ЛИТЕРАТУРА
1. Auerbach E., Gesammelte Aufsätze zur romanischen Philologie, Bern/München,
1967
2. Blumenberg H. „Einschließen - Historisieren – Aufgreifen“ Ein Arbeitsgespräch in
Poetik und Hermeneutik III, Konstanz, 2008
3. Buck G. Lernen und Erfahrung, Stuttgart, 1967
4. Erlichs V., Russischen Fornealismus“, München 1964
5. Escarpit R. Das Buch und der Leser: Entwurf einer Literatursoziologe,
Köln/Opladen 1961
6. Flaubert G. Madame Bovary, Paris 1951
7. Flaubert G. „Education Sentimentale“ in Heidelberger Jahrbücher 2, 1958
8. Gadamer H.G. Wahrheit und Methode, Tübingen, 1960
9. Jauß H. R. Untersuchungen zur mittelalterlichen Tierdichtung, Tübingen, Bd. IV A
und D, 1959
10. Tomasevskij B. „Theorie de la litterature. Textes des formalistes russes reunis,
presentes et traduits par T. Todorov, Paris, 1965, S.306
11. Vodicka F. „Struktura vivoje“ in Zur Problematik der Rezeption von Nerudas
Werk, Prag, 1969
12. Wellek R. “The Literary Theory and Aesthetics of the Prague School” in Zeitschrift
“Slovo a slovesnost” Prag, 1969
S.T.RZAYEVA
BƏDİİ ƏSƏRLƏRİN RESEPTİV-ESTETİK BƏDİİ XARAKTERİ
XÜLASƏ
Məqalədə Hans Robert Yaussun reseptiv estetika nəzəriyyəsinin ədəbi ənənənin
ingişafinda və təşkilində əsas prinsip kimi götürülməsinə münasibət bildirilir. Bədii
əsərlərin dinamikasının ədəbi-bədii ənənənələrin yarnmasındakı rolu bədii mətnlə onun
resipienti arasında kommunikativ qarşılıqlı əlaqənin olması ilə səciyyələndirilir. Eyni
zamanda estetik məsafə anlayişina aydınlıq gətirilir və onun oxucu kütləsi uçün
oynadığı rola münasibət də bildirilir.
S.T.RZAYEVA
THE RESEPTIVE-AESTHETIC LITERARY CHARACTER
OF THE WORKS OF ART
SUMMARY
The article deals with the reseptiv aesthetic theory by Hans Robert Yauss and its
role in development of literary tradition and its constitute. The author tries to throw a
light on the dynamics of literary works in the formation of literary and works of arts,
and mutual relations of the recipient and the literary work. The notion of aethetic
distance is also touched uopn in this article.
Rəyçi: prof. M.Q.Qocayev
Filologiya məsələləri – №02, 2015
357
YÜCEL KARAUZ
Azarbaycan2013@gmail.com
MÜHARİBƏ ƏSİRLƏRİ İLƏ ƏLAQƏDAR 1918-Cİ İLDƏ EDİLƏN
RAZILAŞMALAR
Açar sözlər: brest sülhü,, Əsir Dəyişmə Sazişi, zaqafqaziya hökuməti
Ключевые словы: брестский мир, соглашение обмен пленными , правительство
закавказского
Keywords: the treaty of brest-litovsk, prısoner exchange agreement, the government
of the caucasus
Osmanlı dövləti, donamasının 29 Oktyabr 1914-cü ildə Rus liman şəhərlərini
bombalaması və arxasından Rusiyanın 2 noyabr 1914-cü ildə Osmanlı Dövlətinə rəsmi
olaraq müharibə elan etməsiylə özünü həqiqətən 1-ci dünya müharibəsinin içində
tapmışdır.
Osmanlı dövləti Ruslar ilə Qafqaz, Galiçya və Rumıniya cəbhələrində
qarşılaşmış, bu döyüşlərdə böyük torpaq itkiləri yaşamışdır.
Savaş 15 dekabr 1917-ci ildə həqiqətən sona çatmışdır. Bu keçən 3 ildən çox
müddətdə Rusların da itkin və əsirləri olmaqla birlikdə Türk ordusu çox sayda itkin və
əsir vermişdir.
Döyüşün sona çatmasından etibarən Osmanlı hökuməti Rusiyadakı Türk
əsirlərinin vəziyyəti və bunların Anadoluya getirilmeleriyle əlaqədar ilk əlaqədar
müxtəlif işlər içində olmuşlardır. Əsirlərin mübadiləsi ilə təşəbbüs 1918-ci il martın 3-
də Brest-Litovskda imzalanmıştır.bu imzalanan Brest-Litovsk Atəşkəs andlaşmasından
yer almışdır.
Taraflar , bu atəşkəs andlaşmasından Petrograd'da bir "Karma Komissiya" un
toplanması qərarına gəlmişlər.
Osmanlı hökuməti, bir Türk heyətini 12 Yanvar 1918-ci ildə Petrograd'a
göndərmiş, danışıqlarda təmin edici nəticə alına, bir neçə yüz malul Türk döyüş əsiri və
vətəndaşın yurda dönüşü qərarına varılabilmiştir.
Brest sülh müqaviləsi; 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış,
martın 15-də 4-cü Ümumrusiya fövqəladə sovetlər qurultayı, Almaniya reyxstaqının
razılıq verməsindən (22 mart) sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm
tərəfindən təsdiq olunmuşdur. Brest sülh müqaviləsi aşağıdakı sənədlərdən ibarətdir:
Rusiyanın Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı dövləti ilə sülh
müqavilələri; ayrı-ayrı malların tarifləri və gömrük rüsumları barədə müqaviləyə əlavə
olaraq imzalanmış yekun protokolları; sülh müqaviləsinə əlavə olaraq Rusiya-Almaniya
müqaviləsi; Rusiya-Avstriya-Macarıstan əlavə müqaviləsi; Rusiya-Bolqarıstan əlavə
müqaviləsi; Rusiya-Türkiyə əlavə müqaviləsi. 14 maddədən ibarət əsas müqavilənin 4-
cü maddəsi Qafqaza aid idi. Dördlər ittifaqı ilə Rusiya arasındakı müqaviləyə
görə, Litva, Kurlandiya, Latviya, Estoniya və Belorusiyanın bir hissəsi Rusiyadan
alınır, Ukrayna və Finlandiya müstəqil dövlət olur, sovet qoşunları bu ərazilərdən
çıxarılır, Qars, Batum, Ərdəhan Türkiyəyə verilirdi.
Filologiya məsələləri – №02, 2016
358
Rusiya öz ordusunu tərxis etməli idi. 1918 il fevralın 16-da Bakı Sovetinin sülh
məsələsinin müzakirəsinə həsr edilmiş iclası oldu. Menşevik, eser və daşnakların
bəyanatı rədd edildi, bolşeviklərin təklif etdiyi qətnamə qəbul olundu. Qətnamədə
RSFSR Xalq Komissarları Sovetinin sülh danışıqlarında mövqeyi bəyənildi.
Zaqafqaziya seymi Brest sülh müqaviləsinin Ərdəhan, Qars və Batumun
Türkiyəyə verilməsi şərtini qəbul etmədi və Petroqrada – Xalq Komissarları Soveti
adına teleqram göndərərək, Brest sülhünü tanımadığını bildirdi. Seym öz etirazını
bununla əsaslandırdı ki, "Zaqafqaziya heç vaxt bolşeviklərin və Xalq Komissarları
Sovetinin hakimiyyətini qəbul etməmişdir". Zaqafqaziya seymi Brest-Litovsk sülhü ilə
bağlı etirazlarını dünyanın bir sıra əsas siyasi mərkəzlərinə bildirdi: "Zaqafqaziya
hökuməti Zaqafqaziya və onun sərhədləri haqqında ondan xəbərsiz və özünün iştirakı
olmadan imzalanmış hər hansı müqaviləni özü üçün qüvvədən düşmüş hesab edir".
Türkiyə Brest sülhünün qərarlarına əsaslanaraq, Qars, Batum və Ərdəhanı
dərhal boşaltması haqqında Zaqafqaziya seyminə ultimatum verdi. Brest müqaviləsinə
görə, Rusiya nəinki Qars,Ərdəhan və Batumun Türkiyəyə keçdiyini təsdiq edirdi, həm
də Rusiya ilə Türkiyə arasında imzalanmış əlavə müqaviləyə görə, rus qoşunlarının
müharibə zamanı tutduğu türk torpaqlarında və Rusiya hüdudlarında yaradılmış erməni-
daşnak silahlı dəstələrini tamamilə tərksilah edib buraxmağı öhdəsinə götürürdü.
Əlavə müqavilənin 11-ci maddəsi Rusiya vətəndaşları olan müsəlmanlara,
əmlaklarını da aparmaq şərti ilə, Türkiyəyə azad mühacirət etmək hüququ verirdi.
Hələ 1918 ilin yanvarında Türkiyə Zaqafqaziya Komissarlığı ilə sülh
danışıqlarına başlamağa təşəbbüs etmişdi. Türkiyə özünün dövlət maraqları səbəbindən
təkcə Zaqafqaziya Komissarlığını tanımaqla kifayətlənmir, həmçinin onu Brest-Litovsk
danışıqlarına cəlb etməklə, Dördlər ittifaqı və Rusiya tərəfindən də tanınmasına nail
olmaq istəyirdi. Türkiyənin ciddi təkidinə və yardım göstərmək barədə vədinə
baxmayaraq, Zaqafqaziya hökuməti Brest-Litovsk danışıqlarında iştirakdan,
müstəqilliyinin elan olunmasından imtina etdi.
Zaqafqaziya hökuməti 1918 il 23 yanvar tarixli teleqramında Brest sülhündə
iştirakdan imtina etməklə yanaşı, özünün Rusiyanın tərkib hissəsi olduğunu da bildirdi.
Brest sülhü
3 Mart 1918 tarihinde Rusya ile Alman İmparatorluğu,Avusturya-Macaristan
İmparatorluğu, Osmanlı Devleti ve Bulgaristan Krallığı arasında imzalanmış, İttifak
Devletleri'nin yenilmesi üzerine geçersiz kalmış bir barış antlaşmasıdır. Osmanlı
Devleti'nin toprak kazandığı en son antlaşmadır.
Brest-Litovsk antlaşmasında esirlerin mübadelesiyle ilgili maddeler yer almıştır.
Trabzon Konferansı öncesi hazırlıklar ; Türk tarafı Zaqafqaziya hökuməti ile
müzakerelerin yapılacak olmasından dolayı, konuyla ilgili olarak hazırlıklar yapmış ve
türk heyeti için bir talimatname hazırlamıştır. ‘’ Zaqafqaziya hökuməti müzakeratı
sulhiye icrasına memur heyet-i murahhasa-i osmanyiye’ye verilecek talimatname ‘’
adını taşıyan belge ile görüşmeler esnansında uygulanacak esaslar belirtilmiştir.
Bu talimatnamenin 6’ncı maddesine göre’’ Malül veya askeri hizmette
bulunmaya elverişli olmayan harp esirleri vatanlarına iade olunacak, diğer esirlerle
askeri ve inzibati tedbirler ile nedeniyle tevkif edilmiş bütün şahıslar, iki tarafca
tayin edilecek ‘’hususi komiserler vasıtasıyla mübadele edilecektir. Bunların nakil
masrafları esir eden devlete ait olacak, sivil esirler derhal serbest bırakılarak,
Filologiya məsələləri – №02, 2015
359
bunların son ikametgahlarına kadar olan masrafları esir veya tevkif eden devlet
tarafından ödenecektir.’’
Trabzon Konfransı (14 Mart -14 Nisan 1918); Türkiyə nümayəndə heyəti
Cənubi Qafqaz nümayəndəliyinin Trabzon konfransında (1918) Brest-Litovsk
müqaviləsinin Qafqaza aid maddələrinə etirazını rədd etdi. Nümayəndə heyətinin
fikrincə, Zaqafqaziya hökuməti ya Rusiyanın tərkib hissəsi kimi onun imzaladığı
müqavilə ilə razılaşmalı, ya da Rusiyadan ayrılıb, müstəqilliyini elan etməli idi.
Batum Konferansı ve Antlaşmaları, 11 Mayıs – 4 Haziran 1918 tarihleri
arasında Batum'da yapılan konferans toplanmış ve sonucunda 4 Haziran
1918'de Osmanlı
İmparatorluğu ile
Kasım 1917'deki
Bolşevik
ihtilalinden sonra Kafkasya'da kurulan devletlerle, yani
Ermenistan Demokratik
Cumhuriyeti, Gürcistan Cumhuriyeti ve Azerbaycan Milli Şurası arasında anlaşmalar
imzalanmıştır.
Üç Kafkas devleti, Osmanlı Devleti ile görüşmelere Maverâ-yı Kafkasya adı
altında birlikte katılmış ancak konferans sırasındaki gelişmeler sonucunda ayrı ayrı
antlaşmalar imzalanmıştır. Ayrıca 11 Mayıs 1918 tarihinde şimali Kafkasya Rusya’dan
ayrılarak bağımsız cumhuriyet olmuştur. Batum görüşmelerine temsilci
göndermişlerdir.
Əsir Dəyişmə Sazişi (15 May 1918) ; 15 May 1918 'də hər iki tərəf hərbi
nümayəndələri Vehip Paşa və General Odişelidze arasında əsir mübadiləsi razılaşması
imzalanmışdır. Bu anlaşmaya görə;
1. Əsirlər Batumdakı danışıqların vəziyyətinə asılı olmayaraq ən qısa müddətdə
değiştirilecektir.Türk əsirlərini gətirən ilk qatar 4-7 gün içərisində Batuma gələcək və 4
həftə içərisində sona çatacaq.
2. Osmanlı ordusu maveray-ı kafkasyaya aid bütün əsirləri, Mavera Qafqaz
bütün hərbi əsirləri təslim edecektir.maverayı Qafqaz heyəti hələ tam idarəsini
ssğlayamadığı bakü və havalisi kimi yerlərdəki bütün əsirləri azad etməyi öhdələrinə
etmektedir.osmanlılar isə bütün rus əsirləri bütün Qafqaz və rus əsirləri geri edəcək.
3. Tərəflər elerlindeki Əsir miqdarlarını 3 gün içərisində bildireceklerdir.esirler
qarşılıqlı olaraq gələn vasitələrlə göndəriləcək şəkildə azad ediləcək.
4. Bu razılaşmadan əvvəlki əsir edilən bütün əsirlər təslim ediləcək.
5. Osmanlı bütün Qafqaz əsirlərinin istəyən ölkəsinə dönəcək istəməyən isə
Osmanlı tarfaında kalabilecektir.kafkaslarda KALAMA istəyən əsirlər isə bulunuklarda
kalabilecektir.Fakat qarşı tərəfə fərarilik etmiş əsirlər mütləq təslim ediləcək.
6. Batum əsir dəyişməsi üçün kullanılacaktır.Esirlerin dəyişməsi üçün bir
komissiya qurulacaq.
7. Əsirlərin təsliminə Batuma qədər xərcləri Mavera Qafqaz tərəfindən, Osmanlı
imperatorluğu isə Tiflis e qədər xərcləri qarşılayacaq.
8. Əsirlər dezinfeksiya edildikdən sonra təslim ediləcək.
9. Əsirlərin şəxsiyyətləri olacaq olmayanlar keçiriləcək siyahılara görə yaradılan
komissiya tərəfindən təsdiqlənərək devredilecektir.
10. Vəfat edən əsirlər ilə əlaqədar sənədlər qarşı tərəfə veriləcəkdir.
11. Nəql qatarlarında kifayət qədər səhiyyə heyəti olacaq.
12. Osmanlı müttəfiqləri istədikləri təqdirdə bu anlaşmaya katılabileceklerdir.
Filologiya məsələləri – №02, 2016
360
13. Razılaşmanın imzalanma ardınca tətbiq edilir.
14. Batum danışıqları bir razılaşma ilə nəticələnməsə belə bu razılaşma etibarlı
olacaq.
Batum danışıqları
nəticəsində razılaşmalar imzalanmıştır.Anlaşmalar
Azərbaycan və Şimali Qafqaz Hökuməti ilə dostluq müqaviləsi şəklində, Gürcüstan və
Ermənistan ilə isə Barış və Dostluk Sazişi şəklində, imzalanmışdır.
Azərbaycan ilə; dostluq müqaviləsi, iki əlavə razılaşma və müvəqqəti əlavə
razılaşma imzalanmışdır. Razılaşma Türkiyə adına Xəlil bəy və Vehip Paşa Azərbaycan
adına isə Mehmet Emin Resulzade ilə Mehmet Həsən Hacinsksi imzalamıştır.Esirler ilə
əlaqədar xüsuslar 04 İyun tarixində imzalanan Müvəqqəti Əlavə Razılaşmanın ilə
düzenlenmiştir.Buna görə 15 may tarixində imzalanan Əsir Dəyişmə Razılaşmasına
istinad edilmişdir.
Gürcüstan ilə; Barış və Dostluk razılaşması, birinci əlavə, ikinci əlavə, 3-cü
əlavə müvəqqəti əlavə razılaşma edilmişdir. Əsir dəyişməsinə aid xüsuslar Müvəqqəti
Əlavə Razılaşmanın içərisində 5-ci maddədə təşkil və 15 May tarixində OSMANLI
İMPARATORLUĞU VE Zaqafqaziya hökuməti arasında imzalanan Əsir Dəyişmə
Razılaşmasına istinad edilmişdir.
Ermənistan ilə; sülh və dostluq müqaviləsi, əlavə razılaşma, birinci əlavə, ikinci
əlavə üçüncü əlavə müvəqqəti əlavə razılaşmalar imzalanmışdır. Əsir dəyişməsinə aid
xüsuslar Vehip Paşa və general Odişelidze arasında 04 İYUN tarixində imzalanmışdır.
Müvəqqəti əlavə anlaşmaya görə 15 may tarixində OSMANLI İMPARATORLUĞU
VE Zaqafqaziya hökuməti arasında imzalanan Əsir Dəyişmə Razılaşmasına istinad
edilmişdir.
Şimali Qafqaz hökuməti ilə; 08 iyun 1918 tarixində dostluq razılaşması ilə
müvəqqəti əlavə andlaşma imzalanmışdır. Əsir dəyişməsi ilə əlaqədar bir xüsus yoxdur.
ƏDƏBİYYAT
1.
Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan
siyasəti, 3 hissədə, h.2 (1917-ci il noyabr – 1918-ci il noyabr), B„ 2001.
2.
Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918—1920-ci
illər), B., 1993;
3.
Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001;
4.
Cemalettin Taşkıran. 1 nci Dünya Savaşı’nda Türk Esirleri.2011, s. 6, s. 310.
5.
Akdes Nimet Kurat.Türkiye ve Rusya XVIII.Yüzyıl sonundan Kurtuluş Savaşına
Kadar Türk Rus İlşkileri.2011,s. 339. s. 464. s. 467.
6.
Enis Şahin.Trabzon ve Batum Konferansları ve Antlaşmaları (1917-1918). 2002,
s. 186. s. 305. s. 446. s. 733.
РЕЗЮМЕ
В зависимости от окончания войны регулируется вопросы, касающиеся
заключенных с соглашения в 1918. Во-первых, процесс продолжается в начале
конференции Трабзон Брест-Литовского договора, продолжил в mütekib Батуми
конференции. В Батуми по обмену пленными договора с Османской империей в
правительстве Кавказе подпись. Это соглашение, прежде всего, в Батуми
Filologiya məsələləri – №02, 2015
361
конференции в конце этого заключенного договора был подписан по
согласованию с государством в качестве отдельного приложения. Несмотря на эти
сделаны по обмену пленными договор не может быть достигнуто за счет
различных разработок, очень здорово.
SUMMARY
Depending on the end of the war is regulated matters relating to prisoners with
the agreement in 1918. Firstly, the process has continued in the beginning of Trabzon
conference Brest-Litovsk treaty, continued in Batumi conference. In Batumi prisoner
exchange treaty with the Ottoman Empire in the Caucasus Government has signature.
This agreement primarily for Batumi Conference at the end of this prisoner treaty was
signed in agreement with the state as a separate attachment. Despite these made prisoner
exchange treaty could not be achieved due to various developments as very healthy.
Rəyçi: Nəsiman Yaqublu
Tarix elmləri namizədi,
Bakı Dövlət Universitetinin dosenti
Filologiya məsələləri – №02, 2016
362
ANAR ABUZƏRLİ
“Naxçıvan” Universiteti
anar_abuzerov@mail.ru
PROF. YAVUZ AXUNDLUNUN YARADICILIĞINDA
ƏDƏBİ-TƏNQİDİ MƏSƏLƏLƏR
Açar sözlər: Ədəbi tənqid, Naxçıvan ədəbi mühiti, ədəbiyyatşünaslıq
Key words: literary critisism, literary environment of Nakhchivan, literature study.
Ключевые слова: литературная критика, литературная среда Нахчывана,
литературоведение.
Tanınmış ədəbiyyatşünas, akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıq elminin
Naxçıvan məktəbi” məqaləsində yazır: “ Son yüzillikdə qədim elm və sənət
mərkəzlərindən olan Naxçıvan Muxtar Respublikası da Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafına mühüm töhfələr vermişdir...Artıq XX əsrin otuzuncu illərindən
etibarən, daha doğrusu, repressiya dalğaları ötüb keçdikdən sonra... ölkəmizdə
paytaxtdan kənarlarda da ümumən ədəbiyyat, o cümlədən ədəbiyyatşünaslıq da yenidən
cücərməyə başlamışdır” (9,s.523). Görkəmli alim fikrini davam etdirərkən vurğulayır:
“Müşahidələr göstərir ki, muxtar respublikada ədəbiyyatşünaslıq elminin ədəbiyyat
tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, ədəbi əlaqələr və folklorşünaslıq sahələrində
ardıcıl olaraq inkişaf prosesləri davam edir” (9,s.525).
Naxçıvan filoloji mühitində uzunmüddətli tarixə malik olan ədəbiyyatşünaslıq
sahələrindən biri ədəbi tənqiddir. Təqdim olunan məqalədə biz Naxçıvanda ədəbi
tənqidin 1950-60-cı illərdəki və sonrakı illərdə də ən fəal nümayəndlərindən olan Yavuz
Axundovun (Axundlu) yaradıcılıq xüsusiyyətlərindən danışacağıq.
İlk ədəbi-tənqidi məqaləsi 1952-ci ildə mətbuatda işıq üzü görən Y.Axundov
illərdən bəridir ki, tükənməz enerji ilə yazıb-yaradır, çoxsaylı kitabların və elmi
məqalələrin müəllifidir. Xüsusən ustad ədibimiz M.S.Ordubadinin yaradıcılığı,
Azərbaycan tarixi romanının zəngin və çoxşaxəli inkişaf yolu məhz professor
Y.Axundlu tərəfindən fundamental şəkildə araşdırılmışdır. Filologiya üzrə elmlər
doktoru, professor, Prezident təqaüdçüsü Yavuz Axundlu hazırda da elmi-ədəbi
fəaliyyətini davam etdirir.
Y.Axundov 1950-60-cı illərdə mətbuatda Azərbaycan, rus, Ukrayna, qazax və s.
xalqların ədəbiyyatının bir sıra görkəmli klassikləri haqqında məqalələr dərc
etdirmişdir. Onun bir çox məqaləsi isə bilavasitə həmin dövrün ədəbi prosesinin
müxtəlif aspektlərini işıqlandırır. Tənqidçinin məqalə və resenziyalarının bir çoxu
1950-60-cı illər Naxçıvan ədəbi mühitinə həsr olunmuşdur. “Naxçıvan baharı” adlı
almanaxa (1961) həsr etdiyi eyniadlı resenziyada həmin toplunun ədəbi əhatəsi müfəssəl
şəkildə dəyərləndirilmişdir (1). 1965-ci ilin iyun ayında Bakıda Naxçıvan Muxtar Res-
publikası ədəbiyyat və incəsənət həftəsi keçirilmişdir. Həmin vaxt naxçıvanlı müəlliflər
muxtar respublikadakı yazarların sənət axtarışlarının müxtəlif aspektləri ilə bağlı bir sıra
ədəbi-tənqidi məqalələr də dərc etdirmişdilər ki, bu cəhətdən Y.Axundovun fəaliyyəti
ilk növbədə diqqəti çəkir. O, 1965-ci ilin iyun ayında “Bakı” qəzetində “Ədəbi qüvvələr
(Naxçıvan yazıçıları haqqında)” (2), “Şərq qapısı”nda “Naxçıvan yazıçılarının
yaradıcılığı haqqında bəzi qeydlər” (3), “Ədəbiyyat və incəsənət” qəzetinin
Filologiya məsələləri – №02, 2015
363
səhifələrində isə “Bizim günlərin tərənnümü (Naxçıvan yazıçılarının yaradıcılığı
haqqında)” adlı (4) məqalələrlə çıxış etmişdir. Həmin məqalələrdə Naxçıvan ədəbi
mühitinin müxtəlif nəsillərə mənsub nümayəndələrindən M.Nəsirli, H.İbrahimov,
H.Razi, Ə.Yusifli, K.Ağayeva və digərlərinin yaradıcılığına nəzər salınmış, onların
səciyyəvi əsərlərinin başlıca ideya-bədii məziyyətləri önə çəkilmişdi. O da təqdirəlayiq
haldır ki, Y.Axundov ədəbi həyatın ən müxtəlif asdpektlərinə diqqət yetirmiş, poeziya,
nəsr və dramturgiyanın inkişafı barədə elmi ümumiləşdirmələr aparmışdır. Bununla
yanaşı, ayrı-ayrı istedadlı sənətkarların yaradıcılığı barədə müvafiq dəyərləndirmələr də
diqqəti çəkir. Məsələn, tənqidçi “Bakı” qəzetində çıxmış “Ədəbi qüvvələr (Naxçıvan
yazıçıları haqqında)” adlı məqaləsində tanınmış şair Hüseyn Razinin lirikasında
tarixilik və müasirlik, vətənpərvərlik, təbiət gözəlliklərinin tərənnümü barədə yazırdı:
“Bu şeirlərdə oxucu zamanın min bir tufanına vüqarla sinə gərən əzəmətli memarlıq
abidələrinin pozulmaz rəngini görür, Ordubad bağlarının xoş ətrini duyur, ”Qızlar
bulağı”nın misilsiz gözəlliyinə heyran olur” (2). “Ədəbiyyat və incəsənət” qəzetindəki
məqaləsində isə alim naxçıvanlı müəlliflərin müasir həyatdan bəhs edən bədii əsərlərinə
daha çox diqqət yetirmişdir.
Yavuz Axundovun 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc etdirdiyi
“İstedadlı nasir” məqaləsində (6) tanınmış yazıçı Hüseyn İbrahimovun Azərbaycan
ədəbi mühitində diqqəti çəkən yaradıcılığına nəzər salınmışdır. Əvvəlcə onun hekayələri
mövzuca qruplaşdırılaraq müfəssəl şəkildə dəyərləndirilmişdir. Yazıçının müxtəlif
vaxtlarda yazdığı “Baharın hekayəsi”, “Göyərçinin məhəbbəti”, “”Ürək səhv edəndə”,
“Qumralın məktubları” kimi məişət mövzulu heklayələrindən danışarkən Y.Axundov
vurğulayır ki, “saf məhəbbət, yüksək mənəvi keyfiyyətlər bu hekayələrdə qabarıq
şəkildə qələmə alınan əsas məsələlərdəndir”. Yazıçının “Qəhrəman Qüdrətov”,
“Müdirin məzuniyyəti”, “Eyvazovun salamı”, “Xəcalət” və s. hekayələri “yalançı,
yaltaq, riyakar adamların tənqid olunduğu” satirik nümunələr kimi qiymətləndirilmişdir.
Ədəbiyyatşünas Y.Axundov həmin məqalədə H.İbrahimovun yaradıcılığında yeni
mövzulara müraciətin getdikcə qabarıqlaşdığını də yaxşı hal saymış, ədibin “Şərq
ölkələrində genişlənən milli azadlıq hərəkatı, beynəlxalq imperialzimə qarşı mübarizə”
məsələlərindən bəhs edən “Qanlı dəftər”, “Çətin yollarda”, hind qızı Kəmalənin iztirablı
həyatını təsirli bədii boyalarla canlandıran “Kəmalə”, Danimarka səfərindən sonra
yazdığı “Madam Heruta” hekayələrini də müfəssəl şəkildə nəzərdən keçirmişdir.
H.İbrahimovun müasir mövzulu “Sabahın sorağında”, Naxçıvanda 1918-19-cu illərdə
baş verən hadisələri canlandran “Günəş doğan yerdə” romanlarına da tənqidçi diqqət
yetirmişdir. “Sabahın sorağında” romanında müasirlərimizi düşündürən sosial-mənəvi
problemlərin ustalıqla bədii təcəssümünə diqqət çəkən Y.Axundov yazıçının sənətkarlıq
cəhətdən inkişaf etdiyini,qələminin püxtələşdiyini bildirmiş, işıqlı idealın təntənəsini,
mənfi qütbü təmsil edən qüvvələrin yaramaz əməllərinin ifşasını məharətlə bədii
müstəviyə gətirdiyini vurğulamışdır. Tənqidçinin gəldiyi yekun qənaət də maraq
doğurur: “H.İbrahimov həyata yaxşı bələd olan, qələmə aldığı mövzunu yaxşı bilən
yazıçıdır. Onun rəvan, səlis bədii dili, rəngarəng ifadə və təsvir vasitələri, gözəl nəql
etmək tərzi vardır”.
Ədəbiyyatşünas Y. Axundovun həmin məqalədə yazıçı H.İbrahimovun “Sabahın
sorağında” romanını yüksək qiymətləndirməsi, nasirin yaradıcılığında yeni hadisə
sayması təsadüfi deyildi. Belə ki, həmin roman 1964-cü ildə “Azərbaycan” jurnalında,
iki il sonra isə kitab halında çap edilmiş, ədəbi ictimaiyyətin böyük marağına səbəb
Filologiya məsələləri – №02, 2016
364
olmuşdu. Məşhur ədəbiyyatşünas alim Məmməd Arif Dadaşzadə “Qəhrəmanın
sorağında” adlı məqaləsində romana yüksək qiymət verərək yazmışdı: “Müəllifin
müsbət qəhrəman uğrundakı axtarışları, mənəvi-intellektual keyfiyyətlərə malik surət
yaratmaq təşəbbüsləri qiymətləndirilməlidir. Yazıçının səmimiyyətlə təsvir etdiyi təmiz
vicdanlı qəhrəmanları oxucuya çatdıra bilməsi bizi inandırır ki, o, gələcəkdə də bu yolda
daha müvəffəqiyyətli addımlar ata biləcəkdir” (bax:9, s.443).
Ədəbiyyatşünas Təhsin Mütəllimov isə 1964-cü ildə “Ədəbiyyat və incəsənət”
qəzetində dərc etdirdiyi eyniadlı məqalədə H.İbrahimovun “Sabahın sorağında”
romanındakı psixologizmə xüsusi əhəmiyyət verərək yazırdı: “Yazıçını mənəvi-əxlaqi
problemlər daha çox məşğul etdiyi üçün bədii obrazların psixoloji aləminin, daxili
səciyyəsinin təsvir və təhlilinə daha geniş yer verilmişdir....Süjet xəttindəki hər bir
hadisə əslində müsbət qəhrəmanların daxili səciyyəsinin, hamıya nümunə ola biləcək
yüksək əxlaqi sifətlərinin açılmasına, daha canlı, daha qabarıq ifadəsinə kömək edir.
“Sabahın sorağında” romanını kolxoz həyatından bəhs edən bir sıra əsərlərimizin
“ənənəvi” süjetindən fərqləndirən əsas cəhət də məhz bu psixoloji problemin ön planda
təsviridir” (10). Şair-publisist Cavad Cavadlı və pedaqoq Məhyəddin Əbdülov da bu
romana yüksək qiymət vermiş, onu “son vaxtlarda müasir mövzuda yazılmış yaxşı
əsərlərdən biri kimi” təhlil etmişlər (8). Bir sıra digər tənqidçi və ədəbiyyatşünaslar da
romanı uğurlu nümunə kimi dəyərləndirmişlər. Y.Axundovun haqqında söz açdığımız
qənaətləri də onlarla həmahəng səsləşir.
Yavuz Axundov şair-dramaturq Müzəffər Nəsirlinin “Laləli dağlar” adlı kitabına
(1965) həsr etdiyi eyniadlı resenziyada (5) müəllifin müharibə mövzusunda yazdığı
“Qafqaz oğulları” poemasında Azərbaycan və gürcü xalqları arasındakı dostluğun
tərənnümünün bədii boyalarla verildiyini müsbət qiymətləndirmişdir. Azərbaycanlı
döyüşçü Kamalın fədakarlığının bədii təcəssümü tənqidçini razı salmışdır. Buhenvaldın
əfsanəvi qəhrəmanı, həmyerlimiz Əkbər Ağayevə həsr olunmuş “Əkbər haqqında
ballada” poemasını da dəyərləndirən ədəbiyyatşünas yazırdı ki, əsər çox maraqlıdır, bir
sıra yaddaqalan hadisələr var. Poemanın dili axıcı və rəvandır. Bununla belə, tənqidçi
şairə iradlarını da bildirərək nəzərə çatdırırdı ki, M.Nəsirli Əkbərin igidliyini, ümumən
obrazını daha ətraflı və mükəmməl təsvir edə bilərdi. Tarixi sənədlərdə, xatirələrdə bu
barədə bir sıra materiallar var. Amma müəllif Əkbərin dolğun surətini yaratmağa
çalışmamışdır.
1960-cı illərdə Yavuz Axundov ədəbiyyatşünaslıq və teatr məsələlərinə aid
ədəbi-tənqidi məqalələr də yazmışdır. Onun “Şərq qapısı” qəzetinin 18 aprel 1965-ci il
tarixli 91-ci sayında dərc olunmuş “Görkəmli alim, gözəl insan” məqaləsi tanınmış
alim Əziz Şərifin 70 illiyi ilə əlaqədar qələmə alınmışdır. Məqalədə Ə.Şərifin ömür
yolunun və elmi fəaliyyətinin əsas məqamlarına nəzər salınmışdır. Y.Axundov 1960-cı
illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş bir sıra əsərlərin səhnə təcəssümçü
barədə də resenziyalar yazmışdır ki, bunlar da o illərin tənqidinin maraqlı
nümunələrindəndir. “Şərq qapısı” qəzetinin 27 iyun 1963-cü il tarixli 150-ci sayında
verilmiş “Kəndçi qızı” resenziyası tanınmış ədib Mirzə İbrahimovun eyniadlı pyesinin
Naxçıvan teatrında səhnə təcəssümündən bəhs edir. Əsərin ideya-bədii mündəricəsi,
tamaşadakı aktyor oyunu və s. barədə Y.Axundov müfəssəl fikirlər söyləmişdir. “İlan
yuvasında fırtına” resenziyası isə naxçıvanlı şair-dramaturq Əliheydər Qənbərin
eyniadlı pyesinin tamaşası ilə əlaqədar yazılmışdır (“Şərq qapısı”, 30 yanvar 1966, №
25). Tanınmış yazıçı Hüseyn İbrahimovun “İtirilən sağlıq” pyesinin Naxçıvan
Filologiya məsələləri – №02, 2015
365
səhnəsində oynanılması da tənqidçinin diqqətini çəkmiş və o, Bakı mətbuatında dolğun
bir resenziya dərc etdirərək əsərin səhnə təcəssümünün əsas aspektlərini
dəyərləndirmişdir (7).
Ümumiyyətlə, ədəbiyyatşünas Yavuz Axundovun 1950-60-cı illərdəki fəaliyyəti
Naxçıvanda ədəbi tənqidin inkişafında xüsusi çəkiyə malikdir.
Dostları ilə paylaş: |