Azərbaycan iqtisadiyyatına töhfə baxımından kənd təsərrüfatı qeyri-neft
sektorunda yaradılmış
əlavə dəyərin sahələr üzrə bölgüsünə görə tikinti sahəsindən sonrakı yeri tutur (Şəkil 2). Kənd
təsərrüfatının ÜDM-dəki payı 9% olmasına baxmayaraq, ümumi işçi qüvvəsinin 39%-i məhz bu
sahədə çalışır. Müqayisə üçün qeyd deyək ki, neft sahəsində ümumi işçi qüvvəsinin cəmi 1%-i çalışır.
Şəkil 2.
2018-ci il üzrə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü [2].
Turizmin, ümumiyyətlə, iqtisadi inkişafın təşviqi, yerli gəlirlərin artırılması, cəmiyyətin iqtisadiy-
yatının gücləndirilməsi, məşğulluq, iş imkanlarının genişləndirilməsi, əhalinin rifahının yaxşılaşdırıl-
ması, məhsulun araya gəlməsi və marketinqinin artırılması və s. əsas şərtlərdən hesab olunur. Odur ki,
2.7 milyard ABŞ dolları, yaxud sənaye istehsalının 41%-i həcmində istehsal gücünə malik kənd
təsərrüfatı sənayesi aqroturizmin inkişafı baxımdan həlledici rola malik ola bilər. Həmçinin də qeyd
etmək lazımdır ki, son illər neft qiymətlərinin tərəddüdü, idxaldan asılılıq və ərzaq məhsullarının
qiymətinin yüksək olması, kənd təsərrüfatının və kənd yerlərinin inkişafına dair proqramları zərurətə
çevirmiş və proqramlar həyata keçirilməkdədir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi-
nin məlumatlarının təhlilindən görünür ki, əvvəlki illərə nisbətən son illər kənd təsərrüfatında inkişaf
meylləri müşahidə edilməkdədir (Cədvəl 1).
Dostları ilə paylaş: