Azərbaycanın turizm ehtiyatları ölkəmizdə aktiv turizmin güclənməsi üçün yetərli olsa da, bu
ehtiyatlardan düzgün və sərfəli şəkildə istifadə etmək üçün daha çox işin həyata keçirilməsi lazımdır.
Xarici ölkələrin, ən azından yaxın qonşu ölkələrin bu sahədə sahib olduğu təcrübəsindən yararlanaraq
bugünkü tələblərə cavab verə biləcək turizm mərkəzləri yaratmaq lazımdır [3; s.95].
Ölkəmizdə yalnız şəhər turizminin deyil, rayon və kənd turizminin inkişafı üçün də lazımı
potensial mövcuddur. Xüsusilə, şəhərdənkənar bölgələrdə , təmiz, sakit hava, ecazkar təbiət ekoloji
turizmin (dağ turizmi, su turizmi, veloturizm və s.) formalaşmasına imkan yaradır. Bu həm daxili, həm
də xarici turistlər tərəfindən daha cəlbedici hesab olunur. Ölkəmizdə daxili turizm tam şəkildə
formalaşmış sahə hesab edilmir. Bununla belə, daxili turizm zəif inkişaf etmiş bölgələrimizdə iqtisadi
inkişafın əldə edilməsi, tarixi-mədəni dəyərlərin öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Təəssüf ki, bəzi iqtisadi problemlər, eləcə də səyahət mədəniyyətinin tam formalaşmaması, təhsil
səviyyəsi daxili turizmin inkişafı üçün problem yaradır.
Ölkəmizdə turizm və bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün başlıca problemlərdən biri
turizmin mövsümiliyi və bu müddətin olduqca qısa olmasıdır. Həmçinin qiymətlərin yüksəkliyi də
birbaşa bu problemlə əlaqədardır. Çünki əksər vaxtlar turizm şirkətləri ancaq 2-3 ay işləyirlər. Şirkət
də böyük obyektə malik olan özəl sektor olduğu üçün onun xərcləri olduqca yüksəkdir. Şirkət və ya
sahibkar bütün ilin büdcə xərclərini demək olar ki, bir fəslin üzərində cəmləşdirir. Bu hal yüksək
qiymətlərin mövcudluğuna səbəb olur və qiymətlərin daha da yüksəlməsinə şərait yaradır. Dövlətin,
eləcə də sahibarkarların dəstəyi ilə ilin bütün fəsilləri üçün müvafiq turizm infrastrukturu yaratmaq
lazımdır. Bununla belə, ilk olaraq aktiv turizm növləri ilə bağlı işlər sürətləndirilməlidir.
Bildiyimiz kimi idman turizminin, ümumiyyətlə turizmin qarşılaşdığı problemlər vardır və
onların həlli üçün tədbirlər görülür. Azərbaycanda qiymət və tariflərin yüksək olması çoxlu sayda
turistləri cəlb etməkdə maneələr törədir. Turizmin bir mövsümə uyğun inkişaf etdirilməsi də idman
turizmin inkişafında problemlər yaradır. Bütün mövsümə uyğun idman turizmi növlərini yaratmağa
potensialı olan Azərbaycanda bu istiqamətdə inamlı addımlar atılır. Azərbaycanın idman turizminin
ümumiyyətlə turizmin qarşılaşdığı problemlərdən biri də xidmət səviyyəsinin aşağı olmasıdır.
Bir çox turizm növü üçün lazımı turizm-rekreasiya ehtiyatlarının mövcudluğuna baxmayaraq,
ölkəmizdə ekoloji turizm, kənd turizmi, macəra-ekstremal, etnik və s. turizm növlərinin inkişafı
qənaətbəxş səviyyədə deyil. Daxili turizm üzrə bu turizm növləri qeyri-ənənəvi turizm növləri hesab
oluna bilər. Bu aktiv turizm növləri ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün lazımı
tədbirlər icra olunur. Lakin proses olduqca ləng şəkildə həyata keçirilir və əksər hallarda layihələr
çərçivəsində qalır, reallaşmır. Regionlar üzrə turizm infrastrukturunu təhlil etdikdə, Böyük Qafqazın
dağ və dağətəyi ərazilərində qeyri-ənənəvi turizm növləri ilə bağlı turizm klasterlərinin məqsədyönlü
şəkildə formalaşdırılması xüsusi əhəmiyyətə malikdir [4; s.75].
Digər problemlərdən biri də ov turizminin inkişafında olan çatışmazlıqlardır. Azərbaycanda 97
yabanı və yerli məməlilər, 346 növ quş və 95 növ balıq var. Bununla belə, ov ilə əlaqəli müvafiq
hüquqi infrastrukturun olmaması bu növ turizmin inkişafını zəiflətmişdir. Azərbaycanda bir çox
rayonlarda ovçuluq təsərrüfatları yaradılmışdır. Lənkəran iqtisadi rayonunda belə obyektlərin
yaradılması ovçuluq turizminin inkişafı baxımından çox faydalı olacaqdır [5; s.77].
Təşkilat və zəruri hüquqi infrastrukturun yoxsulluğu baxımından ovçuluq turizmi kifayət qədər
inkişaf etmir. Türkiyədə Ədirnənin Ənəz mahalında “Ənəz Balıq və Ov Festivalı”, Orduda “Ov
Festivalı” Azərbaycanda da bu tip tədbirlərin həyata keçirilə biləcəyini göstərməkdədir.
Digər bir turizm növü olan qış turizmi Azərbaycanda yeni bir sahə hesab olunur. Lakin Sovet
dövründə də qış turizminə maraq göstərən insanlar olmuşdur. O zamanlar Şamaxı bölgəsindəki bəzi
ərazilər xizək sürmək istəyənlər tərəfindən istifadə edilmişdir. Son 10 ilə qədər, Azərbaycanda qış
turizmi inkişaf etmədiyindən Azərbaycanda qışda yaşayan insanlar qış fəslində istirahət etmək üçün
zəngin bir infrastrukturu sahib olan bir çox xarici ölkələrə səyahət etmişdir.
Azərbaycanda macəra turizmi potensialı hələ də tam aşkar edilməyib. Təbiətin gözəlliyi, təbiətin
aşkar olmayan yerləri, aktiv və enerji dolu Azərbaycan gəncləri turizmin gələcək inkişafı üçün eyni
zamanda, macəra turizminin özü üçün real mənbədir [6; s.105].
Dostları ilə paylaş: