Cədvəl 1. Beynəlxalq turizmin Çexiya iqtisadiyyatına təsiri (milyard dollar)
Göstərici
İllər
2014
2015
2016
2017
2018
Beynəlxalq turizmdən əldə edilən gəlirlər, milyard dollar
3,9
3,2
3,0
3,1
2,9
Beynəlxalq turizm xərcləri, milyard dollar
1,9
1,5
1.3
1,4
1,6
“Beynəlxalq turizm” üzrə ödəniş balansı, milyard dollar.
2,0
1,7
1,7
1.7
1.3
Beynəlxalq turizmdən əldə olunan gəlirlərin ÜDM-də payı,%
6,8
5,7
5.8
5,4
4,2
Beynəlxalq turizmdən əldə olunan gəlirlərin payı,%
15,0
12,0
10,3
9,3
7.7
Xidmətlərin ticarətindən əldə edilən gəlirin beynəlxalq
turizmdən əldə etdiyi gəlirin payı,%
50,6
44,8
43,5
43,8
41.7
Mənbə:
http://turizm.world/chexiya.html (daxil olma tarixi 01.03.2019)
Çexiya turizminin regional inkişafın əsas problemlərindən biri, xarici turistlərin həddindən artıq
miqdarda Praqada toplanmalarıdır. Bununla da ölkənin digər turizm bölgələri diqqətdən kənarda qalır.
Praqadan sonra turistlərin səyahət etməyi sevdikləri yerlər Hradec Kralove (Krkonoše Dağları)
bölgəsi, Karlovy Var bölgəsi (xarici turistlərin 7%-ni cəlb edən mineral su kurortları)
və Cənubi
Moraviyadır (Brno sərgi mərkəzi, motor idmanı üçün yarış yerləri). Visochina (Çexiya və Moraviya
sərhədində) kimi geniş ərazilər xarici turistlər arasında çoxda tanınmasa da, lakin zəngin təbii
potensiala malikdir. Burada daxili turizm də uğurla inkişaf edir.
Çexiyanın tarixi və mədəni abidələri dövlət səviyyəsində qorunub saxlanılır. 12
heykəl və
memarlıq abidələri YUNESKO-nun Dünya İrs Siyahısına (Kutna Hora, Cesky Krumlov, qalalar və
saraylar,
yəhudi məhəllələri, bənzərsiz bağlar və müasir memarlıq nümunələri) daxil edilmişdir.
Memarlıq abidələri, zooparklar, botanika bağları, muzeylər
və qalereyalardan başqa, 350-dən çox
abidə gözdəlik olaraq turistlər üçün açıqdır.
Ölkədə turizm sənayesinin inkişafı üçün prioritet istiqamətlər aşağıdakılardır:
1.
Çexiyanın beynəlxalq turizm bazarında təşviqi;
2.
Əsas turist axını olan ölkələrdən gələn istehlakçıların maraqlarına cavab verən yeni turistik
xidmətlərin inkişafı;
3.
Daxili turizmin inkişafı və rəqabət qabiliyyətinin artırılması;
4.
Xidmətləri keyfiyyətinin və çeşidinin artırılması;
5.
Regional turistik xidmətlərin və obyektlərin inkişafı;
6.
Əlverişli biznes mühitinin yaradılması, kadr hazırlığı;
7.
Təhlükəsizliyin daha yüksək şəkildə təmin olunması.
Turizm və səyahətin 2017-ci ildə ÜDM-da payının 5.7 mlrd olduğu halda 2018-ci il üçün ölkənin
ÜDM-da payı 5.9 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilmişdir (diaqram 1).
Dostları ilə paylaş: