Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə138/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   134   135   136   137   138   139   140   141   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
110
Baku, Azerbaijan


-
Bələdçilərin, təşkilatçıların və s. heyətin təyin edilməsi və onların yerləşdirilməsi; 
-
Turizm məhsullarının hərəkətə gətirilməsi məqsədiylə reklam-informasiya fəaliyyəti; 
-
Turizm məhsulunun realizəsi; 
-
Turizm xidmətinin təhlükəsizliyinə və keyfiyyətinə nəzarət edilməsi. 
Bu qədər çox funksiyanı icra edən turoperatorlar turizm bazarında uğur qazanmaq üçün öz 
fəaliyyətlərini müəyyən istiqamət üzrə ixtisaslaşdırırlar. Bu ixtisaslaşmalar yerləşmə obyektləri, 
destinasiyalar, səfərin məqsədi, nəqliyyat növü və əhatə etdiyi bazar seqmentinə görə həyata keçirilir. 
Fəaliyyət növünə görə turoperatorlar 2 cür olur: 
1.
Kütləvi bazar operatorları; 
2.
İxtisaslaşmış operatorlar. 
Kütləvi bazar operatorları turistlərin ən çox səyahət etdiyi yerlərə çarter aviareyslə uçuşlarin daxil 
olduğu turları satan şəxslərdir. 
Azərbaycanda ixtisaslaşmış turoperatorlar isə aşağıdakı formada olur: 
-
İstiqamət üzrə operatorlar (məsələn, Quba, Qəbələ və ya xarici ölkələr); 
-
Turizm növü üzrə operatorlar (məsələn, su və ya dağ-xizək və s.); 
-
Bazar seqmenti üzrə operatorlar (məsələn, uşaqlı ailə cütləri və ya tələbələr üzrə və s.); 
-
Nəqliyyat üzrə operatorlar (məsələn, turist qatarları, avtomobillər və ya kruizlər və s.); 
-
Xüsusi yerləşmə vasitələri üzrə operatorlar (məsələn, yataqxana, daxmalar və dağ sığınacaqlarında 
və s.). 
Turoperatorlar fəaliyyət yerlərinə görə isə aşağıdakı formalarda olurlar: 
-
Daxili bazarda satılması nəzərdə tutulub, öz ölkəsi və ya regionu üzrə turlar hazırlayan daxili(yerli) 
turoperatorlar; 
-
Ölkəsindən turistlər üçün xaricə turizm səfərləri təşkil edən səyyar turoperatorlar; 
-
Xaricdən gələn əcnəbi turistlərin qəbulu xidmətlərini göstərən turoperatorlar [2, s.45].
 
Turoperatoru turist göndərən, həmçinin turist qarşılayan şəxs kimi də qiymətləndirmək mümkündür. 
Bu baxımdan, turoperatorları iki qrupa ayırırlar: 1) təşəbbüskar; 2) qəbul edən(reseptiv).
Təşəbbüskar turoperatorlar, reseptiv turoperatorlarla və ya yerləşdirmə vasitəsilə müqavilə əsasında 
xarici turistləri digər regionlara göndərən operatorlardır. Onları turagentlərdən fərqləndirən isə 
turopereytinqdir. Bundan başqa, BMÜTT-nin normalarına əsasən turun tərkibinə ən azı 3 xidmət, yəni 
nəqliyyat, yerləşdirmə və hər hansı 2 əvvəl göstərilənlərlə əlaqəsi olmayan xidmətlər daxil olmalıdır. 
Təşəbbüskar turoperatorlar turistlərin səyahət etdiyi ölkələrdə yerli turoperatorların və ya ekskursiya
mehmanxana və başqa təşkilatların xidmətlərindən istifadə edərək komplektləşdirilmiş mürəkkəb turlar 
formalaşdırırlar. Əlavə olaraq, təşəbbüskar turoperator turistləri səyahətin başlandığı yerə və geri 
çatdırılmasını təmin edib, turistlərin daxili nəqliyyat marşrutuna təhvil verilməsini təşkil edir. 
Reseptiv turoperator xidməti təklif edənlə müqavilə bağlayaraq turistlərin qəbulu və xidmət 
göstərilməsi məntəqəsinə tur və xidmət proqramını komplektləşdirir. 
Turfirmalar bəzi hallarda təşəbbüskar və reseptiv turopereytinqin funksiyalarını birləşdirirlər. Bu, 
adətən, təşkilat beynəlxalq gəlmə və getmə turizm sahəsində ixtisaslaşarkən baş verir. Turoperatorlar 
turistlər (istehlakçılar) və turagentliklər üçün ayrı-ayrı xidmətləri istehsal edənlər (turistin istirahəti və 
səyahəti üçün lazımi xidmətlər kompleksini formalaşdıranlar) arasında vasitəçi mövqeyi tutur. Faktiki 
olaraq onlar yalnız turistlərin tələbatına uyğun olan tur formalaşdırmır, həmçinin turistlərə yeni xidmət 
formalarını və yeni səyahət istiqamətlərini təklif edərək onlarda yeni tələbatların yaranmasına təsir edir. 
İqtisadi cəhətdən tədqiqat obyekti kimi tur zərfini hazırlayıb təklif edən reseptiv turoperatorların 
fəaliyyəti vacib əhəmiyyət kəsb edir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin