həllində onun mütərəqqi formalarından səmərəli istifadə yollarını müəyyən etməkdir. Turizm
haqqında Azərbayjan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi
əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini,
turizm fəaliyyətinin
əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi
inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını
müəyyənləşdirir. Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və
mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə
inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl
işlərdəndir. [3]
Keçmiş SSRİ-nin İttifaq Respublikalarından biri olan Ukrayna da turizmdə beynəlxalq turist üçün
müxtəlif sahələr və fəaliyyətlər daxilində məhsulların geniş spektrini təklif edir. Ukraynanın Avropa
ölkələri ilə qonşuluq mövqeyi, zəngin milli-mədəni irs nümunələrinin əsrlər öncəyə qədər təsadüf
etməsi, etnik fərqliliklərin bir ölkə daxilində təzahürü, ləziz milli mətbəx
və Avropa şəhərləri ilə
müqayisədə dəfələrlə ucuz xidmətlərin mövcudluğu onu beynəlxalq turistlər üçün cəlbedici edir.
Ukraynada turizm işinin təşkilində müasir dövrü 1 neçə mərhələyə ayırmaq olar. Müstəqillik əldə
edildikdən sonra turizmə nəzarət Turizm üzrə Dövlət Komissiyası, 2001-2002-ci illərdə Gənclər,
İdman və Turizm üzrə Dövlət Komissiyası, 2002-2005-ci illərdə Ukrayna Dövlət Turist
Administrasiyası, 2005-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyi nəzdində Turizm və Kurortlar
üzrə
Dövlət Xidməti, 2011-2015-ci illərdə İnfrastruktura Nazirliyi nəzdində Ukrayna Turizm və
Kurortlar üzrə Dövlət Agentliyi, 2016-cı ildən bəri isə İqtisadi İnkişaf və Ticarət Nazirliyi nəzdində
Turizm və Kurortlar üzrə Departament məşğul olmuşdur. Bu qurumların fəaliyyət göstərdiyi illərdə
ciddi uğurlar əldə edilmişdir. Bu gün Turizm Ukraynanın ən cəld təkmilləşən və genişlənən sənaye
sahələrindən biridir. Son illərin göstəriciləri onu deməyə əsas verir ki, Ukraynanın turizm bazarı
ümumilikdə qonşu ölkələr olan Macarıstan, Çexiya Respublikası və Slovakiadan 50% daha böyükdür.
Ukraynanın turizm məkanında Macarıstan, Polşa, Almaniya və ABŞ-dan gələn turistlər öncüllük təşkil
edir. Turistlər arasında
populyar destinasiyalar Kiyev, Krım, Lvov və Odessadır. Qərbi Avropadan
gələn turistlərin əsas hissəsi isə əsasən fərdi səyahətləri və çayda kruiz gəzintilərinə üstünlük verirlər.
Ukraynanın turizm infrastrukturunun moderinləşdirilməsi ölkənin qarşısında prioritetə çevrilmişdir.
Müstəqillik illərindən yəni 1991-ci ildə bəri turizm infrastrukturunda dövlət sahibkarlığından özəl
sahibkarlığa doğru dəyişikliklər olmuşdur. Özəl sektorun inkişaf etdirilməsi xüsusilə Kiyev, Odessa,
Krım və Karpat regionunda özünü göstərir. Bu gün turistlərə mükəmməl xidmət göstərmək və onların
ehtiyyaclarına cavab verə bilən 3000-dən çox mehmanxana və yerləşdirmə müəssisəsi fəaliyyət
göstərir. Sahilyanı zonalarda mövsümilik amili və Qara dəniz hövzəsi destinasiyasıları arasında ciddi
rəqabət özünü göstərir. Keçmiş Sovetlər Birliyi dövrü rekreasiya turizminin mərkəzi hesab edilən
Krımda istismar müddəti bitmiş kurort və sanatoriyalar bu rəqabətdə ölkəni geri salan
məqamlardandır. Krım müalicəvi palçıq terapiyası, mineral suallar və ideal iqlim komportluluğu təklif
edir. Mövsümilik amilinin azalması məqsədi ilə yerli şirkətlər və idarəetmə orqanları qış
turizmi
infrastrukturu, yürüş zolaqlarının salınması və kruiz və əyləncə mərkəzlərinin tikilməsi yönümündə bir
çox addımlar atılmışdır. Bundan əlavə olaraq, Yunan və Osmanlı İmperiyalarının qədim qalıqlarının
izlərinə hələ də Krımda rast gəlmək mümkündür. Ukraynanın Karpat regionu dağlar, təmiz hava,
müalicəvi spa, tarixi aidələr, etnik mədəniyyətin kombinasiyasını turistlərə təqdim edir.
Tarixi mə
mədəni ərazilər əsasən Kiyev, Lvov, Çernihiv, Odessa və Krımda cəmləşmişdir. Yerli bələdiyyə və
icra hakimiyyəti orqanları bu şəhərlərdə tarixi abidələrin qorunması üçün xarici investorların
maraqlarını cəlb etmək üçün güzəştlər və imtiyazlar təqdim edirlər. [1, s. 235]
Ukraynanın turizmdəki üstünlüklərindən biri də qonşu dövlətlər olan Polşa, Slovakiya,
Macarıstana nisbətdə ənənəvi milli həyat üslubunun qorunub saxlanılmasıdır. Karpat dağlarının
ətəklərində yerləşən Milli Parklarda ənənəvi geyimlər və kənd təsərrüfatı mədəniyyəti nümayiş olunur.
Son dövrlərdə şopinq turizmində də Ukraynanın adı önə çıxan ölkələr arsındadır.
Paytaxt Kiyev və
başqa böyük şəhərlərdə yerləşən iri ticarət mərkəzlərində digər Avropa ölkələri ilə müqayisədə daha
münasib lakin eyni keyfiyyətdə olan beynəlxalq markaların məhsulları təqdim edilərkən milli
bazarların qorunub saxlanılması və ekoloji təmiz məhsulların alıcılara təqdim olunması turistləri cəlb
edən amillərdəndir. İri ticarət mərkəzlərində səyahət agentliklərinin yerləşdirilməsi, şəhərin turistik
potensialı haqqında məlumat təmin edə bilən müasir texnologiyaların və informasiya köşklərinin
quraşdırılması turistlər üçün turizm xidmət komportluluğunu artıran məsələlərdəndir. [2]
Dostları ilə paylaş: