Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

ƏDƏBİYYAT 

1.  Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.  II cild. Bakı, 2005. 

2.  Cabbarov F.  H. Z. A. Tağıyevin qız məktəbinin tarixindən. Bakı, 2011. 

3.  Fərhadov  Ə. “Aləmi-nisvan”da doğan bir şəfəq”//Nəsib bəy Yusifbəyli – milli 

istiqlal və dövlətçilik mücahidi. Bakı, 2013. 

4.  Mirzə Bala. Kadınlara hürriyet / Azərbaycan, Yıl 3, sayı 12(34),  Ankara, 1954, 

mart. 

5.  Mehmetzade M. Milli Azerbaycan hareketi. Ankara, 1991. 



6.  Rəsulzadə M. Ə. Əsrimizin Səyavuşu. Bakı, 1991. 

7.  Veliyev A. Azerbaycan Siyasi Düşüncü Tarihi ve Mirza Bala Mehmetzade. 

İstanbul, 2006. 

8.  Yaqublu N. Azərbaycan mühacirət irsi. Bakı, 2011. 



 

ILAHA KHANTAMIROVA 

LIBERTY FOR WOMEN 

SUMMARY 

The life and activity of Mirza Bala Mahammadzada, the representative of 

emigration period have significance for learning Azerbaijan history. Nowdays, his 

works written in various subjects can be accepted as a valuable source. The article has 

been written on the basis of scientific research named  “Liberty for women”, some 

issues as the freedom, education, struggle of women were noted in this article. Also, 

modern period scientific literature were used in this article.  

 

ХАНТАМИРОВА  ИЛАХА 

 СВОБОДА ЖЕНЩИНАМ 

РЕЗЮМЕ 

Изучение  жизни  и  творчества  известного  мыслителья  и  журналиста 

Азербайджана  периода  эмиграции  Мирза  Бала  Мамедзаде  представляет  собой 

большую  ценность  в  изучении  истории  страны.  Его  труды,  написанные  на 

различные  темы,  считаются  достаточно  ценными  источниками.  Статья, 

написанная  на  основе  труда  М.Б  Мамедзаде  "Свобода  женщинам",  затрагивает 

такие  темы  как  свобода  женщин,  образование,  их  борьбу.  В  написании  статьи 

также использована современная литература.  



Rəyçi: Nəsiman Yaqublu 

            Tarix üzrə elmlər doktoru  

Filologiya  məsələləri – №02, 2015 

 

335



                                          S.R.SƏMƏDOVA 

                               Azərbaycan Dövlət Pedaqoji Universiteti 

senuber_samedova@mail.ru 

 

MÜSTƏQİLLİK İLLƏRİ ROMAN JANRINDA TARİXİ  

ŞƏXSİYYƏTLƏRİN BƏDİİ TƏSVİRİ 

 

Açar sözlər: Hüseynbala Mirələmov, Elçin Hüseynbəyli, Şah Abbas, Nadir Şah, tarixi 

roman 

Ключевые слова: 

Гусейнбала Миралемов, Эльчин Гусейнбайли, Надир 

Шах,  исторический роман

 

Key words: Huseynbala Miralamov, Elchin Husseinbayli Shah Abbas, Nadir shah, 



historical 

 

Tarixi hadisələrə,  şəxsiyyətlərə, onların həyat və  fəaliyyətlərinə müraciət 



edərkən hər bi ryazıçı qarşısına müəyyən məqsəd qoyur. Bir qism yazıçılar bu mövzuya 

müraciət etməklə, tarixin müəyyən qaranlıq səhifələrini  açmaq, tarixi hadisələrin 

iştirakçısı olmuş görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərində öyrənilməmiş faktları 

üzə çıxarmaq məqsədi güdürlər. Digər bir qism yazıçılar isə, xalqın etnoqrafik yaddaşını 

bərpa etmək, özünə qaytarmaq məqsədi ilə bu janra önəm verirlər.  İlk dəfə bu janra 

müraciət romantik yazıçıların yaradıcılıqlarında təsadüf edilir. Sonralar isə tarixi janrda 

yazan yazıçıların sayı artmışdır. Hərbir yazıçının özünün bu mövzuya yanaşma tərzi 

vardır. Fikrimizcə, əsəri yazmazdan əvvəl yazıçılar mənbələrlə tanış olmalı, hadisə və 

şəxsiyyətlə bağlı tarixdə araşdırmalar aparmalı, yetərincə tarixi faktları  nəzərdən 

keçirməlidirlər. Belə  əsərlər yazılarkən bəzi romanlarda sənədlilik bəzilərində isə 

bədiilik üstünlük təşkil edir. Filologiya elmlər doktoru , professor Vilayət Quliyev yazır: 

“Bizə belə  gəlir ki, bədii  əsərdə tarixi tematikanı müəyyənləşdirən  əsas amil 

sənədlilikdir. Süjet xəttinin əsasında konkret tarixi hadisələr və real tarixi şəxsiyyətlər 

dayanan, təsvir və  təhlillərdə artıq elm tərəfindən təsbit edilmiş fakt və  məlumatlara 

istinad edən roman və povestlər tarixi əsər anlayışının tələblərinə daha çox cavab verir. 

Aydın məsələdir ki, biz sənədliliyi tarixi janrın başlıca tələbi kimi irəli sürərkən 

yazıçının tarixi vəsiqələrin ehtirassız qeydiyyatçısı, tarixi mənbələrin səlahiyyətsiz 

təsvirçisi simasında görmürük. Sadəcə olaraq romanın , yaxud povestin ümumi 

konfiqurasiyasını, karkasını  sənədlər, real tarixi faktlar təşkil etməlidir, bütün qalan 

“tamamlama” işlərində yazıçı tam sərbəstdir və yaradıcılıq fataziyasını istənilən 

istiqamətdə inkişaf elətdirə bilər.” [1,s.164-165] . Göründüyü kimi professor Vilayət 

Quliyev belə qənaətə gəlmişdir ki, roman yazan hər bir müəlif hansı dövrü təsvir edirsə 

etsin, sərbəst olmalıdır. Onun fikrincə  əsərdə tarixilik yalnız  əsərin zahiri əlamətini 

daşımalıdır. Lakin burada sərbəstlik deyərkən tarixin təhrif olunması nəzərdə tutulmur. 

Yazıçı,  əsərin oxunaqlı olması yalnız  üçün quru sənədlər arxasınca qaçmamalı, bədii 

təxəyyülün gücünüdə  işə salmalıdır. Filologiya elmlər doktoru, professor Yavuz 

Axundov “Tarixi roman və müasirlik” adlı kitabında tarixilik və müasirlik məsələsindən 

söz açaraq yazır: “Tarixi dövrün düzgün verilməsi üçün tarixi sənədlərdən, faktlardan 

istifadə etmək zəruridir . Lakin bununla bərabər, yazıçı uydurmasının, yazıçı 

təxəyyülünün  əhəmiyyətini inkar mütləq səhv nəticələrə aparar, sənətkarı tarixi 

hadisələrin təsvirçisinə çevirə bilər... Yazıçı keçmişi daha dolğun, hərtərəfli təsvir 


Filologiya  məsələləri – №02, 2016 

 

336



etmək, tarixi koloriti və ruhu düzgün vermək üçün müəyyən hadisələr, epizodlar 

düşünür, tarixdən bizə  məlum olmayan insan surətləri tapır ki, buna bədii uydurma 

deyilir. Başqa  ədəbi janrlar kimi tarixi roman da bədii uydurmasız keçinə bilməz. 

Uydurma təkcə  həqiqəti açmır, həm də onu dərinləşdirib tamamlayır. Bədii uydurma 

başqa bədii vasitələrlə yanaşı, tarixi həqiqəti bütün mürəkkəbliyi, konkretliyi, dəqiqliyi 

ilə verməyə kömək edir” [2,s.17] Həqiqətəndə tarixilik dedikdə    yalnız tarixi 

hadisələrdən ibarət bir əsər düşünülməməlidir. Çünki, bədii təxəyülsüz hər hansı  əsər 

lazımi faydanı vermir. Peşəkar yazıçılar bədii təxəyyüllə tarixi həqiqətləri vəhdət 

halında verməyi bacarır. Bir sıra  əsərlərdə tarix təhrif olunduğu üçün həmin dövr və 

şəxsiyyətlər haqqında yalnış  rəylər formalaşır. Yavuz Axundovun fikrincə: “Müasir 

tarixi romanda daha çox xalqın keçmişinin əlamətdar hadisələri, dönüm dövrləri, xalqın 

taleyində mühüm rol oynamış görkəmli  şəxsiyyətlərin fəaliyyəti təsvir olunur. Yazıçı 

çalışmalıdır ki, tarixi romanda qələmə aldığı dövrün ruhu saxlanılsın, tarixi inkişafın 

qanunauyğunluqları gözlənilsin, mahiyyəti təhrif olunmasın... Tarixi romanın  əsas 

keyfiyyətləindən biri də müasirlikdir. Burada vacib bir cəhəti xüsusilə qeyd etməyə 

ehtiyac var. Keçmişə müasir dövrün tələbi ilə yanaşmaq prinsipi ilə onun 

“müasirləşdimək” cəhdi bir-birinə  əks anlayışlardır. Tarixi şəxsiyyət yazıçının müasir 

görüşlərinin ruporuna çevrilməlidir.” [3,s.17] 

Çağdaş roman janrınıın inkişafında Hüseynbala Mirələmovunda xidmətləri 

danılmazdır. Akademik Bəkir Nəbiyevin ön söz yazdığı “Sonuncu fateh” trilogiyası 

yazıçının qələmə aldığı ilk irihəcmli tarixi romanıdır. Akademikin ön sözündən sonra 

bu  əsər üzərində yenidən 2il işləyən yazıçının “Sonuncu fateh” romanı Nadir şah 

Əfşarın  keşməkeşli ömür yoluna, hərbi – siyasi fəaliyyətinə, vahid dövlət yaratmaq 

uğrunda mübarizələrdə keçən ömrünün bədii  əksinə  həsr olunub. Romanda Nadir Şah 

vətəninin birliyi yolunda mübarizə aparan, xalqın böyük məhəbbətini qazanan bir 

hökmdar kimi səciyyələndirilmişdir. Roman  haqqında yazıçı - jurnalist Nurəddin 

Ədiloğlunun belə bir fikri maraq doğurur: “Əgər maraqlı epizodlarla zəngin bu tarixi 

romanın motivləri  əsasında Azərbaycan kinemotoqrafçıları teleserial çəksələr, öz 

möhtəşəm məzmunu ilə dünyanın bir çox ölkəsində maraqla izlənən “Möhtəşəm yüz il” 

tele-eposundan geri qalmaz!” [4] N.Ədiloğlu fikrini davam etdirərək yazır: “Fitri 

hökmüdarlıq qabiliyyətinə malik olan Nadir şah kimi tarixi şəxsiyyətlərin həyatı həmişə 

bir neçə parlaq və həlledici məqamlarla diqqəti cəlb edir. Bu həyatın, zamanın əzəli və 

əbədi bir qanundur. Nadir şahın da taleyinə yazılan, onun hərbi yürüşlərində, şöhrət və 

qüdrət pillələrində bir neçə belə həlledici məqam var ki, müəllif məhz həmin o parlaq 

məqamlırı - ilk baxışdan adi görünən,  əslində isə tarixi şəxsiyyətin həyatında və 

taleyində önəmli rol oynayan böyük anları romanda əks etdirə bilib. Çünki tarixçilərin 

dili ilə desək, qəhrəmanın təkcə adi çobanlıqdan böyük şahlıq taxtına qalxması dahiyanə 

nailiyyət idi. H. Mirələmovun yaratdığı Nadir şah obrazı Qoca Şərqin tarixində öz 

qılıncıyla möhtəşəm imperiya quran vətənpərvər bir şəxsiyyətin (əsərin məziunundan 

belə aydın olur ki, hətta Nadir şahın özünün də ömrünün qürub çağında xatırladığı), 

məhz həmin tariixi hadisələrin – böyük anların fövqündə gözlərimizin qabağında bütün 

əzəməti ilə dayanır.” [4] 

Əsərdə göstərilir ki, Nadir şah hələ kiçik yaşlarından idarəetmə qabiliyyətinə 

malik olmuşdur. Gəncliyində əsir həyatı ilə qarşılaşması, zamanın amansızlıqları onun 

təbiətinin formalaşmasına, mətin və mübariz bir şəxsiyyət kimi yetişməsinə  təkan 

vermişdir. Onun iti ağlı, dərin zəkası başına gələn hadisələr, qarşılaşdığı  çətinliklər, 



Filologiya  məsələləri – №02, 2015 

 

337



dövrün mühüm hadisələri onun xarakterinin formalaşmasına təsir göstərmişdir. Əsərdə 

xronoloji ardıcıllığı gözləyən yazıçı tarixdə olduğu kimi əsərdə  də Nadir şah  Əfşar 

1732-ci ilin avqustunda II Təhmasib  şahı devirərək onun azyaşlı  oğlu III Abbası  şah 

elan etməklə real hakimiyyəti  ələ keçmişdir. O, 1733-cü ildə Bağdad yaxınlığında 

osmanlıları məğlub etmiş, 1735-ci ilin martında Gəncə yaxınlığındakı düşərgədə Rusiya 

səfiri Sergey Qolitsınla müqavilə imzalamışdı. Bu  müqaviləyə  əsasən Bakı  və 

Dərbənddən rus qoşunları  çıxarılmışdı. Nadir şah mərkəzləşdirmə siyasəti yeritmiş, 

Əfqanıstana,  Şimali Hindistana və s. yerlərə yürüşlər etmiş (1737-39), Dehlini tutmuş 

(1739), fəth etdiyi ərazilər hesabına böyük dövlət yaratmışdı. O,  Şirvan, Qarabağ, 

Çuxur-Səd və  Təbriz bəylərbəyiklərini ləğv edərək ilk dəfə olaraq Azərbaycan adı 

altında vahid inzibati bölgü yaratmışdı.  

 Öz  oğluna  ədalətli, səxavətli olmağı öyüd verən Nadir şah onun  israfçılıq 

etdiyinivə xüsusi qvardiya yaratdığını bildikdə deyir: “Bu xalq əzəldən iki saray 

tanınmağa adət etməyib. Biz də buna əməl etməliyik. Tac başa yaraşıq versə  də, ağıl 

vermir. Başın tacı  ağıldır. Belə görürəm ki, sən bu cah-calala, bu hökümətə, taxt-taca 

layiq deyilsən..” [5,s.567] 

Müəllif əsərdə Nadir şahı həmişə ideal şəxsiyyət kimi təsvir etmir, onun mənəvi-

əxlaqi keyfiyyətləri, ləyaqəti, mənəvi zənginliyi ilə yanaşı, onun bəzi nöqsanlarınıda 

açıq şəkildə göstərir. 

 Hüseynbala  Mirələmovun “Sonuncu fateh” romanı da bu mənəvi tələbatdan 

doğan qiymətli əsərlərdən biridir.Müəllifin belə tarixi mövzuya müraciət etməsi müasir 

dövr üçün çox aktualdır. Bu gün erməni işğalçılarının tapdağı altında qalan 

torpaqlarımızı azad etmək üçün güclü vətənpərvəlik tərbiyəsinə ehtiyac duyulur. 

Qarabağ mövzusunda bir-birindən təsirli  əsərlər yaradan Hüseynbala Mirələmov öz 

ənənəsinə sadiq qalaraq “Sonuncu fateh” romanı ilə xalqımızın qürur qaynağı olan 

qəhrəmanlıq səlnaməmizi önə  çəkərək Nadir şah kimi oğullar yetirən türk-müsəlman 

millətinin övladalarını vətənpərvərliyə səsləyir. 

Yuxarıda qeyd etdiyimiz kimi tarixi janra müraciət etmənin səbəblərindən biri 

təhrif olunmuş tarixə aydınlıq gətirməkdir. Bu üslub istedadlı nasir Elçin 

Hüseynbəylinin yaradıcılığında bu hiss olunmaqdadır. Vaqif Yusifli yazıçı haqqında 

yazır: “Roman get-gedə öz klassik ölçülərindən uzaqlaşmağa başlayır, janr hüdudlarını 

genişləndirir (elə Azərbaycan romanında qismən də olsa, bunu müşahidə etmək 

mümkündür), romanlarda psixologizm aparıcı istiqamətə çevrilir, simvollara, metaforik 

düşüncə tərzinə meyil artır və s. Əvvəllər birmənalı şəkildə romanda bir üslubun hakim 

mövqe tutduğunu iddia etmək mümkün idisə, indi bəzi romanlar müxtəlif üslubi 

istiqamətləri özündə birləşdirir. Bunu səkkiz ildə yeddi roman yazmış Elçin 

Hüseynbəylinin yaradıcılığında da izləyə bilərik.” [6] 

Elçin Hüseynbəylinin “Şah Abbas”romanı  bəzi tarixi hadisələrə aydınlıq gətirən 

romanlar siyahısına aiddir. “”Şah Abbas” romanı  doğrudan da tarixi xronikadır və bi-

zim bu tipli tarixi romanlar içərisində növbəti bir cəhddir ki, tarixi mənbələr və 

qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür yolunu gözlərimiz qarşısında can-

landırır. Burada ənənədən gələn bədii priyom və üsullarla qarşılaşsaq da, Elçin Hüseyn-

bəylinin özünəməxsus bədii təsvir ustalığı, obrazları məhz canlı, koloritli boyalarla, həm 

də bütün mürəkkəbliyi ilə əks etdirmək məharəti diqqətdən yayınmır”. [6] 

Roman-xronika üslubunda yazılan Şah Abbas romanı Səfəvilər dövlətinin üçüncü 

ən görkəmli hökmdarı I Şah Abbasın həyat və fəaliyyətindən bəhs edir. Bildiyimiz kimi 



Filologiya  məsələləri – №02, 2016 

 

338



Şah Abbasa qarşı fikirlər o qədərdə müsbət olmamışdır.  İlk növbədə ona görə ki, o 

qəddar bir hökmdar idi. Taixdən bizə məlumdur ki, Şah Abbas bir sıra fars əyanlarını 

hakim vəzifələrinə təyin etməklə Səfəvi dövlətini farslaşdırmışdı. Yeqzar Cəfərli qeyd 

edir ki, “Tarixə nəzər salsaq görərik ki, bu proses hələ kor Məhəmməd Xudabəndənin 

dövründə başlanmışdı. Onun fars qızı olan arvadı  Məhdi Ülya şahın acizliyindən 

istifadə edib hətta dövlətdə  şahdan sonra ikinci vəzifə sayılan vəkil vəzifəsinə 

yüksəlmişdi.  Şah Abbas hakimiyyətə  gələnə  qədər bu qadın bir neçə yüksək dövlət 

vəzifəsini artıq farslaşdırmışdı. Bir yandan şah nəinki yüksək dövlət vəzifələrini, hətta 

şəxsi mühafizəsini belə qızılbaşlara etibar edə bilmir, bu işdə xristian gənclərdən ibarət 

qulamlardan istifadə edirdi.” [7] 

Tarixi faktlardan məharətlə istifadə edilərək, arxiv sənədləri əsasında yazılan bu 

roman 47 fəsildən ibarətdir. Fəsillərin hər birində hökmdarın həyat və fəaliyyətinin ayrı-

ayrı dövrlərindən bəhs olunur. Romanın əvvəlində müəllif tərəfindən yazılmış belə bir 

yazıya rast gəlirik : “...Siz elə bilirdiniz ki, Azərbaycan xalqı arasında “cənnətməkan” 

kimi yadda qalmış, onun nağıllarını, dastanlarını  bəzəmiş  Şah Abbas fars 

qafalıymış? Haradan biləydiniz ki, orta əsrlərin “qızıl dövründə” cahanın yarısına sahib 

olan  Şah Abbası bir Səfəvi məmləkətinin  şərəfi, bir də hökmranlıq 

düşündürürdü. Haradan  biləydiniz ki, həmin vaxt bir qızılbaş  məmləkəti, bir şiə 

məzhəbi, bir sufi təqirəti, bir də müqəddəs Ərdəbil şəhəri vardı. Haradan biləydiniz ki, 

qızılbaşlar “müridin əlində  qılınc, altında at, qarşısında düşmən olmalıdır” anlamı ilə 

yaşayırdılar. Ona görə də mirzəliyi özlərinə yaraşdırmır, onu qara iş sayır, yazı-pozunu 

farslara, gürcülərə, ermənilərə, çərkəzlərə buyururdular. 

Bunları bilmirdiniz, heç məndə bilmirdim. Çünki tariximizi başqa millətlər yazıb, 

sovetlərin şinelindən çıxan öz tarixçilərimizin çoxu da o yalanları təkrar eləyib. Yalnız 

müstəqillik dövründə sular durulmağa başlayıb. 

Siziçaşdırıblar, eymənimbiçarəhəmvətənlərim! 

Böyük bir sərkərdənizi, böyük Azərbaycan Səfəvi dövlətini farslaşdırıblar. Mən 

indi  əsl həqiqəti deməkdən, böyük bir sərkərdənizi, cənnətməkan hökmdarınızı 

özümüzə qaytarmaqdan qürur duyuram” [8,s.7-8). 

Bu sətirlərlə tanış olan oxucu inanır ki, indiyə  qədər  Şah Abbas şəxsiyyəti 

haqqında bir sıra ciddi təhriflər olunmuş, və bu təhriflər romanda, olduğu kimi təqdim 

olunmuşdur. 

Müəllif romanda Şah Abbasın portret cizgilərini dəqiqliklə təsvir edir.  Şah Abbas 

gənc olsa da, başa düşürdü ki, ölkəni idarə etmək üçün ilk növbədə mükəmməl təhsil 

almaq lazımdır.O, hətta səfərlərə gedəndə də özü ilə çoxlu kitab aparardı. Digər tərəfdən 

gənc vəliəhd  şəxsi  şücaəti ilə seçilirdi. Ox atmaq, qılınc oynatmaq onun gündəlik 

məşğuliyyəti idi. Şah olmamışdan əvvəl iştirak etdiyi müxtəlif döyüşlərdə şəxsi şücaəti 

ilə fərqlənmiş, qoşun içərisində böyük nüfuz qazanmışdı. 

Şah Abbas ona xəyanət edən, həddini aşan, xalqa zülm edən vəzifə sahiblərini yeri 

gələndə ən ağır cəzaya məhkum edirdi. Onun kəsdirdiyi başların sayı minlərlədir. Lakin 

Şah Abbas haqqındakı  rəvayətlərin heç birində onun kiməsə haqsız cəza verməsi 

haqqında söhbət getmir. Çünki xalq onu ədalətli hökmdar kimi tanıyır. Yazıçı diqqəti 

ona yönəldir ki, Şah Abbas bir hökmdar kimi xalqa işləməyi, çörək qazanmağı 

öyrətdi. Torpağa bağlılıq, Vətəni sevmək, onun uğrunda vuruşmaq və yeri gələrsə 

ölməyi şərəf bilmək Şah Abbasın fəaliyyətinin başlıca keyfiyyətləridir. Onun haqqında 


Filologiya  məsələləri – №02, 2015 

 

339



yaranmış  rəvayətlər,  əfsanələr, nağıllar  şahın  şəxsiyyətinə olan məhəbbətin  əsas 

göstəricisidir. Şah Abbas oxucuların qəlbində məhz bu keyfiyyətlərilə yaşayır. 

Xalq  şairi Zəlimxan Yaqubun roman haqqında söylədiyi fikirlər  əsərin bu gün 

üçün olduqca aktual olduğunu sübuta yetirir: “Mənim düşüncəmə görə bu əsər bizə və 

bizdən sonra gələnlərə belə deyir:  Tarixini yaxşı öyrən, şəxsiyyətlərini dürüst tanı, keç-

mişinə sahib ol, öz qılıncınla özünü kəsmə, dilinə, dininə,  əqidənə, etiqadına sadiqlik 

hissini itirmə, milliliklə millətçiliyi qarışdırma, gələcəyini düzgün qurmaq üçün tarixin 

acı həqiqətlərindən, böyük dərslərindən ibrət al. Özün ol, özgələşmə. “Mən kimdən” de-

mə, “kim məndən” de. Gücü kökünə ver ki, budaqların tufanlara yem olmasın.” .[9,s.6] 

 

ƏDƏBİYYAT 

1.  Quliyev.V. Nəsrimiz və tariximiz. “Azərbaycan” jurnalı, 1984 ,№4. 

2.  Axundov Yavuz. Tarixi roman və müasirlik, Bakı “Elm” nəşriyyatı, 1975, 40 səh. 

3.  Yavuz Axundlu, Azərbaycan Tarixi Romanı: Mərhələlər problemlər(1930-200) 

Bakı “Adiloğlu”, 2005 ,550 səh. 19. 

4.  http://www.qafqazinfo.az/gundem-12/sonuncu-fateh-23768 

5.  Hüseynbala Mirələmov.Sonucu Fateh. Bakı, Nurlan, 2012 

6.  anl.az/down/meqale/adalet/2011/dekabr/220298.htm 

7.  www.olaylar.az/news/culture/78980 

8.  Elçin Hüseynbəyli. Şah Abbas. Bakı-2008. “Adiloğlu”. 

9.  www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_may2009/79599.htm 

 

                                                                                            С.Р.САМАДОВА 

OПИСАНИЕ ИСТОРИЧЕСКИХ ДЕЯТЕЛЕЙ,ЛИТЕРАТУРНЫЙ ЖАНР 

ГОДЫ НЕЗАВИСИМОСТИ 

                                                     

РЕЗЮМЕ 

В  статье  Надир  Шах  Афшар  тяжелая  жизнь  среди  граждан  и  военно - 

политической  деятельности,  а  скорее  создание  единого  государства  искусства 

посвятил  свою  жизнь  борьбе  за ' Последний  завоевателя',  Эльчин  Гусейнбейли 

отражающие  жизнь  и  деятельность  шаха  Аббаса, 'Шах  Аббас'  романы 

говорят.Оба романа анализируются отделно 



 

S.R.SAMADOVA 

A DESCRIPTION OF HISTORICAL FIGURES, LITERARY GENRE OF THE 

NOVEL THE YEARS OF INDEPENDENCE 

 

SUMMARY 

     The  article  are  mentioned  Huseynbala Miralamovs “Last Fateh” romance which 

demonstrates Nadir Shah Afshars hard timeline, military-political acts, his lifetime 

struggles on aim to create uniqe government and Elchin Husseinbayli”s “Shah Abbas” 

romance which demonstrates ShahAbbas”s  lifetime and actions. Both novels are 

analyzed separately. 

 

Rəyçi: Razim Məmmədov,  

            filologiya elmləri üzrə fəlsəfə doktoru                   


Filologiya  məsələləri – №02, 2016 

 

340



A.R.ƏLİYEVA 

                            Azərbaycan Pedaqoji Universiteti 

aynur.eliyeva.1992@gmail.con 

 

YUSİF BALASAQUNLUNUN “QUTADĞU-BİLİG” POEMASI BİR 



SİYASƏTNAMƏ KİMİ 

 

Açar sözlər: “Qutadğu-bilig”, siyasət, siyasətnamə, dövlət fəlsəfəsi 



Ключеые слова: “Кутадгу-билик”, политика, siyasetname, состояние философии 

Key words:  “Kutadgu-bilig”, politics, politicbooks, state philosophy 

 

Yusif Xas Hacibin yazdığı “Qutadğu-bilig” XI əsrdən günümüzə  qədər  İslam 



türk  ədəbiyyatının ilk nümunələrindən biridir. Bu qiymətli  əsər yalnız türk ədəbiyyatı 

tarixi baxımından deyil, eyni zamanda türk mədəniyyət tarixi və türk dövlət fəlsəfəsi 

baxımından da araşdırılması vacib olan bir qaynaqdır.  İndiyə  qədər “Qutadğu-bilig” 

üzərində ədəbi, dini, siyasi və fəlsəfi yöndən dəyərli araşdırmalar aparılmışdır.  

“Qutadğu-bilig” poemasının əvvəlinə sonradan əlavə olunan mənzur və mənsur 

mətinlərdən də anlaşılacağı üzrə bir dövlət və siyasət kitabıdır. Yusif Xas Hacib bu 

əsərdə çeşidli mövzu və  məsələlər haqqında fəlsəfi və sosiologik fikir və düşüncələri 

irəli sürüb, öyüd-nəsihətlər verməkdir.  Bundan başqa, cəmiyyəti yaradan müxtəlif sinif 

və  zümrələrin dəyərini, onlara qarşı hökmdar tərəfindən izlənməsi gərəkən  davranış və 

tutumları bildirir. Belə olmaqla bərabər, “Qutadğu-bilig”in köhnə vaxtlarda Şərqdə 

oxşarlarına sıx rastlanan formadan, dövrün idarəçilərinə  və dövlət adamlarına asan 

tövsiyyələr vermək və  ədalətli bir idarəçilik yaratmalarını istəmək məqsədilə  əxlaqi 

nəsihətlər verən, dövlət içindəki sosial qruplaşmaları göz önünə gətirən, tarixin tanınmış 

siyasətnamələrindən fərqli və özünəməxsus bir forması vardır. 

 

İslam dünyasında “Qutadğu-bilig”dən  əvvəl və ya sonra yazılan bir çox 



siyasətnamənin qaynaqlarına baxdığımızda  əcnəbi mədəniyyətlərin təsirini görürük. 

Abbasilərin hakimiyyətə  gəlişindən etibarən farsca, hindcə  və yunanca kitabların 

tərcümə edildiyini və bu yolla iran, hind və yunan fəlsəfə, tibb, riyaziyyat, astronomiya 

və qrammatika kimi elmi fənnlərlə  bərabər, dövlət və siyasət  ənənəsinə aid bilik və 

təcrübələrin də İslam dünyasına daxil edildiyini bilirik. 

 Çox 


türkoloqların siyasətnamə kimi qəbul etdikləri “Qutadğu-bilig” özündən 

əvvəl və sonra yazılmış siyasətnamələrin ümumi özəlliklərini də özündə ehtiva edir. 

“Qutadğu-bilig” tarixi müddət içərisində ilk onu oxuyandan, əsəri araşdırıb ön hissəsinə 

mənsur və ya mənzum girişlər yazan katiblərə  qədər, hətta günümüzdə  əsər üzərində 

araşdırma aparanların  əksəriyyətinin ortaq qənaəti  əsərin bir siyasətnamə olduğu 

həqiqətidir. Keçmişdə kitaba çinlilərin “Ədəbül-mülük”, “Hökmdarlığın ədəbi”, Maçin 

hökmdarlarının “Ayinül-məmləkt” (“Məmləkətin aynasi”), Zinatül-üməra “İdarəçilərin 

bəzəyi”, “Hökmdarlara nəsihətlər” kimi adlar vermələri  əsərin bir siyasətnamə olaraq 

anlaşıldığını göstərməkdədir. Beləliklə, günümüzdə də tədqiqatçıların böyük əksəriyyəti 

bu əsərin bir siyasətnamə olduğunu və digər siyasətnamələr ilə ortaq cəhətlərinin olduğu 

qənaətinə  gəlmişlər. Məsələn, Yusif Xas Hacibin “Qutadğu-bilig”i,“Nizamül-mülk”ün 

“Siyasətnamə”sini qarşılaşdıran bir tədqiqatçı, iki əsərdə  təəccübləniləcək dərəcədə 

oxşarlıqlar olduğunu bildirmişdir.  


Filologiya  məsələləri – №02, 2015 

 

341



 

Bəs siyasətnamə nədir? Siyasətnamələrin ümumi xüsusiyyətləri nələrdir? İslam 

ədəbiyyatında dövrün idarəçilərinə  və dövlət adamlarına asan tövsiyyələr vermək  və 

ədalətli bir idarəçilik yaratmaqlarını istəmək məqsədilə yazılan siyasi və əxlaqi tərkibli 

əsərlərə siyasətnamə deyilir. Bu tip əsərlər bilinən özəlliklərinə görə qruplaşdırıldıqda, 

fərqli tərzlərlə rastlaşmaq mümkündür. Bunlardan birincisi Fərabinin “Əl-Mədinətül 

fadıla”sı ilə “Füsulul-mədəni” adlı  əsərlərdə olduğu kimi siyasət və dövlət idarəsini 

fəlsəfi baxımdan  ələ alan əsərlərdir.  İkincisi, siyasət və dövlət idarəçiliyi mövzularını 

nəzəri olaraq bilib, mövzu üzərində İslam düşüncələrinin nə ola biləcəyini araşdırmağa 

yönələn əsərlərdir ki, bunlar Məverdinin “Əl-Ahkəmus-sultaniyyə”si, İbn Təymiyyənin 

“Siyəsətüş-şeriyyə”si kimi cəmiyyət hüququnu qoruyan kitablardır. Üçüncü dövrün 

sultan, vəzir və dövlət adamlarına siyasət sənəti haqqında yol göstərən, idarəçilikdə 

özbaşınalıqları aradan qaldırmaq üçün siyasi və  əxlaqi nəsihətlər verən  əsərlərdir. Bu 

ənənənin ilk nümunələrini biz hind və iran mədəniyyətindəki pəndnamə və siyasətnamə 

kim əsərlərdə görürük. Nizamül-mülkün “Siyasətnamə”si, Keykavusun “Qabusnamə”si 

və Qazzalinin “Nəsihətül-mülük” kimi əsərləri buna misal ola bilər. Bu cür əsərlərin 

yazılmasında  əsas məqsəd siyasi məsələlərdə ideal olan, əmredilənlərlə, tədbiq 

olunanlar arasında elmli bir yol tapmaqdır. Sıx rastlanılan bu cür örnəkləri hər nə qədər 

İran  əsəbiyyatı olsa da, mövzular İslama tam olaraq uyğunlaşdırılmışdır. Dördüncü 

olaraq, Osmanlı dövlətinin zəifləmə və geriləmə vaxtlarında ümumilikdə padşahın və ya 

vəzirlərin istəklərinə uyğun qələmə alınan  İslahatnamələri və ya Layihələri göstərə 

bilərik.  

 “Qutadğu-bilig” sultan, vəzir və dövlət adamlarına siyasət mövzusunda yol 

göstərən, idarəetmədə özbaşınalıqları yox etmək üçün siyasi və əxlaqi nəsihətlər verən 

əsərlər ilə siyasət və dövlət idarəsini, fəlsəfi və idealist baxımdan  ələ alan əsərlər 

qrupuna daxil edə bilərik. 

 Siyasətnamələr  əsas mövzu olaraq, dövlət idarəçiliyini  ələ alan əsərlər 

olduğundan xüsusilə  də idarəçilikdə hakimiyyəti  əldə saxlayan hökmdarlar üçün 

yazılmışdır. Siyasətnamələrdə hökmdarda olması vacib bilinən xüsusiyyətlər və 

səltənətin  əsasları göstərilir. “Qutadğu-bilig”in  əsasını hökmdar və onun ətrafında 

toplaşan şəxslərlə dövləti idarəsi, yəni ideal dövlətin, ideal hökmdarın, dövlət başçısının 

necə olması mövzusunda söhbətlərdən ibarətdir.  Əsərdə danışdırılan dörd xarakterdən 

biri olan Gündoğdu (bəy) hökmdar obrazını  təmsil edir və  əsərin  əvvəlindən sonuna 

qədər başda vəzir olmaqla digər vacib dövlət adamları ilə  əxlaq, siyasət və dövlət 

problemlərini mübahisə etməkdədir. Bu yöndən baxıldığında “Qutadğu-bilig” ilə digər 

siyasətnamələr arasında paralellik olduğunu deyə bilərik.  

 Siyasətnamələrin təsir aldığı klassik qaynaqlar arasında hind, iran, yunan və çin 

mədəniyyətlərinə aid bilgi və təcrübələr yer almaqdadır. Bəzi siyasətnamə yazarları bu 

mədəniyyətlərdən iqtibas etdiklərini  şəxsən bildirmişlər. Yəni, siyasətnamələr,  İslam 

mədəniyyətinin erkən vaxtlarda əlaqədə olduğu  əcnəbi mədəniyyətlərin bilik və 

təcrübələrindən yararlanmışlar və bu mədəniyyətləri qaynaq olaraq qeyd etmişlər.  

“Qutadğu-bilig” adı keçən bu mədəniyyətlərdən hər hansı birini göstərmir. Ancaq əsər 

üzərində  tədqiqat işi aparanlar onda başda  İslam mədəniyyəti olmaqla, hind, yunan, 

iran, çin təsirləri olduğu qənaətinə gəlirlər. Qismən də olsa “Qutadğu-bilig” poemasında 

xarici təsirlər də mövcuddur. Ancaq İslam və onun daxilində inkişaf edən  İran 

mədəniyyətinin xaricindəki digər mədəniyyətlərin təsirini ortaya çıxarmaq çox asan 

görünməkdədir.  


Filologiya  məsələləri – №02, 2016 

 

342



 

Ümumi olaraq, siyasətnamələr mövzuları qəribə hala gətirmək üçün hekayələr, 

sözü gözəlləşdirmək və mənanı qüvvətləndirmək üçün tanınmış şairlərdən misralar nəql 

etmişdir. Tarixdə öz sözünü demiş hökmdar, həkim, filosof və ya şair kimi önəmli 

şəxsiyyətlərin söz-söhbətlərindən nümunələr göstərirlər. Məsələn, Qərb dünyasından 

Makedoniyalı  İsgəndər həyatından və siyasi işlərindən, məşhur təbiblər Galen, 

Hippokrat və antik dövr yunan filosofları Sokrat, Platon, Aristotelin hikmətli 

sözlərindən məsəllər gətirirlər. Bunlarla bərabər, hind həkimlərindən, çin filosoflarından 

və ya krallarından hikmətli sözlər söyləyirlər. Bəzilərində İran krallarının davranışları, 

saray və idarə həyatları model olaraq götürülmüşdür. Bununla bağlı, “Qutadğu-bilig”də 

yalnız İran kralları Ənuşirəvan, Dahhak, Fridunun adları ilə Qərb dünyasına aid Böyük 

İsgəndərin adı verilmişdir. Bu arada digər bəzi siyasətnamələrdə  də zikr edildiyi kimi  

türklərin  əfsanəvi atası sayılan iranlıların  Əfrasiyab dedikləri Alp Ər Tonqanın da adı 

“Qutadğu-bilig”də keçir.  

 Siyasətnamələr, mövzuları sağlam təməl üzərində ucaltmaq düşüncəsi ilə 

mövzuya uyğun ayə və hədisləri seçirlər. Daha sonra səhabə və alimlərin, filosofların, 

həkimlərin hikmətli sözlərindən nümunələr gətirirlər. “Qutadğu-bilig”də ayə və hədislər 

mətin olaraq zikr edilmirlər, lakin bəzi mənzum beytlərin mənalarının Quran 

ayələrindən və ya Hz. Peyğəmbərin sözlərindən ilhamlanmış olduğu tədqiqatçılar 

tərəfindən üzə  çıxarılmışdır. “Qutadğu-bilig”də yalnız bir yerdə “Dinlə, Tanrıdan 

insanlara xəbər gətirən nəbi nə deyər” ifadəsi ilə açıqca Hz. Peyğəmbərin bir sözü nəql 

edilir. Bu misaldan başqa Qurandan ayə  və  hədislərin  əlavəsi açıq  şəkildə 

bildirilməmişdir.Ancaq məfhum olaraq bəzi beytlərin Qurandan və  hədislərdən ilham 

alınaraq yazıldığı söylənilə bilər.  

Siyasətnamələr də bütün klassik İslami  əsərlərdə olduğu kimi Allahı  həmd, 

Peyğəmbərə salam-salavatdan sonra təqdim ediləcək hökmdara tərif edilir. “Qutadğu-

bilig” tamamən bu klassik ənənəyə uyğundur.  Əsərin  əvvəlində yer alan və sonradan 

əlavə edildiyi təxmin edilən müqəddimədən sonra “Tanrı Azze və  Cəllənin mədhini 

söylər”, “Peyğəmbər  Əleyhi-səlamın mədhini söylər”, “Dörd səhabənin mədhini 

söylər”, “Parlaq bahar mövsümünü və Buğra xanın mədhini söylər” başlığı altında giriş 

edilmişdir. Bu baxımdan da “Qutadğu-bilig” poeması ilə ümumi siyasətnamələrlə ortaq 

bənzərlik və paralellik mövcuddur.  

Ümumiyyətlə, siyasətnamələr dövlət idarəetməsini ələ alan öyrədici, nəsihətedici və yol 

göstərici olan əsərlərdir. Hökmdarlara, bəylərə və digər idarəçilərə klassik Şərq tərzində 

bəzi təklif və önərilərdə bulunmuşdur. Əsas xarakter baxımından əxlaqi əsərlər sırasına 

daxildir. Hökmdarlar, vəzirlər və dövlət adamlarına nəsihətlər verdiyi üçün isə 

nəsihətnamədir. “Qutadğu-bilig”də özəlliklə “Bəyliyə layiq bəy necə olmalıdır” 

bölümündə nəsihətlər söyləyir, ancaq bu nəsihətverici üslub digər bölümlərdə də davam 

etdirilir. Bundan sonra vəzir necə olmalıdır bölümündə vəzir olan şəxsin necəliyi qeyd 

olunur. Bəyin yəni hökmdarın hansı əxlaqi məziyyətlərə sahib olmasını, vəzirdə olması 

gərəkən məziyyətlərin nələr olduğunu açıqca izah edir. Bəyliyin doğuşdan Allahın 

vergisi olduğunu, buna görə  də müqəddəs sayıldığını, bəylərin ağıllı, bilikli, özü-sözü 

bir olan pəndnamə həssaslığını göstərir. Vəzir də ziyalı bir ailədən, təqva sahibi, dürüst, 

ağıllı, həya sahibi, yaxşı görünüşlü və vəfakar olmalıdır.  

 “Qutadğu-bilig”də siyasətlə yanaşı dövlət fəlsəfəsi və siyasi anlayış da ortaya 

qoyulur. Məsələn, siyasətnamələrdə  ədalət anlayışı  İran dövlət  ənənəsinin təsirilə 

anılmaqdadır. Günahkarın cəzasını vermək ədalətdir, lakin onu əfv etmək fəzilətdir. Bu 


Filologiya  məsələləri – №02, 2015 

 

343



baxımdan əfvedivi olmaq daha fəzilətli və üstündür. “Qutadğu-bilig” poemasında, yəni 

türk dövlət ənənəsində ədalət, hökmdarın bağışlama missiyası deyil, qanunun doğru və 

tərəfsiz  şəkildə aparılmasıdır. Dolayısı ilə hüququn üstünlük prinsipi əsas 

götürülmüşdür. Əsərin özünəməxsus tərəflərindən biri digər siyasətnamələrdən fərqli bir 

dövlət fəlsəfəsi və siyasi anlayış ortaya qoymasıdır.  

 Siyasətnamələrin ümumi özəlliyi  əxlaqi xarakterdə olduğundan və  əxlaqın 

qaynağı da din olduğundan,dini temalar sanballıdır. Allahın sifətləri, inanc əsasları və 

axirət həyatı, cənnətə  həvəsləndirmə, cəhənnəmdən uzaqlaşdırma kimi mövzular yer 

alır. Dünya həyatının keçiciliyi, axirətin  əbədi olduğu inancı, o biri dünyaya hazırlıq 

məsələlər öz əksini tapır. “Qutadğu-bilig”də Allahın adları və sifətləri o dövrdə olduğu 

kimi elə Yusif Xas Hacibin dövründə də eyni şəkildə istifadə olunmaqdadır. Hökmdar 

ilə  ağlı  təmsil edən Öydülmüş  və aqibəti təmsil edən Odqurmuş arasında keçən 

mükalimələrdə Öydülmüş  yəni ağıl, Odqurmuşu yəni aqibəti hökmdara xidmət 

mənasında yola gətirməyə çalışmışlar.  

Siyasətnamələr, dövləti idarədə hökmdara köməkçi olan vəzir və digər dövlət 

adamlarının vəzifələri haqqında məsləhətlər verilir. “Qutadğu-bilig” Öydülmüş 

“Bəylərə vəzir olacaq insan necə olmalıdır” bölümündə vəzirin vacibliyi, vəzirdə lazım 

olması gərəkən əxlaqi məziyyətlərdən söz açır. Daha sonra hacib komandir, qapıçı, elçi, 

katib və  xəzinədar kimi dövlət adamlarında olması vacib olan əxlaqi məziyyətləri 

göstərir ki, bütün siyasətnamələr dövlətin rifahı  və  gələcəyi üçün bu mövzulara önəm 

verirlər.  

  

Siyasətnamələrdə dövlət xəzinəsinin qorunması, vergi toplama, əsgəri mövzular 



daha çox əhəmiyyət kəsb edir. Eyni zamanda cəmiyyətdəki çeşidli sənət sahibləri 

mövzusunda da bir çox məsləhətlər verilir. Məsələn, “Qutadğu-bilig”də 58-ci babda elm 

adamlarına, təbiblərə, yuxu yozanlara, münəccimlərə,  şairlərə, cadugarlara, baytarlara, 

ustalara və kasıblara necə davranmaq lazım olduğu əks olunmuşdur.  

 “Qutadğu-bilig”in  ən özünəməxsus tərəfi, dövrünün idarəetmə anlayışını 

göstərən bir kitab olmasıdır. Keçmiş dövrdə türklərdə hakimiyyət anlayışı hökmdarda 

Tanrı vergisi olan bəzi vəzifələrin varlığını  qəbul edən bir anlayışdır. Buna görə 

idarəetmə hüququ hökmdara Tanrı  tərəfindən ilahi bir lütf olaraq bağışlanmışdır. Bu 

anlayış daha sonra İslam xəlifəsini və ya ona tabe hökmdarları “Allahin yer üzündəki 

kölgəsi” olaraq bilinən anlayışla birləşərək siyasətnamələrin ana xətdindən birini təşkil 

edir. Bu türk anlayışının zamanımıza qədər inkişafında yeganə qaynaq “Qutadğu-bilig” 

poemasıdır.  

 Siyasətnamələr yaxşı idarəçiliyin olması, dövlətin ayaqda durması üçün olmazsa 

olmaz prinsiplərini dörd ana başlıq altında birləşdirmişdir. Bunlar ədalət, məşvərət, 

ləyaqət və öz peşəsində ustalıqdır. Bu prinsiplərlə əlaqəli “Qutadğu-bilig” poemasında 

onlarca beytə rast gəlmək mümkündür. “Qutadğu-bilig”də  məsləhət bilinən dövlət 

modelinin ən bariz nümunəsi bunlardır.  

 

Son olaraq onu qeyd edə bilərik ki, siyasətnamələrin əsas məqsədi dünyanın hər 



yerində  ədalətli bir idarəçilik, qayda-qanun yaratmaq və  əsas olaraq dünya, axirət 

xoşbəxtliyinə nail olmaqdır. Həmçinin, “Qutadğu-bilig”də də      başlıca amal dünya və 

axirət səadətinə qovuşmaq üçün siyasi əxlaqa uyğun  ədalətli dövlət idarəçiliyi 

yaratmaqdır. 

  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin