Abstract : The geographical position of Czech created suitable opportunities during the history for the development of the country, although there is not any out of world ocean. International tourism became one of the sectors of the best profitable economy of Czech. Also the services of tourism of the trade owned affirmative saldo during the last year. In this Article, in the region of Europe of tourism trade's tried to scrutinize the share and position of Czech. In addition, the dynamics and trends of tourist flows in the country, the share of tourism industry in GDP and so on issues were touched upon. Кеy word: tourism, tourism market, tourist flow, GDP, Czech Republic Giriş: Dünya təsərrüfatının ən dinamik inkişaf edən sahəsi turizm sənayesidir. Elmi texniki tərəqqi və
qloballaşmanın təsiri ilə səyahət insanların həyatında vacib fəaliyyətə çevrilmişdir. Getdikcə insanların
zehnin daha çox yüklənməsi onların tez-tez istirahətə müraciət etməsinə səbəb olmuşdur. Hətta sivil
ölkələrdə bu məqsədlə müəssisə rəhbərləri öz işçilərini məhsuldarlığı artırmaq üçün insentiv turizmə
müraciət edirlər, yəni öz işçiləri səyahətə göndərirlər. İnsanlarda dünya görüşünün, təhsil səviyyəsinin
artması dünyanı görmək istəyini də artırır. Beləliklə, ilbəil turizm sənayesinə müraciət edən insanların sayı
artır. BMÜTT verdiyi son məlumatlara görə 2017-ci ildə turizmə müraciət turistlərin sayı 1.326 million
nəfər, turizmdən əldə edilən gəlir isə 1.340 milliard ABŞ dollarına bərabər olmuşdur. Ötən il ilə
müqayisədə turistlərin sayında 7%, gəlirdə isə 5% artım müşahidə edilib [3, səh.2].
Dünya göstəriciləri üzrə Avropa regionu 672 mln. turist ilə öz birinciliyini hələ ki, qoruyur. Buradan
133 mln. turist Mərkəzi və Şərqi Avropanın payına düşür [3, səh.15].
Çexiya Respublikası Şərqi Avropanın sənaye inkişafı keçirmiş ölkələrindəndir. Bu gün Çexiya dünya
iqtisadiyyatında 48-ci yeri tutaraq, 60-dan çox beynəlxalaq ticarət təşkilatının və 4 maliyyə təşkilatının
üzvüdür. Regionundan son zamanlar turizmin inkişaf sürətinə görə fərqlənən ölkələrdən biri də Çexiyadır.
Burada turizmin əsasən müalicə-sağlamlıq, dərketmə, hadisə, iş turizmi, dağ-xizəkçilik, ekoturizm kimi
növləri diqqət mərkəzindədir. Üzun müddət müalicə-sağlamlıq turizminə görə seçilən ölkənin hazırda
regionda Macarıstan, Xorvatiya və s. kimi rəqib ölkələrin də bazarda aparıcı mövqe tutması Çexiyaya
imkanlarını yeni istiqamətlərdə də sınamaq məcburiyyəti qarşısında qoyur.
2017-ci ildə Çexiya Respublikası 13 mln. turist qəbul edərək 7 mlrd ABŞ dollarına yaxın gəlir əldə
etmişdir. Ötən il ilə müqayisədə turizm sanayesindən qazanılan gəlirdə 1.3% artım müşahidə edilmişdir.
Müqayisə üçün qeyd edə bilərik ki, 2010-cu ildə bu ölkəyə 8.6 milliona yaxın, 2016-cı ildə 13 milliona
yaxın turist gəlmişdir [3, p.15].
Çexiyada ictimai nəqliyyat sisteminin mükəmməl təşkili Avropada nümunəvidir. Böyük şəhərlərinin
planlı avtobus, tramvay və metro şəbəkələri turistlərin səyahət müddətində minimum vaxt ərzində
gəzintilərini daha məhsuldar keçirmələrinə vasitəçidir. Rujina hava limanının yenidən qurulmasından sonra
hava nəqliyyatı ilə səyahət edənlərin sayında (2.5%) müsbət artım meylləri baş vermişdir.
Ölkəyə gələn bir günlük səyahətlə gələnlər (ekskursant), əsasən qonşu ölkə vətandaşlarıdır. ABŞ,
Kanada və Rusiyadan olan turistlər Çexiya Respublikasında daha uzun müddət qalırlar (təxminən 10 gün),
ölkədə daha uzun müddət ərzində istirahət etməyi İsrail, Yaponiya, Fransa kimi ölkələrdən gələn turistlər
də seçirlər. İspaniya, İtaliya və İsveçrə vətəndaşları isə tətillərinin böyük qismini Çexiyada keçirərək, ölkə
iqtisadiyyatına əhəmiyyəti təsir göstərirlər. Yeni tendensiya olaraq İspanların, İsrail, Yaponiya kimi
ölkələrdən gələnlərin sayı artmaqdadır. Bu və digər uzaq ölkələrdən gələn turistlərin əksəriyyəti, əsasən,
Praqada qalmağa (90%) üstünlük verir [2, səh.396].
Turist sayının artmasıyla, beynəlxalq turizmin gəlirləri də artaraq 5-6 milyard dollara çatır. Turist
axını, əsasən Avropa ölkələrindən gələn turistlərin hesabına formalaşır. Çexiya Respublikasına gələn
beynəlxalq turistlər arasında Almaniya, İngiltərə, Polşa və İtaliya liderlik edir. Hər üç turistdən birini
almanlar təşkil edir. Ölkədə orta qalma müddəti baxımından Rusiya, İsrail, Almaniya və Hollandiya
vətəndaşları liderdilər.
Son illərdə beynəlxalq turizmin Çexiya iqtisadiyyatına təsiri Cədvəl 1-də göstərilib.