Mənbə: Dövlət Statistika Komitəsi [5] Cədvəldə də qeyd olunduğu kimi 2013-cü il ilə müqayisədə 2017-ci ildə turoperatorların və
səyahət agentliklərinin sayı 197-dən 339-a çatmışdır. Bunların sayının artması əlbəttə ki, hər şeydən
əvvəl, ölkəmizdə işsizlik probleminin azalmasına gətirib çıxarır. Göründüyü kimi, 2013-2014-cü
illərdə səyahət agentliklərində və turoperatorluqlarda təxminən 1700 nəfər olan işçi sayı vardı. 2014-
cü ilin sonu və 2015-ci ilin əvvəllərində baş verən devalvasiya səbəbi ilə bu rəqəm xeyli aşağı
düşsədə, 2016-cı ilin əvvəllərindən vəziyyət stabilləşməyə başladı və 2017-ci ildə artıq işçi sayı
təxminən 1900 nəfərə çatdı. Turoperatorların və səyahət agentliklərinin bu cür inkişafı onların əldə
etdiklərin gəlirə də təsirsiz keçməyib. Əlbəttə ki, gəlir əldə etmək üçün xərclərin olması normaldır.
Cədvəldən də aydın olduğu kimi məhsulun istehsalına çəkilən xərc onun gəlirinin artmağı ilə
nəticələnir. Dövlət Statistika Komitəsinin tərtib etdiyi bu göstəricilər son illərdə Azərbaycanda
turoperator fəaliyyətinin və ümumilikdə turizmin inkişafının əyani sübütudur.
ƏDƏBIYYAT SIYAHISI: 1.
Ə. Cabbarov. Turizm marşrutları və ekskursiya işinin təşkili. Bakı, 2017.
2.
Ə.T.Əsgərov., B.Ə.Bilalov., Ç.G.Gülalıyev. Ekoloji Turizm: dərs vəsaiti. Bakı, 2011.
3.
S. Rəhimov. Turizm-Ekskursiya işinin təşkili. Bakı, 2004
4.
https://en.wikipedia.org/wiki/Tour_operator
5.
https://stat.gov.az
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS 3-4 May 2019 112 Baku, Azerbaijan
ÇEXİYANIN TURİZM BAZARININ ANALİZİ magistrant Ləman Afət qızı FƏRMANLI b/m, dissertant Rəfiqə Kərim qızı AĞASIYEVA Azərbaycan Turizm və Menecment Universteti