Tourism and recreation in the XXI century: problems and prospects


Diaqram 1. Çexiyanın turizm sənayesinin ÜDM-a birbaşa qatqısı (milyard dollar ilə)



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə143/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   139   140   141   142   143   144   145   146   ...   356
Kitab Turizm

Diaqram 1. Çexiyanın turizm sənayesinin ÜDM-a birbaşa qatqısı (milyard dollar ilə) 
(Mənbə: Travel and Tourism Economic Impact 2018. Czech Republic. p 3)
Görüldüyü kimi bu rəqəmin 2028-ci iləcən 6.9 mlrd.-a (2.6 %) qədər artacağı proqnozlaşdırılır.
Ölkənin turizm sənayesinim ÜDM-da ümumi payı 2017-ci ildə 17.2 mlrd dollar (ÜDM-in 7.8%-
i), 2018-ci ildə isə 1.8% artaraq 17.5 mlrd dollar (ÜDM-in 7.6%-i) olmuşdur [4, səh 3].
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
114
Baku, Azerbaijan


Aşağıdakı cədvəldə isə Çexiya turizm sənayesinin ÜDM-da birbaşa payını dünyanın aparıcı 
turizm destinasiyalarına aid rəqəmlərləri müqayisə etmək mümkündür (cədvəl 2). 
 
Cədvəl 2. Çexiya və dünyanın aparıcı destinasiyalarının turizm sənayesinin
ÜDM-da birbaşa payının müqayisəsi 
Dünya üzrə tutuduğu mövqenin 
 Sıra nömrəsi 
 
Ölkənin adı 
2017-ci il, 
mlrd. ABŞ dolları 

İtaliya 
106.8 

Fransa 
93.9 

Böyük Britaniya 
93.5 
10 
İspaniya 
70.9 
15 
Türkiyə 
32.0 
 
Avropa Birliyi üzrə orta göstərici 
23.8 
 
Dünya üzrə orta göstərici 
21.5 
25 
Yunanıstan 
16.2 
52 
Çexiya 
5.6 
85 
Bolqarıstan 
1.8 
87 
Malta 
1.7 
92 
Kipr 
1.5 
Mənbə:
Travel and Tourism Economic Impact 2018. Czech Republic p 7 
Çexiyanın beynəlxalq əmək miqrasiyasında mövqeyi çox böyükdür. Əhalinin miqrasiya istiqamət 
və səbəbləri bunlardır: 

Şərqi Avropa və Asiya vətəndaşlarının daha yüksək əmək haqqı məqsədilə ölkəyə miqrasiyası; 

Aİ-nın daha yüksək iqtisadi inkişaf xəttinə malik ölkələrinə daxil olma məqsədi ilə Çexiyaya 
miqrasiya; 

Etnik çexlərin geri qaytarılma proqramları (Aİ-nın 25 min ən yaxşı mütəxəssisin köçürülməsi 
ilə müəyyən edilir).
Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq Çexiyanın Şərqi Avropa ilə Qərbi Avropa arasında 
özünəməxsus keçid məntəqəsi rolunu oynadığını deyə bilərik.
Praqada işsizlik demək olar ki yoxdur - əhalinin yalnız 3.2% (bu isə işsizlik müavinətlərinə 
üstünlük verən insanlardır) işsizdir. Bunun səbəbi xarici turistlərin turist bürolarının, mehmanxanaların 
və pansionların, restoran və kafe xidmətlərinin, həmçinin avtoservis və bərbərxana xidmətlərinə olan 
tələbatlarının həcmidir. 
Turizm Çexiya iqtisadiyyatının vacib faktorlarındandır. Bilavasitə 2017-ci ildə turizm sektorunda 
447 mindən çox insan (9.4%) işləyirdi, 2018-ci ildə cüzi azalma hiss edisə də, 2028-ci ildə işləyənlərin 
sayının 478 minə çatdırılması nəzərdə tutulur. Hazırda hər 10 nəfərdən biri turizm sektorunda işləyir 
[4, səh 1]. 
Praqada bütün məşhur havayollarının nümayəndəlikləri var. Çexiya bir çox ölkə ilə bir başa hava 
uçuşlarına sahibdir. Ostrova, Brno, Karlovı Varı, Pardubiçe kimi şəhərlərin mülki havalimanları var. 
Avropanın əsas mərkəzlərindən Çexiyaya dəmir yolları ilə rahatlıqla çatmaq olar. Çexiyadan 
Avropanın əsas şəhərlərinə avtobus reysləri təşkil olunub. Çexiyanın şəhər nəqliyyat sistemi Avropada 
ən yaxşı sistemlərdən bir hesab olunur. 
Praqa A, B, C ilə adlandırılmış üç keçid stansiyaları ilə qeyd olunan üç metro xəttinə malikdir.
Bu gün Çexiya ərazisində 12 arxitektura abidəsi və YUNESKO-nun beynəlxalq mədəni irs 
siyahısına salınmış bir geopark - “Çexiya cənnəti” vardır. Çexiyanın qalalar, bürclər, tarixi şəhərlər, 
monastrlar və kilsə arxetekturasının digər elementləri, bir çox “texniki” abidələr şəklində zəngin 
mədəni-tarixi mirası vardır. Bu gün Çexiyada hər biri öz unikallığı ilə seçilən təxminən 130 tarixi 
kompleks turistləri qarşılayır. Bəzi yaşayış obyektləri YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına 
əlavə olunublar - Çeşski-Krumlov, Telc, Kromnerjij, Litomışl. 
Beləliklə, Çexiyada beynəlxalq turizmin inkişafı üçün bütün şərtlər vardır: burada turizm 
istirahəti, tibbi istirahət, ekskursiya, biznes, idman, təhsil, ətraf mühit, ekstremal, ailə və s. turizmin 
bütün növləri ilə təmsil olunur. Çexiya, beynəlxalq turizmdə beş əsas mövzuda təkilifi ilə özünü ifadə 
edir: şəhərlərin, qalaların və görməli yerlərin cazibəsi; sağlam və aktiv istirahət; Zlata Praqa (üç 
mənada: tarixi, mədəni və gənclər üçün); kurortlar: istirahət və əyləncə üçün yerlər; kilsə abidələri və 
dini ibadət yerləri. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin