AZƏRBAYCANDA AKTİV TURİZM NÖVLƏRİNİN
İNKİŞAFINDA PROBLEMLƏR
magistrant Münəvvər MƏMMƏDLİ
doktorant, b/m Samirə ƏZİZOVA
Azərbaycan Turizm və Menecment Universiteti
Abstract:
In modern age tourism industry in our country is rapidly developing and it is one of the
means of strengthening the country's economy. However, there are a number of problems in the
development of tourism in our country.
While there are tourism zones and conditions for the
implementation of active tourism in Azerbaijan, there are also a number of problems in active tourism.
In
Azerbaijan, mass tourism tours are mostly organized, so there is no significant income from active tourism
sector.
Major problems in the development of active tourism are the lack of funding for this sector of
tourism, lack of suitable credit programs, investment, poor transport networks, etc.
Despite the availability
of recreational resources for many types of tourism, development of ecological tourism, rural tourism,
adventure-extreme, ethnic tourism is not satisfactory level in our country.
Key words:
active tourism, tourism industry, problems in active tourism, tourism development,
tourism infrastructure
Azərbaycanda turizmin inkişafı son illərdə nəzərə çarpacaq dərəcədə artmışdır, ancaq aktiv turizm
növləri bir sıra problemlərlə qarşı-qarşıya qalmışdır. Azərbaycanda aktiv turizm geniş yayılmamışdır.
Mütəxəssislərə görə, aktiv turizmi təşkil etmək çox çətindir, xüsusi təlimlər və bahalı avadanlıqlar tələb
edir. Avropalı şirkətlərin bu sahədə təcrübəsi daha genişdir. Ölkəmizdə əsasən ənənəvi turizm növləri üzrə
kütləvi turlar təşkil edilir, buna görə də, aktiv turizm sahəsindən lazımı qədər gəlir əldə edilmir.
Azərbaycanda aktiv şəkildə piyada, velosiped, atçılıq, balıqçılıq, dağçılıq, ovçuluq turizmi populyarlaşır.
Ancaq aktiv turizmin payı ümumi turizm məhsulları bazarının çox az hissəsini təşkil edir.
Azərbaycanda aktiv turizm növlərinin həyata keçirilməsi üçün turizm bölgələrinin və şəraitin olmasına
baxmayaraq, eyni zamanda aktiv turizmdə bir sıra problemlər mövcuddur. Aktiv turizm həvəskarlarını
təmin etmək üçün müəyyən şərait var, buna baxmayaraq Azərbaycan aktiv turizm növlərində hələ də tam
inkişaf etməyib. Azərbaycanda aktiv turizmdə mövcud olan əsas problemlər aşağıdakılardır [1]:
Aktiv turizmdə təcrübənin yetəri qədər olmaması və təlim keçmiş işçilərin olmaması;
Aktiv turizm istiqamətində lazımi qədər müəssisələrin, dövlətin düzgün siyasətinin olmaması və
bu sahəyə lazımı qədər nəzər salınmaması;
Aktiv turizm növlərinin həyata keçirilməsi üçün əsas infrastruktur obyektlərinin olmaması;
Azərbaycandakı aktiv turizm növlərinin milli və beynəlxalq səviyyədə düzgün təbliğ edilməməsi;
Müasir aktiv turizm avadanlıqlarının az olması;
İstirahət mərkəzlərində turistlərə göstərilən xidmətlərin dünya standartlarına uyğun olmaması;
Marketinq infrastrukturunun az olması;
Xarici dövlətlərdən investisiya yatırımlarının az olması;
Avadanlıq satın almaq üçün maddi yardımın az olması;
Turizm və istirahət kompleksləri (o cümlədən elektrik təchizatı şəbəkələri, su təchizatı, nəqliyyat
şəbəkələri, təmizləyici qurğular) mühəndis infrastrukturunun tikintisi üçün yüksək xərclər;
İnvestorlar üçün uzunmüddətli kredit alətlərinin olmaması (məsələn, layihə maliyyələşdirmə),
turizm və istirahət kompleksinin obyektlərinə investisiya yatırılmasına imkan verən faiz dərəcələri;
Yalnız regionların infrastrukturunun, turizm bazalarının və komplekslərinin, şəbəkələrinin inkişafı
deyil, səyahət edənlərin texniki cihazları, turist ehtiyacları üçün avadanlıqlar, qablar, şəxsi avadanlıqlar,
gigiyena və təmizlik məhsulları, naviqasiya cihazları, işıqlandırma və optik cihazlar, foto avadanlıqlar və s.
aktiv turizm əhatəsini genişləndirir.
Aktiv turizmin inkişafında əsas problemlər turizmin bu sahəsinin maliyyələşməməsi, uyğun kredit
proqramlarının olmaması, investisiya, aktiv turizm inkişafı layihələri, nəqliyyat şəbəkələrinin pis inkişafı və
s.dir. Bunlar olmadan turizmin bu sahəsində böyük bir turist axını əldə etmək mümkün deyildir. Yolların
keyfiyyətinin aşağı olması səyahətçilər üçün maneə hesab olunur. Bu səbəbdən bir çox turistlər
Azərbaycanda aktiv turizm fəaliyyətlərindən imtina etməli olur [2; s.31].
Dostları ilə paylaş: