Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə136/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   132   133   134   135   136   137   138   139   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
108
Baku, Azerbaijan


ƏDƏBIYYAT SIYAHISI: 
1.
Hafizullah Dar, Potentials And Problems Of Adventure Tourism: A Study Of Kashmir Valley, Abhinav International 
Monthly Refereed Journal of Research inManagement & Technology, 2014, 8 s. 
2. 
Кещян В.Г., Кугушева А.Н., Анализ Проблем, Препятствующих Развитию Активного Туризма В России
Анализ видов экономической деятельности, 2 (305) – 2013, 8 s. 
3.
Elvin İsmayilli, Yerel halkin turizme bakiş açisi: Bakü örneği, Lisans Bitirme Tezi, Bakü, 2018, 55 s. 
4.
Süleymanov Elvin Natiq oğlu, Azərbaycanda turizmin inkişafının sosial-iqtisadi rolu, Magistr Dissertasiyasi, Bakı, 
2016, 94 s. 
5.
Aysel Alakbarova, Azerbaycan’in Güney Bölgesinin (Lenkeran Bölgesi) Turizm Arz Olanaklari Ve Halkin Turizme 
Bakiş Açisi, Yüksek Lisans Tezi, İzmir, 2012, 112 s. 
6.
http://faa.az/article/avtomobil-turizmi-tarixe-qisa-seyahet
AZƏRBAYCAN TUROPERATORLARININ XARAKTERİSTİKASI 
 
magistrant RƏHİMLİ Jalə Mahir qızı
Azərbaycan Turizm və Menecment Universiteti 
 
Abstract: 
The article provides theoretical foundations of touroperator activity and its important 
role of the tourism industry. The characteristics and trends of the touroperators in our country have 
been analyzed. At the same time, tables and schemes, reflecting the activity of touroperators and the 
key indicators have been mentioned. 
Key words: 
Touroperator, tour product, tour package, tour company, Azerbaijan 
Yeni düşüncə və ya fikir hər bir şeyin başlanğıcıdır. Yeni ideyaya malik olan şəxsin hərkəs üçün 
faydalı fikirlərinin gerçəkləşdirməsi üçün sahibkarlıqla məşğul olması sözün əsl mənasında yaradıcılıq 
sahəsidir. Sahibkarlar daim axtarışda olub, yeni xidmət və ya istehsal sahələri yaratmaq təşəbbüsünü 
göstərən, bununla da gəlir əldə edən şəxslərdir. İqtisadi fəaliyyət növləri üzrə sahibkarlıq ilə məşğul olan 
şəxslərin axtarışlarıyla cəmiyyətin inkişafının önündə gedərək innovativ ideyaları ilə sosial-iqtisadi həyatı 
zənginləşdirirlər. Bununla da onlar sözün əsl mənasında bütün dünyanı dəyişirlər. Bu mənada, sahibkarlar 
hər zaman böyük planlar haqqında düşünən, özunə güvənən və cəmiyyəti dəyişdirmək istəyən insanlar 
olurlar.
Sahibkarlıq fəaliyyətinin geniş miqyasda tətbiq edilən sahələrindən biri də turizm sektorudur. Turizm 
məhz sahibkarlıq fəaliyyətinin hesabına dünyada inkişaf etmiş və yüksək gəlir gətirmiş sektoruna 
çevrilmişdir. Dünya praktikası üzrə turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar iki formaya – 
turoperatorlar və turagentlərə ayrılır.
“Turoperator” termini leksikonda 2001-ci ildə E.N.İlinin “Turoperator fəaliyyətinin təşkili” kitabının 
nəşr olunmasından sonar meydana gəlmişdir. Turoperatorun meydana çıxması kütləvi turist axınlarının 
formalaşıb, artıq turistlərə xidmətin çətinləşməsinin nəticəsi idi [2, s.44]. 
Turoperator – turizm məhsulunu lisenziya əsasında formalaşdırıb, həmin məhsulu istehlakçıya yəni 
turistə tərəf hərəkət etdirib, reallaşdıran hüquqi və ya fiziki şəxsdir. Turoperator turist marşurutlarını 
hazırlayır, turu satır və hərəkəti üzrə kompleks tədbirlər təşkil edir. Həmçinin, yerləşmə, qidalanma, 
nəqliyyat xidməti, rekreasiya fəaliyyəti və s. xidmətlərinin topdan alıcısı kimi çıxış edir. Bunun nəticəsində 
o, pərakəndə, fərdi tariflərdən nisbətən aşağı qrup tarifləri ilə xidmət əldə edir. Bununla da, turistlər 
turopereytinqlə məşğul olmadan, turu turoperatordan satın alaraq fayda əldə edə bilərlər. Kompleks tur 
şəklində satışdan əlavə turoperator xidmətləri də ayrıca sata bilər. Bu xidmətlərin satışı zəruri hallarda baş 
verir. Belə ki, xidmətləri əmtəədən fərqli olaraq anbara yığmaq olmaz. 
Turun hazırlanması tur məhsula olan tələbin araşdırılmasından başlayır. Ancaq bu da kifayət etmir. 
Çünki tur məhsul yerli qəbuletmə və xidmətin təşkili imkanlarından asılıdır. Maddi baza, iqlim, 
diqqətəlayiq yerlər, infrastruktur və s. turizm məhsulunun məzmununa və tərkibinə təsir göstərən 
faktorlardandır.
Növbəti addım xidmət qrafikinin hazırlanması və marşrut xəttinin cəkilməsidir. Xidmət qrafiki üçün 
turpaket və əlavə xidmətlər kompleksi tərtib olunur. Həmçinin xidmət tədarükçüləri ilə müqavilələr 
bağlanılır. Artıq hazır vəziyyətə gətirilmiş tur paketin topdan və pərakəndə satış qiymətləri müəyyən 
olunur. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin