Bunlar:
Bələdçi çıxışı iki mühüm
vəzifəni yerinə yetirir.
müşahidə olunan obyektə dair rəyin verilməsi,izah olunması;
- həmin anda ekskursantın görə bilmədiyi məlumatların onun yaddaşına ötürülməsi, onların bərpa olunması.
Beləliklə,təqdimat çıxışı bələdçi tərəfindən şifahi nitq qanunlarının tələblərinə uyğun olaraq icra olunaraq səslənən individual bir mətndir.
Ekskursiya zamanı təqdim olunacaq çıxış əvvəlcədən hazırlıq mərəhələsi keçir.Bu baxımdan heç bir ekskursiyada bələdçinin çıxışına təqdimat zamanı rast gəlinə bilən improvizasiya kimi yanaşmaq düzgün deyildir. Belə ki, təqdimat zamanı dilin tərkibi, onun xüsusiyyətləri bu zaman üzə çıxa bilən keyfiyyət hesab olunmur.Bu baxımdan təqdimat çıxışına aşağıdakı
tələblər vardır. Bunlar çıxışın tematikliyi,
onun konkretliyi, bir-biri ilə əlaqəliyi, məntiqiliyi, qısalığı,izah edilə bilinməsi,mühakimə baxımından bitkinliyi, təqdimatla bağlılığı və elmiliyi hesab olunur.Təqdimat çıxışının əsas xüsusiyyətlərindən biri onun monoloq xarakteri daşımasıdır. Bununla yanaşı müasir təcrü- bədə bir çox bələdçilər təqdimat çıxışını bəzən gizli və ya açıq dialoq formasında da keçirməyə çalışırlar.
Təqdimat zamanı bələdçinin ekskursantların replika- larına cavab verməsi bu dialoqda mühüm yer tutur.
Ekskursiyalar zamanı iki
formada təqdimat çıxışı istifadə olunur. Bunlar: