Azərbaycanla Ukrayna arasında olan əlaqələrin tarixi köklərə bağlı olması, iki xalq arasında qarşılıqlı,
dərin hörmət və ehtiramın mövcudluğu digər sahələrdə olduğu kimi turizmə də öz təsirini göstərmişdir. İki
ölkə arasında turizmin bir çox fəaliyyət sahələri üzrə ikili tərəfdaşlıq həyata keçirilir. İki ölkə ilə olan
turizm əlaqələrinin genişləndirilməsi üçün nəqliyyat infrastrukturunun genişləndirilməsi və təkmilləşdiril-
məsi vacib məsələlərdəndir. Bununla əlaqədar olaraq Azərbaycanın ilk aşağı büdcəli havayolu şirkəti olan
"Buta Airways"-ın Ukraynanın 3
müxtəlif şəhərinə Kiyev, Xarkov, Odessaya açmış olduğu müntəzəm
reyslər təhsil, işgüzar, səhiyyə, mədəni-dərketmə turizminin inkişafında yeni mərhələ olmuşdur. Şirkətin
təqdim etdiyi endirimli və münasib qiymətlərlə uçuşlardan istifadə edərək viza və digər gömrük
sənədləşmələrində vaxt itkisi ilə qarşılaşmayan turistlərdə gəldikləri ölkə ilə daha da ətraflı tanış ola bilmək
fürsətini əldə edirlər.
Azərbaycanla Ukrayna arasında ikili turizm əlaqələrinin daimi inkişafı, bu sahədə olan tendensiyaların
da oxşarlığında özünü göstərir. İki ölkənin mədəni mədəni ictimai həyatında
beynəlxalq tədbirlərə ev
sahibliyi edilməsi, əsasən Avropa və bütün dünya dövlətlərində Azərbaycana və Ukraynaya turistik
səfərlərə olan marağın artmasına səbəb olmuşdur. Azərbaycanda Avroviziya 2012, Bakı 2015 1-ci Avropa
Oyunları, Baku 2017 4-cü İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran Priləri və digər iri miqyaslı
beynəlxalq layihələrin keçirilməsi turizmdə yeni bir səhifənin yazılması və
gələcək uğurlar üçün zəmin
oldu. Beynəlxalq yarışlara hazırlıq periodlarında ölkədəki turizm, nəqliyyat, ictimai iaşə infrastrukturunun
inkişaf etdirilməsi yönümündə aparılmış məqsədyönümlü siyasət müasir turizm bazasının formalaşmasına
şərait yaratmışdır. Beynəlxalq tədbirlərdən turizm və ölkənin tanıdılması yönümündə məqsədyönlü
siyasətdən Ukrayna da istifadə edən ölkələr arasındadır. 2005 və 2017-ci illərdə Avroviziya Mahnı
Müsabiqəsi, 2009 və 2013-də Uşaq Avroviziya Mahnı müsabiqəsi, Polşa ilə birgə ev sahibliyi etdiyi Euro
2012 və s. Kimi iri miqyaslı tədbirlərin keçirilməsi ölkə iqtisadiyyatına külli miqdarda vəsait, turizminə isə
bütün dünyadan diqqət qazandırmışdır.
Lakin bununla bərabər olaraq, Azərbaycan və Ukraynanın mövcud turizm infrastrukturu indikindən 3-
5 dəfə çox turist qəbul etmək iqtidarındadır. Yəni, hazırda ölkəyə gələn turistlərin sayı mövcud
potensialdan geri qalır. Bunun isə bir neçə səbəbi var.
Öncəliklə qeyd edilməlidir ki, Azərbaycanla
Ermənistan arasında illərdir davam edən Dağlıq Qarabaq münaqişəsinin gecikən həlli, işğalçı
ölkənin
durmadan atəşkəsi pozması turizmin əsasını təşkil edən ictimai-siyasi əminamanlığa ciddi bir zərbədir.
Digər tərəfdən 20% Azərbaycan torpaqlarının düşmən tapdağı altında olduğu üçün turizm destinasiyaları
kimi istifadə ediləbiləcək məkanların potensialında istifadə edilə bilinmir. Erməni separatçılarının
yürütdüyü mənfur strateji siyasətin ağır ziyanları Azərbaycanın Qarabağda olan maddi mədəni irsinə ziyan
vurmuş, bir çox dünya təşkilatları tərəfindən qorunma altında olan abidələrə ciddi zərər dəymişdir.
Turizmdə eyni tip çətinliklərlə son illərdə Ukrayna da qarşılaşmışdır. Rusiya Fedrasiyası ilə Ukrayna
arasında davam edən Krım yarımadasının statusunun mübahisəli şəkildə müəyyənləşdirilməməsi turizmin
ikitərəfli və çoxtərəfli inkişafına maneələr törədir, gömrük keçidlərində çətinliklərin yaramasına
səbəb
olmuşdur. Ukraynaya aid Qara dənizin əsrarəngiz sahillərinin turizm cəhətdən istifadə ediləməməsi ölkə
iqtisadiyyatına ciddi zərbə vurmuşdur. Müharibələr və münaqişəli məsələlərin həll edilməsinin yubadılması
və ortaq məxrəcə gəlinməməsi bütün turizmin inkişaf etdirilməsini yubadan əsas səddlərdən biridir. Hər iki
ölkə üçün turizm müəssisələrində digər bir problem isə şəffaflığın artırılması və hesabatlılığın
təkmilləşdirilməsi məsələləridir. [2]
Bütün bunlara rəğmən, Azərbaycan və Ukraynanın geniş turizm potensialı və iqtisadiyyatın sahələri
arasında daha qabaqcıl mövqe qazanma və daha çox xarici valyuta axınını təmin etmə perspektivi vardır.
Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə
edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının
təşkilinə, həmçinin turistlərin başqa xidmət
növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının
fəaliyyətinin nəticəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən
milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin
səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi,
turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.
Dostları ilə paylaş: