ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


Qarabağ  xanının  ġərqin  açarı  sayılan  ġuĢa  kimi  əzəmətli



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   ...   6   7   8   9   10   11   12   13   14

Qarabağ  xanının  ġərqin  açarı  sayılan  ġuĢa  kimi  əzəmətli 
qalası var, - deyə qüvvət və qüdrətinin Təbrizə qədər hökmü 
yeridiyini məmurun nəzərinə çatdırdı: - Biz əlahəzrət çariçə 
ilə  də  dostluq  münasibətləri  saxlamaq  fikrindəyik.  Bir  az 
dayanaraq  ciddi  bir  baxıĢla  BurnaĢevi  süzdü  və  sonra 
Ġraklinin  bağladığı  müqaviləyə  iĢarə  edərək  eyni  Ģərtlərin 
Ġbrahimxəlil xanın da qəbul edəcəyini sezdirdi. 
Burnaşev  gülümsündü.  Onun  bu  hərəkətində  çar 
nümayəndəsinin  bu  şərtlərə  razı  olmadığı  aşkar  surətdə  hiss 
olunurdu. Burnaşevin siması birdən-birə sərtləşdi: 
-  Siz  əlahəzrət  çariçənin  alicənablığına,  mərhəmətinə 
inanmalısınız, bu, sizin üçün böyük ne‟mət ola bilər. 
 
 

 
 
110 
Vaqif də ciddi bir Ģəkildə: 
-  Mərhəmət  böyük  nemətdir,  çox  doğru  deyirsiniz, 
lakin ölkələr arasında münasibətlərin də qayda-qanunu var. 
Ġbrahimxəlil  xan  vüqarlı,  uzaqgörən  dövlət  xadimidir.  Mən 
deyə  bilmərəm  o,  sizin  irəli  sürdüyünüz  Ģərtləri  qəbul 
edəcək,  ya  yox!  Xan  üçün  xanlığın  tam  müstəqilliyi  onun 
üçün hər Ģeydən əzizdir. Bunu sözlə ifadə etmək çox çətindir. 
Vaqifin  bu  məğrurluğu  BurnaĢevə  güllə  kimi  təsir 
etdi.  Vaqifin  tutarlı  dəlilləri  qarĢısında  məmur  olduqca 
cılızlaĢdı  və  özünü  itirdi...  Necə  deyərlər,  daĢ  qaya  ilə 
qarĢılaĢmıĢdı. 
Vaqif    və  onun  rəhbərlik  etdiyi  nümayəndə  heyəti 
Şuşaya gələn kimi baş vəzir İbrahimxəlil xanın qəbuluna getdi. 
Tiflisdə  gördüklərini,  Rusiya  dövlətinin  Gürcüstanla  imzaladığı 
müqavilənin  mahiyyətindən  xana  ətraflı  məlumat  verdi.  Daha 
sonra  Tiflisdəki  çar  məmurunun  Qarabağ  xanlığının  da  qeyd-
şərtsiz  Rusiyanın  himayəsinə  girməsi  haqqındakı  fikirlərini  də 
İbrahimxəlil  xanın  nəzərinə  çatdırdı.  Vaqifin  bu  sözləri 
İbrahimxəlil  xanın  qəzəbinə  səbəb  oldu.  Vaqif  xanı 
sakitləşdirmək  üçün  xanlığın  bütün  mənafelərini  qoruduğunu 
xanın nəzərinə çatdırdı.  
Mirzə Əliməhəmmədin dalınca adam göndərmiĢəm, 
gəlsin  məsləhətləĢək,  -  deyə  Ġbrahimxəlil  xan  əsəbi  tərzdə 
danıĢmağa baĢladı. 
Vaqif nikbin bir vəziyyət alaraq dedi:  
-  Xan  sağ  olsun,  rusları  ələ  almaq  üçün  imkanımız 
var.  Ġndi  biz  müdafiə  iĢlərimizi  daha  da  gücləndirməli  və 
ərzaq 
ehtiyatlarımızı 
artırmalıyıq. 
Razılığa 
gələ 
bilmədiyimizi  ermənilər  yəqin  ki,  biləcəklər.  Ona  görə  də 
onlar apardığımız iĢlər haqqında Tiflisə xəbər çatdıracaqlar, 
haram  olsun  onların  yediyi  çörək!  Torpağımızda  özlərinə 
sığınacaq  tapmalarına  baxmayaraq,  özlərini  düĢmən  kimi 
aparırlar. 
Söhbətin Ģirin yerində Mirzə Əliməhəmməd ağa icazə 
alaraq  otağa  daxil  oldu.  O,  Ġranda  baĢ  verən  siyasi 

 
 
111 
hadisələrdən,  xarici  dövlətlərin  Ağa  Məhəmməd  xan 
Qacarla  münasibətlərindən  ətraflı  məlumat  verdi.  Sözünün 
sonunda  Mirzə  Əliməhəmməd  ağa  onu  da  bildirdi  ki, 
tacirlərin  gətirdikləri  xəbərə  görə  Firəngistan  hökuməti 
Ġsfahana  elçi  göndərib,  Ağa  Məhəmməd  xan  Qacarla 
danıĢıqlar aparırlar.  
Ġbrahimxəlil  xan  Ġran  haqqında  Vaqifin  fikrini 
öyrənmək  üçün  nəzərini  ona  yönəltdi.  Vəzir  özünəməxsus 
qürurla: - Xan sağ olsun, Ġrandan bizə hələlik qorxu yoxdur, 
əsas  məsələ  rus  məsələsidir.  Ermənilər  bizdən  rusa  yenə  də 
böhtanla  dolu  kağız  yazacaqlar,  Ġrakli  bizdən  uzaqlaĢıb, 
Gəncəni  və  Ġrəvanı  onun  əsarətindən  qurtarmalıyıq. 
Süleyman  paĢa  ilə  əlaqə  yaratmaq  lazımdır.  Əmmə  xan 
hücuma hazır olmalıdır. Təzyiqə məruz qalan xanlarla əlaqə 
yaratmaq  və  onlara  kömək  lazımdır.  Fətəli  xanla,  ġəki 
hakimi Əbdülqədir xanla dil tapmaq, qüvvələri birləĢdirmək 
lazımdır. Onda güclü olarıq, sözümüzün kəsəri olar. 
Ġbrahimxəlil  xan  çox  məyus  idi.  Otaqda  tək  qalıb, 
xəyala  dalmıĢdı.  Mən  dəfələrlə  kömək  verib,  dardan 
qurtardığım Ġrakliyə tac gəlsin, peĢkəĢlər verilsin... Mənə də 
Ģərtsiz-sübutsuz  təbəəlik  təklif  olunsun.  Ġraklinin  mənimlə 
iyirmi  illik  dostluğu  xəyanətlə  baĢa  çatdı.  Ġndi  də  deyir 
Qalanın  qapısını  aç,  düĢməni  içəri  burax,  erməni  qəddini 
düzəltsin. 
Musa  Soltanın  çar  sarayından  nə  xəbərlə 
qayıdacağını 
Ġbrahimxəlil 
xanla 
Vaqif 
səbirsizliklə 
gözləyirdi.  Onun  apardığı  məktubda  Qarabağ  xanlığının 
himayəyə  hazır  olduğu,  xanın  hakimiyyətdə  qalacağı,  daxili 
iĢlərimizə  qarıĢmamaq  və  Qarabağ  torpağında  asayiĢin 
pozulmaması qeyd edilmiĢdi. 
Ġbrahimxəlil xan xəyaldan ayrılıb, qəti bir səslə dedi: 
-  Dünya  dağılsa  da,  mən  rusun  təklif  etdiyi 
boyunduruğu qəbul etməyəcəyəm. Ermənilərin heçdən tarix 
səhnəsinə  çıxmalarına  yol  verə  bilmərəm.  Valiyə  edilən 
hörmət mənə də edilərsə... 

 
 
112 
Bu  zaman  Musa  Soltan  içəri  daxil  oldu.  Onun 
gətirdiyi  məktub  Tiflisdə  BurnaĢevin  Vaqifə  dediklərini 
özündə ehtiva edirdi. 
Qasid  həyəcanlı  xəbər  gətirdi,  qonşu  xanların  Qarabağ 
ərazisinə  hücum  edib,  soyğunçuluqla  məşğul  olduqlarını 
İbrahim  xana  xəbər  verdi...  Vəziyyət  yaxşı  deyildi.  Qarabağ 
igidləri onları susdurmalı idilər və bu işi uğurla başa çatdırdılar.  
İbrahimxəlil  xan  əhalini  məhv  olmaqdan  qurtarmaq  və 
dağıntıların  qarşısını  almaq  üçün  Məhəmməd  bəyi  hüzuruna 
çağırıb,  Ağdam  istiqamətində  baş  verən  siyasi  hadisələrin 
tezliklə  qarşısını  almağı  əmr  etdi.  Məhəmməd  bəy  ən  yaxın 
silahdaşı  Səfər  vasitəsilə  çox  qısa  vaxt  ərzində  3000  qoşun 
toplayıb, yola düşdü. 
Ġbrahimxəlil  xan,  Məhəmmədhəsən  ağa,  Mirzə 
Əliməhəmməd, ġahməhəmməd və baĢqaları qoĢunla birlikdə 
xanlığın müəyyən istiqamətlərindən hərbi yürüĢə baĢladılar. 
Əlbəttə,  xanın  silahlı  qüvvələri  igidlik  göstərərək  Qarabağ 
xanlığının  ərazisinə  soxulmuĢ  qarətçi  silahlı  dəstələri  bir 
neçə  gün  ərzində  vurub,  ərazidən  çıxartdılar.  Əsir  alınan 
əhali  və  onların  qarət  edilmiĢ  əmlakları,  mal-qara 
düĢməndən alındı. 
Ġbrahimxəlil  xan  ġuĢa  qalasına  qayıtdıqdan  sonra 
müĢavirə çağırdı. Ağasi bəy görülən iĢlər haqqında məlumat 
verərək  bildirdi  ki,  Məlik  Abo,  Məlik  Məcnun  və  Qanzasar 
keĢiĢi  satqınçılıq  etdiklərinə  görə  nəzarət  altına  alınmıĢlar. 
Onlar  Tiflisə  adam  göndərib,  rusları  Qarabağa  hücum 
etməyə  çağırmıĢlar.  Bu  xəbər  xanı  sarsıtdı.  Xan  bildirdi  ki, 
mən  Abonu  niyə  salamat  buraxdım  ki,  indi  mənə  qarĢı 
qiyam  qaldırsın.  Ġbrahimxəlil  xan  Kələntər  Ağasi  bəyə 
göstəriĢ verdi ki, satqınları tutub mənim yanıma gətir. Ağasi 
bəy baĢ üstə deyib, otaqdan çıxdı.  
Vaqiflə  Mirzə  Əliməhəmməd  saraydan  çıxıb,  piyada 
evə  gedirdilər.  Saatlı  məhəlləsində  onlar  keĢiĢ  Ohanla 
qarĢılaĢdılar.  Ohan  ermənilərin  hərəkətlərini  eĢitmiĢdi. 
Utana-utana  salam  verdi,  məliklərə  və  keĢiĢə  lənət  oxudu. 

 
 
113 
Onları  gətirmək  üçün  atlı  dəstə  göndərildiyini  Vaqif  keĢiĢ 
Ohana bildirdi. 
Ağasi  bəy  iki  həftədən  sonra  sığnaq  səfərindən  geri 
döndü.  Qanzasar  keşişinin  evindən  knyaz  Potyomkinə  yazılmış 
məktublar  tapıldı.  Xəyanətlərinin  üstünün  açıldığını  görən  Abo 
və Məcnun Ağasi bəyin gəlməsi xəbərini eşidib, Gəncə yolu ilə 
rus qoşunlarının yanına qaçdılar. 
Ağasi  bəy  Məcnunla  Abonu  ələ  keçirə  bilmədiyindən 
çox  narahat  idi.  Fikirləşirdi  ki,  nə  üçün  onları  Çiləbörd  məliyi 
Allahqulunun  yanına  göndərmədik.  Rəhmətlik  Pənahəli  xanın 
dövründə  o,  özünü  düzgün  aparmadığı  üçün  çox  haqlı  olaraq 
xan onu cəhənnəmə göndərmişdi. Gərək biz də satqınları, üzə ağ 
olanları da həmin yerə göndərək. 
Georgiyevsk  müqaviləsindən  dörd  il  sonra  Türkiyə  ilə 
Rusiya  arasında  yenidən  müharibə  başlandı.  Rusiyanın  başının 
müharibəyə qarışması nəticəsində Qafqaza müdaxilə müvəqqəti 
olaraq  təxirə  salınmışdı.  İranda  da  daxili  vəziyyət  mürəkkəb 
olaraq  qalırdı.  Hakimiyyət  uğrunda  mübarizə  yeni  mərhələyə 
daxil olmuşdu. Bütün  bunlar Qarabağ xanlığında müvəqqəti də 
olsa,  sakitliyə  zəmin  yaratmışdı.  İbrahimxəlil  xan  bu 
vəziyyətdən  istifadə  edərək  daxildə  təxirə  salınmaz  işlər  həyata 
keçirirdi.  Şimali  Azərbaycan  xanlarından  heç  biri  indi 
İbrahimxəlil  xana  mane  ola  bilmirdilər.  Deməli,  xan  gələcək 
mübarizələrə  hazır  olmaq  üçün  xanlığın  möhkəmləndirilməsini 
davam etdirirdi. 
1787-1791-ci  illər  Türkiyə-Rusiya  müharibəsi  davam 
edirdi... 
Qarabağda  payız  fəslinin  qızıl  çağı  idi.  Ġbrahimxəlil 
xan  yorğunluğunu  və  gərgin  vəziyyətini  yüngülləĢdirmək 
üçün  yaxın  adamlarından  ibarət  yüz  atlı  ilə  Yevlax 
istiqamətində  ova  çıxmıĢdı.  Vaqif  ġəki  xanının  ona 
bağıĢladığı  naxıĢlı  tüfəngini  atının  yəhərinin  qaĢından 
asmıĢdı.  Əllərinə  əlcək  geymiĢ  quĢçular  əllərində  iyirmiyə 
qədər 
qızıl  quĢ  tutmuĢdular.  Ovçular  ov  tulası 
götürməmiĢdilər, çünki quĢ ovunda tula götürməzdilər. 

 
 
114 
Ġbrahimxəlil  xan  ovçuluğa  hərbi  məĢğələ  kimi 
baxırdı.  Dəqiq  niĢan  almaq,  vəhĢi  heyvanlarla  mübarizə 
aparmaq,  çeviklik  və  güc  lazım  idi.  DöyüĢçülərə  bu 
keyfiyyətlər aĢılanırdı.  
Ağa Məhəmməd xan Qacarın Ġranda hakimiyyəti ələ 
alması  Qarabağ  xanlığında  da  birmənalı  qarĢılanmadı. 
Məhəmmədhəsən  ağa  ilə  Vaqifin  arasında  gedən  söhbət 
zamanı axund ona ehtiyatla bildirdi ki, nicat yolunu Ġranda 
görmürəm.  Xanlığın  mənafeyi  naminə  hansısa  bir  sədaqətli 
dövlətə meyl etməliyik. Məhəmmədhəsən ağa da eyni fikirdə 
olduğunu bildirdi... 
Söhbət  ġahməhəmmədin  dəfn  mərasimində  baĢ 
verdiyindən  söhbətin  geniĢlənməsini  məqsədəuyğun  hesab 
etmədilər. 
Duman  ətrafı  bürümüşdü,  göz-gözü  görmürdü.  Dəfn 
mərasimi  başa  çatdıqdan  sonra  hamı  şəhərə  doğru  qalxmağa 
başladı.  Adamlar  dərin  sükut  içində  idi.  Şahməhəmməd  xanın 
sədaqətli məmurlarından biri idi.  
Nəhayət,  İranda  hakimiyyət  uğrunda  gedən  mübarizədə 
Ağa  Məhəmməd  xan  Qacar  bütün  rəqiblərinə  qalib  gələrək 
şahlıq  kürsüsünə  yiyələndi.  Onun  Təbrizə  gələn  nümayəndəsi 
Süleyman  xan  İrəvan  və  Naxçıvan  xanlarını  İran  himayəsinə 
çağırdısa  da,  rədd  cavabı  aldı.  Daha  sonra  İrəvan,  Qarabağ, 
Talış, Dağıstan xanlarına və Gürcüstana elçilər göndərərək İran 
himayəsinə  girməyi  təklif  etdi,  yenə  rədd  cavabı  aldı.  Şəki, 
Şirvan,  Dərbənd,  Bakı  xanlıqları  Ağa  Məhəmməd  xanın 
elçilərini  hörmətlə  qəbul  edib,  İran  himayəsinə  keçməyə  razı 
olduqlarını  bildirdilər.  Gəncə  xanı  Cavad  xan  isə  tərəddüd 
edirdi. Əslində, o, İrana meylli idi... 
İran  təhlükəsi  Qarabağ  xanlığının  sarayında  təşviş 
yaratmışdı. Bir neçə il əvvəl yaranmış əmin-amanlıq birdən-birə 
pozulmuşdu. Şuşa qalasının kələntəri Ağasi bəyin əsas işi xanın 
verdiyi tapşırıqlara, müdafiə işlərinə yönəldilmişdi. 
Vaqif iki-üç gün idi ki, evdən çölə çıxmırdı. İbrahimxəlil 
xanın  göstərişi  ilə  nəzərdə  tutulan  dövlətlərin  başçılarına 

 
 
115 
məktublar  yazır,  Mirzə  Camal  isə  onların  üzünü  tirmə  kağıza 
köçürürdü.  Onlar  Mirzə  Əliməhəmmədin  otağa  girməsini  hiss 
etmədilər.  Mirzə  Əliməhəmməd  salam  verib,  cavab  aldı.  O, 
Türkiyə sultanına yazılan məktubu aparmaq üçün gəlmişdi. 
Vaqif mehribancasına dedi: 
-  Mirzə,  çalış,  İstanbula  tez  çat.  Sultana  vəziyyəti 
hərtərəfli  danış,  de  ki,  biz  iki  od  arasında  qalmışıq,  yeganə 
çarəmiz  Osmanlı  himayəsidir.  Bildir  ki,  tezliklə  silahlı  qüvvə 
göndərməsə, Qacar xanı bizi məhv edəcək. 
Mirzə  Əliməhəmməd  məktubu  alıb,  səliqə  ilə  qurşağına 
qoydu. Sonra mehribancasına dedi: 
- Axund, arxayın ol, inşallah, əliboş qayıtmaram. 
Vaqif  Mirzə  Əliməhəmmədlə  qucaqlaşıb-öpüşdü.  Ona 
uğurlar  arzuladı,  gözləri  yaşardı...  Mirzə  Əliməhəmməd  ata 
minib,  yoldaşları ilə birlikdə Rum səfərinə  yola düşdü. Vaqifin 
göstərişi ilə xidmətçilərdən biri onların ardınca bir tas su atdı... 
ġuĢada müdafiə üçün böyük hazırlıq iĢləri aparılırdı. 
Küçələrdə silahlı adam əlindən tərpənmək mümkün deyildi. 
Ġbrahimxəlil  xan,  Məhəmmədhəsən  ağa,  Vaqif  kələntər 
Ağasi  bəyin  apardığı  iĢdən  razı  idilər.  Onlar  bu  iĢi  daim 
diqqətdə  saxlayırdılar.  Dağ  yolları  ilə  Ģimaldan  gətirilən 
toplar ġuĢanın cənub-Ģərq ərazisində, Dağıstandan və baĢqa 
yerlərdən  köməyə  gələn  silahlı  qüvvələr  isə  Ģəhərin 
məhəllələrində yerləĢdirilirdi. 
İbrahimxəlil  xan  Məhəmməd  bəyi  çağırtdırıb,  Qalaya 
gətirmişdi.  O, qoşunla  Araz sahilinə  getməli idi.  Batmanqılınca 
çox mühüm hərbi tapşırıq verilmişdi. 
Ağa  Məhəmməd  şah  Qacar  Qarabağ  xanlığına  hücuma 
keçmişdi.  İbrahimxəlil  xan  Tuğ  kəndi  istiqamətində  səngər 
qurmuşdu.  Məhəmməd  bəy  Cavanşir  Xudafərin  körpüsünü 
dağıtmışdı.  Məlik  Məcnun  Ağa  Məhəmməd  şahın  bələdçisinə 
çevrilmişdi.  Qacar  şahı  Xudafərin  körpüsünün  dağıdılmış 
hissəsini  bərpa  etdirə  bildi.  Bunu  Məhəmməd  bəy  bilmirdi.  O, 
üç  min  əsgərlə  Araz  çayının  şimal  ərazisində  iranlıları 
gözləyirdi.  Onun  döyüşçüləri  İran  ordusuna  ağır  zərbə 

 
 
116 
endirdilər. Lakin qüvvələr bərabər deyildi... 
Qızılbaşlar  xanlığın  paytaxtına  doğru  irəliləyib,  1795-ci 
ilin iyununda onu mühasirəyə aldılar. Otuz üç günlük mühasirə 
heç  bir  nəticə  vermədi.  Qarabağlılar  Şuşa  qalasının  alınmaz 
olduğunu bir daha sübut etdilər. Erməni ünsürlərinin bələdçiliyi 
də  puça  çıxdı.  Ağa  Məhəmməd  şah  Qacar  Şuşanın 
mühasirəsindən əl çəkib, Tiflisə yürüşə başladı. 
Mirzə 
Əliməhəmməd 
İstanbuldan 
xoş 
xəbərlə 
qayıtmadı...  Vaqif  xanın  çağırdığı  növbəti  müşavirədə  bir  daha 
qətiyyətlə  bildirdi  ki,  Ağa Məhəmməd şah Qacardan qurtarmaq 
üçün yeganə çarə - Rusiya himayəsidir. 
Bəzi  ağaların  etirazlarına  baxmayaraq,  İbrahimxəlil  xan 
Rusiyaya himayəçilik haqqında məktub yazmağı Vaqifə tapşırdı. 
Bu məktub Şimali Qafqazda yerləşən rus ordusunun komandanı 
vasitəsilə II Yekaterinaya göndərildi. 1796-cı il may ayının 2-də 
o,  Azərbaycana  ordu  göndərdi.  Lakin  Yekaterinanın  ölümü  ilə 
əlaqədar rus qoşunu I Pavelin əmri ilə geri çağırıldı.  
Ağa  Məhəmməd  şah  Qacar  V.A.Zubovun  Azərbaycana 
gəlməsini  qəzəblə  qarşıladı.  O,  Qafqaz  xalqlarını  birləşməyə 
çağıran  məktub  göndərdi.  Çağırışda  göstərilirdi  ki,  rusun 
Qafqaza  gəlməsinin  məqsədi  xristianlığı  yaymaq  və  regionda 
özü  üçün  sərfəli  xristian  dövləti  yaratmaqdır.  Ona  görə  də 
Qafqazda yaşayan bütün müsəlman xalqları birləşməlidirlər. 
Qacar  xanı  nə  qədər  diplomatik  səy  göstərdisə  də, 
İbrahimxəlil  xana  təsir  göstərib,  özünə  tabe  edə  bilmədi.  Onun 
Rusiyaya  meylinin  qarşısını  ala  bilmədi.  Rus  ordusunun 
Azərbaycanı  tərk  edib  getməsi,  Ağa  Məhəmməd  şah  Qacarın 
Qarabağ  xanlığına  qarşı  yeni  yürüşünə  səbəb  oldu.  O,  1797-ci 
ilin  yazında  İbrahimxəlil  xanı  məhv  etmək  üçün  çoxsaylı 
qoşunla  Qarabağa  hücuma  keçdi.  Bu,  elə  bir  dövr  idi  ki, 
xanlıqda  quraqlıq  nəticəsində  üç  il  idi  ki,  taxıl  və  başqa  kənd 
təsərrüfatı  məhsulları  kəskin  surətdə  azalmışdı,  əhali  ərzaq 
cəhətdən  korluq  çəkirdi.  Ermənilər  xanlığın  daxili  vəziyyəti 
barədə Ağa Məhəmməd şah Qacara ətraflı məlumat vermişdilər. 
İbrahimxəlil  xan  iranlılara  müqavimət  göstərsə  də, 

 
 
117 
istədiyi  nəticəni  əldə  edə  bilmədi.  O,  “Topxana”  adlandırılan 
ərazidən  Şuşanı  top  atəşinə  tutan  Qızılbaşların  toplarını  məhv 
etmək üçün  gizli  yolla hücuma keçib,  topları sıradan çıxarmağı 
qərara aldı. Həmin topları fransız mütəxəssisləri idarə edirdilər. 
Xan  topları  və  onları  idarə  edənləri  zərərsizləşdirib,  şəhərə 
qayıdarkən  yolların  Qacar  qoşunları  tərəfindən  tutulduğunu 
gördü.  Vəziyyətin  ağır  olduğunu  görən  xan  qohumu,  avar  xanı 
Əmmə xanın yanına getdi... 
Qacar  xanı  Şuşanı  tutdu,  lakin  bir  həftədən  sonra 
öldürüldü. Bu hadisə 1797-ci il iyun ayının 11-də baş vermişdi.  
İbrahimxəlil  xan  doğma  şəhərə  qayıtdı  və  hakimiyyəti 
yenidən  ələ  alıb,  xanlığı  idarə  etməyə  başladı...  Lakin  Molla 
Pənah  Vaqif,  Mirzə  Əliməhəmməd,  Ağasi  bəy  artıq  həyatda 
deyildilər,  amansızcasına  qətlə  yetirilmişdilər.  Onların  yoxluğu 
İbrahimxəlil xana mənəvi cəhətdən ağır təsir göstərirdi... 
İbrahimxəlil xan Rusiyanın himayəsindən böyük ümidlər 
gözləyir  və  bu  məsələ  ətrafında  Vaqifin  məsləhətlərini 
unutmurdu. 
Rusiya  imperiyası  Qafqazın  işğalını  tezliklə  həyata 
keçirmək  məqsədilə  yeni  planlar  hazırlayırdı.  1801-ci  ildə 
hakimiyyətə  gələn  çar  I  Aleksandrın  göstərişi  ilə  bu  iş 
sürətləndirildi.  Qafqaza  hərbi  yürüşdə  iştirak  edəcək  qoşuna 
P.D.Sisianov  başçı  təyin  edildi.  O,  Cənubi  Qafqaza 
gəlməmişdən  ermənilər  rusların  planlarından  xəbər  tutdular  və 
həvəslə  onun  yürüşündə  iştirak  etmək  arzusunda  olduqlarını 
bildirdilər.  Erməni  keşişi  Danil  öz  soydaşlarının  səfərbər 
olunmasını  elan    etdi.  Ermənilər  Şimali  Azərbaycanın  başqa 
xanlıqları  kimi,  Qarabağ  xanlığı  haqqında  Sisianovda  düşmən 
mövqeyi  yarada  bildilər.  Sisianovun  əli  Gəncə  xanlığında  qana 
boyandı.  Yenə  də  ermənilər  öz  alçaq  hərəkətləri  ilə  ruslara 
xidmət  göstərir,  xanlığın  hərbi  qüvvələri  haqqında  və  başqa 
təchizatları barədə Sisianova məlumat verirdilər.  
Lakin  Sisanov  Qarabağ  xanlığını  işğal  etməyi  əsas 
tuturdu. Beləliklə də, 1805-ci il mayın 14-də Kürəkçay sahilində 
İbrahimxəlil  xanla  P.D.Sisianov  arasında  “Andlı  müqavilə” 

 
 
118 
imzalandı. Riyakarlıqla imzaladığı bu müqavilədə Rusiya demək 
olar  ki,  öz  məkrli  niyyətinə  çatdı.  Sisianovun  məqsədi  Şuşa 
qalasına  qoşun  yeritmək  idi.  Bu  müqaviləyə  əsasən  Qarabağ 
xanı İbrahimxəlil xan Rusiyanın vassalı oldu. Xarici dövlətlərlə 
müstəqil  əlaqələr  saxlamaq  hüququndan  imtina  etdi.  Rusiya 
xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürdü. 
P.D.Sisianov  mayor  İvan  Lisaneviçin  başçılığı  altında 
Şuşaya  500  əsgər,  üç  top  göndərdi.  Beləliklə  də,  İbrahimxəlil 
xanın  bütün  hüquqları  əlindən  alındı.  Bütün  hakimiyyət 
Lisaneviçin  əlinə  keçdi.  O,  İbrahimxəlil  xanı  özündən  asılı 
vəziyyətə salmışdı. 
1806-cı  il  iyun  ayının  12-də  Lisaneviç  hərbi  dəstəsi  ilə 
birlikdə  İbrahimxəlil  xanın  üzərinə  hücum  edib,  onu,  ailə 
üzvlərini və yaxın adamlarını vəhşicəsinə öldürdü. Sözsüz ki, bu 
qətldə erməni ünsürü də öz rolunu oynamışdı. 
Son araşdırmalar sübut edir ki, öldürülənlərin sayı 35 
nəfər  olmuşdur. 

 
 
119 
Yunis HÜSEYNOV,  
tarix üzrə fəlsəfə doktoru 
 
AZƏRBAYCANLILARIN SOYQIRIMI 
 
«Tarixi  olduğu  kimi  qəbul  etmək, 
dərk 
etmək 
və 
olduğu 
kimi 
qiymətləndirmək  lazımdır.  Tarixi 
təhrif etmək də olmaz, tariximizdəki 
qara 
ləkələri, 
qara 
səhifələri 
unutmaq da olmaz». 
Ulu Öndər 
HEYDƏR ƏLĠYEV 
 
XIX  əsrin  əvvəllərindən  ermənilərin  Cənubi  Qafqaza 
köçürülüb 
məskunlasdırılması 
burda 
cinayətkarlığın 
bünövrəsini  qoydu.  İrandan  və  Türkiyədən  gətirilən  yüz 
minlərlə  erməni  ailəsinin  Qarabağ,  Naxçıvan  və  İrəvan 
xanlıqlarında  yerləşdirilməsi  xalqımız  üçün  ağır  nəticələr 
törətdi, 
Rus-İran  müharibələri  (1804-1813  və  1826-1828-ci 
illər)  zamanı  ruslar  ailələri  ilə  birlikdə  baş  götürüb,  qonşu 
dövlətlərin  ərazilərinə  qaçan  azərbaycanlıların  boş  qalmış 
evlərində erməniləri məskunlaşdırır və bu yolla onların sayını 
süni  yolla  artırırdılar.  Bundan  başqa,  yay  dövründə  arandan 
dağa  gedən  yarımköçəri  elatların  da  evləri  ermənilər 
tərəfindən  zəbt  olunur  və  azərbaycanlıların  bütün  əmlakları 
mənimsənilirdi. 
Birinci  Dünya  müharibəsi  (1914-1918)  dövründə 
silahlı  erməni  quldurları  Türkiyə  və  Azərbaycan  ərazilərində 
kütləvi  qırğınlar  törətdilər.  Əməllərinin  cəzasız  qaldığını 
görən  ermənilər  daha  da  azğınlaşdılar.  «Böyük  Ermənistan» 
yaratmaq  məqsədilə  qonşu  torpaqlar  hesabına  «dövlət» 

 
 
120 
yaratmaq  xülyasına  düşdülər.  1918-1920-ci  illərdə  onlar 
Qarabağ,  Naxçıvan,  İrəvan,  Gəncə,  Şamaxı,  Quba,  Lənkəran 
qəzalarında  tarixdə  görünməmiş  milli  qırğın  törətdilər,  on 
minlərlə azərbaycanlının qanı axıdıldı. Azərbaycanlılara qarşı 
1918-ci  ilin  mart  ayında  törədilən  soyqırımın  təşkilatçısı 
daşnak S.Şaumyan və quldur silahdaşları idi. Onun hazırladığı 
təxribat  ağır nəticələrə səbəb oldu. Ermənilər Bakıda Erməni 
Milli  Şurası  yaratdılar.  Bu  şura  azərbaycanlılara  qarşı  milli 
qırğın  törətməkdə  S.Şaumyana  və  onun  quldur  dəstələrinə 
fəal  kömək  edirdi.  Çox  çəkmədən  Erməni  Milli  Şurası 
S.Şaumyanın  başçılıq  etdiyi  Bakı  Sovetinin  tərəfinə  keçdi. 
Mart  qırğını  ərəfəsində  Bakıda  fəaliyyət  göstərən  eser,  kadet 
və  daşnaklar  ermənilərə  kömək  üçün  vahid  cəbhədə 
birləşdilər.  S.Şaumyan  ictimaiyyəti  aldatmaq  məqsədilə  belə 
bir  şayiə  yaydı  ki,  guya,  Bakıda  və  Azərbaycanın  başqa 
ərazilərində  müsəlmanlar  silahlanır,  erməniləri  qırmağa 
hazırlaşırlar.  Korqanovun  rəhbərlik  etdiyi  «inqilabi  dəstə» 
azərbaycanlılara  qarşı  soyqırımı  törətməyə  hazırlaşırdı.  Tarixi 
sənədlərdə  göstərilir  ki,  bu  quldur  dəstənin  tərkibində  bir 
nəfər  də  olsun,  azərbaycanlı  yox  idi.  Korqanovun  quldur 
dəstəsində  isə  minlərlə  erməni  hərbçisi  vardı.  S.Şaumyanın 
tabeçiliyində  olan  Bakı  Sovetinin  əsgərləri,  sözün  əsl 
mənasında,  Erməni  Milli  Şurasına  tabe  idi  və  onun  göstərişi 
əsasında  fəaliyyət  göstərirdi.  1918-ci  il  martın  31-də 
azərbaycanlılara  qarşı  soyqırımı  öz  üzərinə  götürən  bədnam 
«İnqilabi Müdafiə Komitəsi» yaradıldı. 
Daşnaklar yaranmış əlverişli şəraitindən istifadə edərək 
1918-ci  il  martın  30-dan  aprel  ayının  1-nə  kimi  Bakıda  15 
minə  qədər  azərbaycanlının  həyatına  son  qoydular.  Onların 
məqsədi  daha  çox  müsəlman  qırmaq,  qorxutmaq  və 
Azərbaycandan didərgin salaraq bu torpaqlara sahib olmaqdan 
ibarət  idi.  Bu  işlərin  önündə  xalqımızın  tarixi  düşməni  olan 
daşnak S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti gedirdi. 1918-
ci  il  aprelin  25-də  yaradılan  bu  qurum  xalqımıza  qarşı 
açıqdan-açığa düşmən kəsildi. 

 
 
121 
«İnqilabı  Müdafiə  Komitəsi»nin  tərkibi  başqa 
millətlərin  nümayəndələrindən  təşkil  edilmişdi.  Mart 
hadisələri  zamanı  Bakıda  bolşevik  silahlı  qüvvələrinin  rəisi 
N.Aponçenko,  komissarı  isə  S.Martikyan  idi.  Aprelin  1-də 
səhər tezdən ermənilər 6 mindən artıq silahlı dəstə ilə hücuma 
keçdilər.  Bu  quldur  silahlı  dəstələr  azərbaycanlıları  kütləvi 
surətdə  qırmaqla  yanaşı,  əvvəlcədən  planlaşdırdıqları  kimi 
amansız talanlara başladılar. 
Mart soyqırımı xalqımıza qarşı ermənilərin törətdikləri 
ilk cinayət deyildiOna görə də bu qanlı hadisəni tədqiq etmək 
zəruri idi. 1918-ci il martın 28-də yaradılan Azərbaycan Xalq 
Cümhuriyyəti  hökuməti  1918-ci  il  iyulun  15-də  ermənilərin 
bu  qanlı  cinayətini  tədqiq  etmək  məqsədilə  xüsusi  dövlət 
komissiyası  yaratmağı  qərara  aldı.  AXC-nin  Xarici  ĠĢlər 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin