ЛИТЕРАТУРЫ
на русском языке:
1. Баскаков Н. А., Тюркская лексика в «Слове о полку Игореве». Москва,
«Наука», 1985.
2. Лихачев Д. С., «Слово о полку Игореве» - героический пролог русской
литературы., Ленинград, 1967.
3. Лихачев Д. С., «Слово о полку Игореве»: Древнерусский текст., Москва,
«Просвещение», 1984.
4. Мифы народов мира. Энциклопедия., гл.ред., Москва, «Советская
Энциклопедия», т. 1, 1991.
5. Подольская
Н.
В.,
Типовые
восточнославянские
топо-основы.
Словообразовательный анализ., Москва, 1983.
6. Потанин Г. А., «Восточные мотивы в средневековом европейском эпосе»,
Москва, 1989.
7. Робинсон А. Н., Литература Древней Руси в литературном процессе
средневековья XI-XII вв., Москва, 1980.
Filologiya məsələləri – №02, 2015
309
8. Рыбаков Б. А., Петр Бориславич. Поиск автора «Слово о полку Игореве»,
Москва, «Наука», 1991.
9. «Слово о полку Игореве», /перевод Новикова И. М./, «Художественная
литература», Москва, 1938.
10. «Слово о полку Игореве» - памятник XII в. Москва-Ленинград, 1962.
11. «Слово о полку Игореве», (под.ред. Стеллецкого В. И.), Москва,
«Просвещение», 1965.
12. «Слово о полку Игореве», (сб.ст), Москва, 1987.
13. Сулейменов О., «Аз и Я» в кн. Публицистика. Поэмы. Эссе. Стихи. Проза.,
Алма-Ата, «Жалын», 1989.
14. Эфендиева Ч., Ещё раз о «тёмных местах» в древнерусском памятнике XII
века «Слово о полку Игореве» // Межвузовский сборник научных статей
«Актуальные проблемы изучения гуманитарных наук», Баку, «Бак. Слав.
университет», № 2, 2012.
15. Эфендиева Ч., «Под трубами спеленуты…» // Filologiya məsələləri, №3, Bakı,
«Elm və təhsil», 2013.
16. Эфендиева Ч., «Была ли Дева…» // Folklorşünaslıq məsələləri, c.12, №1, Bakı,
«BDU», 2014.
17. Якубинский Л. П., История древнерусского языка, Москва, «Учпедгиз»,
1953.
На азербайджанском языке:
18. «İqor polku Dastanı», //tərcümə edən Q.Cəfərov //, Bakı, 1964.
19. «İqor polku Dastanı» //tərcümə edən Q.Cəfərov //, Bakı, 1989.
СЛОВАРИ
20. Виноградова, В. Л., Словарь – справочник «Слово о полку Игореве»,
Москва-Ленинград, «Наука», вып.1, 1965; вып. 2, 1967; вып. 3, 1969; вып. 4,
1973; вып. 5, 1978; вып. 6, 1984.
21. Даль В. И., Толковый словарь живого великорусского языка, Москва,
«Русский язык», т. 1, 1978; т. 2, 1972; т. 3-4, 1980.
22. Словарь Русского языка XI-XVII вв., (под ред. Бархударова С. Г.), Москва,
«Наука», вып. 1-18, 1975- 1992.
23. Словарь Русского языка (под ред. Евгеньева А. П.), Москва, т. 1, 1981.
24. Срезневский И. И., Материалы для древнерусского языка., Москва-
Ленинград, «Ин.Нац.Слов», т. 3, стб. 1389, 1912.
25. Фасмер М., Этимологический словарь русского языка., Москва, «Прогресс»,
т. 1, т. 2.- 1986; т. 3, т. 4 - 1987.
ÇİÇƏK ƏFƏNDİYEVA
“...ÇƏTİN DÖVRÜ OYANDIRDI” VƏ “DAJBOG”
XÜLASƏ
Bu məqalədə “İqor polku dastanı” (XII əsr) əsərində başqa iki mübahisəli yer
olan «…убуди жирня времена» və «… Дажьбог» tədqiq olunur. Tədqiqatçıların
əksəriyyəti bu ‘gizli yeri’ ‘...bolluq dövrünü qovdu’ olaraq tərcümə etmişdilər. Lakin
biz tədqiqatçıların həmin yerlə bağlı çoxlu variantlarının araşdırma nəticəsində bu
Filologiya məsələləri – №02, 2016
310
qənaətə gəldik ki, «…упуди жирня времена» yerini ‘...çətin dövrü oyandırdı’kimi
tərcümə etmək lazımdır.
O. Suleymenovun Dajbog düzgün oxunmamış ‘Daşti’ sözünə aid olan variantı
əsassız oldu və bunu da XII əsrin qədim rus əsərinin mətni sübut edir.
CHICHEK EFENDIYEVA
“AWAKEN THE DIFFICULT PERIOD” AND “DAJBOG”
SUMMARY
In this article two disputed matters “... awaken the difficult period” and “Dajbog”
which are “secret place” except “The epos about Igor regiment” (the 12
th
century) are
investigated. Many of investigators have translated this “secret place” as “awaken the
abundant period”. But in the article the author investigating many variants about that
place gives her result as the translation “awaken the abundant period” is right as
“awaken the difficult period” by O. Suleymenov, but the author considers that the word
“Dajbog” having read incorrectly as “Dashti” by O. Suleymenov is groundless.
Filologiya məsələləri – №02, 2015
311
ŞƏBNƏM MƏMMƏDOVA
Gəncə Dövlət Universiteti
shebnemmammadova@yahoo.com
BRONTE AİLƏSİ FENOMENİ
Açar sözlər: avtobioqrafizm, mənəvi irs, ədəbi ənənə, təhkiyyə, stereotip
Key words: autobiographism, spiritual heritage, literary tradition, narration,
stereotype
Ключевые слова: автобиографизм, духовное наследие, литературная традиция,
повествование, стереотип
Mübaliğəsiz demək olar ki, Bronte bacılarının əsərləri ilə tanış olan hər bir insan
onların sənətinə biganə qalmamış və yaratdıqları əsərlər zamanından asılı olmayaraq
xatirələrdən silinməmişdir. Bronte bacıları ədəbiyyata yeni bir həyat, yeni bir məzmun
və mündərəcə bəxş etmiş və ədəbiyyat isə öz növbəsində bu inqilabın müqabilində
onalara öz töhfəsini vermiş - onlara əbədi bir həyat, bir ölməzlik gətirmişdir. Və nəticə
etibarı ilə hər ikisi – Bronte bacıları da, ingilis ədəbiyyatı da ingilis mədəniyyəti və
sənəti tarixinə yeni bir səhifə yazdılar - məhz mədəniyyətinə, təkcə ədəbiyyatına yox.
Çünki saysız-hesabsız roman təlqinlərdən başqa Bronte ailə üzvlərinin “baş qəhrəman”
obrazında çıxış etdikləri pyes və povestləri, eləcə də “Ceyn Eyr” və “İldırımlı aşırım”
əsərləri kino və teatr tamaşalarının meydana gəlməsinə səbəb olmuşdur. Xourtda
doğulub boya-başa çatdıqdan sonradan ingilis miqyası kəsb etdilər, sənət kəhkəşanında
Qərbin yeni, parlaq ulduzları tək şəfəq çaldılar və nəhayət, həyatlarının və sənətlərinin
əlçatmaz zirvə çağları onları bəşəriyyətin övladlarına çevirdi. Qeyri-adi təfəkkür,
istedad və qüdrət sahibi olan Bronte ailə üzvlərinin əsərləri onların mənəvi güclərinin
hansı müqavimətə sahib olmasının mənəvi təsdiqidir.
Stereotiplərin aradan qaldırılmasında azad fikrə sahib olan və düşüncə mahiyyəti
etibarı ilə qavranılıb sevilən nasir və şair olan Brontelər özlərinə xas üslub və mövzu
yaradıcıları idi. Çox maraqlıdır ki, sağlıqları dövründə adlarının ətrafında yaranan
pərəstiş zaman keçdikcə böyüdü və daha çox marağa səbəb oldu. Çünki onlar, təkcə
İngiltərə ədəbiyyatında deyil, həm də eyni zamanda dünya-insan qarşıdurmasında
zəmanələrinin mühüm problemlərinin həllinə yönəltmiş, qədərincə səy göstərmişlər.
Əsas mahiyyət ondan ibarətdir ki, onlar şablon deyil və zaman keçdikcə, poetik ruh
etibarı ilə cəmiyyətin mühüm problemlərini özündə ehtiva edən və dəyəri, gücü daha
artıq görünən fikir və söz sahibi kimi görünürlər.
Müxtəlif məslək sahibləri olan tənqidçilər məhz Bronte bacılarının romanlarının
şəxsiyyətin özünü açmaq vasitəsi olduqlarını vurğulamışlar.
XIX əsrdə Bronte bacılarının əsərləri Ç.Eliot, M.Arnold, U.Batler, E.Trollop və
hətta kraliça Viktoriyanın marağıına səbəb olmuşdu. Lakin ən böyük diqqət
prerafaelitlər D.Q. Rossetti, C.A.Suinberin, U.Peyter tərəfindən görünməkdə idi – Emili
və Şarlottanın romantik dünyabaxışı, onların heç nəyə bənzəməyən poetikalarının
bədiiliyi onları cəlb edirdi.
E.Qaskelin Şarlotta Brontenin həyatı haqqında əsərindən sonra onların
həyatlarına maraq daha da artmış, XX əsrdə “Bronte-land” termini meydana gəlmiş
(tənqidçi U.Terner tərəfindən 1913-cü il) və əsrin ikinci yarısında “bronteşünaslıq
industriyası” (C.Hyiş) yaranmışdır və bu maraq bu gün də davam etməkdədir. 1893-cü
ildə “Bronte bacıları cəmiyyəti” yaranaraq Xourtda olan sadə evi ən çox ziyarət edilən
orijinal muzeyə çevirmişdir və qayğı ilə saxlanan nadir eksponantları qoruyub hifz edən
Filologiya məsələləri – №02, 2016
312
əməkdaşlar buraya gələnlərə onların əlyazmaları, rəsm əsərləri və şəxsi əşyalarını
nümayiş etdirib mənəvi irsi yaşatmaq kimi bir şərəfli misiyanı yerinə yetirirlər [6, 115].
Bronte bacıları fenomeni hətta XIX əsrdə məşhur adlarla zəngin olan İngiltərə üçün
unikal bir hadisə idi. Brontelərin eyni dövrdə qazandıqları şöhrət son dərəcə
heyrətləndirici və parlaq idi. 1847-ci ildə Şarlottanın “Ceyn Eyr”, Emilinin “İldırımlı
aşırım” və Anna Brontenin “Aqnes Qrey” əsərləri bacıların İngilis ədəbiyyatı tarixinə
nüfuz etməsi ilə yadda qaldı [3, 98]. Heç də təsadüfi deyil ki, bu sensasiyalı fakt bir çox
şayələrin yaranmasına səbəb olmuşdu. Müəllif - eyni adamdır, lakin müxtəlif ləqəblərlə
çıxış edir (buna səbəb bir il öncə bacıların Karrer, Ellis və Ekton Bell ləqəbi ilə çap
etdikləri şeir toplusu olmuşdur); müəllif - çox tanınmışdır, lakin öz adını gizlətmək
niyyətindədir və s. Bacıların qısa həyatı sirr və əsatirlərlə, müxtəlif əfsanə və miflərlə
zəngin idi və onların ömrü qızların ömründən daha uzun oldu.
Bronte bacıları on doqquzuncu əsrin ədəbi ailəsi olaraq Yorkşirin Heyvort
vilayəti ilə assosiyasiya edilir. Keşiş Patrik Brontenin ailəsində altı övladından üçünün:
Şarlotta, Emili və Annanın dünya şöhrətli şair və nasir olmasında atalarının böyük
zəhməti olub. Kembric Universitetini bitirən Patrik Bronte “Kənd şeirləri” (1811),
“Əyalət şairi” (1814) adlı iki kitabın və bir çox pamflet və məqalələrin müəllifidir. Ailə
həyatı qurduqdan doqquz il sonra həyat yoldaşını itirən savadlı, səmimi və xeyirxah
Patrik altı azyaşlı uşağı boya-başa çatdırmaq üçün baldızını dəvət edir. Bütün qəlbini və
qüvvəsini uşaqlarının təlim-tərbiyəsinə sərf etməyə çalışan ata ilk dörd qız övladını o
dövrün orta təbəqəsinə mənsub ruhanilərin uşaqları üçün nəzərdə tutulan Kovan Bric
məktəbinə göndərir. Növbəti il qızlardan ikisi Mariya və Elizabet ağır xəstəlik
nəticəsində evə qayıdır və bir neçə həftədən sonra bir-birinin ardınca vəfat edirlər.
Şarlotta və Emili də məktəbdən ayrılaraq Heyvorta qayıdırlar. Bu itki Şarlottanın
əsərlərində öz əksini tapmışdır. “Ceyn Eyr” əsərində Kovan Bric Lovud kimi təqdim
olunmuş, xanım Andryuşun qəddarlığı xanım Skatçerd obrazında və Karus Vilsonun
zülmkarlığı isə cənab Blokherst surətındə canlandırılmışdır. Sağ qalmış Brontelərin
hamısı 1825-ci ildə vərəm xəstəliyindən vəfat edən Mariya və Elizabetlə eyni aqibəti
paylaşmışdır: qardaşları Bronvel 1848, Emili 1848, Anna 1849 və nəhayət Şarlotta
1855-ci ildə 38 yaşında ailə həyatı qurduqdan bir il sonra vəfat etmişdir.
Brontelər erkən yaşlarından hekayə yazmağa başlamış və təfəkkürləri inkişaf
etdikcə hekayələrin məzmunu da mürəkkəbləşib genişlənmişdir. Nə tənqidçilər, nə də
oxucular belə zərif və xəstə vücudlu, lakin mənəvi cəhətdən çox güclü və mətin, ən
əsası isə inanılmaz dərəcədə istedadlı olan gənc qızların bu əsərlərin müəllifləri
olduqlarına inana bilmirdilər. Ataları Patrik Brontenin abunə olduğu jurnal və
qəzetlərdən o zaman təzə vəfat etmiş Bayron və onun əsərləri haqqında məlumat alan
uşaqlar dərhal yeni üslub, güclü ehtiras və cinsi cazibəyə sahib olan qəhrəmanların
qəddar və hətta məkrli hərəkətlərini nümayiş etdirən əsərlərə müraciət edirlər.
Qardaşları Bronvel yazılan əsərlərə şəkillər və karikaturalar çəkirdi. Digər tərəfdən də
cəmiyyətdə qəbul olunmamış, qınağa səbəb olan, qadağan olunmuş nə varsa Bayronun
adı ilə eyniləşmişdi. Onlar üçün Bronvel və Şarlotta Bayronsayağı qəhrəmanlar
qalereyasını uydurulmuş Verdopolis qəhrəmanlarından biri olan Zamornanın sürətinin
ikimənalı və şübhəli hərəkətlər edən obrazı kimi təsvir edirlər. Eyni təsvir və dəyişikliyi
Emili Brontenin “İldırımlı aşırım” romanında, xüsusilə də Hetklif obrazında və “Ceyn
Eyr” əsərində isə cənab Roçesterin sürətində müşahidə etmək mümkündür [5, 95].
İngilis tədqiqatçılar Hetklifin qəlb faciəsinin köklərini Bronvel Brontenin
tərcümeyi halında axtarırlar. Bronvel uzun müddət xidmət etdiyi varlı evin sahibəsi,
ailəli xanıma olan məhəbbətinin qurbanı olmuşdur. Dul qaldıqdan sonra öz məşuqun
aldadıb, o yenə də başqası ilə ailə həyatı qurur, çünki həyat yoldaşı yalnız o, Bronveldən
Filologiya məsələləri – №02, 2015
313
imtina edəcəyi halda öz var-dövlətini ona vəsiyyət edir. Qadın pula görə həm ona, həm
də öz məhəbbətinə xəyanət edir. Lakin ətrafda olan fermer və kavalerlərin varlanmaq
naminə səbəb olduqları faciəvi və dəhşətli konfliktlər müəllifin diqqətindən yayınmamış
və romanın əsas mövzusuna çevrilmişdir. İstedadlı, lakin tanınmayan rəssam olan
Bronvel doğma yurduna mənəvi cəhətdən sarsılmış və ruhdan düşmüş şəkildə qayıdır.
O, sakit keşiş ailəsinə zorakı gecə davaları və məhv olmuş həyatından geridə qalan
sərxoş giley-güzarı gətirmişdi. Bronvellə kor, lakin qəddar və tez hiddətlənən atasının
arasında dəhşətli səhnələr baş verirdi. Özü də bilmədən onun qayıdışı ailəyə
bədbəxtliklər gətirmiş oldu: özünü alkoqolla məhv edən Bronvel həm də vərəm xəstəsi
idi, bu səbəbdən kiçik bacıları da bu xəstəliyə mübtəla olur.
Şarlotta yaramaz hərəkətlərinə görə qardaşından uzaqlaşır. O heç cür qəbul edə
bilmirdi ki, belə istedadlı ailənin ümidi və qüruru olan bir insan bu qədər alçala bilər.
Emili isə qardaşına son nəfəsinə kimi qulluq edib, yatağının kənarından çəkilmirdi. O
artıq anlayırdı ki, həyat insanı necə də şikəst edə bilər. O bu haqda “İldırımlı aşırım”
əsərində yazmışdı. Bronvelin həyatı, xarakteri Emili Bronte tərəfindən məharətlə
Hetkilf obrazında canlandırılıb. Ümumiyyətlə “İldırımlı aşırım” romanında son illər
ailənin yaşantıları öz əksini tapmışdır.
1848-ci ildə Bronvelin ölümündən bir neçə ay sonra Emili vəfat edir. Xəstəlik
dövründə onun mənəvi gücü, mətinliyi bir daha bacılarına bəlli olur. Onlar bu
xüsusiyyəti onda daha əvvəl müşahidə etmişdilər. Bir vaxt quduz it onu dişlədikdə heç
kəsə bildirməyib qaynar ütü ilə yarasını yandırmışdı. Hər dəfə azacıq da olsa
ümidsizliyə qapılanda böyük ləyaqət sahibi olan Emilinin tükənməz əzm və mətanəti
ona qol-qanad verib, mübarizələrlə dolu sabahlara addımlamağa təlqin edib. Bacılarının
dözüm və iradəsi, mayalı sözləri, mənəvi təskinlik baxışı öz işini görə bilmişdir. Bir
neçə həftə ölümlə üzləşən qız sakit və şən görünməyə çalışırdı. Bacılar bu haqda təhlükə
sovuşandan sonra xəbər tutur. Ümumiyyətlə bu hadisə Şarlotta tərəfindən əsas
qəhrəmanı Emilini xatırladan “Şerli” romanında təsvir olunur. Bir dəfə ölümə qalib
gələn Emili indi o zaman müalicəsi tibbə məlum olmayan vərəm xəstəliyindən ölürdü.
O öz ölümünü dözüm və mətanətlə qarşılayırdı, həkimlərdən imtina edib, sübh tezdən
durub son gününə kimi çalışırdı. “O, artıq nə amansız soyuqdan, nə də sərt küləkdən
titrəməyəcək. Emili onları daha hiss etmir...” – deyə Şarlotta rəfiqəsinə 23 dekabr 1848-
ci ildə onun ölümündən sonra yazırdı [4, 82]. Bunları yazarkən Şarlottanın Yorkşir
tərəfdən əsən sərt qış küləklərini yoxsa Bronte bacılarını əhatə edən dünyanı nəzərdə
tutması isə bizə məlum deyil.
Kiçik bacıları Annanın (1820-1849) ilk romanı “Aqnes Qrey” Emili Brontenin
“İldırımlı aşıırım” əsəri ilə birgə 1847-ci ildə çap olunmuş və tənqidçilər onları hər
zaman müqayisə etmişlər. Aqnes Qrey adlı bir qız mülkədar evində mürəbbiyə kimi
təqdim olunur. Burada bir qadın taleyinin realistçəsinə təsviri verilmişdir. Bu
qəhrəmanın timsalında yazıçı ağır həyatın məşəqqətləri ilə üzləşir və onlara sinə gərib
cəsarət nümayiş etdirir. Emili Brontenin xüsusiyyətlərini müəyyən dərəcədə özündə əks
etdirən Aqnes hər dəfə azacıq da olsa ümidsizliyə qapılanda özünün tükənməz dözüm
və iradəsi ona stimul verib və mübarizələrlə dolu sabahlara addımlamağı təlqin edib.
Əgər onun birinci romanını bacılarının əsərləri ilə müqayisə etmək mümkün idisə,
ikinci əsəri “Vilfel Holun kirayənişi” romanında yalnız Annaya məxsus fərdi
məziyyətlər nümayiş olunur. Mürəkkəb təhkiyyə strukturu və təsiredici xarakterlər
qalereyası gənc nasirin uğurları hesab olunur. Bunlardan da ən yadda qalanı qəddarlığı
ilə seçilən Hantinqdondur ki, o da öz növbəsində Bronvel Bronteni xatırladan
prototipdir. Əsər ikinci dəfə nəşr olunduqda Anna etiraf etmişdi ki, ətrafda əzab verən
despotizm “eyniylə” həyatdan götürülüb [1, 75]. Gördüyümüz kimi hər üç bacının
Filologiya məsələləri – №02, 2016
314
əsərlərində Bronvelə oxşar bir obraz var. Şarlotta Bronte isə əsərlərin müqəddiməsində
Anna haqqında yazarkən deyir: “Annanın əsərlərində kədər motivləri, onun dini
görüşlərinin nəticəsidir ki, onun qısa həyatına qəmgin kölgə salır” [2, 315]. Əsər yazılan
zaman qardaşının vəziyyəti pisləşir və bunu dərin iztirab çəkən ədibin təsvir etdiyi
surətlərdən də görmək olur. Onun pessimizmi də buradan irəli gəlir. O göstərir ki,
həyatın bayağılığından bezən qəhrəman xəyalında başqa bir aləm yaradır və həmin
xəyali aləmin özünün çox miskin olduğunu göstərir. Annanın bədbin dünya görüşünün
əsasında bu fikir dayanır.
Atasından aşılanan inam hissini qəlbində yaşadan və mömin bir xristian olan
Anna vicdanının ziddinə getməyi təsəvvürünə də gətirə bilmir və öz əsərlərində bunu
məharətlə nümayiş etdirir.
Gənc yazıçı əxlaqi təsirin gücünə və insanları tərbiyə etməyin mümkün olmasına
inanır. Həyatda gördüyü çətinlik və ziddiyyətlərə yaxından bələd olan yazıçı əsərdə
ağıllı, xeyirxah və düşüncəli insanların düçar olduğu müsibət və faciələri
ümumiləşdirmək məqsədini güdmüşdür.
Əsərin mütləq didaktik xarakterli olmasını o hələ uşaqlıqdan bilirdi və mənəvi
borc hissi onu özünün son romanında bu xüsusiyyəti təqdim etməyə sövq edir. Bu
roman həqiqətən tərbiyəvi səciyyəyə malikdir. Romanda yenə qotik romanlara xas
priyomlardan bol istifadə olunur. Əsərin mərkəzinə qoyulan hadisələr fəlakətli bir
mahiyyət daşıyır. Tənha, yalqız qalmış qız həyatın çətinliklərinə təkcə öz qeyri-adi
bacarıqları deyil, həm də əsasən öz iradəsi və temperamenti hesabına başa gəlir. Qorxu
və həyəcana, vahiməyə və riqqətə gətirən təsvirlər yazıçının qotik ənənələrinə
sadiqliyindən irəli gəlir. Realist ənənələrinə sadiq qalan gənc yazıçı eyni zamanda
məqsədi və ruhu, bədii ifadə vasitələri ilə tamamilə orijinal və yenidir. Bronte
bacılarının yaradıcılığı bugün də təlqin etməsi və ingilis ədəbi ənənəsinə xas
mistifikasiya və komik təqdimatı ilə oxucuları cəlb edir.
Bronte ailəsi fenomeninin dərk edilməsini onların bədii dünyalarının estetik-
üslubi quruluş prinsiplərinin və romanlarının avtobioqrafizm kimi qəbul olunması
şərtləndirir.
İlk dəfə 1849-cu ildə “Ceyn Eyr” romanı İrinarx Vedenski tərəfindən tərcümə
olunub. “Otecestveniye zapiski” jurnalında çap olunan zaman “Avtobioqrafiya” sözü
romanın adının yanında verilirdi. Kitab bir neçə dəfə dərc olunan zaman bu söz başlıqla
paralel işlənmişdir. O.M.Petersonun “Bronte ailəsi” kitabı V.Raytın 1893-cü ildə Nyu-
Yorkda dərc olunan “Bronte İrlandiyada və ya uydurmadan daha qəribə faktlar” adlı çox
maraqlı kitabına əsaslanaraq ərsəyə gəlmişdir.
Tənqidi-biblioqrafik elementlərlə zəngin olan və həqiqi sənədlərin əlavə
olunması ilə “canlanan” epizodlar bu əsərdə quruluşun orqanik sintezdə olduğunu
diqqətə çəkir. Bütün tədqiqatçıları maraqlandıran ən başlıca suallar bu cür idi: “İnsan
təbiətinə xas olan müsbət və mənfi xassələr, cinayət törədə bilən cilalanmayan ehtiras,
radikal görüşlər, riyakarlıq və ikiüzlülüyə olan nifrət hissi bu cavan qızlara haradan
məlum idi? Onların əzəmətli təfəkkürünə və onun ifşaedici tünd boyalarla tənqidinə nə
təsir etmişdi?” [6, 79]
Beləliklə, həm İngiltərədə, həm də başqa ölkələrdə olan tənqidçi -
ədəbiyyatşünasları maraqlandıran başlıca sual Bronte ailəsi yaradıcılığının təbiəti,
mənbələri, milli mədəniyyətə təsiri və xarici oxucular tərəfindən qəbul olunmasıdır.
Məhz sadəlövh oxucunu heyrətləndirən deyil, ədəbiyyatın peşəkar bilicisi kimi
Petersonu maraqlandıran o idi ki, bu üç utancaq təvazökar qız ehtirası təsvir etmək üçün
bu cür zəngin və əlvan boyaları haradan əxz etmişdilər.
Filologiya məsələləri – №02, 2015
315
Əslən İrland olan Patrik Bronte öz xalqına məxsus folklordan və rəvayətlərdən
bəhrələnərək uşaqlarına vahiməli, dəhşətli hekayələr danışar və onların maraqlarını
artırmaq üçün öz əcdadlarının da tarixindən epizodlar daxil edərdi.
Hələ erkən yaşlarından Balaca Brontelərə öz soy-köklərinə xas olan süjet,
mənzərə və xarakterlər çatdırılırdı və bu faktlar onların tərbiyəsinə həlledici təsir
göstərirdi. Bu sualların bir neçəsinə biz Vilyam Raytın kitabında cavab tapırıq.
Patrik Bronte ilə uşaqlıqdan tanış olan V.Rayt yazıçı qızların babası - Quq
Brontenin heyranlıqla onu dinləyənlərə nəql etdiyi hekayələrin şahidi olmuşdur.
“Bronte bacılarının əsərlərini oxuyarkən məndə belə bir hiss yaranırdı ki, sanki sonra nə
baş verəcəyini mən əvvəlcədən bilirdim” [6, 75]. Onu ən çox maraqlandıran fabula yox,
təhkiyə və detalların açıqlanması idi. Son gününə kimi Quq Brontenin repertuarı
tükənməyib və yeni maraqlı hekayələr ətraf fermalarda yaşayan cavanların gecələr onu
dinləməyə gəlib, qeyri-adi və dəhşətli təhkiyə səhnələrinin təsiri altında donub susub,
küçəyə çıxmaqdan çəkinib elə orada gecələməyinə səbəb olurdu. O, təkrarən nəql etdiyi
hekayəni əsl sənətçi kimi eyniylə təkrar edib təfəkküründə həkk olunmuş kimi
incəliklərinə qədər diqqət yetirirdi. Lakin danışdığı hekayələrin heç biri uşaqlıqda və
cavanlıqda onun başına gələn bədbəxtliklər və məhrumiyyətlərlə səciyyələnən hekayə
kimi maraqla qarşılanmırdı.
Bu hekayəni o, çox təntənəli üslubda - qədim xalq təhkiyə formasında öz
savaddan kəm dinləyicilərinə danışırdı. Çox uşaqlı ailədə həyata göz açan Ququn
xoşbəxtliyi bir gün heç vaxt eşitmədiyi bibisi və onun həyat yoldaşının onlara qonaq
gəlməsi ilə sona yetir. Öz uşaqları olmadığı üçün onlar 5 yaşlı Ququ çoxlu vədlərlə
aldadıb özləri ilə aparırlar.
Burada Quq təhkiyənin əvvəlinə qayıdıb öz babasının - Bronte bacılarının ulu
babalarının həyat hekayəsini danışmağa başlayırdı. Boyn çayının sahilində maldarlıqla
məşğul olan Ququn babası Liverpuldan gəmi ilə qayıdarkən orada qara əsgilərə
bürünmüş bir körpə tapır. Gəmiçilər uşağı suya atmaq istədikdə Brontenin arvadının
uşağa yazığı gəlib onu götürür. Körpənin Vallisdan olduğunu güman edib ona Velş adı
verirlər. Zəif, xəstə, daim ağlayan Velş sağlam Bronte övladları ilə xasiyyətcə də
müqayisə olunmayacaq dərəcədə fərqlənirdi. O, narazı, paxıl və bic olduğu üçün ailə
üzvlərinin nifrətini qazanmış, daim kölgə kimi ailə başçısının arxasına düşdüyü üçün isə
onun sevimlisinə çevrilmişdi.
Zaman keçdikçə Bronte varlanır və Velş onun ən sadiq köməkçisi olur. Bir gün
Liverpuldan bir sürü qoyun satıb qayıdan zaman Bronte ölür və Velş nə pul, nə də
sahibinin hesabı barədə məlumatı olduğunu boynuna almır. Ailə üzvləri Velşi evdən
qovurlar. Brontenin övladları daim İngiltərədə yaşamış və yaxşı təhsil almışdı, lakin nə
fermadan, nə də ticarətdən başları çıxmırdı və digər tərəfdən isə kapitallarından da
məhrum olmuşdular. Mənfur Velşin ailə üzvləri ilə görüşüb və ailənin acınacaqlı
vəziyyətini bərpa etmək niyyətini nəzərə alıb, onun təklifini qəbul edib evlərində
görüşürlər. Görüşə gələn Velşin çox təmtəraqlı bahalı kostyum, ağ ipək köynək
geyinməsi və yağlanmış saçlarına bəzək verməsi hamının təəccübünə səbəb olmuşdu.
Ailə toplandıqda Velş çox varlı sahibkar kimi onlara öz dərin ehtiramı olduğunu
bildirdi və ən kiçik qızları olan Mariyanın onunla evlənəcəyi təqdirdə, yenədə ailənin
işlərini icra edib gəlirlərini təmin etməyə razı olduğunu dilə gətirdi. Bu təklif hamını
qəzəbləndirdi və hətta onun ünvanına təhqir də səsləndi. Velş isə “Mən Mariyanı ala-
cam, sizi isə lazımsız zibil kimi bir gün mənim olacaq bu evdən atacam”- dedi [6, 85].
O, bir qoca qarı vasitəsilə Mariyanı aldadıb xəlvət bir çöldə onu elə vəziyyətə
qoyur ki, Mariya rüsvay olmamaq üçün Velşlə ailə qurmağa razılaşır. Dəllallar vasitəsi
ilə fermanı ələ keçirən Velş öz son arzusunu da həyata keçirmişdi: ailəni – ana, bacı və
Filologiya məsələləri – №02, 2016
316
qardaşları bir-birindən uzaq salmışdı. Velş fermaya, evə sahib olsa da bir gün
yaşadıqları ev də, haram yolla qazanılan var-dövlət də şiddətli yanğında məhv olur.
Velş qürurunu öz maraqlarına tabe edə bilirdi və müflisləşəndə, həyat yoldaşının
vasitəsi ilə İrlandiyada yaşayan və artıq varlanmış bir qardaşı ilə məktublaşmağa
başlayır. O, etdiyi hər bir əmələ görə peşman olduğunu söyləyir və öz günahlarının
bağışlanmasını istəyirdi. Velşin xarakterinə bələd olan Brontelər ona qardaşlarının
oğlanlarından birini övladlığa götürüb, böyüdüb tərbiyələndirməyi və əcdadlarının
fermalarına sahib olmasını təklif edir. Övladlığa verildikdən sonra Velşin qarşısında
mütləq şəkildə uşağa təhsil vermək şərti qoyulur. Velş isə atanın heç vaxt övladı ilə
görüşməyəcəyinə və ünvanını heç vaxt bildirməyəcəyinə söz verməsini tələb edir. Hətta
illər sonra da bibisi uşağa öz yaşadığı evin harada olmasını söyləmir. Beləliklə, Quq
bibisi və Velşlə yaşamağa məhkum olur, lakin nə təhsil almaq, nə də qayğı içində
böyümək uşağa nəsib olmur. Velşin Qallager adlı nökəri belə onun köhnə, yöndəmsiz
paltarına gülüb, onu ələ salır. Daim ac qalan, nimdaş paltar geyinən və qəddar
münasibət görən Quq bir gün Velşə onu atası evinə qaytarmaq, ya da insan kimi
geyindirib məktəbə göndərmək tələbini irəli sürür. Bir il əvvəl Velşin öz oğlu dünyaya
gəlmişdi, şübhəsiz ki, heç bir vərəsəlik haqqında söz ola bilməzdi. Quq ürəyində olan
ittihamları söylədikdən sonra ona necə münasibət olacağını bilib həmişəlik evi tərk edir.
Azad, sərbəst həyat ona həyatında ilk dəfə öz zəhməti ilə kifayət qədər pul
qazanıb özünü xoşbəxt hiss etmək imkanı verir. Zəhmətsevərliyi, xoş xasiyyəti və
əlbəttə ki, gözəl hekayəçilik qabiliyyəti ilə o, həm öz sahibinin, həm də müştərilərin
sevimlisi olur. Bir müddət sonra isə ona çox mühüm və məsuliyyətli nəzarətçi vəzifəsi
tapşırılır. Daimi müştərilərin biri olan Mak Klori milad bayramında Ququ evlərinə dəvət
edir və bu, onun taleyində dönüş nöqtəsi olur. Mak Klorinin bacısı Eylis - əsl kelt tipli
irland gözəli Ququn ürəyini fəth edir. Lakin protestant Quq və katolik Eylisin evlənməsi
mümkün deyildi. Bir gün Ququn başına toplaşan on iki sərxoş katolik ondan öz
dinindən imtina edib kral Vilyama lənət oxumağı tələb edirlər. O isə “Kral Vilyam
mənə heç bir pislik etməyib, mən onu lənətləyə bilmərəm. Nə mənim lənətim, nə də
xeyir–duam ona çatmayacaq, lakin mən sizin bu qəddar və sərsəm dininizi ixtira edən
papanı məmnuniyyətlə lənətləyərəm” - deyir [5, 215]. Bu sözlər tezliklə bütün mahala
Ququn qatı protestant olduğu xəbərini yayır və o, öz iş yerini itirir. Eylisla görüşmək
imkanından məhrum olan Quq oxumaq və yazmağa başlayır, çünki qız ona məktublar
yazırdı. Bir müddət sonra isə başqa bir oğlanla ailə qurmağa hazırlaşan Eylis toy
paltarında ata minib toy mərasimi başlamamış Quqla birlikdə qaçır. Qızın bu hərəkəti
yüngülxasiyyət və arsız irlandları əvvəl qəzəbləndirsə də, sonra süfrəyə əyləşib yeyib-
içməyə başlayırlar, bəy isə yeni ailənin sağlığına içməyi təklif edir.
Yazıçı qızların baba və nənələrinin toyu 1776-cı ildə protestant kilsəsində baş
tutmuşdu. Bu xoşbəxt evlilikdən on bir uşaq dünyaya gəlmişdi ki, onlardan böyüyü
Patrik Bronte idi.
Müasir
kitabı əvəz edən “hekayəçilər” savadsız İrlandiyada çox ehtiramla
qarşılanırdı. Və bu hekayəçilik qabiliyyəti Quqdan əvvəlcə oğlu Patrika, sonra isə
nəvələrinə keçmişdi. Bədii istedadı Patriki toxuculuqla, daha sonra isə müəllimliklə
məşğul olaraq pul toplayıb iyirmi beş yaşında Kembric universitetinə gətirir.
Universiteti bitirdikdən sonra ingilis pastoru (keşişi) kimi fəaliyyətə başlayır. İrland
anasına görə çox təqiblərə məruz qalan Patrik, əcdadlarından miras qalmış maraqlı
hekayələri və tarixi epizodlar haqqında əfsanələri öz övladlarına ötürmüşdü.
Bu hekayə və əfsanə formasında olan bədii toxumlar xoş və keyfiyyətli zəmində
bol və səciyyəvi bar vermişdir. Şarlotta Brontenin dayısı ilk dəfə “Ceyn Eyr” əsərini
oxuduqda “roman əvvəldən axıra kimi Brontelər ailəsidir” demişdir [5, 250]. “İldırımlı
Filologiya məsələləri – №02, 2015
317
aşırım” romanında isə biz Quq Brontenin həyatında baş vermiş hadisələrlə və taleyindən
keçən personajlarla rastlaşırıq.
Bronte ailəsinin üzvləri maddi cəhətdən kasıb olsalar da, həyatda səadətin
tükənməz və mötəbər mənbəyi olan və poetik fantaziyaya yol açan məhəbbətlə zəngin
idilər. Ailə üzvlərinin əsərləri müəlliflərin daxili arzularının mücəssəməsi olmaqla
yanaşı onların şəxsi tərcümeyi hallarının bir növ başqa şəkildə təzahürü idi. Onların
yaradıcılığı ədəbiyyat tarixi faktı kimi canlı və inkişaf edən mədəni fenomendir.
Dostları ilə paylaş: |