Türk, fars, ərəb


Füzulinin “Leyli və Məcnun”u



Yüklə 32,09 Kb.
səhifə7/11
tarix02.01.2022
ölçüsü32,09 Kb.
#44545
1   2   3   4   5   6   7   8   9   10   11
Sənəd (8)

24. Füzulinin “Leyli və Məcnun”u

Leyli məcnun 1537 ci ildə yazilib,Süleyman Qanuniyə xitab olunub.«Leyli və Məcnun» ərəb əfsanəsidir. Mənşə etibarı ilə bu mövzu ərəb folkloru ilə bağlıdır.Beləliklə, müəllif türk dilində (Azərbaycan türkcəsində) bənzəri olmayan bir söz sənəti abidəsi ucaldır. Onu da deyək ki, Zəmiri, Həqiri kimi şairlər Füzulidən əvvəl bu mövzuda Azərbaycan dilində əsər yazmışdılar. Görünür, bu əsərlər bir sənət abidəsi kimi şairi qane etmədiyindən onlara biganə yanaşmışdır.

«Leyli və Məcnun» süjet etibarı ilə dinamik,mütəhərrik, kompozisiya cəhətdən əlvandır.Poema dibaçə, üç rübai, münacat, nət, imam Əlinin tərifi və ona həsr olunmuş qəsidə, Sultan Süleyman Qanuninin mədhi və ona həsr olunmuş qəsidəsaqinamə ilə başlayır. Sonra kitabın yazılma səbəbi barədə hissə gəlir. Kompozisiyaya əlvanlıq gətirən saydığımız parçalar bədii mətnin xeyli hissəsini təşkil edir.Bunlardan əlavə əsərdə süjet boyunca lirik şeirlərdən də istifadə edilmişdir. Ümumiyyətlə, bədii mətndə müəllif qəzəl, qəsidə, rübai, mürəbbe kimi lirik şeir janrlarından da bəhrələnmişdir. Qəzəllərin sayı xeyli çoxdur. İstər bədii mətnin, hadisələrin ümumi ovqatı, istərsə də burada yer alan lirik şeirlər poemaya müəyyən lirik ahəng aşılayır.Buna görə də onu janr etibarı ilə epik-lirik poema hesab etmək mümkündür: Süjetin başlanğıcı bir sıra xalq dastanlarında olduğu kimidir. Ərəblərdə varlı və hörmətli bir qəbilə başçısının övladı olmur.Uzun dua-sənadan, nəzir-niyazdan sonra, nəhayət, onun bir oğlu dünyaya gəlir, uşağa Qeys adını qoyurlar. Uşaq böyüyüb məktəbəgedir. Burada Leyli adlı bir qız da var idi ki, o da dərs oxuyurdu. O da başqa bir qəbilə rəisinin qızı idi. Buraya qədərki hadisələr süjetin bədii müqəddiməsini (ekspozisiya) təşkil edir. Məktəbdə Qeyslə Leylinin bir-birini sevməsi, bu macəranın faş olunması, Leyliyə məktəbə getməyin yasaq edilməsi, bu qəhrəmanların bir-birlərindən ayrı düşməsi ilə hadisələr düyünlənir(zavyazka).Bundan sonra süjetin inkişaf xətti başlayır.Camaatın adını Məcnuna çevirdiyi Qeysin və Leylinin başlarına gələn macəralar,İbn Səlam və Nofəl əhvalatları, atası ilə Məcnunun görüşü və atasının ölümü və s. Hadisələrin inkişaf xəttinə daxildir. Bu xətt Leyli və Məcnunun son görüş səhnəsinə qədər davam edir. Həmin görüş səhnəsi ilə hadisələr zirvəyə (kulminasiya) çatır. Artıq bəlli olur ki, cismani aləmdə bu iki aşiq məşuqun vüsalı qeyri-mümkündür. Bundan sonra açılış (razvyazka) gəlir: Leyli evlərinə qayıdır, xəstələnir, dərdini açıb anasına danışır, nəhayət, xəzan vaxtı, payızın sonu, qışın əvvəllərində vəfat edir. Bu xəbər Məcnuna yetişir. O, Leylinin qəbri üstə gəlib fəryad edir və orada canını tapşırır. Onu da Leyli ilə bir yerdə dəfn edirlər. Süjet hər iki qəhrəmanın ölümü ilə sona yetir (final). Əsər kitabın yazılma səbəbinin bəyanı və kiçik xitamə ilə başa çatır.


Yüklə 32,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin