Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə137/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   133   134   135   136   137   138   139   140   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
109
Baku, Azerbaijan


Turlar kütləvi informasiya vasitələri ilə reklam edilir. Tur satıldıqdan sonra artıq tur marşrutlarında 
turistlərə xidmət başlayır. Lakin bu da hələ son deyil. Xidmətin başa çatmağının ardınca turfirma 
əməkdaşları turun üstün cəhətlərini, eyni zamanda çatışmazlıqlarını təhlil edib, müəyyən nəticə çıxarıb, tur 
məhsulda lazımi dəyişikliklər edirlər. Bu cür marketinq fəaliyyəti tələbin öyrənilməsi ilə ardıcıl sürətdə 
həyata keçirilir. 
Ümumilikdə, turist məhsulunun tərtib olunması adı altında turu (turizm səfərini) əhatə edən, 
keyfiyyətinə və qiymətinə görə bir-biri ilə uyğunlaşan məcmu xidmətlərin sıra ilə tərtibini başa düşmək 
olar. Onun hərəkətə gətirilməsi isə potensial istehlakçıların tur məhsulu əldə etməsi üçün həvəsləndirilməsi, 
bunun üçün isə turizm-informasiya mərkəzlərinin yaradılması, sərgi və yarmarkalar kimi müxtəlif 
tədbirlərin görülməsi, reklamların, bukletlərin, internet saytlarının hazırlanması başa düşülür. Tur məhsulun 
reallaşdırılması isə turoperatorlar tərəfindən birbaşa yaxud turagent tərəfindən həyata keçirilir 
Turizm bazarının iştirakçılarından biri olan turagentin funksiyaları turoperatorla tur məhsulun 
formalaşdırılması istisna olmaqla, demək olar ki, üst-üstə düşür. Burada turoperator müstəsna rola malik 
olub, turizm xidmətlərini alıb, rekreasiya, dini, əyləncə, işgüzar, tanışlıq, macəra və s. məzmunlu turlar 
formalaşdırır.
Ölkəmizdə turoperatorların əsas vəzifələrindən biri cəlbedici tur formalaşdırmaqdır. Belə ki, onlar 
müəyyən bir proqrama əsaslanan tur yaradırlar. Belə turlar turistlərin istəyinə və təşkil olunma üsullarına 
görə 2 qrupa bölünür: 

Fərdi turlar 

Qrup turları 
Fərdi turlar yetərincə bahalı olub xüsusi nəqliyyat servisi, bələdçi tələb edir. Baxmayaraq ki, fərdi 
turlar turistlərə daha çox sərbəstlik verir, lakin kütləvi turizm üçün fərdi turlar sərfəli deyildir. Bu turlar çox 
əməktutumludur və əlavə xərc tələb edirlər. İqtisadi cəhətdən fərdi turlar turizm firması üçün əlverişlidir, 
çünki burada hər turistin səyahət xərci çox olduğundan həmin xərclər turist firmasının gəlirinə çevrilir. 
Buna görə də bütün turoperatorlar həm qrup, həmçinin də fərdi turlar formalaşdıra bilmək bacarığına sahib 
olmalıdırlar [1, s.25]. 
Qrup turları fərdi turlardan fərqli olaraq ucuz və kütləvidir. Bu növ turlarda bütün turistlər ümumi 
qəbul olunmuş qaydalara tabe olmağa məcburdur. 
Turizm marşrutunda turun tərtib olunması turoperatorların apardığı əmtəə siyasətinin əsas hissəsidir. 
Bu siyasətin məğzi reallaşdırma ilə istehsal arasında baş verən çeşidləmə, kommersiya, turist sayı və 
xidmət proqramı məsələlərində doğru qərarların verilməsidir. 
Turoperator tur yaradarkən hərşeydən əvvəl turistlərin ondan nə alacağını bilməlidir. Turoperator 
yaxşı bilməlidir ki, turist mehmanxanada ancaq yataq üçün yox, yeni təəssürat üçün, restoranda isə sadəcə 
yemək üçün yox, buradakı diqqətə və komfortluğa görə pul ödəyir [4]. Formalaşmış turun turist üçün nə 
dərəcədə cazibədar olduğunu bilmək üçün onun istehlak xüsusiyyətlərini bilmək vacibdir. Bu xüsusiyyətlər 
aşağıdakılardır: 
-
Tur məhsulun tərkibindəki xidmətlər əsaslandırılmış olmalıdır. Belə ki, qeyd olunmuş xidmətlər 
reklamda göstərildiyi kimi real olmalıdır. 
-
Tur məhsulun tərkibindəki xidmətlər başa düşülən olmalıdır. 
-
Tur məhsula daxil olan xidmətlər istifadə üçün sadə olmalıdır. 
-
Tur məhsulun tərkibindəki xidmətlər dəyişdiriləbilən olmalıdır. 
-
Tur məhsula daxil olan xidmətlər turistlərin təlabatlarını tam ödəyə bilməlidir. 
-
Tur məhsula daxil olan xidmətlər faydalı olmalıdır. 
Turoperator bütün bu xüsusiyyətləri nəzərə aldıqdan sonra, yuxarıda qeyd etdiyimiz elementlər 
qonaqpərvərliklə müşayiət olunarsa, bu zaman lazımi nəticəni əldə etmək olar. 
Ümumilikdə, Azərbaycanda turoperatorların fəaliyyətini onun aşağıdakı funksiyaları ilə göstərmək 
olar: 
-
Potensial müştərilərin tələblərinin araşdırılması; 
-
Turun formalaşdırılması və onun turistlərin tələblərinə uyğun olub-olmamasının yoxlanılması və 
sınaqdan keçirilməsi; 
-
Turizm xidmətləri istehlakçıları ilə müəyyən əlaqələrin qurulması; 
-
Turun dəyərinin hesablanması və onun mövcud bazara əsasən qiymətinin müəyyənləşdirilməsi
-
Turun metodiki təminatı; 
-
Turistlərin lazımi ləvazimatlarla təchiz olunması; 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin