Türk, fars, ərəb



Yüklə 32,09 Kb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü32,09 Kb.
#44545
1   2   3   4   5   6   7   8   9   10   11
Sənəd (8)

19. “Dastani-Əhməd harami”

(Əsərin süjet xəttini Əliyar Səfərlidən oxuyacayiq)

Dövrü ana dilli ədəbiyyatımızın ilkin məhsullarından biri də «Dastani Əhməd Hərami»dir. Bu həm də ana dilli söz sənətimizdə ilk poema məsnəvidir.

Əsər 1928-ci ildə türk alimi Əhməd Tələt Onay tərəfindən üzə çıxarılmış, ədəbi və elmi ictimaiyyətə çatdırılmışdır. T.Onay əsərin 1946-cı il nəşrinə müqəddimədə göstərir ki, 1928-ci ildə Boluda olarkən şəhər bələdiyyə rəisi Rəşad Akər ona qədim əlyazmalardan ibarət bir məcmuə bağışlamışdı. Səkkiz bölmədən ibarət həmin məcmuə müxtəlif mövzu və janrlarda olan əsərləri özündə ehtiva edirdi. «Dastani-Əhməd Hərami» həmin əsərlərdən sonuncusu, yəni səkkizincisi idi. Əlyazmanın sonundan bir-iki vərəq düşdüyündən müəllifin adının işlənə biləcəyi və poemanın yazıldığı tarixin göstərilə biləcəyi hissə yoxdur. Əvvəldə də müəllifin adı göstərilmədiyindən məsnəvinin yazarı məchul olaraq qalır.

Poemanı Çankırıda çıxartdığı «Duyğu» qəzetində nəşr etdirən T.Onay 1933-cü ildə onun məhdud, 1946-cı ildə isə İstanbulda kütləvi tirajla çapına nail olur. Türk alimi əsərə geniş və dəyərli ön söz, şərhlər və lüğət də yazır.

İstər mənbələrdə, istərsə də bədii mətndə poemanın qələmə alındığı tarix barədə heç bir işarə olmasa da, məsnəvinin dil və üslub xüsusiyyətlərinə əsasən T.Onay onun XIII əsr Azərbaycan ədəbiyyatı abidəsi olduğunu israr edir: «Eserin lisanı ümumiyyet itibariyle Oğuz Türkçesi, Azeri lehcesidir... Bittabi bugünkü lisan və üslupla mukayese olunamaz. Fakat tamamen yedinci esrin (m.XIII əsr – Y.B.) sonlarına as lisan ve üslup taşımaktadır». Öz qənaətinin doğruluğunu isbat üçün alim poemanın dilini XIII-XIV yüzilliklərin türk dilli abidələri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, bu məsnəvi «Gülşehrinin «Bostan» tercümesi, Mesut bin Ahmedin «Süheylü Nevbahar»ı, Aşik Paşanın divanı, Sultan Veledin türkçe menzumeleri ile aşağı yukarı bir müşabehet, hatta «Süheylü Nevbahar»la lisan ve üslupca bir ayniyet arzetmektedir.

20. “Fərhadnamə”




Yüklə 32,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin