ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


ġuĢanın hər bir qarıĢ yeri müqəddəs və Ģəfalı idi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   2   3   4   5   6   7   8   9   ...   14

ġuĢanın hər bir qarıĢ yeri müqəddəs və Ģəfalı idi. Həqiqətən 

 
 
24 
də:  
ġuĢa bir qaladır, 
Torpağı Kərbəladır.  
Dövrün  etibarlı  mənbələri  olan  «Qarabağnamələr» 
Pənah  xanın  və  İbrahimxəlil  xanın  hakimiyyətləri  dövründə 
tikilən bina və imarətlər haqqında da məlumat verilir. Bu barədə 
Mirzə  Camal  bəy  CavanĢir  Qarabağinin,  Mir  Mehdi 
Xəzaninin,  Baharlının,  Əhməd  bəy  CavanĢirin  salnamələ-
rində ətraflı məlumat vardır.  
Mirzə Camal Cavanşir Qarabaği yazır: 
 
Mərhum  Pənah  xanın  tikdirdiyi  bina  və  imarətlər 
aşağıdakılardır:  
Birinci  -  Bayat  qalasıdır  ki,  orada  biĢmiĢ  kərpicdən 
hasar,  bazar,  hamam  və  imarətlər  tikdirmiĢdir.  Ġndi 
xarabadır, yalnız xırda-para qalıqları görünür. 
Ġkinci  -  ġahbulağı  qalasıdır.  Burada  bulaq  baĢında 
daĢ  və  əhənglə  məscid,  hamam  tikilmiĢ,  Ģəhər  və  bazar 
salınmıĢdır. 
Üçüncü – ġuĢa qalasının sabiq divarı və indi qoĢunun 
taxıl anbarı olan bina.  
Mərhum Ġbarhim xandan qalmıĢ bina və imarətlər: 
Birinci  –  müsəlman  tarixi  ilə  1182  (1768-69)-ci  ildə 
tikilmiĢ  böyük  camaat  məscididir.  Bu  məscid  köhnəldikdən 
sonra onu möhtərəm qızı, rəhmətlik Gövhər Ağa təmir edib 
əvvəlkindən daha gözəl Ģəkilə salmıĢdır.  
Ġkinci – ġuĢa qalasının hasar divarıdır ki, müsəlman 
tarixi  ilə  1198  (1783-84)-ci  ildə  binası  qoyulmuĢ  və  üç  il 
ərzində  tikilib  qurtarmıĢdır.  Ġndi  dövlət  məmurları  divarı 
yenidən  tikdirmiĢlər  və  xanın  tikdirdiyindən  yalnız  bəzi 
yerdə əsər görünür. 
Üçüncüsü – Əsgəranın hər iki qalasıdır ki, müsəlman 
tarixi  ilə  1203  (1788-1789)-cü  ildə  ġuĢa  qalasının  üç 
ağaclığında  Qarqar  çayının  keçdiyi  iki  dağın  arasında 
tikdirmiĢdir.  Müharibə  zamanı  bu  qalalarda  azacıq  qoĢun 
olsa düĢmən oradan keçib ġuĢa qalasına gedə bilməz.  

 
 
25 
Dördüncü  –  Dağ-daĢ  arasında  olan  Xəzinə  dərəsinin  
imarət və otaqlarıdır ki, mağaranın içərisində daĢ və əhənglə 
tikilmiĢdir. Oranın yalnız bircə yolu vardır.  
BeĢinci  –  ġuĢa  qalasının  bir  ağaclığında  olan  Xan 
bağının tikintiləridir.  
Altıncı - Ağdam bağının hasarı, mərhum Pənah xanla 
baĢqa  övladlarının  qəbirləri  üstündə  tikilmiĢ  uca  günbəzlər 
və o yerlərin arxlardır [4, 143]. 
Mirzə  Camal  bəy  Cavanşir  Qarabağinin  oğlu  Rzaqulu 
bəy Mirzə Camal oğlu da öz salnaməsində atasının məlumat-
larını  təkrar  edir.  Lakin  Baharlı  Əsgəran  qalasının  inĢa 
edilməsini  Pənah  xanın,  Əhməd  bəy  CavanĢir  isə  Mehrəli 
bəyin adı ilə bağlayır
Hər-halda  Mirzə  Camal  bəy  Cavanşir  Qarabağinin 
verdiyi  tarixi  məlumat,  tarixi  həqiqətə  daha  uyğundur.  Əlbəttə, 
Pənah  xan  Əsgəran  qalasını  və  digər  müdafiə  qurğularını 
tikdirməyi  yaxşı  dərk  edirdi.  Bu həmin dövrdə  baş  verən siyasi 
hadisələrlə  sıx  bağlı  idi.  Lakin  onun  başına  gətirilən  hadisələr 
buna imkan vermədi.  
Bir  həqiqəti  də  nəzərə  almaq  lazımdır  ki,  XVIII  əsrin 
sonlarında  və  XIX  əsrin  əvvəllərində  Şuşa-Pənahabadda  və 
bütövlükdə  Qarabağ  xanlığının  siyasi-ictimai  həyatında  baş 
verən  hadisələrin  canlı  şahidi  Mirzə  Camal  bəy  CavanĢir 
Qarabaği  idi.  Bundan  əlavə  M.P.Vaqifin  öldürülməsindən 
sonra o, Qarabağ  xanlığının vəziri olmuĢdur. Deməli, Mirzə 
Camal  bəy  xanlığın  daxili  və  xarici  həyatında  fəal  iştirak 
etmişdir.  Mehdiqulu  xan  dövründə  də  xanlığın  vəziri 
olmuşdur. Bu vəzifədə xanlıq Rusiya imperiyası tərəfindən ləğv 
edilənə  qədər  –  1822-ci  ilə  kimi  qalmıĢdır.  Bütün  bunları 
nəzərə  alaraq  deyə  bilərik  ki,  o,  ġuĢa-(bundan  sonra  ġuĢa 
yazılacaq) Qarabağ  xanlığı  haqqında bizə daha çox və dəqiq 
tarixi məlumatlar verə bilərdi və vermişdir.  
Şuşa  dəfələrlə  xarici  hücumlara  məruz  qalmış  və  bu 
sahədə öz qalib sözün demişdir. 

 
 
26 
   ġUġA XARĠCĠ MÜDAXĠLƏYƏ QARġI MÜBARĠZƏDƏ 
 
Şuşa  qalasının  şanlı  və  qəhrəmanlıq  tarixi  XVIII  əsrin 
ikinci yarısı ilə bağlıdır. «Qarabağnamələr»də bu barədə ətraflı 
məlumatlar  verilir.  Məhəmmədhəsən  xan  Qacar,  Fətəli  xan 
ƏfĢar və Ağa Məhəmməd xan Qacar kimi tarixi sərkərdələr 
Şuşa  qalasının  divarları  altında  məğlub  olmuşlar.  Lakin  Ağa 
Məhəmməd  şah  Qacar  Şuşa  qalasına  ikinci  dəfə  –  1797-ci  ilin 
iyun ayında hücumu zamanı  qalanı  ələ keçirə bilmiĢdir. Bu 
isə onun faciəli qətlinə səbəb olmuşdur. Şuşa qalasının möhkəm 
qala  divarları  və  müdafiə  qurğuları  düşmən  hücumlarının  dəf 
olunmasında mühüm rol oynamışdır.  
«Qarabağnamələr»də  və  dövrün  digər  tarixi  qaynaq  və 
mənbələrində  deyildiyi  kimi  Nadir  Ģahın  sui-qəsd  nəticəsində 
öldürülməsindən sonra, Ġranda mərkəzi hakimiyyət uğrunda 
mübarizə  gücləndi.  Bu  mübarizədə  Qacarlar  sülaləsinin 
nümayəndəsi  Məhəmmədhəsən  xan əsas rəqibləri olan  Fətəli 
xan ƏfĢar və Kərim xan Zənd üzərində müvəqqəti qələbədən 
sonra,  şimaldakı  Azərbaycan  torpaqlarını  da  ələ  keçirmək 
qərarına  gəldi.  Bəzi  tarixi  salnamələrdə  deyilir  ki,  o,  Qarabağ 
xanlığı  üzərinə  hücuma  hazırlaşarkən,  Azərbaycanın  bir  sıra 
xanlıqlarını  da  öz  tərəfinə  çəkmək  istədisə  də,  buna  nail  ola 
bilmədi.  
Mirzə Adıgözəl bəy yazırdı:  
«Ağa  Məhəmməd  Ģahın  atası  Məhəmmədhəsən  xan 
Qacar  Ġraq,  Azərbaycan  və  Mazandaran  hüdudlarında 
istiqlaliyyət qazandı… ġuĢa Ģəhərini almaq məqsədilə saysız-
hesabsız qoĢunla qalaya hücum etdi [3, 39-40]. 
Məhəmmədhəsən 
xan 
Qacarın 
Şuşa 
qalasına 
hücumundan bəhs edən Mirzə Camal bəy CavanĢir Qarabaği 
qeyd  edir  ki,  «Qalanın  tikiliĢindən  bir  il  keçdikdən  sonra 
Ağa  Məhəmməd  Ģah  Qacarın  atası  Məhəmməd  xan  Qacar 
Ġraq və Azərbaycan qoĢunu ilə ġuĢa qalasını almaq və Pənah 
xanı  özünə  tabe  etmək  məqsədilə  Arazdan  keçib  qalanın 
dörd ağaclığında çadırlar qurdurdu»  [4, 116]. 

 
 
27 
Burada bir məsələyə münasibət bildirmək yerinə düşərdi. 
Bəzi tarixçilər Məhəmmədhəsən xan Qacarın hücumunu 1751-ci 
ilə, bəziləri isə 1757-ci ilə aid edirlər. Hətta deyilir ki, 1752-ci 
ildə  qalada  Pənahabad  adı  ilə  bir  misqal  dəyərində  gümüĢ 
pul da sikkə olunurdu. «Sikkənin bir tərəfində Pənahabad, o 
biri  tərəfində  isə  «La  ilahə  illəllah  və  Məhəmmədun 
Rəsulillah»  sözləri  yazılmıĢdı  [7,18]. Əgər Şuşa qalasının inşa 
olunduğu  tarixləri  nəzərə  alsaq,  nə  isə  qaranlıq  mənzərənin 
şahidi olarıq… 
İranın  daxilində  baş  verən  siyasi  hadisələrlə  əlaqədar 
olaraq Məhəmmədhəsən xan Şuşanın mühasirəsindən əl çəkərək 
geri qayıdır. Bu zaman Kərim xan Zənd qoşun toplayıb İraqı və 
Mazandaranı tutmuşdur. Məhəmmədhəsən xan Qacar Kərim xan 
Zəndin  zərərləşdirilməsi  üçün  fars  torpaqlarına  doğru  hərəkət 
etdi. Lakin yolda o, yaxın adamları tərəfindən qətlə yetirildi.  
Şuşa  qalası  ikinci  dəfə  Nadir  şah  Əfşarın  sərkərdə-
lərindən biri olan Fətəli xan ƏfĢarın hücumuna məruz qaldı.  
Fətəli  xan  Əfşar  Urmiyanın  hakimi  idi.  O,  Qaradağ, 
Mağara,  Urmiya  və  Təbrizi  ələ  keçirərək  Qarabağ  xanlığını 
özünə  tabe  etmək  üçün  Şuşaya  doğru  hərəkət  etdi.  O,  Pənah 
xanın yanına mahir elçilər göndərib, onu itaətə və ittifaqa dəvət 
etdi.  
«Lakin  Pənah  xan  belə  sərdarlara  itaət  etməyi  haqlı 
olaraq,  özü  üçün  əskiklik  və  ar  bilib,  elçiləri  kobud 
cavablarla geri qaytardı» [4, 117]. 
Fətəli  xanın  qoşunu  ilə  Pənah  xanın  qoşunu  arasında 
gərgin  mübarizə  6  aya  qədər  davam  etdi.  Bu  müddət  ərzində 
Fətəli xan heç bir uğur qazana bilmədi, onun vəziyyəti gündən-
günə çətinləşirdi. Pənah xan və Qara Murtuza bəyin döyüşçüləri 
düşmənə  ağır  zərbələr  endirirdilər.  Döyüşlərdə  Fətəli  xan 
Əfşarın  2  minə  qədər  döyüşçüsü  öldürüldü,  yaralandı  və  əsir 
düşdü» [4, 117]. 
Müharibə partizan müharibəsi xarakteri aldı [1, 162]. 
Dövrün  mənbələrində  göstərilir  ki,  Fətəli  xan  Əfşar  Şuşa 
qalasını  ala  bilməyəcəyini  hiss  edib,  hiyləyə  əl  atır.  Qış  fəsli 

 
 
28 
yaxınlaşırdı,  soyuqlar  başlanmışdı.  Düşmənin  canlı  qüvvəsinin 
itkiləri  gündən-günə  artmaqda  davam  edirdi,  ərzaq  ehtiyatı 
tükənirdi.  Fətəli  xan  sülh  və  barışıq  təklif  edib,  Pənah  xanın 
yanına mahir elçilər göndərib belə bir yalan vədə verdi: 
«Əgər  Pənah  xan  qoĢunumdan  aldığı  əsirləri  geri 
qaytarsa,  mənimlə  dostluq  və  ittifaq  etsə,  qızımın  kəbinini 
onun böyük oğlu Ġbrahimxəlil ağaya kəsdirəcəyəm. Beləliklə 
də  biz  əbədi  qohum  və  dost  olacağıq.  Bir  Ģərtlə  ki, 
Ġbrahimxəlil  ağanı  mənim yanıma göndərsin. O,  isə orduda 
Ģirni  içilib,  kəbin  kəsildikdən  və  iki-üç  gün  burada  qonaq 
qaldıqdan sonra geri qayıtsın» [4, 118]. 
Pənah  xan  Fətəli  xanın  hiyləsinə  və  yalan  vədlərinə 
inanaraq, özünün gələcək varisini düşmən düşərgəsinə göndərir. 
Onunla  birlikdə  bir  neçə  kəndxudanı  da  Fətəli  xanın  yanına 
getməsini  təşkil  edir.  Görünür,  Qarabağ  xanının  ətrafında  olan 
məsləhətçiləri  də  Əfşar  xanının  hiyləsini  əvvəlcədən  hiss  edə 
bilməmişlər.  Ola  bilsin  ki,  Fətəli  xanın  öz  adamlarından  və 
övladlarından  bir  neçəsini  Pənah  xanın  yanına,  Şuşa  qalasına 
göndərməsi,  saray  məmurlarında  ona  qarşı  inam  yaratmışdı. 
Lakin  Fətəli  xan  öz  məkrli  niyyətlərinə  nail  olduqdan  sonra, 
verdiyi  sözə  naxələf  çıxaraq,  İbrahim  ağanı  və  onunla  birlikdə 
onun düşərgəsinə gələn kəndxudaları əsir edərək, heç bir  yerdə 
dayanmadan Urmiya qalasına apardı.  
Yuxarıda dediyimiz kimi Fətəli xan Şuşa ətrafında gedən 
döyüşlərdə xeyli canlı qüvvə itirmişdir. Bu onun məğlubiyyətini 
və  acizliyini  sübut  edir.  Fətəli  xan  Şuşanı  silah  gücü  ilə 
almasının  mümkün  olmamasını  dərk  edərək,  Pənah  xanı  yalan 
vədlərlə aldatmasını təəccüblə qəbul etmək olar… 
İbrahim  xan  və  onun  vəziri  M.P.Vaqif  Şuşa  qalasının 
möhkəmləndirilməsi  işini  bir  an  da  olsun  təxirə  salmır,  qala 
divarlarını,  bürcləri  və  müdafiə  qurğularının  yenidən  inşasını 
davam  etdirirdilər.  XVIII  əsrin  70-80-cı  illərində  Şuşa  qalası, 
sözün əsl mənasında alınmaz qala şəhərinə çevrilmişdir. XVIII 
əsrin  90-cı  illərində  Qarabağ  xanlığına  –Şuşa  qalasına  edilən 
basqınların  uğurla  dəf  edilməsi,  qalanın  yüksək  səviyyədə 

 
 
29 
möhkəmləndirilməsini əyani surətdə sübut edir.  
Fətəli  xan  özünün  layiqli  cəzasını  aldı.  Kərim  xan 
Zəndin və Pənah xanın birləşmiş qüvvələri onu məğlub edərək 
İranda  hakimiyyəti    ələ  keçirməsinə  imkan  vermədilər.  Lakin 
Pənah xan ikinci dəfə də aldanıldı. Kərim xan Fətəli xanı aradan 
götürdükdən  sonra,  özünün  ən  qorxulu  və  bacarıqlı  rəqibi  olan 
Pənah xanı «qonaq» adı ilə ġiraza apardı
Mirzə  Camal  bəy  CavanĢir  Qarabaği  göstərir  ki, 
Kərim  xan  Urmiyada  həbsdə  olan  Ġbrahimxəlil  ağanı 
zindandan buraxdırıb öz yanına çağırdı, ona at, qılınc, xələt 
və  Qarabağ  xanlığı  və  hakimiyyəti  fərmanını  verib,  hörmət 
və  təmtəraqla  Qarabağa  yola  saldı.  Pənah  xana  qarĢı  olan 
məhəbbətinə  görə  ona  lütf  və  mehribanlıq  göstərib  dedi:  - 
«Mənə  qarĢı  göstərdiyin  sədaqətli  köməyin  əvəzini  çıxmaq 
üçün  bir  neçə  müddət  mənim  yanımda  qalmağını  xahiĢ 
edirəm». Onu özü ilə bərabər ġiraza apardı [4, 19-20].  
Bu  Pənah  xanın  siyasi  fəaliyyətinin  və  hakimiyyətinin 
sonu  demək  idi.  O,  1763-cü  ildə  ġirazda  dünyasını  dəyiĢdi. 
Özünün vəsiyyətinə görə cənazəsi böyük hörmətlə Qarabağa 
gətirildi.  Pənah  xan  Ağdamda  özünün  mülkü  olan  və 
hazırda  Ġmarət  adı  ilə  məĢhur  olan  yerdə  torpağa 
tapĢırılmıĢdır.  
Pənah xan Azərbaycan tarixində görkəmli dövlət xadimi, 
məğrur sərkərdə kimi şərəfli yer tutur.  
Şuşa  qalası  XVIII  əsrin  ikinci  dövründə  də  xarici 
işğallara  qarşı  mübarizə  aparmışdır.  Bu  tarixi  dövr  Ġbrahim 
xanın  (1759-1806-cı  illər)  hakimiyyəti  dövrünü  əhatə  edir. 
İbrahim  xan  alban  xristian  məliklərinin  müqavimətini  qırıb, 
onları  özünə  tabe  etdirdi.  Xanlıqda  böyük  quruculuq  işləri 
apardı.  Xanlıqda  bu  dövrdə  iqtisadi,  sosial  və  mədəni  inkişaf 
yüksək mərhələyə çatmışdır.  
Kərim xan Zəndin vəfatından (1779-cu il) sonra Ġranda 
hakimiyyəti  Azərbaycan  türklərinin  Qacarlar  tayfasından 
olan  Ağa  Məhəmməd  xan  ələ  keçirə  bildi.  O,  Səfəvilər 
imperiyasının  sərhədlərini  bərpa  etməyi  qarĢısına  məqsəd 

 
 
30 
qoyaraq,  bir  çox  yerləri,  o  cümlədən  də  Cənubi  Qafqazı  və 
Qarabağ  xanlığını  da  öz  dövlətinin  ərazisinə  qatmağı  qət 
etdi.  Şuşa  qalası  bununla  da  qorxulu  və  güclü  hücumlar 
qarşısında  qaldı.  Bütün  Azərbaycan  xanları  öz  dövlət 
müstəqilliklərini  qoruyub  saxlamaq  məqsədi  ilə  yollar  aramağa 
məcbur oldular.  
Mənbələrdə  göstərildiyi  kimi  Cənubi  Qafqaz  hakimləri 
və  o  cümlədən  də  Azərbaycan  xanları,  Ağa  Məhəmməd  xan 
Qacar  tərəfindən  ola  biləcək  hücumların  qarşısını  almaq  üçün 
birləşməyə  səy  göstərirdilər.  Bu  siyasi  məsələdə,  Qarabağ  xanı 
İbrahim  xan  xüsusi  rol  oynayırdı.  Onun  xahişi  ilə  qohumu, 
Ümmə  xan  öz  silahlı  qüvvələrinin  bir  hissəsini  ġuĢa  qalasına 
göndərmişdir.  
Bir sıra Azərbaycan xanları - Ġrəvan, Lənkəran, Xoy və 
Urmiya  xanları  da  Ağa  Məhəmməd  xan  Qacara  qarşı 
birləşməkdə İbrahim xanla müttəfiq idilər.  
Bu dövrdə baş verən siyasi hadisələrin canlı şahidi olan 
«Qarabağ  Tarixi»  əsərinin  müəllifi  Mirzə  Camal  bəy 
CavanĢir Qarabaği yazırdı:  
«Tiflis valisi...» Ġrakli xan, Ġrəvan hakimi Məhəmməd 
xan  və  TalıĢ  hakimi  Mir  Mustafa  xan,  Ağa  Məhəmməd 
xanın itaətini qəbul etməyəcəkləri və bir-birinə kömək edib, 
müttəfiq  olacaqları  haqqında  Ġbrahim  xanla  and  içmiĢdilər 
[4, 122]. 
Ağa  Məhəmməd  şah  Qacar  Şimali  Azərbaycan  xanlıq-
larını  müxtəlif  yollarla  özünə  tabe  etmək  istəyirdi.  Onun 
məqsədi bu işdə dinc və qeyri dinc yolların  seçilməsi idi. 
Ağa  Məhəmməd  şah  Qacar  Azərbaycanın  Şimal 
xanlıqlarını  könüllü  surətdə  özünə  tabe  etmək  cəhdini  1793-cü 
ildə  göstərdi.  Lakin  Azərbaycan  xanlıqlarının  çoxu  onunla 
danışıqlara  razı  olmadılar.  Onlar  Ağa  Məhəmməd  xan  Qacarın  
məqsədini  əvvəlcədən  hiss  etmişdilər.  Bilirdilər  ki,  Qacar  xanı 
onların  varlığına  tezliklə  son  qoyacaqdır.  İbrahim  xan,  nəinki 
Ağa  Məhəmməd  xan  Qacarın  nümayəndəsi  ilə  danışığa  razılıq 
verdi,  hətta,  onu  hökmdar  kimi  tanımaqdan  imtina  etdi.  Bu 

 
 
31 
Qacar  xanının  qəzəbinə  səbəb  oldu.  O,  vaxt  itirmədən  Şuşa 
qalasını  ələ  keçirmək  üçün  Qarabağa  hücum  haqqında  göstəriş 
verdi.  Qacar  xanı  çoxlu  qoşunla  Şuşa  qalasının  üzərinə  yürüş 
edib, qalanın bir ağaclığında hərbi düşərgə saldı.  
«Deyirlər  ki,  Qacar  xanı  bu  müharibəyə  altmıĢ  min 
piyada və süvari, iyirmi beĢ topla gəlmiĢdi» [6, 129]. 
Qacar  xanı  Şuşa  qalasını  33  gün  mühasirədə  saxladı
Mühasirə zamanı ona məlum oldu ki, qalada su mənbələri onun 
daxilindədir.  Quyular  və  kəhrizlər  müntəzəm  olaraq  əvvəlki 
kimi müdafiəçiləri və əhalini bol su ilə təmin edirdi. Toplardan 
atılan  atəşlər  qala  divarlarına  təsir  etmirdi.  İbrahim  xan  öz 
əsgərləri ilə birlikdə hərdən qaladan çıxıb,  qızılbaşlara zərbələr 
endirirdi.  Mühasirənin  uzanması,  Qacar  xanını  olduqca  narahat 
edirdi. Məhz ona görə də İbrahim xanla dil tapmağa çalışırdı. Bu 
iş də Qacar xanının sarayında məmur olan, vaxtilə İbrahim xanla 
dostluq  edən  Pirqulu  xan  öz  xidmətini  təklif  etdi.  Ağa 
Məhəmməd  xan  Pirqulu  xana  icazə  verdi  ki,  İbrahim  xanla 
istədiyi kimi danışıb məsələni yoluna qoysun.  
Pirqulu  xan  İbrahim  xanla  Şuşa  qalasında  görüşdülər. 
İbrahim  xan  köhnə  dostunu  olduqca  mehribanlıqla  qarşıladı. 
Söhbət  əsnasında  o,  dostuna  bildirdi  ki,  mən  Ağa  Məhəmməd 
xandan  qorxmuram  və  Şuşa  qalasına  onu  buraxmaq  istəmirəm. 
Əgər  mən  döyüş  meydanında  öldürülməyimi  bilsəm  də, 
sağlığımda  Ağa  Məhəmməd  xanı  qalaya  buraxmağa  imkan 
vermərəm.  Mən  bunu  özümə  sığışdıra  bilmərəm.  Bu  mənim 
nəslimə layiq iş deyil. Bu söhbətdən sonra Pirqulu xan bilirdi ki, 
sənin  igidliyinə  və  cəsarətinə  inanıram.  Bilirəm  ki,  ölümdən 
qorxan deyilsən. Lakin qalanın əhalisini də fikirləşmək lazımdır. 
Gərək  düşünəsən  ki,  günahsız  xalqı  Ağa  Məhəmməd  xanın 
qəzəbinə düçar etməyəsən.  
Nəhayət  Pirqulu  xan  İbrahim  xanı  razı  sala  bildi  ki, 
müqaviməti dayandırmaq üçün şəhər əhalisi ilə söhbət et, onları 
inandır ki, bizi dəhşətli faciə gözləyir. Onları Kirman hadisələri 
ilə  tanış  et.  Qacar  xanı  Kirmanda  əhalinin  başına  müsibətlər 
açmışdı.  Onun  əsgərləri  Kirmanda  vəhşiliklər  törətmiş,  çoxlu 

 
 
32 
adam  öldürmüş,  qarətlər  törətmiş,  sağ  qalan  bütün  kişilərin 
gözlərini  çıxartdırıb  kor  etdirmişdir.  Mən  bunların  canlı 
şahidiyəm.  
Jan  Gevr  qeyd  edir  ki,  Ġbrahim  xan  Ģəhərin 
ruhaniləri  ilə  danıĢdıqdan  sonra,  onlar  razılaĢdılar  ki, 
vəziyyətin  ağır  olması  barədə  Ģəhər  əhalisinə  məlumat 
versinlər.  Qala  ruhaniləri  İbrahim  xanın  bu  fədakarlığına 
yüksək qiymət verərəkonu Kərbəla Ģəhidlərinin göstərdikləri 
fədakarlıqla müqayisə etdilər.  
Jan  Gevr  sözünə  davam  edərək  yazır:  “ġuĢa 
ruhaniləri  camaata  dedilər  ki,  əgər  Kərbala  Ģahidləri  din 
yolunda  canlarını  fəda  etdilərsə,  Ġbrahimxəlil  xan  sizin 
canınızın,  malınızın  və  namusunuzun  yolunda  fədakarlıq 
edir.  Bu  hünərvər  adam  qərara  gəlib  ki,  hamının  gözü 
qarĢısında Ağa Məhəmməd xan Qacara itaət izhar etsin ki, 
onun  qəzəbini  bu  Ģəhərin  camaatının  baĢı  üzərindən 
uzaqlaĢdırsın.  O,  bunların  hamısını  siz  ĢuĢalıların  xatirinə 
edir. 1795-ci  ilin Məhərrəm ayında Ġbrahim xanın məktubu 
Ağa  Məhəmməd  xan  Qacara  çatır.  Ġbrahim  xan  ağ  kəfən 
geyərək  qala  hasarı  üzərinə  qalxır  və  hasarın  xaricində 
dayanan  Ağa  Məhəmməd  xana  müraciət  edir  və  onun 
itaətində olacağını bəyan edir” [6, 135] 
Bu  fikirlər  son  zamanlar  Təbrizdə  və  Tehranda  yazılan 
tarixi əsərlərdə də səslənir.  
Bu  müraciətdən  sonra  Ağa  Məhəmməd  xan  Şuşa 
qalasının mühasirəsindən əl çəkir və  Tiflis üzərinə yürüş edir. 
Ağa Məhəmməd xan 1796-cı ildə Ģah elan edildi.  
Ağa  Məhəmməd  şah  Qacar  Qarabağı,  o  cümlədən  də 
Şuşa  qalasını  bir  an  da  olsun  yaddan  çıxarmır  və  onlara  sahib 
olmaq  arzusu  ilə  yaşayırdı.  1795-ci  il  birinci  hücum  zamanı 
Qacar şahı kənardan da olsa Şuşaya baxıb ona heyran olmuşdu. 
Qacar  şahı  Şuşanı  uca  dağ  başında  oturan  qartala  bənzədirdi. 
Qalanın əzəməti nəinki Ağa Məhəmməd şahı, onun qoşununu və 
sərkərdələrini  də  heyrətə  salmışdı.  O,  nəyin  bahasına  olursa-
olsun  Şuşa  qalasını  ələ  keçirmək  qərarından  əl  çəkməyəcəyini 

 
 
33 
qət etmişdi.  
«Ağa  Məhəmməd  Ģah  Qacar  ġuĢanın  əzəməti  və 
gözəlliyi  qarĢısında  heyran  qalmıĢdı.  ġuĢa  o  zaman  Qacar 
imperiyasının  baĢ  kəndi  olan  Tehrandan  daha  böyük  və 
Ģəhər  mədəniyyəti  baxımından  daha  çox  inkiĢaf  etmiĢdir. 
Bütün  ordu  mənsubları  da  dağların  qoynunda  və 
ormanlıqda  yerləĢən  bu  Ģəhərin  gözəlliyinə  heyran 
olmuĢdular [15, 17]. 
Ağa  Məhəmməd  şah  Qacar  Tiflisi  qana  qərq  etdikdən 
sonra, yenidən Qarabağ xanlığına hücum etmək və Şuşa qalasını 
ələ keçirmək qərarına gəldi. O, ikinci dəfə Şuşa qalasına hücuma 
daha yaxşı hazırlaşmışdı. 1797-ci ilin yayında Qacar şahı Arpa 
çayı  ilə  Arazın  qovuşduğu  yerə  gəldi  və  orada  hərbi  düşərgə 
saldı.  
Ağa Məhəmməd şah Qacar 1795-ci il sentyabrın 12-də 
Tiflisi  ələ  keçirdikdən  sonra  yeni  qələbələrə  inamı  daha  da 
artmışdır.  
Ağa  Məhəmməd  Ģah  Qacar  1797-ci  ilin  baharında 
Qarabağ  xanlığına  hərbi  yürüĢ  etdi.  Qarabağ  xanı  İbrahim 
xan  hiss  edirdi  ki,  düşmən  bu  dəfə  çox  güclüdür.  Qacar 
ordusuna  qarşı  aparılan  hərbi  əməliyyatlar  İbrahim  xanın 
nəzərdə  tutduğu  nəticələri  vermədi.  Bununla  belə,  Ağa 
Məhəmməd şah Qacar da başa düşürdü ki,  İbrahim xanı aradan 
götürmək o qədər asan olmayacaq. Ağa Məhəmməd Ģah Qacar 
Qarabağa ikinci dəfə hücum edən zaman diyarda üç yüz min 
əhali  yaĢayırdı» [6, 165]. 
Qarabağ  xanlığında  əhali  müxtəlif  sənət  növləri  ilə 
məşğul  idi.  İqtisadi  inkişaf  Şuşanın  hərtərəfli  şöhrət 
qazanmasına  təsir  göstərmişdir.  Qarabağ  əhalisi  qonaqpərvər, 
mərd  və  döyüşkən  idilər.  Şuşa  da,  o  cümlədən  də  Qarabağ 
xanlığının  digər  yaşayış  yerlərində  hər  il  iki  bayram  olduqca 
yüksək  səviyyədə  keçirilirdi.  Bunlar  Novruz  bayramı  və 
Həzrəti Məhəmməd peyğəmbərin mövlud günü bayramı idi. 
Novruz bayramı o dövrdə on üç gün qeyd olunurdu. Kərbəla 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin