AZƏRBAYCAN VƏ UKRAYNADA TURİZM İŞİNİN TƏŞKİLİNDƏ OXŞAR VƏ FƏRQLİ TENDENSİYALAR VƏ ONLARIN QARŞILIQLI TƏTBİQİ PERSPEKTİVLƏRİ magistrant Eldar MƏMMƏDBƏYOV Azərbaycan Turizm və Menecment Universiteti Abstract: Tourism plays major role in the economy of developing countries as nowadays many of them mainly focus on implementing related projects in order to increasing quality of tourism services in respective areas. This article concentrates on historical background, differences, similarities, current conditions and perspectives of tourism industry in Azerbaijan and Ukraine. The article provides equal overview on both countries’ tourism potential while giving comparative analyze. Keywords: tourism, hospitality, economy, infrastructure, tendency Keçmiş SSRİ-nin süqutu İttifaq Respublikalarının artıq fərdi şəkildə siyasət yürüdüb, öz iqtisadi,
ictimai, sosial mühitlərinin formalaşmasını zəruri edirdi. Sosialist ideyasının 70 il hökm sürdüyü idarə
quruluşlarından turizm də öz töhfəsini almışdı. Müstəqillik əldə etmiş hər bir ölkənin qarşısında həm
də turizmin inkişaf etdirilməsi dayanırdı. Azərbaycanda turizmin inkişaf etdirilməsinə müstəqilliyin
ilk illərindən diqqət yetirilsə də XXI əsrin başlanğıcından bu məsələyə nəzarət daha da gücləndirildi.
Azərbaycan yeni formalaşan müasir turizm destinasiyası olaraq əlverişli ictimai coğrafi məkanda, iki
qitənin birləşdiyi strateji nəqliyyat qovşaqlarının mərkəzində yerləşməsi ilə turizmdə fərqliliklər,
müxtəlif dadlar və möhtəşəm tarixi abidələrə üstünlük verənlər üçün yeni turizm məhsulu təklif edir.
Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bu sahəni inkişaf etdirməyi qarşına
məqsəd qoymuşdur. Əlbəttə bu təbii bir haldır çünki, təkcə neft sahəsi ilə inkişaf etmək olmaz və
qeyri-neft sektorunun inkişafı vacibdir. Aparılan iqtisadi islahatlar hamısı buna istiqamətlənmişdir.
İqtisadi islahatların həyata keçirilməsində iqtisadi və sosial mexanizmlərin formalaşması, dinamikası
və proqnozlaşdırılması, xüsusi tədqiqat obyekti kimi təhlili, islahatların əsaslandırılması və onun
reallaşması zamanı meydana çıxan sosial nəticələrin qiymətləndirilməsi aktuallıq baxımından mühüm
əhəmiyyət kəsb edir. Müstəqillik əldə etmiş Azərbayjan Respublikasının qarşısında duran strateji
məqsəd ölkənin bazar iqtisadiyyatına keçməsilə bağlı qarşıya çıxan bir sıra sosial-iqtisadi problemlərin