Lokal (qismi) fövqəladə hadisələr - iş yerindən, sinifdən, mənzildən kənara yayılmır.
Obyekt miqyaslı fövqəladə hadisələr - sənaye obyektində və ya bina hüdüdlarında məhdudlaşır.
Yerli fövqəladə hadisələr - ancaq bir yaşayış məntəqəsinin, şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.
Regional fövqəladə hadisə - bir neçə şəhəri və ya kənd təsərrüfatı rayonlarını, onun ətrafları ilə birlikdə əhatə edir.
Dövlət (milli) miqyaslı fövqəladə hadisələr –respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələri əhatə edir.
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır.
Baş verən fövqəladə hadisələr insan tələfatının miqdarına, zədələnmiş və ya köçürməyə məruz qalan əhalinin sayına, habelə, dəymiş zərərin miqyasına görə də təsnif edilir. Fövqəladə hadisələr idarə üzrə, mənsubiyyətinə görə:
Tikintidə;
Sənayedə;
Mənzil və kommunal məişət sahələrində;
Kənd təsərrüfatında;
Meşə təsərrüfatında;
Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.
Bu təsnifat fövqəladə hadisələrin miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin qiymətləndirilməsi, eləcədə xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamətlərin göstəriciləri rolunu oynayır.
2-ci tədris sualı. Azərbaycan Respublikasının ərazisi üçün xarakterik olan təbii fəlakətlər Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, subasma (daşqın), torpaq sürüşməsi, təbii yanğınlar, epidemiyalar, epizotiyalar və marxal kimi təbii fəlakətlər baş verə bilər.
Milli Elmlər Akademiyasının Geologiya institutu tərəfindən tərtib edilmiş, seysmik rayonlaşdırma xəritəsinə görə, Azərbaycan Respublikasının ərazisi əsasən 8 baladək (dağıdıcı), bəzi zonaları isə 9 bal gücündə (viranedici) zəlzələ ehtimallı region hesab olunur.
Təbii fəlakətlərdən ən dəhşətlisi zəlzələdir. Zəlzələ – yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədə yer qabığında və ya, yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə ötürülən elastiki titrəyişlərdir.