Reseptiv turoperatorlar getmə turizm yönündə fəaliyyət göstərən insiativ turoperatorlardan fərqli
olaraq ərazidə turizmin inkişafı üçün turistdə marağa səbəb ola biləcək obyektləri tapıb
aşkara
çıxarmaq və əsas turizm xidmətləri ilə birgə onları tur paket şəklinə gətirməkdir. Bu səbəbdən gəlmə
turizm üzrə reseptiv turoperatorlarin xidmətlərinin beynəlxalq turizmin inkişafında mühüm rolunun
olması danılmaz faktdır.
Bildiyimiz kimi, turoperatorların fəaliyyətinin əsasını
həm daxili turizmin, həm də beynəlxalq
turizmin inkişaf etdirilməsi təşkil edir. Azərbaycanda turoperatorlar
xarici turizmdə ən çox Türkiyə,
Gürcüstan, Qərbi Avropa ölkələri, son dövrlərdə Cənub-Şərqi Asiya ölkələrinə turlar hazırlayırlar.
Daxili turizmə
gəldikdə isə ən çox Qəbələ, Quba, Qusar, İsmayıllı və bu kimi turistik bölgələrə
səfərlərin təşkil olunmasını qeyd edə bilərik.
Ölkəmizdə son dövrlərdə turizmin inkişaf etməsi ilə əlaqəli olaraq bir
sira fəaliyyət növlərində
yüksəliş hiss edildiyi kimi, turoperator fəaliyyətində də xeyli inkişaf nəzərə çarpır. Bu, həm
turoperatorların sayının artmasında, həm də turizmdən əldə olunan gəlirlərin çoxalmasında hiss
olunur. Biz bunu Dövlət Statistika Komitəsi tərəfindən tərtib olunan statistik cədvəldə görə bilərik.
Cədvəl 2. Səyahət agentliklərinin və turoperatorların əsas göstəriciləri
2013
2014
2015
2016
2017
Turoperator və səyahət agentliklərinin sayı (vahidlə)
197
218
243
272
339
İşçilərin sayı, nəfərlə
1729
1794
1586
1838
1891
Turoperator və səyahət agentliklərinin əldə etdiyi gəlir
(min manatla)
29600,9
31107,1
36482,2
36 758,3
41034,2
Məhsul və ya istehsalına çəkilən xərclər (min manatla)
25292,5
27018,1
30811,6
29 101,8
36734,6
Satılan turizm yollayışlarının sayı (ədədlə)
65448
66233
44615
36978
44066
Satılan turizm yollayışlarının dəyəri (min manatla)
42892,3
44820,3
33474,7
33 466,5
54612,2
Qəbul edilən və göndərilən turistlərin sayı (nəfərlə)
91 961
92305
61965
53999
63423
Dostları ilə paylaş: