X
Xa hunə – bu yerdə.
Xab – uyğu, yuxu. Xabi-qəflət – qafillik yuxusu.
Xamə – qamış qələm; ipək.
Xatəm – üzük, möhür; məşuqənin ləbi.
Xar – tikan; xor baxılmaq, rəzil olmaq, rüsvay olmaq.
Xasü avam – seçkinlər və qara kütlə; hamı.
Xatib – xütbəçi, xitab edən, vəəz edən.
Xeyl – ilxı, süvari qoşun.
Xeymə – çadır.
Xəndan – gülər üzlü. Xəndan-xəndan – gülə-gülə.
Xəsm – düşmən, yağı.
Xıdır (Xızır) – peyğəmbər.
Xırs – ayı.
Xirəd – fəhm, ağıl; huş.
Xotən – Kaşğara yaxın tarixi bölgə, müşk ceyranı ilə məşhurdur.
Xumar – kefli, sərxoş.
Xun – qan.
Xunabə – qanlı su; qanlı göz yaşı.
Xunçəkan – qanla dolu, qan damlayan, qanı tökülən.
Xunxar – qaniçən.
Xuraman – nazla, sallana-sallana yürüyən.
Xurşid – günəş.
Xülq – sifət, xasiyyət, qılıq, təbiət.
Xüruc – qalmaqal; çıxma; üsyan.
İ
İadə – qaytarma, geri vermə, cavab vermə.
İbtida – baş, ön, başlanğıc.
İdiş – qab, qab-qacaq, tabaq.
İdris–peyğəmbər, başqa dinlərdə Hermes, Ermis, Ahnuh kimi adlarla tanınır, misirlidir, çox səyahət etmişdir.
İməs (əməs) – deyil, yox.
İna – ağır zəhmət.
İnci mal – ata-ana tərəfindən verilən mülk, miras.
İqab – cəza, cəbr, əzab vermə, qınama.
İraq – dış, uzaq; Orta Şərqdə ölkə.
İskəndər– Makedoniyalı İskəndər (e.ə. 356-323). Şərqdə İskəndər Zülqərneyn adı ilə məşhurdur.
İsmayıl – İbrahim peyğəmbərin oğlu. Rəvayətə görə, İbrahim öz oğlu İsmayılı Allah yolunda qurban etmək istəmiş, bu zaman göydən bir qoç nazil olmuş, onu qurban kəsmişdir.
İsrafil – mələk. Dini imama görə, axırzaman olanda Allahın əmri ilə öz surunu çalacaq. Onun səsini eşidən canlılar öləcək, təkrar eşitdikdə isə hamısı diriləcək.
İtab – məzəmmət, danlama, əzab.
İrtibat – əlaqə, rabitə.
İştiyaq – şövq, həvəs, istək, arzu.
İşvə – naz, qəmzə.
İza – azar, əziyyət.
İzar – üz, yanaq.
İzhar – bəyan etmə.
K
Kamiyab – məqsədə yetirmə, üstünlik qazandırma.
Kamran – məqsədinə yetən, bəxtiyar.
Kan – xəzinə, sərvət.
Kavus – kəyanilər sülaləsinin ikinci şahı. Keyqubadın oğlu.
Key – ali mərtəbəli, adil (keçmişdə dörd sahın «key» titulu olub).
Keyin – üz, arxa, sonra.
Kəlim – sözləşən, həmsöhbət olan. Tur dağında Allahla danışan Musa peyğəmbərin (Kəlim, Kəlimulla) ləqəbi.
Kəmtərin – ən az.
Kənan – Fələstin, Yaqub peyğəmbərin vətəni.
Kərrar – güçlü hücum edən; həzrət Əlinin ləqəbi.
Kəsra (kisra) – Xosrov sözünün ərəbcə deyilişi; Nuvşirəvanın ləqəbi; sasani şahlarının ümumi adı.
Kəşmir – şəhər adı.
Kəttə – böyük.
Kəyani – İranda pişdadilərdən sonra hökm sürmüş əfsanəvi sülalə.
Kəyumərs – İran əsatirinə görə, ilk adam və ilk hökmdardır.
Kirdar – amal, hərəkət.
Kişvər – ölkə, yer, yurd.
Kön – «ol» deməkdir, Allah bütün aləmi «kön», yəni «ol» deyərək yaratmışdır.
Kövkəb – ulduz.
Kövn – varlıq, aləm, cahan.
Kövneyn – iki dünya, bu dünya və axirət.
Kövsər – cənnət çeşməsi, hovuz.
Ku (köy) – küçə. Kubəku – küçəbəküçə.
Kuh – dağ.
Külbeyi-əhzan – qəm evi.
Küşəndə – öldürücü, qaniçən.
Q
Qaffar – rəhmli, bağışlayıcı; Allah, tanrı, xuda.
Qamət – boy.
Qamu – hamı, bütün.
Qanun – simli çalğı aləti, Fərabi (IX əsr) təkmilləşdirmişdir.
Qarun – Tövratda və Quranda adı çəkilən qısqanc, paxıl şəxs.
Qasım Ənvar (1356-1433)–Gilanda, Heratda, Səmərqənddə yaşamışdır. «Ənisül-aşiqin» və «Məqamatül-arifin» adlı iki poeması var.
Qatil (Qatili-Əntər) – Əntər adlı düşməni yenən həzrət Əlinin ləqəbi.
Qazi – din və vətən uğrunda vuruşan; qəhrəman.
Qəddi-mövzun – boy-buxunlu.
Qəllac – kasıb, yoxsul, möhtac.
Qəltan – diyirlənən, yuvarlanan; yumru, girdə.
Qəmdidə – cəbr çəkən, xorlanan.
Qəmbər – Əlinin qulunın adı.
Qəmər – Ay.
Qərqab – suya batma, qərq olma.
Qəvvas – suda üzən, üzgüçü.
Qəza – üzə çəkilən qızılı rəng, ənlik; hadisə, qəza; cahad, savaş.
Qəzal– körpə ceyran; sevgili.
Qital – qanlı vuruşma.
Qulam – xidmətçi.
Qut – bəxt, iqbal.
Qüdəma – qədimkilər, ata-babalar.
Qüddüs – müqəddəs, pak, mübarək, ən əziz; Allah, tanrı, xuda.
Qülğulə – hay-küy, qışqırıq.
Qüreyşi – Məhəmməd peyğəmbərin mənsub olduğu ərəb tayfası.
Qütbül-ərən – ərənlərin piri. Əhməd Yəsəvinin ləqəbi.
L
La ilahə-illəllah – Allahdan başqa ilah yoxdur.
Laəql – ağlı gedən, sərxoş.
Laməkan – məkansız; Allah, tanrı, xuda.
Laşərikə-vəhdahu – birliyinə şərik yoxdur.
Ləli-Bədəxşan – Bədəxşanda çıxan qiymətli daş, rubin.
Ləli-meygün – qırmızı şərab rəngində ləl.
Ləli-nəf – saf, xalis ləl.
Ləin – lənətli.
Ləhzə – göz açıb-yumuncaya qədər keçən vaxt, bir an.
Ləb – dodaq; kənar, dərya yaxası, dərya boyu.
Ləktun – Hindistanda bir şəhər.
Ləm yəzəl – həmişəlik, əbədilik, ölməz-itməz.
Leyl – gecə. Leylətül-merac – merac gecəsi.
Li – üçün.
Liqa – üz, camal.
Loğman – «Qisasül-ənbiya»da verilən məlumata görə, Həbəşistanlı bir ağac ustasının oğludur, Davudun zamanında yaşamışdır. Xalq arasında yayılan inama görə, Loğman 4400 il ömür sürmüşdür.
Lölö – dürr, inci, qiymətli daş.
Lövh – lövhə.
Lut – İbrahim peyğəmbərin qardaşı oğlu. «Qisasi-Rəbğuzi»yə görə, tam adı Lut ibn Xəzər ibn Bərih ibn Xarandır. İbrahim Fələstində, Lut Ürdündə (İordaniya) yaşamışdır. Ürdündə Darduma (Duma), Amura, Sevan (Səna), Sədum, Suar (Səva) atlı beş böyük şəhər varmış. Haq yoldan azdıqları üçün bu beş şəhər əhalisi ilə birlikdə yerə batmışdır. Yəbd, Məşhur, Qub və Qut adlı dörd bütə sitayiş etmişlər.
Lübə –oyuncaq.
Lücac –su, dərya.
M
Mahi-Kənan – Kənanın ayı. Yusif peyğəmbərin ləqəbi.
Mamuq – pambıq; yumşaq.
Manənd – bənzər, oxşar.
Matəmqəza – yas, ölümlə bağlı qəm-qüssə.
Matamsəra – yasxana, qəmxana.
Mavəranünnəhr – Amu-Dərya ilə Sır-Dərya arası.
Mehrab – məscidin içində üzü Məkkəyə baxan hündür yer.
Mehr– gün. Mehr-məh – günəş və ay.
Meygün – al şərabın rənginə yaxyn qızılı rəng.
Meykədə – mey içilən yer, meyxana.
Məbrur –günahı bağışlanmış; ölmüş, vəfat etmiş.
Məcruh – yaralı.
Mədhuş – huşsuz, ağlını itirən.
Mədum – yox edilən, yaşamayan, itib gedən.
Məhcub – utancaq, həyalı.
Məhliqa – ayüzlü.
Məhərrəm – hicri-qəməri təqvimin birinci ayı, aşura ayı.
Məhfil – yığınaq, məclis, dərnək.
Məhuf – xoflu.
Məhvəş – ay kimi, aya bənzər.
Məhzun – hüznlü, qayğılı.
Məqal – söz, gap.
Məlayik – mələklər.
Məlun – lənətlənən; şeytan.
Məlih – mülayim; sevgili.
Məmluv – dolu, dopdolu.
Məmur – abad.
Mənsur – Hüseyn ibn Mənsur Beyzavi (X əsr). Mistik şair və məşhur sufi. Həllac ləqəbi ilə tanınır. 46 kitab müəllifidir. Dinə qarşı çıxdığı üçün asılmışdır. Əttar, Əbu Səid, Cami, Hafiz, Nəsimi, Qayıbi kimi şairlər onu yüksək dəyərləndirmişlər.
Məric – od, tüstüsüz od; od şöləsi, nur.
Mətlub – istək, məqsəd, mətləb, arzu.
Mərdud – rədd edilən, qovulan.
Mərğub – rəğbət olunan, sevilən.
Mərkəb – ulaq, minik heyvanı.
Məsa – gecə, axşam.
Məsakin – məskənlər.
Məsih – İsa peyğəmbərin ləqəbi.
Məsiha (məsiha nəfəs) – can verən, dirildən. İsa peyğəmbərin ləqəbi.
Məslub – alınan, qoparılan, itən.
Məsnəd– əsas, dirək; taxt.
Məstur –örtülü, gizlin.
Məşrəb – meyxana, şərab içilən yer; xasiyyət; hərəkət; təbiət.
Məşşatə – gəlinlərin saçını darayıb-bəzəyən qadın.
Məva – məskən, məkan, ev; pənagah.
Məxzən – xəzinə.
Məyub – eybli.
Miğ – bulud, duman, sis.
Mina – şüşə, billur.
Mirqəzəb –cəllad.
Mirşəb – şəhərin gecə qarovulu.
Mişkin – müşk kimi.
Mizbanlıq –mehman qəbul etmək, qonaqpərvərlik.
Mövç – dalğa.
Muciz – möcizə göstərən.
Musa – yəhudi peyğəmbəri. Rəvayətə görə, e.ə. 157-ci ildə firon II Ramsesin dövründə Misirin Memfis şəhərində anadan olmuşdur. Qırmızı dənizin kənarında çoban olmuş, özünü orada peyğəmbər elan etmişdir. Qul psixologiyasını unutdurmaq üçün öz xalqını tam qırx il səhrada gəzdirmişdir. Bir sıra möcüzələri ilə, ələlxüsus əsasını ilana çevirməklə məşhurdur.
Mustafa – sayılan, sevilən. Məhəmməd peyğəmbərin ləqəbi.
Müalic – təbib, loğman.
Müctəhid – dini qanunları bilən, fitva verən adam.
Müdərris – dərs oxudan, müəllim.
Müddəi – tələb edən, iddia edən; prokuror.
Müfti – dini qanunların əsasında fitva verən.
Müğbeçə – meyxanada işləyən oğlan; atəşpərəstin oğlu.
Mühəyya – hazır, hazır etmə, hazırlama.
Mühit – okean, ümman, dəniz.
Müqəddər – öncədən yazılan, qədər, iqbal, tale.
Müqəddir – təqdir edən; Allah, tanrı, xuda.
Müqərrar – qərar edilən, qərara gəlinən.
Müqtəda – başçı, sərdar, xəlifə, imam.
Mükərrəm – hörmətli, kəramatli.
Mükəvvən – peyda olma, törəmə, var olma, yaradılma.
Müləvvən – rəngbərəng, əlvan.
Münadi – car çəkdirmə, carçı.
Münim – nemət verən, rizq verən; Allah, tanrı, xuda.
Münir – nurlu, parlaq.
Mürəssə – qiymətli daşlarla bəzədilən.
Mürdə – ölü, ölən, cansız, cəsəd.
Mürğ – quş.
Mürşid – pir, şeyh, başçı.
Müsavi – bərabər.
Müsəlsəl – zəncir kimi biri-birinə bağlanan.
Müshaf – kitab, səhifələr; Quran.
Muşfiq – şəfqətli, mehriban.
Müşk – qara rəngli, xoş ətirli maddə.
Müştaq – meylli, istəkli, şövqü olan.
Mütrüb – sazəndə, müğənni.
Müzmər – gizlin, üstü örtülü.
N
Nafiq – faydalı, xeyirli.
Nagahan – birdən, qəfil, qəflətən.
Nahan – gizlin, oğrun.
Naməbər – mirzə, məktub yazan.
Nar – od, alov, atəş; cəhənnəm.
Narı –anarı, o yana.
Nasəza – yaraşmayan.
Navək – ox, peykan; kirpik.
Navəkfəkən – ox atan.
Naziş – naz etmək.
Nəam – nemətlər.
Nəbatat – bitkilər, botanika.
Nəbi – pəyğəmbər. Nəbiullah – Allahın peyğəmbəri.
Nədamət – peşmançılıq.
Nəhr – arx, çay, irmaq.
Nəim – nemətli, nemət sahibi, nemət verən.
Nərm – yumşaq, mülayim.
Nəsrin – bir gül adı.
Nəssac – toxucu.
Nəstəran – gül adı.
Nət – Məhəmməd pəyğəmbəri və səhabəsini məhd edən şeir.
Nəxl – xurma ağacı.
Nihan – gizlin, oğrun.
Nigəhban – qoruqçu, qoruyucu.
Niqabəfkən – üzündən örpəyi, pərdəni, niqabı götürən.
Nikhət – ətir.
Nikukar – yaxşı işlər görən.
Nilgun – mavi, göy, lacivərd.
Nisar – saçma, dağıtma; şabaş; qurban.
Nist – yox olma, itmə.
Niz – yenə, yenə də, yenidən.
Noh – doqquz.
Növrəstə – gənc, igid, yeni yetişən.
Nuh – 50 yaşında özünü peyğəmbər elan edən ağac ustası. Allahın əmri ilə daşqından əvvəl bir gəmi düzəltmiş, içinə hər heyvandan bir cüt və insanları almış, daşqından sonra Ağrı dağına çıxarmışdır. Nuh çox uzun ömür sürmüşdür, ona ikinci Adəm də deyilir.
Nuşirvan (Nuşirəvan, Ənuşirəvan) – sasanilər sülaləsinin 21-ci şahı. Adı Xosrovdur. Ərəblər ona Kəsra deyirlər. 531-579-cu illərdə hökmdar olmuşdur. Ədəbiyyatda adil şah olaraq bilinir.
Nübüvvət – peyğəmbərlik.
Nük – uc. Nüki-müjgan – kirpiyin ucu.
Nümayan – aşkar, görünən.
Nüsrət – yardım, kömək; zəfər, qələbə.
Nüzul olmaq – enmək, aşağı göndərilmək.
O - Ö
Ovqat – vaxtlar; durum, vəziyyət.
Övc – yuxarı, ən yuxarı.
Övraq – vərəqlər, səhifələr.
Övsaf– vəsflər, təriflər.
P
Peyvəstə – bağlı, bitişik; həmişə, müdam, daim.
Pərivəş – pəri kimi.
Pərtöv – nur, işıq, şölə.
Pərva – qorxu, ehtiyat, xətər; rəğbət, meyl; taqət, səbr.
Pərvər – tərbiyə edən, bəsləyən, yetişdirən.
Pəyam (peyğam) – xəbər.
Piç – buruq, qıvrım; hörük, halqa.
Piçan-piçan – hörüm-hörüm, dəstə-dəstə, qıvrım-qıvrım.
Pişü pəsi – önü-ardı, dalı-qabağı.
Pişdadi – ilk İran sülaləsi. Firdövsinin təxəyyülünün məhsuludur.
Pişva – sərdar, rəis, başçı.
Pür – dolu, dolğun, çox.
R
Rah – yol.
Rast – doğru, dürüst; sağ.
Rast sürudu – rast muğamının həngində oxunan mahnı.
Ravi – rəvayət edən.
Reyb – şəkk , şübhə, güman.
Rəhnə – ziyan, zərər.
Rəxşan – parlaq, cilalı, işıqlı.
Rida – paltar, ruhanilərin geydiyi paltar.
Rəha – azad olma, xılas olma.
Rəfi-hicab eyləmək – üzdən pərdə atmaq; utanmazlıq.
Rəfrəf – İsrafilin məkanı. Məhəmməd peyğəmbərin merac gecəsi mindiyi iki atdan biri. Peyğəmbəri Allahın dərgahına aparan taxt.
Rəhnüma – yol göstərən.
Rəmidə – ürkək, ürküb qaçan.
Rənci-iza – cəbr-cəfa.
Rəstəxiz – dirilmə, oyanma; qiyamətdə ölülərin dirilməsi.
Rəşk – qısqanclıq, paxıllıq.
Rəvan – axma, axıtma; yola düşmə; can, ruh.
Rəvaq – açıq eyvan; göy, asiman.
Rəzmara – savaşın bəzəyi; bahadır.
Rind – hiyləgər, zirək; şərab içən; qorxusuz; hər şeyi danan.
Risalət – pəyğəmbərlik vəzifəsi.
Riş – yara.
Riştə – iplik, saçaq; quş tükü.
Riya – iki üzlülük.
Riyahin – reyhanlar, reyhan gülləri.
Rizvan – cənnət qapıçısının adı; cənnət, behişt.
Rövşən – işıqlı, nurlu.
Rövzən – dəlik, deşik; pəncərə, baca.
Ruhül-əmin – pak ruh, müqəddəs ruh, Cəbrayılın ləqəbi.
Rusyia(h) – üzüqara, biabır olan, rüsva.
Ruzi-cəza – qiyamət günü, yaxşılığa yaxşılıq, yamanlığa yamanlıqla cavab veriləcəyi gün.
Ruzi-əzəl – heç bir şey yaradılmazdan əvvəlki dövr.
Rüb-məsakin – yer üzünün insan yaşayan dörddə bir qismi.
Rüqə – xətt, yazı, ərzi-hal.
Rükn – sütun, dayanç.
S
Safi – pak, pakizə, xalıs; Adəmin və həzrət Əlinin ləqəbi.
Sahibgiran – bəxtli, iqballı; teymurilərin ləqəbi.
Sağər – piyalə.
Salar – başçı, rəis, sərdar.
Salih – doğruçul, saf ürəkli.
Salik – mürid, sufiliyi qəbul edən.
Sanə – törədən, yaradan; Allah, tanrı, xuda.
Saqi – şərab paylayan.
Sarsar – güclü, şiddətli soyuq, yel.
Sasani – 224-651-ci illərdə İranda hökm sürmüş dördüncü sülalə.
Sası – qoxmuş, üfunətli.
Səbi – çağa, körpə, bala.
Səbükbar – yükü yüngül; asudə, rahat, dinc.
Səbz –yaşyl, göy ot, səbzə.
Səccad – çox səcdə edən; şiələrin dördüncü imamı Zeynalabidinin və Əbu Məhəmməd Əli ibn Abdulla ibn Abbas ibn Əbdülmütəllibin ləqəbi.
Səftər – bahadır; səfpozan; həzrət Əlinin ləqəbi.
Səhabə – Məhəmməd peyğəmbərin yaranları.
Səlatin – sultanlar.
Səmək – balıq. Dini inama görə, yer bir balığın üstündə durur.
Səməndər – əfsanəvi quş.
Səmənsa – səmən gülünə bənzər.
Sənaət – sənət; ustalıq; dəmirçilik.
Sənc – ölçü daşı; miqdar; müqayisə.
Səngdil – daşürək.
Səra – ev, saray. Dü səra – iki cahan, o dünya və bu dünya.
Sərəşk – göz yaşı.
Sərfəraz (sərəfraz) – ulu, hörmətli, böyük.
Sərgəştə – sərgərdan; heyrət edən.
Sərir – taxt.
Sərnəgun – başı aşagı.
Sərpuş – qapaq, örtü.
Sərraç – yəhər ustası; yalançı.
Sərrəştə – məqsəd, mətləb.
Səttar – ayıbları örtən; Allah, tanrı, xuda.
Səvad – qara.
Sərvər – başçı, rəis.
Səxa – səxavətlilik, cömərdlik.
Səxt – qatı, bərk.
Səyyar – seyr edən, gəzən.
Səza – layiq, münasib, uyğun.
Sibteyn – imam Hüseynlə imam Həsənin ləqəbi. Sibteyni-nəbi – peyğəmbərin iki nəvəsi.
Sidrə – ağac adı. Rəvayətə görə, asimanın ən yuxarı qatında (7-ci fələkdə), Cəbrayılın gedə biləcəyi ən son nöqtədə bitir.
Sim qəbqəb – ağ buxaq.
Dostları ilə paylaş: |