Çexiyada turizm haqqında qanunun tətbiq edilməsi haqqında düşünülmüşdü. Lakin 2015-ci il
iyun ayında Çexiya Respublikasının Regional İnkişaf Naziri Karla Şlextova yeni bir normativ aktın
hazırlanmamasına qərar vermişdi.
Bununla yanaşı Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi səviyyəsində “milli
turizmə
dəstək proqramı”( 2010-2016- cı illər, 2017-ci ilə kimi uzadılmışdır) tətbiq edilmişdi və dövlət büdcəsi
tərəfindən maliyyələşdirilmişdir. Sənədin əsas strategiyası turizmi hər kəs üçün əlçatan edə bilmək idi.
Proqramın həyata keçirilməsində ayrılan büdcə isə 100 mln kron təşkil edirdi [1, səh 55].
Nəticə etibarilə beynəlxalq turizm milli iqtisadiyyatın fərqli bir sektoruna ayrılan xidmətlərin və
malların turist istehlakının xüsusi növü hesab edilir. Bu gün Çexiya inkişaf etmiş bir Şərqi Avropa
ölkəsi kimi beynəlxalq turizmdə əhəmiyyətli yer tutur. İqtisadi və coğrafi mövqeyi (Bohemiya,
Moraviya və Sileziyanın kimi kiçik tarixi ərazilərinin birləşdirilməsi, geoloji quruluş mozaikası, şəfalı
mineral
su mənbələri, gözəl landşaftı, mülayim iqlimi, sabit iqtisadiyyatı,
yüksək keyfiyyətli pulsuz
tibbi yardım və təhsil xidmətləri, milli valyutanın sabitliyi və qiymətləri və s.)
ölkəni beynəlxalq
turizm üçün cəlbedici edir. Beləliklə, Çexiyada effektiv beynəlxalq turizm (
istirahət, sağlamlıq,
gəzinti, təhsil, biznes, idman, təhsil, ətraf mühit, ekstremal və ailə turizmi) üçün bütün şərtlər vardır:
nəqliyyat, qidalanma, yaşayış, əyləncə, istirahət, idman, səhiyyə, təhsil, kənd təsərrüfatı, sənətkarlıq və
incəsənət, mədəniyyət və tarix.
ƏDƏBIYYAT SIYAHISI:
1.
Анализ зарубежного опыта развития внутреннего и въездного туризма. Аналитический вестник № 47 (646),
Москва 2016, 135 cт.
2.
География туризма: учебник под ред. А.Ю. Александровой, 3-е изд. М: Кнорус. 2015. 592 ст.
3.
UNWTO Highlight 2018 September, 20 p.
4.
Travel and Tourism Economic Impact 2018, Czech Republic
Dostları ilə paylaş: