Turlar kütləvi informasiya vasitələri ilə reklam edilir. Tur satıldıqdan sonra artıq tur marşrutlarında
turistlərə xidmət başlayır. Lakin bu da hələ son deyil. Xidmətin başa çatmağının ardınca turfirma
əməkdaşları turun üstün cəhətlərini, eyni zamanda çatışmazlıqlarını təhlil edib, müəyyən nəticə çıxarıb, tur
məhsulda lazımi dəyişikliklər edirlər. Bu cür marketinq fəaliyyəti tələbin öyrənilməsi ilə ardıcıl
sürətdə
həyata keçirilir.
Ümumilikdə, turist məhsulunun tərtib olunması adı altında turu (turizm səfərini) əhatə edən,
keyfiyyətinə və qiymətinə görə bir-biri ilə uyğunlaşan məcmu xidmətlərin sıra ilə tərtibini başa düşmək
olar. Onun hərəkətə gətirilməsi isə potensial istehlakçıların tur məhsulu əldə etməsi üçün həvəsləndirilməsi,
bunun üçün isə turizm-informasiya mərkəzlərinin yaradılması, sərgi və
yarmarkalar kimi müxtəlif
tədbirlərin görülməsi, reklamların, bukletlərin, internet saytlarının hazırlanması başa düşülür. Tur məhsulun
reallaşdırılması isə turoperatorlar tərəfindən birbaşa yaxud turagent tərəfindən həyata keçirilir
Turizm bazarının iştirakçılarından biri olan turagentin funksiyaları turoperatorla tur məhsulun
formalaşdırılması istisna olmaqla, demək olar ki, üst-üstə düşür. Burada turoperator müstəsna rola malik
olub, turizm xidmətlərini alıb, rekreasiya, dini, əyləncə, işgüzar, tanışlıq, macəra və s.
məzmunlu turlar
formalaşdırır.
Ölkəmizdə turoperatorların əsas vəzifələrindən biri cəlbedici tur formalaşdırmaqdır. Belə ki, onlar
müəyyən bir proqrama əsaslanan tur yaradırlar. Belə turlar turistlərin istəyinə və təşkil olunma üsullarına
görə 2 qrupa bölünür:
Fərdi turlar
Qrup turları
Fərdi turlar yetərincə bahalı olub xüsusi nəqliyyat servisi, bələdçi tələb edir.
Baxmayaraq ki, fərdi
turlar turistlərə daha çox sərbəstlik verir, lakin kütləvi turizm üçün fərdi turlar sərfəli deyildir. Bu turlar çox
əməktutumludur və əlavə xərc tələb edirlər. İqtisadi cəhətdən fərdi turlar turizm firması üçün əlverişlidir,
çünki burada hər turistin səyahət xərci çox olduğundan həmin xərclər turist firmasının gəlirinə çevrilir.
Buna görə də bütün turoperatorlar həm qrup, həmçinin də fərdi turlar formalaşdıra bilmək bacarığına sahib
olmalıdırlar [1, s.25].
Qrup turları fərdi turlardan fərqli olaraq ucuz və kütləvidir. Bu növ turlarda bütün turistlər ümumi
qəbul olunmuş qaydalara tabe olmağa məcburdur.
Turizm marşrutunda turun tərtib olunması turoperatorların apardığı əmtəə siyasətinin əsas hissəsidir.
Bu siyasətin məğzi reallaşdırma ilə istehsal arasında
baş verən çeşidləmə, kommersiya, turist sayı və
xidmət proqramı məsələlərində doğru qərarların verilməsidir.
Turoperator tur yaradarkən hərşeydən əvvəl turistlərin ondan nə alacağını bilməlidir. Turoperator
yaxşı bilməlidir ki, turist mehmanxanada ancaq yataq üçün yox, yeni təəssürat üçün, restoranda isə sadəcə
yemək üçün yox, buradakı diqqətə və komfortluğa görə pul ödəyir [4]. Formalaşmış turun turist üçün nə
dərəcədə cazibədar olduğunu bilmək üçün onun istehlak xüsusiyyətlərini bilmək vacibdir. Bu xüsusiyyətlər
aşağıdakılardır:
-
Tur məhsulun tərkibindəki xidmətlər əsaslandırılmış olmalıdır. Belə ki,
qeyd olunmuş xidmətlər
reklamda göstərildiyi kimi real olmalıdır.
-
Tur məhsulun tərkibindəki xidmətlər başa düşülən olmalıdır.
-
Tur məhsula daxil olan xidmətlər istifadə üçün sadə olmalıdır.
-
Tur məhsulun tərkibindəki xidmətlər dəyişdiriləbilən olmalıdır.
-
Tur məhsula daxil olan xidmətlər turistlərin təlabatlarını tam ödəyə bilməlidir.
-
Tur məhsula daxil olan xidmətlər faydalı olmalıdır.
Turoperator bütün bu xüsusiyyətləri nəzərə aldıqdan sonra, yuxarıda qeyd etdiyimiz elementlər
qonaqpərvərliklə müşayiət olunarsa, bu zaman lazımi nəticəni əldə etmək olar.
Ümumilikdə, Azərbaycanda turoperatorların fəaliyyətini onun aşağıdakı funksiyaları ilə göstərmək
olar:
-
Potensial müştərilərin tələblərinin araşdırılması;
-
Turun formalaşdırılması və onun turistlərin tələblərinə uyğun olub-olmamasının yoxlanılması və
sınaqdan keçirilməsi;
-
Turizm xidmətləri istehlakçıları ilə müəyyən əlaqələrin qurulması;
-
Turun dəyərinin hesablanması və onun mövcud bazara əsasən
qiymətinin müəyyənləşdirilməsi;
-
Turun metodiki təminatı;
-
Turistlərin lazımi ləvazimatlarla təchiz olunması;
Dostları ilə paylaş: