumaq və düşünə bilmək vərdişlərini inkişaf
etdirmək, onları ölkə üçün faydalı şəxsiyyət kimi yetişdirmək üçün “Cocuq dünyası”
jurnalını çıxarırıq.
Yaxın bir neçə il ərzində bizdə bu istiqamətdə xeyli təşəbbüs irəli
sürüldü.Məsələn əvvəlki dövrdə “Uşaqlara məxsus qəzet”və sonra da “Dost”, “Şebab “
kimi iki məktəbli qəzeti çıxdı.Amma fəaliyyəti uzun çəkmədi. Biz bunu uşaq
psixologiyası,uşaqların ruhuna və ehtiyaclarına cavab verməyərək onların başa düşə
bilmədikləri ağır mövzuların yazılması ilə izah edirik Avropada uşaqları bünövrədən
mütaliəyə alışdırmaq, düşüncələrini inkişaf etdirmək üçün müxtəlif əfsanələrdən
(təmsil),nağıllardan (rəvayət) istifadə olunur. Orada uşaq ədəbiyyatı bu sadalananlarla
zəngindir. İfadəli oxumağı yenicə öyrənən uşağın qarşısına çətin və darıxdırıcı yazıları
qoyub onda mutaliəyə qarşı soyuqluq yaratmaqdansa, özünə yaxın olan hekayələrlə
onda sevgi və istək oyandırmaq daha düzgün olardı.
Biz çocuq dünyası üçün bu əsası qoruyuruq. Fransız,alman,ingilis və rus uşaq
ədəbiyyatına dair əsərlərdən istifadə etməklə yanaşı, milli nağıllarımızdan
faydalanmağa çalışmalıyıq” (1, 1-2).
“Cocuq dünyası” hərdən bir əlavələr və xüsusi risalələri nəşr edərək ölkəmizdə
uşaq ədəbiyyatı boşluğunu mümkün qədər tez doldurmağa çalışacaqdır (1, 1-2). “Cocuq
dünyası” jurnalı Osmanlıda uşaq ədəbiyyatını çatışmazlığının qarşısını almaq və uşaq
ədəbiyyatına kömək etmək istəyini 29-cu nömrənin birinci səhifəsində bu yazıyla
bildirir, “... (“Cocuq dünyası”) bütün bunlar ölkəmizdə milli uşaq ədəbiyyatı yaratmaq
məqsədini müntəzəm şəkildə inkişaf etdirdi.” (6, 1).
“Cocuq dünyası” jurnalı əvvəlki jurnalların buraxdığı səhvləri təkrarlamayaraq
uşaqlar üçün maraqlı olan ədəbi növlərə də yer verəcəyini qeyd etmişdi.Jurnalı
çıxaranlar uşaqlara necə müraciət etmək lazım oldugunu da düşünmüsdülər. Jurnalı nəşr
edənlər qeyddə bildirdikləri kimi onun içərisində bir çox hekayə,nağıl və təmsillərdən
istifadə etmişdilər. Jurnalda digər millətlərin uşaq ədəbiyyatı nümunələri də çap
olunurdu.Ancaq milli ədəbiyyata əsaslanan bu jurnallarda, yazıçıların qeyd etdikləri
kimi, milli nağıl və hekayələrin üstünlük təşkil etdiyini görürük. Jurnalın məzmununa
baxdıqda onun hər bir nömrəsində hekayə, şeir, nağıl, tərcümə əsərləri, tapmacalar,
tapmacaların doğru cavablayanların siyahısı, kitab təqdimatlarını da aydın görə bilərik.
Bununla belə jurnalda müəyyən faktorlar daim yer alsa da, hər nömrənin məzmununda
seçilən ədəbi növlərdə dəyişikliklər gözə dəyməkdədir.
Jurnalda dünya uşaq ədəbiyyatı nümunələrinə olduqça böyük yer verilmişdir.
Demək olar ki, jurnalda hər hansı bir xalqın və ölkənin ədəbiyyatından (ingilis,fransız,
alman, rus, hind, yapon və s.) edilən tərcümə nümunələri təqdim olunmuşdur. Bəzi uşaq
ədəbiyyatı nümunələri bir çox nömrələrdə silsilə şəklində dərc olunmuşdur. Onların
sırasında “Qulliverin səyahəti”, “Vilyam Tel” və s. qeyd etmək olar.
“Milli nağıl” başlıqları altında türk və islam tarixinə aid çox saylı nağıllara,
demək olar ki,hər nömrədə yer verilmişdir.
Filologiya məsələləri – №02, 2016
382
Eyni zamanda hər nəşrdə hekayələrə də çox yer verilmişdir. Xüsusilə 1914-cü
ilin axırına qədər nəşr olunan birinci nüsxədə hekayələrdə milli duyğular daha gəniş
şəkildə ortaya qoyulmuşdur.
Jurnalda heyvanlar haqqında nağıllar daha çoxluq təşkil edir. Lakin onlar heç də
vahid bir başlıq birbaşlıq altında verilməmişdir. Jurnalda bəzən “heyvanlar haqqında
nağıllar”başlığı altında hekayələr də mövcuddur. Bununla belə heyvanlar haqqında
nağıllar eyni başlıq altında verilməmişdir. Hekayə və nağılların əksəriyyətində şəkillərə
də yer ayrılmışdır.
Jurnalda daha çox şeir növündən istifadəyə yer verilmişdir. Burada “Milli
duyğular” və “Çalışmağın əhəmiyyəti” kimi mövzulara daha böyük üstünlük təşkil
etmişdir. Jurnalda eyni zamanda şeir əzbərləmə müsabiqələrinin keçirildiyi də diqqət
çəkməkdədir.
Jurnalın hər nəşrində tapmacaların təqdim olunduğunu qeyd etmək lazımdır.
Tapmacaların cavabları jurnalın sonrakı nömrələrində verilmişdir. Arxa səhifədə
tapmacaları düz tapanların adları və oxuduqları məktəb haqqında məlumat dərc
olunmuşdur. Həmçinin jurnaldakı elanlardan gorünür ki, tapmacaların düzgün
cavablarını tapanlara bəzi hədiyyələr də verilirmişdir. Fikrimizcə, tapmacalara və
krossvordlara bu qədər çox yer verilməsinin səbəbi uşaqların intellekt səviyyəsini
inkişaf etdirmək və onları oxumağa təşviq etmək kimi dəyərləndirilməlidir.
Jurnalın bəzi nömrələrində “Şəkilli hekayələr” başlığı altında sadəcə bir neçə
şəkildən ibarət yazısız məzəli hekayələrə də rast gəlmək mümkündür.
Bundan başqa jurnal təşkil etdiyi müxtəlif müsabiqələrlə oxucuları daha çox
fəallaşdırmağa çalışmışdır. “Şəkil müsabiqəsi, dil yarışı, nağıl müsabiqəsi, şeir
söyləmək müsabiqəsi, hekayə tamamlama müsabiqəsi” və s. kimi müsabiqələr məhz bu
qəbildəndir.
Bütün bunların vasitəsilə jurnal müəllifləri özləri ilə oxucu arasında əlaqə
yaratmağa səy göstərmişlər. Jurnalın arxa səhifəsində müsabiqəyə qoşulub uğur
qazananların siyahısı dərc olunmuşdur. İştirakçıların sayının çoxluğunu məhz buradan
bilmək mümkündür. Jurnalı çıxaranlar o dövrə məxsus demokratik iştirakçı üsulundan
istifadə edərək oxucularının jurnala olan marağını öyrənmək istəmişdilər. Abunəçilərin
jurnalda görmək istədiklərini müəyyənləşdirmək üçün ayrıca olaraq “Bir müsabiqə” (7,
287) adlı sərlövhə ayrılmışdır. Aparılan bu işlər jurnalın oxucu ilə sıx əlaqədə olduğunu
təsdiqləyir. Jurnalın arxa səhifəsində bir neçə jurnalın və ya kitabın reklamına da yer
verilir. Nəşr olunmuş bəzi hekayə və nağılların ayrıca bir kitab halında çap edilərək
satıldığı da müşahidə olunmaqdadır. Məsələn, 28-ci nömrənin arxa səhifəsində
(əlavəsində) “Cocuq dünyası nəşriyyatı” başlığı altında nəşr olunmuş kitabların adı və
qiymətləri təqdim olunmuşdur. “Sehrli xalça”, “Tülkü qardaşın başına gələnlər”, “Tülkü
qardaşın mühakiməsi”, “Qulliverin səyahəti” bunların hər biri 20 (para) dəyərindədir.
Jurnalda həm də oxuyuruq: “Məcmuəmizdə nəşr olunan və kiçik dostlarımız tərəfindən
sevilərək oxunan bu hekayələrin tirajı azaldığından onu hələ də əldə etməyənlərə
almağa tələsmələrini məsləhət görürük” (5, 9).
Bəzi nömrələrdə (№ 30 və 32) “Ailə əyləncələrindən” başlığı altında müxtəlif
oyunlar verilmişdir. Bu, uşaqların öz ailələriylə səmərəli vaxt keçirmələri üçün nəzərdə
tutulmuşdur.
Jurnalda Türk tarixindəki bəzi mühüm günlər və onların əhəmiyyəti ilə bağlı
bilgilərdə uşaqlara ötürülmüşdür. Onların sırasında 10 iyul Məşrutiyyət bayramı,
Filologiya məsələləri – №02, 2015
383
Osman bəyə digər türk bəylərinin beyət tarixi (№ 41), peyğəmbərimiz Hz.
Məhəmmədin doğum gecəsi (№ 46), Qaspıralı İsmayılın ölümü (№ 13) ilə bağlı günləri
göstərmək mümkündür.
Jurnalda uşaqların üçün ictimai xarakterli mövzular da çap olunmuşdur.
Məsələn, donanmaya kömək etmək üçün yardım kampaniyası həyata keçirmək məqsədi
ilə bunun üçün fövqəladə nüsxə çıxarılmışdır. Jurnalda məktublar üçün də ayrıca yer
ayrılmışdır. Burada bəzən dövlət rəhbərlərinə yazılmış məktublara, bəzən də jurnalın
özünə göndərilən məktublara rast gəlinir. Məsələn 46-cı nömrənin 4-cü səhifəsində
maarif nazirinə yazılmış bir məktub təqdim olunmuşdur. Bu məktubda Qalatasaray
məktəbi Sultanisi şagirdlərinin beşinci gündən etibarən tətilə çıxmaq istədikləri
göstərilmişdir. Dövrün Bələdiyyə rəisinə də yazılmış məktub da vardır. Jurnalın 51-ci
nömrəsinin birinci səhifəsində Ispartalı Haqqı bəyin “Cocuq dünyası” na maraq
oyatmaq üçün yazdığı məktub yerləşdirilmişdir. Məktub janrından jurnalın istifadə
etməsi dil-üslub baxımından da uşaqlarda böyük maraq oyadacağı hiss olunur. Ərəb,
fars tərkibi və söz birləşmələrindən daha az istifadə olunub yazıların asan başa
düşülməsinə də diqqət yetirilmişdir.
“Cocuq dünyası” jurnalında dövrün qabaqcıl yazıçıları ilə yanaşı, nisbətən az
tanınan şair və yazıçıların, müəllimlərin və tələbələrin də yazılarına yer verilmişdir. Elə
buna görə də “Çocuq dünyası” nın olduqca güclü bir yazıçı tərkibi olmuşdur. Ziya
Göyalp, Aka Gündüz, Ədhəm Nejad, Mehmet Emin (Yurdakul), Əli Ulvi (Elöve),
İsmayıl Haqqı (Baltacıoğlu), Hüseyn Ragıp (Baydur) kimi məşhur yazıçılar bu jurnala
öz töhfələrini vermişdilər (11, 107).
Dostları ilə paylaş: |