Xoca qoĢundan bir neçə nəfərlə Naxçıvandan keçib,
Nəməkzar ərazisində Sultan Əhmədə çatdı. Onunla çoxlu
döyüĢçü var idi... Bu döyüĢdə Ġlyas Xoca yaralandı və
döyüĢdən qaldı. Bu səbəbdən Sultan Əhməd xilas olub
canını qurtardı” (Bax: - iqtibas göstərilən müəllifin
88
“Zəfərnamə” əsərindən götürülən Azərbaycan tarixinə dair
qeydlər. B., 1996, səh. 31).
Əmir Teymurun Azərbaycana yürüşləri içərisində Əlincə
qalasının müdafiəsi xüsusi yer tutur. Qala 14 il teymurilərə
inadlı müqavimət göstərməklə tarixdə özünə şərəfli ad
qazandırmışdır. Əlincə qalası 1387-ci ildən 1400-cü ilə kimi
mühasirədə qalmışdır. Hücumlara cavab verə bilməyən cəlairli
əmirləri Əlincə qalasında sığınacaq taparaq burda gizlən-
mişdilər.
Əmir Teymur Azərbaycanın cənub torpaqlarının böyük
hissəsini tutduqdan sonra, 1387-ci ilin payızında Naxçıvanın
əzəmətli Əlincə qalasına yaxınlaşdı. İlyas Xocanın başçılıq
etdiyi qoşun naxçıvanlıların müqavimətini çətinliklə qıra bildi.
Naxçıvanın Gərni və Sürməli adlı istehkamları dağıdıldı. Qala
uzun illər müdafiə şəraitində, içərisində olan adamları ərzaq və
su ilə təmin etmək imkanına malik idi.
Sultan Əhməd xəzinəsini, ailəsini və yaxın adamlarını
qalada yerləşdirib, müdafiə işlərini Əmir Altuna tapşırmışdı.
Onun sərəncamında 300-ə yaxın qorçu (döyüşçü) var idi. Şəki
hakimi Seyid Əli də Əlincə qalasının müdafiəçilərinə kömək
edirdi. Ümumiyyətlə, Əmir Teymur Əlincə qalasına dörd dəfə -
1387-ci, 1393-cü, 1397-ci və 1400-cü illərdə yürüş etmiş və heç
birində məqsədinə nail ola bilməmişdi. Qalanın müdafiəsinə
başçılıq edən Sultan Tahir ilə Əmir Altun arasında ailə
zəminində baş verən münaqişə nəticəsində qalanın müdafiəsi
zəifləyirdi. Bu dövrdə Əmir Teymur Azərbaycanda deyildi.
Sultan Tahir xəzinəni və yaxın adamlarını götürüb, Bağdada
atası Sultan Əhmədin yanına getdi. Beləliklə də, 14 il Əmir
Teymura tabe olmayan Əlincə qalası 1400-cü ildə müdafiəsiz
qaldığına görə süqut etdi.
Ərəb tarixçisi Ġbn ƏrəbĢah yazır ki, Əmir Teymur
qalanı ələ keçirdikdən sonra öz əzəmətilə onu heyrətə
gətirən bu qalanı xüsusi ziyarət etmiĢ və ona heyran
olduğunu bildirmiĢdir...
Azərbaycanın cənub ərazilərinin və Əlincə qalasının
89
mühasirəsi Şirvanı da böyük təhlükə qarşısında qoydu. 1382-ci
ildə HuĢəngin vəfatından sonra ġirvan feodalları onun əmisi
oğlu Ġbrahim Ġbn Sultan Məhəmməd ibn Keyqubadı
hökmdar seçdilər. O, Məzyədilər sülaləsinin bir qolu olan
Dərbəndi ġirvanĢahları sülaləsinin ilk nümayəndəsi idi.
ġimaldan ġirvanı Qızıl Orda xanı ToxtamıĢ təhlükə altında
saxlayırdı. Əmir Teymur da ġirvanı təhlükə altına salmıĢdı.
ToxtamıĢla onun düĢmənçilik münasibətindən ġeyx I Ġb-
rahim məharətlə istifadə edərək Əmir Teymura tabe olmağı
üstün tutub, ona itaət etdiyini bildirdi.
Tarixi mənbələr də qeyd edilir ki, 1386-cı ildə Qarabağa,
Şirvanşahın ərazisinə daxil olan Dərbənddən keçərək Dəşti-
Qıpçağa Əmir Teymurun görüşünə gedən I İbrahim Şirvanşah
adını qoruyub-saxlamağa müvəffəq oldu. Qaynaqlar xəbər verir
ki, I İbrahim Əmir Teymurun görüşünə getməzdən əvvəl ən
inandığı böyük vəziri Qazi Əbu Yəzidlə məsləhətləşmiş və
Şirvanşaha qaçıb, dağlarda gizlənməyi məsləhət görmüşdü.
Lakin I İbrahim həyatını təhlükə qarşısına qoyaraq Əmir
Teymurun adına xütbə oxunmasını və sikkə kəsilməsini əmr etdi
və itaətini bildirmək üçün bahalı hədiyyələrlə onun qərargahına
yollandı. I İbrahim monqol hökmdarlarında dəbdə olduğu kimi,
hər hədiyyədən doqquz ədəd təqdim etmişdi. Qulların sayı isə
səkkiz idi. Əmir Teymurun vəziri qulların sayının nə üçün
səkkiz olduğunu soruşduqda I İbrahim dərhal cavab vermişdi ki,
doqquzuncu qul mən özüməm. Onun bu hərəkəti Əmir
Teymurun xoşuna gəlmiş, onu oğlu adlandırmış və ona fəxri
hərbi paltar bağışlamışdı. Onu Şirvan və Şamaxının hakimi təyin
edərək öz torpaqlarına qayıtmağa icazə vermişdi. Beləliklə də, I
İbrahimin çevik və düşünülmüş siyasəti Şirvanı viran olmaqdan
və fəlakətdən xilas etdi. Əmir Teymur bəzi torpaq mülklərini də
I İbrahimin torpaqlarına qatdı və öz xələflərinə Şirvanşahın
övladlarının (əhalisinin) əmin-amanlığının təmin olunmasını
vəsiyyət edən fərman verdi. Qızıl Orda xanı Toxtamışın
bütövlüklə zərərsizləşdirilməsində Əmir Teymurun ən etibarlı
köməkçisi I İbrahimin böyük xidmətləri tarixi mənbələrdə
90
özünün parlaq təcəssümünü tapmışdır. Şirvanşah I İbrahim
Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirmək üçün
Əmir Teymurla olan münasibətlərindən məharətlə istifadə
edirdi. Belə ki, o öz təsirini Qarabağ, ġəki, Dərbənd və
Qəbələyə qədər yaymağa müvəffəq oldu.
Əmir Teymur İslam dininin ən böyük müdafiəçisi idi.
Bunu mənbələr tutarlı dəlillərlə sübut edir. “Zəfərnamə”
müəllifi ġərəf əd-Din Əli Yəzdi yazırdı: “Sahibqıran (Əmir
Teymur - Y.H.) Kür çayını keçib, sədaqətli qoĢunun
üzəngisini Bərdəyə tərəf çəkdi. Əhali ona tabe oldu, itaət
göstərdi. Qarabağda həbsdə olan Boqrat Tiflisini hüzuruna
çağırtdırdı və onu... Məhəmməd dininə dəvət etdi... Boqrat
tohidi dilinə gətirdi... Sahibqıran həzrətləri mərhəmət və
hörmət bəsləyib Boqrata məxsus olan ölkənin (Gürcüstanın)
hakimiyyətini özünə qaytardı... Sahibqıran həzrətləri həmin
qıĢda səadət və iqballa Araz çayının sahilində qıĢladı.
Əmir Teymur 1387-ci il yanvarın 1-də Bərdəyə tərəf
üz tutdu. Muğan səhrasında və Ağdamda ov etdi, Araz
çayının kənarında məskən saldı. Çayın üzərində qayıqlardan
körpü saldılar və sağ-salamat çayı keçdi və Arran
Qarabağını özünə məskən seçdi (Bax: “Zəfərnamə”, səh. 60).
Əmir Teymur 1399-1400-cü ilin qıĢında - Qarabağ
qələbə əzmli ordunun iqamətgahına çevrildiyi vaxt
Gürcüstana hərbi yürüĢ planlaĢdırdı... Bu zaman Gürcüs-
tana gedən mühəssil (vergi toplayan) geri qayıtdı. Məlik
Georgi (Gürcüstan hakimi - Y.H.) öz qardaĢını çoxlu mal-
dövlət və vəsaitlə, hər cür töhfə, hədiyyə, ov heyvanları, ərəb
atları ilə Ġslam pənahı olan dərgaha göndərmiĢdi. Məlik
Georginin qardaĢı əmirlərin köməyi ilə ətək öpməyə nail
oldu, hədiyyələr verib, qardaĢının xahiĢini çatdırdı.
Sahibqıran Məlik Georginin günahlarını bağıĢlayaraq
buyurdu: “QardaĢına çatdır ki, aman verdim və bu ölkədən
yürüĢ üzəngisini geri çəkirəm, o Ģərtlə ki, bundan sonra öz
həddini bilsin, müsəlmanlarla ədəblə davransın, onların
qanunlarına əməl etsin, heç bir vəchlə islam əhlini təĢviĢə
91
salmağı ağlına gətirməsin...” (“Zəfərnamə”, səh. 67.)
Əmir Teymur 1402-ci il fevral ayının 16-da Qarabağa
gələrək burda məskən salmıĢ və həmin ilin mart ayının 12-də
ġəmkirə getmiĢdi. “Zəfərnamə”də deyilir: “ĠnĢa etmək,
qurmaq dünyanın böyük tədbirlərindən, bəni-Adəmin
mühüm iĢlərindən sayılır. Sahibqıranın ali məqsədi
dünyanın və aləm əhlinin xeyrinə cəhd göstərmək
olduğundan istər məskən saldığı və istərsə də səfərdə olduğu
vaxtlarda hardasa az müddətdə düĢərgə salıb qaldıqda
məmləkətlər bəzəyinin (Əmir Teymurun) fikri xeyirli
binaların inĢasına cəlb olunurdu. O cümlədən, günəĢ sayəli
düĢərgənin zəfərli cəmĢidi payız bürcünə tərəf dönəndə və
günəĢ Ģöləli (Sahibqıran) Qarabağ qıĢlağına gələndə
Beyləqanın təmir olunması arzusu mübarək qəlbində baĢ
qaldırdı. ġəhər uzun müddətdən bəri elə viran hala
düĢmüĢdü ki, nə binalarından əsər qalmıĢdı və nə də orda
həĢəratdan baĢqa canlı gözə dəyirdi.
...Soyuq mövsüm olmasına baxmayaraq, yarlıq verildi,
mahir mühəndislər, iĢbilən memarlar Ģəhərin xəndək, qala
divarları, dörd bazar, çoxlu evlər, hamam, saray, bostan
yerləri və sahələrinin planını hazırladılar. Plana əsasən
ərazini böldülər, iplə iĢarə etdilər və onları Ģahzadələr və
əmirlər arasında payladılar. QoĢun əhli böyük həvəslə iĢə
baĢladı. Həmin binaların hamısını biĢmiĢ kərpicdən tikib,
bir ay müddətində baĢa çatdırdılar. ġəhər barısının
uzunluğu böyük arĢın ilə 2400 arĢın, divarın eni 11 arĢın,
hündürlüyü 15 arĢına yaxın, xəndəyin eni 30 arĢın, onun
dərinliyi 20 arĢına yaxın idi. Hasarın dörd tərəfindən hər
birində mötəbər bürclər qaldırdılar, ortalarında isə baĢqa
bürclər tikdilər. Ġki tərəfində iki darvaza qoydular. Hər
yerində Ģərəfə (əzan yeri), deĢik (divar üstü) və mazğal
(səngəndaz) düzəltdilər. Əmir Teymurun göstəriĢi bir ay
müddətində həyata keçirildi. Ġlahinin köməyi ilə
Sahibqıranın zəkası olmadan bu qədər iĢləri qısa müddət
ərzində yerinə yetirmək mümkün deyildi. Bir ay ərzində
92
Beyləqan orta əsr Ģəhərləri içərisində özünəlayiq yaĢayıĢ
məskəninə çevrildi.
Sözsüz ki, Əmir Teymur olduqca qəzəbli şəxsiyyət idi. O,
bəzən məhəbbətin üzərinə qəzəb və kin çiləyib, cahanı alt-üst
edərdi, razılıq vaxtı rəhm etmək üçün lütflə danışdıqda aləm
onun sözlərindən və əməllərindən bəzənərdi (səh.74). Beyləqan
bərpa edilib gözəlləşdirildikdən sonra Əmir Teymur etibar etdiyi
Bəhram şahı Beyləqanın mühafizi vəzifəsinə təyin etmişdi.
Sahibqıranın şəxsi göstərişi ilə Beyləqandan keçməklə Araz
çayından arx çəkilməsi həyata keçirildi. Arx bir ay müddətində
çəkilib, başa çatdırıldı.
Qarabağ qıĢlağında baĢ verən hadisələrdən biri də
Əmir Teymurun ən əziz və sevimli adamı olan Seyid
Bərkənin gözlənilmədən xəstələnməsi və vəfat etməsi idi.
Əmir Teymurun göstəriĢi ilə onun cənazəsi Səmərqəndə
aparıldı. O, bu ağır itkinin təsiri altına düĢdü, qəm-qüssə
ona hakim kəsildi. Onun əhvali-ruhiyyəsini aradan qaldır-
maq üçün ov məĢğuliyyəti keçirmək qərara alındı. Bu məq-
sədlə Əmir Teymur AğdaĢ ərazisinə gedərək ov etməklə
məĢğul oldu.
Tarixi mənbələrdə qeyd olunur ki, Əmir Teymur 1404-cü
il iyulun 19-da Rum və Şam yürüşlərini başa çatdırıb,
Səmərqəndə qayıtdı. Onun paytaxta gəlişi böyük bayram
şənliklərinə səbəb oldu.
Əmir Teymur uğurlu hərbi yürüşlərdən vəcdə gələrək
düşünürdü ki, göydə Allah tək olduğu kimi yerdə də hakim tək
olmalıdır. O, Allaha dərindən inanırdı, həmişə yanında Quran
gəzdirirdi. Ustadı Seyid Bərkə Əmir Teymurun ən yaxın
məsləhətçisi idi. O, hərbi yürüşlərdən əvvəl və ya yazdığı
məktublarda ilk olaraq “Mən, Allahın qulu Teymur” sözləri ilə
başlayardı. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara və
tacirlərə toxunmazdı.
Əmir Teymur Çinə hərbi yürüş etmək üçün hazırlıq
görürdü. 1405-ci ilin soyuq fevral gecələrindən biri idi. Asiya
qitəsinin yarısından çoxunu fəth etmiş 69 yaşlı Əmir Teymur
93
qədim Otrar şəhərində amansız ölümlə mübarizə aparırdı.
İnanırdı ki, həkimi Fəzlullah onu ölümün pəncəsindən xilas
edəcək. Məhz ona görə də Çinə hərbi səfərin təxirə salınması
haqqında təklifləri qətiyyətlə rədd edirdi. Əmir Teymur həmişə
olduğu kimi yenə də Allahdan bu səfərin də zəfərlə başa
çatdırılması üçün dualar edir və ondan möhlət diləyirdi...
1405-ci ilin fevral ayının 17-də səhər həkim Fəzlullah
özündə cəsarət tapıb, Əmir Teymura həqiqəti söyləyə bildi.
Həkim göz yaĢları tökərək Əmir Teymura dedi ki,
vəsiyyətini etsin, yoxsa, gec olar... Əmir iĢıqlı həyatla əbədi
olaraq vidalaĢdı... O, ölüm ərəfəsində yalnız bir neçə söz
deyə bildi: “Məni Seyid Bərkənin ayağı altında dəfn edin...
Bir də ki, nə olursa-olsun, qılıncı əlinizdə möhkəm tutun...
Zəifliyi qəlbinizə yaxın buraxmayın. Zəiflik ağlınızı çaĢdırar,
ruhunuzu məhv edər, məqsədinizin həyata keçirilməsinə
böyük əzmlə çalıĢın. EĢidirsiniz? Zəif olan məqsədinə çata
bilməz!..”
Əmir Teymurun vəfatından sonra onun oğlanları və
nəvələri arasında hakimiyyət uğrunda mübarizə başlandı. Onun
varisi olan Pir Məhəmməd bu mübarizənin qarşısını ala
bilmədi... Əmir Teymurun yaratdığı güclü dövlət dağıldı.
1507-ci ildə Məhəmməd Şeybaninin başçılıq etdiyi köçəri
özbəklər Orta Asiya və Xorasanı tutmaqla, teymurilər dövlətinin
varlığına son qoydular.
Şuşa qəzeti,
iyun, 2012, №14
94
Yunis HÜSEYNOV,
tarix üzrə fəlsəfə doktoru
YUSĠF VƏZĠR ÇƏMƏNZƏMĠNLĠNĠN “ĠKĠ OD
ARASINDA” ROMANINDA ERMƏNĠ MƏSƏLƏSĠNĠN
QOYULUġU
Şuşada gözəl yaz fəsli hamının əhval-ruhiyyəsinə xoş təsir
göstərirdi. Hamı öz işi ilə məşğul idi. İbrahimxəlil xan xanlığın
bir sıra daxili və xarici problemlərini həll etmək məqsədilə geniş
müşavirə çağırmışdı. Burda demək olar ki, saray əyanları ilə
bərabər, bütün səlahiyyət sahibləri və ali ruhani təbəqəsinin
nümayəndələri də iştirak edirdi. Müzakirə olunan məsələlər
haqqında İbrahimxəlil xan, vəliəhdi Məhəmmədhəsən ağa, vəzir
Molla Pənah, şəhərin kələntəri Ağasi bəy, Mirzə Əliməhəmməd
ağa öz rəy və təkliflərini bildirdilər. Müşavirə günorta namazına
qədər öz işini davam etdirdi. Müşavirə başa çatdıqdan sonra
Məhəmmədhəsən ağa Molla Pənahı, Mirzə Əliməhəmməd ağanı
və Ohan keşişi nahara saxladı. Süfrədə boyanalı aş, üstündə
quzu soyutması, yanında sarımsaq-qatıq, bağırbeyin, bir sözlə,
can dərmanı desən, vardı. Məhəmmədhəsən ağa “bismillah!”
deyib, qonaqları yeməyə dəvət elədi. Molla Pənah yeməyin şirin
yerində:
- Doğrudan da, hər fəslin öz yeməyi var, bu yeməklər
insanda xoş arzular oyadır...
- Məhəmmədhəsən ağa Vaqifin sözlərinə əlavə olaraq
bildirdi ki, boyananı Ağdamdan göndəriblər.
Yemək süfrəsi qurtardıqdan sonra hamıya qəhvə,
Məhəmmədhəsən ağaya isə darçın çayı gətirildi. Darçın çayı
soyuqluq verən düyünün insan bədəninə gətirdiyi ziyanı aradan
qaldırır.
Qəlyan çəkmə uzun sürdü, söhbət öz məcrasından çıxdı
və bu arada üç-dörd il əvvəl Qarabağa Londondan gələn bir
erməni yada düşdü. Molla Pənah təəssüflə bildirdi ki, heyf, onu
görə bilmədim...
95
Mirzə Əliməhəmməd ağa Vaqifin sözünə əlavə etdi ki,
həmin erməni olduqca alçaq hərəkətlərə yol verib. Xan onun
barəsində çox humanistlik edib, günahlarından keçib. Ohan
keşiş
Əliməhəmməd
ağanın
sözlərini
məmnuniyyətlə
təsdiqləyərək:
- Xan, doğrudan da, o yaramaz barədə humanist mövqe
tutdu, ona toxunmadı. Bu murdar Həmədandan idi. Londonda
təhsil almışdı. Sonra Peterburqa gəlmiş, özü kimi yaramazlara
qoşulmuşdu. Onu öyrədib, Qarabağa göndərirlər ki, get, orda
yaşayan bir ovuc erməniləri yerli müsəlmanlara qarşı
mübarizəyə çağır. Bu bədniyyət alçaq buralarda vurnuxdu,
başıboş erməni tacirlərindən pul yığdı. Öçkilsəyə getdi, bizim
yararsız patriarxdan xeyir-dua aldı... Məqsədinə nail olmayıb,
Hindistana çıxıb-getdi.
Peterburqdan gələn erməni Yusif Əminin hərəkət-
lərindən Mirzə Əliməhəmməd ağanın xəbərdar olduğunu Ohan
keşişə bildirməsi məsələyə bir daha aydınlıq gətirdi. Mirzə
Əliməhəmməd ağa keşişə bildirdi ki, Qarabağa şeytan toxumu
səpməyə gələn Yusif Əmin Gürcüstan hakiminin yanında olmuş,
lakin İrakli onu qovmuşdu. Xan bu şeytanla məşğul olmağı
mənə tapşırmışdı. Mən ona bildirdim ki, bütün Azərbaycan
xanlıqlarında bir ovuc gəlmə erməni yaşayır... Özləri də alverlə
və əkin-biçinlə məşğul olurlar. Onlar bizim kimi at üstündə
qılınc oynada bilməzlər. Nə isə sonda Yusif Əmin mənə dedi ki,
mənim arxamda ingilis padşahı durur. Göründüyü kimi,
ermənilər kiminsə fitnəsinin qurbanına çevrilirlər.
Ohan keşiş əsəbi halda Mirzə Əliməhəmməd ağaya
bildirdi ki, bizim bədbəxt başbilənlərimiz bilməlidirlər ki, ingilis
və ya rus padşahlarının xatirinə iş görməklə heç bir şeyə nail ola
bilməyəcəklər. Müsəlmanlar öz torpaqlarında bizə yer vermiş,
qonaqpərvərlik göstərmişlər. Bunu dəyərləndirməmək sadəcə
olaraq alçaqlıq olardı.
Ohan keşiş danışdıqca daxildən sanki alışıb-yanırdı.
Əsəbilikdən əlləri və dodaqları titrəyir, ermənilərin cinayətkar
hərəkətlərini yada saldıqca odlanırdı. Ohan erməni xalqına
96
rəhbərlik etməyə çalışanların tarixçəsini yada salaraq dedi ki, bu
tarixçə çox qanlı və olduqca boş bir şeydir.
Ohan keşiş Ori haqqında bildiklərini tam açıqlığı ilə
həmsöhbətlərinə bildirdi. Onun Fransada, Almaniyada və
Avstriyada fırıldaqçılıqla məşğul olmasından, sonra I Pyotrun
yanına gəlməsindən ətraflı məlumat verdi və onu lənətləndirdi.
Eyni zamanda bildirdi ki, Şərq dillərinə bələd olan keşiş Ori
kimi murdarlar rus çarına gərəkli idi. I Pyotr Ori vasitəsilə İran
şahı Hüseynə məktub göndərib, orda yaşayan ermənilərin
vəziyyətini yaxşılaşdırmağı xahiş etmişdi. Bu xahişin arxasında
məkrli niyyətlər dururdu.
İrana “xoşməramla” gedən Ori ordan düşmən kimi
qayıtdı. Tarixi faktlar sübut edir ki, Həştərxan vasitəsilə İrana
gedən Ori heyəti öz çirkin əməllərini görüb qurtardıqdan sonra
Öçkilsəyə gəlir, ruhanilərə və məliklərə böyük vədlər verərək
geriyə - I Pyotrun sarayına qayıdır. Topladığı məlumatı çara
çatdırır. İndi İran səfərinə çıxmaq olardı... Əlbəttə, I Pyotr bu
səfəri həyata keçirdi. Aldadılmış ermənilər də bu səfərdə fəal
iştirak etdilər. Təbii ki, I Pyotr İranı və Qafqazı tərk edib, geri
çəkildi. Bu işdən ermənilər təşvişə düşdülər və onlara qarşı yerli
xalqların kin və nifrəti artdı. Beləliklə də, kənar ermənilərin
hərəkətləri Cənubi Qafqaz ermənilərinə qarşı düşmənçilikdən
başqa, heç bir şey gətirmədi. Keşiş Ohan bunu yaxşı başa
düşürdü. Hər dəfə erməni məsələsi dilə gətiriləndə Ohanın
əhval-ruhiyyəsi pozulur, əlləri və dodaqları əsirdi... Əsəbi halda
deyirdi: Qafqazda yaşayan ermənilər mənşəcə albanlardır.
Keşiş Ohan xəcalət çəkə-çəkə həmsöhbətlərinə “onları
duz-çörək tutsun”, - deyərək dərin bir “ah” çəkdi.
Şimali Azərbaycan xanlıqları arasındakı fikir ayrılığı
Qarabağ xanlığında birmənalı qarşılanmırdı. Baş verən siyasi
hadisələr heç də ürəkaçan deyildi. Şimaldan və cənubdan gələn
həyəcanlı xəbərlər İbrahimxəlil xanı narahat etməyə bilməzdi.
Bütün bu fikirləri xəyalında təhlil edən İbrahimxəlil xan sarayın
Bağrıqan dağına baxan pəncərəsinin önündə oturub, dərin xəyala
dalmışdı. Hər tərəf qarla örtülü idi. Günəş şüaları qarın üzərinə
97
düşərək gözqamaşdırıcı bir mənzərə yaradırdı. Şuşanın məhəllə
evlərinin bacalarından çıxan tüstü burularaq gah şəhərin şərqinə,
gah da şimal-qərbinə doğru hərəkət edirdi. Bu, küləyin
istiqamətindən asılı idi. Xan təbiətin möcüzəsinə baxdıqca
fərəhlənir, xanlığı və onun paytaxtı Şuşa ilə fəxr edirdi. Bütün
bunlara baxmayaraq, İbrahimxəlil xan daxilən olduqca narahat
idi. Belə bir vəziyyətdə onun qəlbindən keçənləri həll etmək
üçün maraqlı həmsöhbətə böyük ehtiyacı var idi.
Belə hallarda xanın ən yaxın həmsöhbəti Vaqif idi. O,
İbrahimxəlil xanın otağına daxil olarkən onun dərin fikrə
daldığını hiss elədi. Xan Vaqifi görüncə xəyal dünyasından
ayrıldı və vəzirin salamını alıb, bir qədər rahat oldu. Kələntər
Ağasi bəy də burda idi. Vaqif xanı xəyallardan tamamilə
ayırmaq və ona xoş əhval-ruhiyyə bəxş etmək məqsədilə
tamamilə başqa bir mövzu ətrafında söhbətə başladı:
- Xan sağ olsun, bu gün əlimə bir kitab düşüb. Kitab
salnamə xarakterində olub, qədim rəvayət və əhvalatlardan
xəbər verir.
İbrahimxəlil xan tarixə böyük maraq göstərdiyi üçün
maraqla soruşdu:
Orda nədən söhbət gedir?
- Vaqif xanın əhval-ruhiyyəsində baş verən sevinci hiss
edərək söhbətə başladı.
- Hələ hicrəti-xatəmələnviyandan (Məhəmməd (s)
Məkkədən Mədinəyə köçməsi tarixi nəzərdə tutulur) min il
qabaq bizim bu Qarabağda zərdüştlər yaşamış, Turan elləri
Dərbənddən, səddi-İskəndərdən keçib, buraları özlərinə məskən
etmişdilər. “Salnamə”də rəvayət olunan İran-Turan müharibəsi
bizim Kür-Araz arasında vaqe olmuşdur. Bizim bu ölkənin
başına çox qəribə qəziyyələr gəlmişdir.
Bu arada Kələntər Ağasi bəy söhbətə müdaxilə edərək
bildirdi ki, Pənahəli xan Fətəli xan Əfşarın üstünə gedərkən
məni də özü ilə aparmışdı. Lakin mən yaralandım və Ərdəbildə
müalicə olundum. Orda olduqca məlumatlı, həmişə ibadətlə
məşğul olan qoca bir şeyx var idi. Bir dəfə mənim yanıma gəlib,
98
yataq döşəyimin üstündə əyləşərək söylədi ki, Aran böyük bir
ölkəymiş məqərər-səltənəti (mərkəzi-şəhəri) də Gəncə olmuşdur.
İbrahimxəlil xan birdən Vaqifə belə bir sualla müraciət
etdi:
Dostları ilə paylaş: |