Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə132/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   128   129   130   131   132   133   134   135   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
104
Baku, Azerbaijan


həllində onun mütərəqqi formalarından səmərəli istifadə yollarını müəyyən etməkdir. Turizm 
haqqında Azərbayjan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi 
əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin 
əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi 
inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını 
müəyyənləşdirir. Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və 
mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə 
inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl 
işlərdəndir. [3] 
Keçmiş SSRİ-nin İttifaq Respublikalarından biri olan Ukrayna da turizmdə beynəlxalq turist üçün 
müxtəlif sahələr və fəaliyyətlər daxilində məhsulların geniş spektrini təklif edir. Ukraynanın Avropa 
ölkələri ilə qonşuluq mövqeyi, zəngin milli-mədəni irs nümunələrinin əsrlər öncəyə qədər təsadüf 
etməsi, etnik fərqliliklərin bir ölkə daxilində təzahürü, ləziz milli mətbəx və Avropa şəhərləri ilə 
müqayisədə dəfələrlə ucuz xidmətlərin mövcudluğu onu beynəlxalq turistlər üçün cəlbedici edir. 
Ukraynada turizm işinin təşkilində müasir dövrü 1 neçə mərhələyə ayırmaq olar. Müstəqillik əldə 
edildikdən sonra turizmə nəzarət Turizm üzrə Dövlət Komissiyası, 2001-2002-ci illərdə Gənclər, 
İdman və Turizm üzrə Dövlət Komissiyası, 2002-2005-ci illərdə Ukrayna Dövlət Turist 
Administrasiyası, 2005-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyi nəzdində Turizm və Kurortlar 
üzrə Dövlət Xidməti, 2011-2015-ci illərdə İnfrastruktura Nazirliyi nəzdində Ukrayna Turizm və 
Kurortlar üzrə Dövlət Agentliyi, 2016-cı ildən bəri isə İqtisadi İnkişaf və Ticarət Nazirliyi nəzdində 
Turizm və Kurortlar üzrə Departament məşğul olmuşdur. Bu qurumların fəaliyyət göstərdiyi illərdə 
ciddi uğurlar əldə edilmişdir. Bu gün Turizm Ukraynanın ən cəld təkmilləşən və genişlənən sənaye 
sahələrindən biridir. Son illərin göstəriciləri onu deməyə əsas verir ki, Ukraynanın turizm bazarı 
ümumilikdə qonşu ölkələr olan Macarıstan, Çexiya Respublikası və Slovakiadan 50% daha böyükdür. 
Ukraynanın turizm məkanında Macarıstan, Polşa, Almaniya və ABŞ-dan gələn turistlər öncüllük təşkil 
edir. Turistlər arasında populyar destinasiyalar Kiyev, Krım, Lvov və Odessadır. Qərbi Avropadan 
gələn turistlərin əsas hissəsi isə əsasən fərdi səyahətləri və çayda kruiz gəzintilərinə üstünlük verirlər. 
Ukraynanın turizm infrastrukturunun moderinləşdirilməsi ölkənin qarşısında prioritetə çevrilmişdir. 
Müstəqillik illərindən yəni 1991-ci ildə bəri turizm infrastrukturunda dövlət sahibkarlığından özəl 
sahibkarlığa doğru dəyişikliklər olmuşdur. Özəl sektorun inkişaf etdirilməsi xüsusilə Kiyev, Odessa, 
Krım və Karpat regionunda özünü göstərir. Bu gün turistlərə mükəmməl xidmət göstərmək və onların 
ehtiyyaclarına cavab verə bilən 3000-dən çox mehmanxana və yerləşdirmə müəssisəsi fəaliyyət 
göstərir. Sahilyanı zonalarda mövsümilik amili və Qara dəniz hövzəsi destinasiyasıları arasında ciddi 
rəqabət özünü göstərir. Keçmiş Sovetlər Birliyi dövrü rekreasiya turizminin mərkəzi hesab edilən 
Krımda istismar müddəti bitmiş kurort və sanatoriyalar bu rəqabətdə ölkəni geri salan 
məqamlardandır. Krım müalicəvi palçıq terapiyası, mineral suallar və ideal iqlim komportluluğu təklif 
edir. Mövsümilik amilinin azalması məqsədi ilə yerli şirkətlər və idarəetmə orqanları qış turizmi 
infrastrukturu, yürüş zolaqlarının salınması və kruiz və əyləncə mərkəzlərinin tikilməsi yönümündə bir 
çox addımlar atılmışdır. Bundan əlavə olaraq, Yunan və Osmanlı İmperiyalarının qədim qalıqlarının 
izlərinə hələ də Krımda rast gəlmək mümkündür. Ukraynanın Karpat regionu dağlar, təmiz hava, 
müalicəvi spa, tarixi aidələr, etnik mədəniyyətin kombinasiyasını turistlərə təqdim edir. Tarixi mə 
mədəni ərazilər əsasən Kiyev, Lvov, Çernihiv, Odessa və Krımda cəmləşmişdir. Yerli bələdiyyə və 
icra hakimiyyəti orqanları bu şəhərlərdə tarixi abidələrin qorunması üçün xarici investorların 
maraqlarını cəlb etmək üçün güzəştlər və imtiyazlar təqdim edirlər. [1, s. 235] 
Ukraynanın turizmdəki üstünlüklərindən biri də qonşu dövlətlər olan Polşa, Slovakiya, 
Macarıstana nisbətdə ənənəvi milli həyat üslubunun qorunub saxlanılmasıdır. Karpat dağlarının 
ətəklərində yerləşən Milli Parklarda ənənəvi geyimlər və kənd təsərrüfatı mədəniyyəti nümayiş olunur. 
Son dövrlərdə şopinq turizmində də Ukraynanın adı önə çıxan ölkələr arsındadır. Paytaxt Kiyev və 
başqa böyük şəhərlərdə yerləşən iri ticarət mərkəzlərində digər Avropa ölkələri ilə müqayisədə daha 
münasib lakin eyni keyfiyyətdə olan beynəlxalq markaların məhsulları təqdim edilərkən milli 
bazarların qorunub saxlanılması və ekoloji təmiz məhsulların alıcılara təqdim olunması turistləri cəlb 
edən amillərdəndir. İri ticarət mərkəzlərində səyahət agentliklərinin yerləşdirilməsi, şəhərin turistik 
potensialı haqqında məlumat təmin edə bilən müasir texnologiyaların və informasiya köşklərinin 
quraşdırılması turistlər üçün turizm xidmət komportluluğunu artıran məsələlərdəndir. [2] 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin