-
Bələdçilərin, təşkilatçıların və s. heyətin təyin edilməsi və onların yerləşdirilməsi;
-
Turizm məhsullarının hərəkətə gətirilməsi məqsədiylə reklam-informasiya fəaliyyəti;
-
Turizm məhsulunun realizəsi;
-
Turizm xidmətinin təhlükəsizliyinə və keyfiyyətinə nəzarət edilməsi.
Bu qədər çox funksiyanı icra edən turoperatorlar turizm bazarında
uğur qazanmaq üçün öz
fəaliyyətlərini müəyyən istiqamət üzrə ixtisaslaşdırırlar. Bu ixtisaslaşmalar yerləşmə obyektləri,
destinasiyalar, səfərin məqsədi, nəqliyyat növü və əhatə etdiyi bazar seqmentinə görə həyata keçirilir.
Fəaliyyət növünə görə turoperatorlar 2 cür olur:
1.
Kütləvi bazar operatorları;
2.
İxtisaslaşmış operatorlar.
Kütləvi bazar operatorları turistlərin ən çox səyahət etdiyi yerlərə çarter
aviareyslə uçuşlarin daxil
olduğu turları satan şəxslərdir.
Azərbaycanda ixtisaslaşmış turoperatorlar isə aşağıdakı formada olur:
-
İstiqamət üzrə operatorlar (məsələn, Quba, Qəbələ və ya xarici ölkələr);
-
Turizm növü üzrə operatorlar (məsələn, su və ya dağ-xizək və s.);
-
Bazar seqmenti üzrə operatorlar (məsələn, uşaqlı ailə cütləri və ya tələbələr üzrə və s.);
-
Nəqliyyat üzrə operatorlar (məsələn, turist qatarları, avtomobillər və ya kruizlər və s.);
-
Xüsusi yerləşmə vasitələri üzrə operatorlar (məsələn, yataqxana, daxmalar və dağ sığınacaqlarında
və s.).
Turoperatorlar fəaliyyət yerlərinə görə isə aşağıdakı formalarda olurlar:
-
Daxili bazarda satılması nəzərdə tutulub, öz ölkəsi və ya regionu üzrə turlar hazırlayan daxili(yerli)
turoperatorlar;
-
Ölkəsindən turistlər üçün xaricə turizm səfərləri təşkil edən səyyar turoperatorlar;
-
Xaricdən gələn əcnəbi turistlərin qəbulu xidmətlərini göstərən turoperatorlar [2, s.45].
Turoperatoru turist göndərən, həmçinin turist qarşılayan şəxs kimi də qiymətləndirmək mümkündür.
Bu baxımdan, turoperatorları iki qrupa ayırırlar: 1) təşəbbüskar; 2) qəbul edən(reseptiv).
Təşəbbüskar turoperatorlar, reseptiv turoperatorlarla və ya yerləşdirmə vasitəsilə müqavilə əsasında
xarici turistləri digər regionlara göndərən operatorlardır. Onları turagentlərdən
fərqləndirən isə
turopereytinqdir. Bundan başqa, BMÜTT-nin normalarına əsasən turun tərkibinə ən azı 3 xidmət, yəni
nəqliyyat, yerləşdirmə və hər hansı 2 əvvəl göstərilənlərlə əlaqəsi olmayan xidmətlər daxil olmalıdır.
Təşəbbüskar turoperatorlar turistlərin səyahət etdiyi ölkələrdə yerli turoperatorların
və ya ekskursiya,
mehmanxana və başqa təşkilatların xidmətlərindən istifadə edərək komplektləşdirilmiş mürəkkəb turlar
formalaşdırırlar.
Əlavə olaraq, təşəbbüskar turoperator turistləri səyahətin başlandığı yerə və geri
çatdırılmasını təmin edib, turistlərin daxili nəqliyyat marşrutuna təhvil verilməsini təşkil edir.
Reseptiv turoperator xidməti təklif edənlə müqavilə bağlayaraq turistlərin
qəbulu və xidmət
göstərilməsi məntəqəsinə tur və xidmət proqramını komplektləşdirir.
Turfirmalar bəzi hallarda təşəbbüskar və reseptiv turopereytinqin funksiyalarını birləşdirirlər. Bu,
adətən, təşkilat beynəlxalq gəlmə və getmə turizm sahəsində ixtisaslaşarkən baş verir. Turoperatorlar
turistlər (istehlakçılar) və turagentliklər üçün ayrı-ayrı xidmətləri istehsal edənlər (turistin istirahəti və
səyahəti üçün lazımi xidmətlər kompleksini formalaşdıranlar) arasında vasitəçi mövqeyi tutur.
Faktiki
olaraq onlar yalnız turistlərin tələbatına uyğun olan tur formalaşdırmır, həmçinin turistlərə yeni xidmət
formalarını və yeni səyahət istiqamətlərini təklif edərək onlarda yeni tələbatların yaranmasına təsir edir.
İqtisadi cəhətdən tədqiqat obyekti kimi tur zərfini hazırlayıb təklif edən reseptiv turoperatorların
fəaliyyəti vacib əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: