istehsal etdikləri məhsulun satışından əldə etdikləri gəlirlər hesabına dolanmaqdadırlar. Avropada
aqrotourizm, fermerlərin ümumi gəlirinin 35-75% -dəki payı ilə ön sıralardadır. Odur ki, Avropada
aqrorurizm kənd təsərrüfatının inkişafında “katalizator” rolu oynamaqla dörd istiqamət üzrə fəaliyyətdədir:
1.
Klassik aqroturizm;
2.
Könüllü aqroturizm;
3.
Bio-agro-turizm;
4.
Ekoloji aqroturizm.
Avropada klassik aqroturizmin mahiyyəti ondan ibarətdir ki, kənddə standart bir istirahət təşkil
edir. Könüllü aqroturizm:- fermerin təsərrüfatında turist könüllü şəkildə istirahət etməklə yanaşı
təsərrüfat işində iştirak edir. Bio-agro-turizmin əsas xüsusiyyəti ondan ibarətdir ki, təsərrüfat ekoloji
cəhətdən səmərəli məhsullar (ekoloji təmiz, bio-məhsullar) istehsalçıları kimi özünü tanıtdır. Ekoloji
aqroturizminin əsas əyləncə elementi təbi ərazilərə səfərlərdən ibarət olmaqla, biomüxtəlifliyin
qorunmasına marağı artırmaqdan ibarətdir.
Tarixi-mədəni və əkinçilik ənənələrinin zənginliyinə görə Azərbaycan heç də Avropa ölkələrindən
geri qalmır və insanları da istirahəti sevir. İri şəhərlərdən uzaqlaşıb sakit yaşıl guşədə istirahət etmək, bu
mühitin fiziki və psixoloji bərpaedici təsirlərindən faydalanmaq, təbi bioloji qidalardan dadmağı üstün tutan
insanlar da ölkəmizdə çoxdur. Nəhayət ki, son vaxtlar Azərbaycanda da aqroturizmin inkişafı istiqamətində
tədbirlərin görülməsinə cəhdlər göstərilməyə başlanılmışdır. Amma təəssüflər olsun ki, hələ də bu sahənin
inkişafı istənilən səviyyədə deyildir. Xatırlamaq yerinə düşər ki, bütün dünyada qəbul edilib ki, aqrorurizm
kəndin kənd təsərrüfatının malik olduğu bazis üzərində inkişaf ilə əlaqəlidir. Onların paralel inkişafı kənd
və turizm sənayesinin iqtisadiyyatında əhəmiyyətli dərəcədə qiymətə malikdir. Azərbaycanda aqroturizmin
kənd və kənd təsərrüfatının malik olduğu potensialdan istifadə ilə inkişafını şərtləndirən çoxlu sayda
amillər mövcuddur. Belə amillərin mövcudluğu qəbul edilmiş “Azərbaycan Respublikasında kənd
təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əsas hədəflərində strateji istiqamət
kimi göstərilmişdir. Bu mənada da hər iki sənədə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, iqtisadiyyatın
sürətli inkişafı kompleks qarşılıqlı əlaqədə daha məhsuldar olar.
Beləliklə, bütün sadalananlar bir daha onu sübut edir ki, kənd təsərrüfatının malik olduğu
potensialından istifadə ilə aqroturizmin inkişaf imkanları araşdırılmalıdır. Bu mənada aqroturizmin
inkişafını şərtləndirən tədqiqat mövzusunun seçilməsi işin aktuallığından xəbər verir.
Dostları ilə paylaş: