Türk, fars, ərəb


(Əsər çox olduğu üçün yazmaq mümkün deyil, Əliyar Səfərlidən oxuyaq)



Yüklə 32,09 Kb.
səhifə3/11
tarix02.01.2022
ölçüsü32,09 Kb.
#44545
1   2   3   4   5   6   7   8   9   10   11
Sənəd (8)

(Əsər çox olduğu üçün yazmaq mümkün deyil, Əliyar Səfərlidən oxuyaq)

21. Həqirinin “Leyli və Məcnun”u

Leyli və Məcnun – Həqiri Təbrizi tərəfindən məsnəvi janrında yazılmış poemadır. Həqiri “Leyli və Məcnun” mövzüsuna Füzulidən on il əvvəl müraciət etmişdir. Həqirinin “Leyli və Məcnun”u bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir.Əsər orijinallığı və mündəricəsi, dolğun və canlı xarakterləri, obrazları, sadə və aydın dili ilə diqqəti cəlb edir.

Həqirinin əsərlərindən ibarət divanın tərtib olunması haqqında məlumat yoxdur. Lakin, bir çox təzkirə müəlliflərinin Həqiri şerini təqdir etməsi, habelə qəzəllərindən nümunələr gətirilməsi şairin divanının mövcud olması fikrini təsdiq edir. Həqiridən bəhs edən təzkirə müəllifləri onun yalnız fars dilində yazılmış qəzəllərindən nümunələr gətirsələr də, dövrümüzə qədər şairin yalnız Azərbaycan dilində yazdığı “Leyli və Məcnun” əsəri gəlib çatmışdır. Əsər elm aləminə ilk dəfə Şarl Rio tərəfindən təqdim edilmişdir. Şarl Rio əlyazması halında olan bu əsəri yaxşı oxuya bilmədiyindən onu “Azərbaycan dilində yazılmış naməlum müəllifli əsər” kimi təqdim edir.

Həqiri “Leyli və Məcnun” poemasının başlanğıcında Nizami, Dəhləvi və Hatifinin adını hörmətlə yad edir, onların əsərlərində mövzu və sənətkarlığı yüksək qiymətləndirərək göstərir ki, bu maraqlı mövzunu mən isə türk dilində qələmə aldım.



İki nəzm issi bunu seyr eyləyə

Həm Nizami rəhmətüllah əliyyə

Xosrov ondan nəzm qıldı naməyi

Verdilər pəs Hatifiyə xaməni

Hatifi dəxi nəzm etdi bittəmam,

Xoş mürəttəb etdi ol şirin kəlam.

Akad. H. Araslı Həqiri poemasını tədqiq edərək bu əsərdə Nizami, Dəhləvi və Hatifi irsinin təsirini ayrı-ayrılıqda elmi dəlillərlə sübut etmiş və şairin həmin mövzuya gətirdiyi yeni motivlərin geniş şərhini vermişdir

H. Araslı qeyd edir ki, əsərdə hadisələrin inkişafı onun Hatifi “Leyli və Məcnun”u təsiri altında olduğunu açıq surətdə göstərir Əsər heca vəzninə, on birliyə çox uyğun olan bir bəhr ilə yazılmışdır. “Failatün, failatün, failat” ölçüsündə verilmiş misralar çox zaman heca ilə qarışmışdır. Həqiri qəzəllərində Nəsimi və Xətainin təsiri açıq hiss olunur.

Türkiyə alimi, prof. Agah Sirri Ləvəndi “Ərəb, fars və türk ədəbiyyatında “Leyli və Məcnun” hekayəsi” adlı əsərində Həqirinin poemasını başqa “Leyli və Məcnun”larla müqayisə etmişdir.



Əsərin yazılma tarixi

Əsərin harda və kim tərəfindən yazılması məlum olmasa da, əbsəc hesab ilə söylənilmiş tarixi vardır:

Adına günü idi şəhri-rəcəb,

İşbu nəzmi eylədi könlüm tələb,

Tarix ol dəm zey idi lamü əlif,

Saəti səd idi, əyam şərif. “

Bu misralar şairin əsəri rəcəb ayında, adına günü başladığını göstəməklə zey – 900, lam – 30 və əlif – 1 hərfləri ilə ifadə olunmuş tarix bu əsərin 931 hicri, 1525-ci il miladidə yazıldığını göstərir.



Beyt sayı

Şair, əsərin sonunda poemanın beyt sayını göstərərək yazır:

İki min yüz əlli beyt oldu haman,

İki aşiq halını etdim bəyan.“

Lakin dövrümüzə çatmış yeganə əlyazma nüsxəsində min səkkiz yüz əlli beyt (1850) vardır. Əlyazmasını tədqiq etmiş akademik H. Araslı ehtimal edir ki, “bu gün elm aləminə məlum olan bu nüsxə şairin öz əlyazması deyildir. Ola bilsin ki, əsəri kopya edən xəttat onu beş yüz misraya qədər ixtisar etmişdir.”




Yüklə 32,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin