insanın qiyməti onun faydalı əməyi ilə ölçülür. Bu,
unudulmamalıdır.
77
Yunis HÜSEYNOV,
tarix üzrə fəlsəfə doktoru
QARABAĞIN KEÇMĠġĠNƏ SƏYAHƏT
Qarabağın tarixi qədim dövrlərlə sıx bağlıdır. Kür və
Araz çaylan arası ərazilər tarixi inkişafın ən qədim
məskənlərindən biridir. Azərbaycanın əlverişli təbii şəraiti ən
qədim dövrlərdən insanın burda məskunlaşmasına hərtərəfli
şərait yaratmışdı. Dünya arxeoloji abidələri içərisində
özünəməxsus yer tutan Azıx mağarası nadir insan məskənidir.
Mağaranın mədəni təbəqəsi sübut edir ki, Qarabağ ərazisində
ibtidai insanlar 1,5-2 milyon il bundan əvvəl yaşamışlar.
Maddi-mədəni əşyalarsa təsdiqləyir ki, Azərbaycanda həyat on
minlərlə nəsil qədər qədimləşmişdir. Saysız-hesabsız daş
məmulatı və istehsal tullantıları burda əmək alətlərinin
hazırlandığını göstərir. Azıxantrop ovçuluq və yığıcılıqla
məşğul olmuşdur. Mağarada olan 10 mədəni təbəqə inkişafın
mərhələli dövrlərini ardıcıllıqla əvəz edir.
Azıx mağarasında ibtidai insanın alt çənə sümüyünün
bir hissəsinin tapılması onun 18-22 yaşlı oğlan olmasını sübut
edir. Qədim insan qalıqları içərisində Azıx adamı (azıxantrop)
xüsusi yer tutur. Azıxantrop ibtidai incəsənətə, tikinti
vərdişlərinə də malik olmuşdur. Paleolit dövrünün ən mühüm
tapıntıları Azıx mağarasında olduqca çoxdur.
Mustye
dövrü
mədəniyyəti
Azıx
və
Tağlar
mağaralarında nisbətən daha yaxşı saxlanılmışdır. Tağlar və
Şuşa mağaraları mustye dövrünə aid əşyalarla zəngindir.
Qarabağda Neolit, Tunc, Dəmir dövrlərinə aid də çoxlu
maddi əşyalar əldə edilmişdir. Burda xeyli miqdarda kurqan da
var. Xocalı qəbiristanlığı Tunc və Dəmir dövrlərinə aid
arxeoloji abidə kimi qədim dövrün nadir əşyalarını özündə
birləşdirir. Burda daş qutular və kurqanlardan əlavə, müxtəlif
tipli saxsı qablar, qılınc, xəncər, nizə, ox ucları, balta-təbərzin,
qızıl, tunc bilərziklik, balıqqulağı, əqiq, şüşə, pasta, tuncdan
78
hazırlanmış əmək alətləri, at əsləhətləri və sair aşkar
olunmuşdur. 11 nömrəli kurqandan tapılan muncuğun üzərində
Assuriya çarı Adadniraninin adı həkk olunmuşdur. Bunu
akademik İ.İ.Meşşaninov oxumuşdur. Bu yazı Qarabağın
deyil, bütün Azərbaycanın siyasi tarixinin öyrənilməsində
olduqca böyük dəyərə malikdir.
Ağdam yaxınlığındakı Üzərliktəpə orta tunc dövrünə
aid maddi abidələrdən biridir. Burda abadlıq işləri aparılarkən
təpə-abidə dağıdılmışdır. Həmin dağılan ərazidə üç-dörd min il
bundan əvvələ aid xeyli maddi-mədəniyyət qalıqları aşkar
olunmuşdur. Aparılan arxeoloji qazıntılar zamanı çoxlu əmək
alətləri, məişət əşyaları, təsərrüfat quyuları tapılmışdır. Bu
yaşayış məntəqəsində əhalinin əkinçilik, maldarlıqla məşğul
olmaları da müəyyən olunmuşdur. Üzərliktəpədə yaşayış
arasıkəsilmədən təxminən iki min il davam etmişdir.
Tariximizin qədim dövrünün müəyyən hissəsini özündə
əks etdirən yaşayış məskənlərindən biri də Xındırıstan kəndi
yaxınlığındakı Rəsultəpədir. Arxeoloji qazıntılar zamanı
müxtəlif dövrlərə aid təsərrüfat küpləri, bardaq, bəmi, xeyrə,
cam və digər əşyalar tapılmışdır.
Respublikamızda genotaflardan ibarət qəbiristanlıq
Xocavənd bölgəsinin Ağoğlan məbədinin ərazisindədir.
Ağoğlan məbədinin ətrafında hələ eramızdan əvvəl kahinlər
yaşamışlar. Burda böyük təsərrüfat sahələri kahinlərə məxsus
olmuş və qul əməyindən də istifadə olunmuşdur.
Bütün bunlar bir daha sübut edir ki, həmin dövrlərdə
Qarabağda erməni olmamışdır. Burda tarixi səhifələmədən
antik və orta əsr mənbələrindən Ermənistan haqqında qısaca
söhbət açmaq istərdim.
“Ermənistan” coğrafi adı antik və orta əsr mənbələrində
Fərat və Dəclə çaylarının yuxan axarlarını əhatə edən ərazilərə
aid edilirdi. Müxtəlif miqrasiyalar, xüsusilə, XIX əsrin sonu
XX əsrin əvvəllərində Rusiya imperiyasının köçürmə siyasəti
nəticəsində ermənilər Cənubi Qafqazda yayılmağa başlamışlar.
1918-ci ilin may ayında ermənipərəst qüvvələrin fəal köməyi
79
ilə Azərbaycanın qərb ərazisində Ermənistan dövləti yaradıldı.
Bu isə tarixi ədalətsizlik və cinayət idi.
Məlum olduğu kimi, Qarabağ antik dövrdə və erkən orta
əsrlərdə qədim Azərbaycan dövləti Albaniyanın ayrılmaz
tərkib hissəsi olmuşdur. Qədim tarixi mənbələrdə göstərilir ki,
Qarabağ
Albaniyanın
Uti
və
Arsax
vilayətlərinin
ərazilərini təşkil edirdi. Sonralar, yəni, ərəb işğalı zamanı,
düzənliklərdə yerləşən Uti, Aran, Arsax birlikdə Aqvan
adlandırılmışdı. Albaniya dövlətinin Kür çayının cənubunda
yerləşən ərazisi dörd iri vilayətə Arsax, Uti, Paytakaran və
Sünik vilayətlərinə bölünürdü. Qeyd olunan bu vilayətlər
haqqında bir qədər ətraflı məlumat verilməsi məqsədəuyğun
olar.
Arsax türkmənĢəli sözüdür. “Dünyanın qərb hissəsi”
deməkdir. Bu məfhum erməni mənşəli deyil və ola da bilməz.
Bu, uydurmadır və heç bir elmi əsası yoxdur. Həmin dövrdə və
XIX əsrin əvvəllərinə kimi burda bir nəfər də olsun, erməni
yaşamamışdır. Qarabağın dağlıq və Mil düzünün bir hissəsini
əhatə edir, 12 kiçik inzibati vahidə bölünürdü. Yerli əhalisi –
qarqarlar, utilər, xəzərlər, barsilər, hardmanlar, savdeylər
idi. Arsax I-IV əsrlərdə alban arşakilərinə, VI-VIII əsrlərdə
isə mehranilərə tabe olmuş, Albaniyanın ictimai və siyasi
həyatında mühüm rol oynamış, 705-ci ildən ərəb xilafətinin
tərkibinə daxil edilmişdi.
Paytakaran Mil və Muğan düzlərinin cənubundan
başlayaraq Xəzər dənizinə qədər uzanan ərazini əhatə edirdi.
Sünik Albaniyanın cənub-qərb hissəsində, Arsaxdan
cənub-qərbdə yerləşirdi. Onun ərazisinə Zəngəzur və ondan
qərbdəki torpaqlar daxil idi.
Uti Paytakarandan qərbdə, Arsaxdan şimalda İberiya
sərhədinə qədər uzanan ərazini əhatə edirdi, inzibati cəhətdən
kiçik ərazilərə (qavarlara) bölünürdü. Uyi vilayətində qarqar
və savd tayfaları yaşayırdılar. I-VI əsrlərdə alban arşaki
sülaləsinin, VI-VIII əsrlərdə mehranilər alban sülaləsinin
hakimiyyəti altında olmuşdur.
80
Aparılan elmi araşdırmalar sübut edir ki, Qərbi
Azərbaycan ərazisində yerləşən “Ermənistan” ermənilərin
vətəni deyil, bu etnos gəlmədir. Ermənilər Fərat çayının yuxarı
axarlarında kiçik tayfa halında yaşamış, sonralar səyyar həyat
keçirərək dünyanın bir çox ərazilərinə səpələnmişlər.
Özlərini Qarabağa aid edən ermənilər tarix qarşısında
oğru və ləkəli olduqlarını həmişə gizlətmişlər. İndi də belədir.
Qədim Albaniyanın sosial tərkibində ermənilərin olmaması bir
daha sübut edir ki, onlar Azərbaycanda da yaşamamışlar.
Tarixi arayıĢ. I əsr Ermənistanın siyasi taleyi haqqında
numizmatika materialı olduqca böyük maraq kəsb edir. Bu
material
çarlığın
devrilməsindən,
Ermənistanın
işğal
edilməsindən xəbər verir, Ermənistan üzərində Romanın
qələbələrini təsvir edir. Qeyd olunan dövrün pullarının
üzərində Ermənistan alleqorik, alçaldılmış və təhqir olunmuş
şəkildə Roma imperatorun ayaqları altında oturmuş erməni
qadını simasında, itaətə gətirilən vəhşi öküz şəkildə, aman
diləyən erməni döyüşçüsü obrazında təsvir edilmişdir. 387-ci
ildə Ermənistan İran və Roma arasında bölüşdürüldükdən
sonra siyasi bir qurum kimi tarix səhnəsindən silinmişdir.
Qarabağ adının meydana çıxması XII əsrə aiddir.
Alimlər Qarabağ toponimini peçeneq-kəngərlərin bir qolu olan
Qarabay (Qarabağ) tayfasının adı ilə bağlayırlar. Hələ lap
qədimdən Qarabağda çoxsaylı türk tayfaları – barsilər,
sabirlər, hunlar yaşayırdılar.
İki türk mənşəli sözün birləşməsindən əmələ gələn
Qarabağ toponiminə biz ilk dəfə 1284-cü ildə Fəzlullah
Rəşidəddinin (1247-1318-ci illər arasında yaşamışdır) “Cami-
ət Təvarix” əsərindən məlumat əldə edirik. O, qeyd edir ki,
“Qazan xan bu qıĢ Qarabağda qıĢlamaq haqqında qərara
gəldi”. Tarixçi eyni zamanda vergi verən əyalətlər
içərisində Qarabağın da adını çəkir.
Qarabağ toponimi türk mənşəlidir. Rəng bildirən söz və
istilahlardan düzəlmiş toponimlər siyahısına aid edilən
Qarabağ ifadəsi bir çox mənbələrdə “geniş bağ” (qara bağ)
81
mənası kimi açıqlanır. Belə güman olunur ki, adın birinci
hissəsi, yəni, “qara” sözü qədim türkdilli xalqlarda rəng
mənasında deyil, “çox”, “böyük”, “geniş” mənasında işlənmiş,
ikinci hissə “bağ” sözü isə fars sözü olub, təsərrüfatda
bağçılığın geniş inkişafı ilə əlaqədar yaranmışdı. Deməli,
Qarabağ qədimdir, türkdilli xalqların vətənidir.
Qarabağ Azərbaycanda olan doqquz iqlim qurşağının
altısını özündə birləşdirir. Diyar mülayim iqlimə, zəngin və
nadir bitki və heyvanlar aləminə, həyat üçün misilsiz su
mənbələrinə malikdir. Əlverişli təbii-coğrafi mövqedə
yerləşən, qərblə şərq, şimalla cənub arasında körpü rolu
oynayan Azərbaycanın bu ərazisi tarixi-etnoqrafik əyalət kimi
əvvəlcə Albaniya dövlətinin, VII əsrdən bütün Azərbaycanla
birlikdə ərəb xilafətinin tərkibinə daxil olmuşdur. IX-X
əsrlərdə Sacilər dövlətinin, X əsrdə Cəlairlər, XI-XII əsrlərdə
Şəddadilər, XII-XIII əsrlərdə Atabəy-Eldəgizlər, XIII əsrin
ikinci yarısından XIV əsrə qədər Hülakülər (Elxanilər), XV
əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində
olmuşdur. 1501-ci ildə isə Şah İsmayıl Xətainin yaratdığı
Azərbaycan Səfəvilər dövlətinin 13 vilayətinin biri kimi şah
tərəfindən təyin edilən bəylərbəyi tərəfindən idarə edilmişdir.
1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi dövründə
Qarabağ müvəqqəti olaraq osmanlılar tərəfindən işğal edilmiş,
XVII əsrdə I Şah Abbas Azərbaycan torpaqlarını geri
qaytarmaq uğrunda osmanlılarla apardığı müharibələr zamanı
azad
olunaraq
yenidən
Ziyadoğluların
idarəçiliyinə
verilmişdir. 1727-ci ildə Qarabağ bəylərbəyiliyinin ərazisi
Beyləqandan başlayaraq Tiflisə qədər geniş bir ərazini əhatə
edirdi.
XVII əsrin əvvəllərinə kimi xristianlar Qarabağın
inzibati hakimiyyətində heç bir zaman təmsil olunmamışlar.
Burda mövcud olan xristian alban məliklərindən dördü
kənardan gələn, biri isə yerli olmuşdur. Şah Abbas həmin
alban xristian məliklərə müəyyən hüquqlar vermişdir.
“Xəmsə” adlanan məliklərin təsiri bir kənddən kənara
82
çıxmırdı. Eyni zamanda yeri gəlmişkən deyək ki, alban
xristian məliklərin əhalisi ümumi Qarabağ əhalisinin cüzi bir
hissəsini – 8,4 faizini təşkil edirdi. Qarabağ məlikləri diyarın
siyasi, ictimai həyatında yadda qalan mövqe tutmamışlar.
.... Nadir şahın qətlindən sonra iyirmiyə qədər kiçik
feodal dövləti – xanlıqlar yarandı. Onlardan biri də Qarabağ
xanlığı idi. Xanlığın tarixi bu yazının müəllifi tərəfindən
respublikamızda və xarici ölkələrdə nəşr olunan elmi
jurnallarda, “Şuşa” qəzetində işıqlandırıldığı və onun elmi
əsərində geniş şərh olunduğu üçün həmin problemlərin geniş
izahına ehtiyac yoxdur. Lakin bəzi problemlərin nəzərə
çatdırılması yerinə düşərdi.
Əvvəla, Qarabağdan, Qarabağ xalçasından, Qarabağın
milli geyimlərindən, əl-tikmə işlərindən danışarkən deməliyik
ki, bu mənəvi mədəniyyətin hamısı Azərbaycan xalqına
məxsusdur. Burda heç bir gəlmə elementi yoxdur və ola da
bilməz. Bunların hamısı Yaxın və Orta Şərq ölkələrində
yüksək səviyyədə dəyərləndirilmişdir. Qarabağ atı, Qarabağ
qoyunu, Qarabağ inəyi hər yerdə tanınırdı.
HAġĠYƏ. Əgər ermənilər Qarabağın sakinləri
olsaydılar, onda Qarabağ donuzu, Qarabağ eşşəyi də olardı.
Bunlar bir daha sübut edir ki, ermənilər Qarabağa çox-çox
sonralar gəlmişlər.
Cənubi Qafqazda ilk dünyəvi qəza məktəbi 1830-cu ildə
Şuşada açılmışdı. “Məclisi-üns” və „„Məclisi-fəramuşan” öz
məzmun və üslubları ilə seçilirdi. Qarabağ musiqi məktəbi
Şərq aləmində məşhur idi. Görkəmli rus musiqişünası
V.Vinoqradov yazırdı: “Şuşa musiqiçiləri Azərbaycan
musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində
deyil, həm də Şərqin başqa Ölkələrində təmsil etmişlər”.
Qarabağın tacı olan Şuşa “Zaqafqaziyanın konservatoriyası”
adını şərəflə daşımışdır. Yaxın və Orta Şərq ölkələrinin nadir
memarlıq abidələri Qarabagda inşa edilmişdir. Şuşada yüzlərlə
elm, mədəniyyət və incəsənət xadimi doğulub boya-başa
çatmışdır. M.P.Vaqifin ədəbi yaradıcılığı Şuşa mühiti ilə sıx
83
bağlı olmuşdur. Belə dühaları və dəyərli şəxsiyyətləri isə
yalnız və yalnız Şuşa mühiti yetişdirə bilərdi.
Qarabağ xanlığı rus işğalına kimi müstəqil olaraq 75 il
mövcud olmuşdur. 1822-ci ildə ləğv edilərək Rusiya
imperiyasının əyalətinə çevrilmişdir.
1920-ci il Aprel çevrilişindən sonra Qarabağ problemi
meydana çıxdı. Qarabağ birdir, onun dağı da var, aram da. Bu
isə təbiidir. Bu qondarma ərazi bölgüsündən it sümükdən
yapışan kimi ermənilər də möhkəm yapışmaq qərarına
gəldilər. Sovet hökuməti və bu işdə onların arxasında
dayanırdı. Nəhayət, Dağlıq Qarabağ problemi dövlət
səviyyəsində həll olunma müstəvisinə keçirildi.
Dağlıq Qarabağ məsələsi dəfələrlə RK(b)P-nin Qafqaz
bürosunda, partiyanın Zaqafqaziya diyar Komitəsində, eyni
zamanda
AK(b)P-nin MK-da müzakirə olundu. Kremldə
özlərinə yuva salan daşnakların fəal köməyi ilə ermənilər
getdikcə azğınlaşır və qədim tarixi ərazimizin bir hissəsinin
Ermənistana verilməsini tələb edirdilər. Onların tələbinin
arxasında yalnız bir məsələ dururdu. Burda ermənilərin
yaşamaları məsələsi.
Mərkəz yaxşı bilirdi ki, Ermənistan SSR
Azərbaycanın qərb torpaqlarında – İrəvan xanlığı ərazisində
yaranmışdır. N.Nərimanovun tutduğu qətiyyətli mövqe
ermənilərin bu arzusuna son qoydu. Geniş izahata ehtiyac
olmadığından onu qeyd edək ki, mərkəzin tələbi ilə Qarabağın
dağlıq ərazisinin muxtariyyəti ideyası ortaya atıldı. Məsələnin
qızğın dövründə Qarabağ xanlığının ərazisi olan Zəngəzur
ermənilərə
hədiyyə
verildi...
Uzun
sürən
qızğın
mübahisələrdən sonra 1923-cü il iyulun 7-də Azərbaycan SSR
Mərkəzi İcraiyyə Komitəsi “Dağlıq Qarabağ Muxtar
Vilayətinin yaradılması haqqında” dekreti imzaladı. Dekret
Kremlin kobud təzyiqi altında verilmişdi. Tarixin bu ədalətsiz
qanunu torpaqlarımızın sinəsinə sancılan qılınc idi.
Azərbaycan SSR-in tərkibində yaradılmış bu qondarma qurum
mövcud olduğu (1991-ci il noyabrın 26-na kimi) illərdə qan
çanağı rolunu oynamışdı. Hazırda baş verən siyasi hadisələr
84
deyilənləri sübut edir.
SSRİ dağılandan sonra ermənilər başa düşdülər ki,
müstəqilliyə nail olan müttəfiq respublikalar tarixi torpaqların
geri qaytaracaqlar. O cümlədən də, Azərbaycan Respublikası
da özünün qədim ərazisini bərpa edəcək, ermənilərə verilən
torpaqlarımız geri qaytarılacaq. Qorxuya düşən erməni
quldurları himayədarlarının köməyi ilə silaha əl atdılar,
Qarabağda günahsız qan axıtdılar.
Haqq, ədalət bizim tərəfimizdədir. Qarabağ bizim
qədim torpağımızdır. Heç vaxt, heç zaman Azərbaycan xalqı
və onun müstəqil dövləti bu ərazinin bir qarışını da yağı
düşmənə verməyəcək.
Şuşa qəzeti,
oktyabr, 2011, №19
85
Yunis HÜSEYNOV,
Tarix üzrə fəlsəfə doktoru
ƏMĠR TEYMURUN AZƏRBAYCANA HƏRBĠ
YÜRÜġLƏRĠ
XIV
əsrin əvvəlləri tariximiz tarixşünaslığımızda
mürəkkəb dövr kimi səciyyələndirilir. Dövrün hadisələri
zənginliyi ilə bir-birindən fərqlənirdi və bu hadisələr bütün Şərqi
lərzəyə salan Əmir Teymurun siyasi həyata başlaması ilə sıx
bağlı idi. Azərbaycan Makedoniyalı İsgəndər, Yuli Sezar,
Napoleon Bonapart kimi sərkərdələrlə eyniləşdirilən, dünyanın
görkəmli sərkərdəsi və dövlət xadimi, “İkinci Çingiz”
adlandırılan və Avropa ölkələrində Tamerlan adı ilə də tanınan
Əmir Teymurun əsas fəaliyyət meydanına çevrilmişdi.
Əmir Teymur 1336-cı ildə Amu-Dərya ilə Sır-Dərya
çayları arasındakı Mavəraünnəhrdə, Xacə Ġlqar adlı kənddə
anadan olmuĢdur. Atası Turcay Barlas bəylərindən idi. O,
yaşıdları arasında çevikliyi, mərdliyi, cəsurluğu ilə fərqlənirdi.
At çapmaqda, ox atmaqda ad çıxarmışdı. Gənc yaşlarından hərbi
yürüşlərdə iştirak edər, döyüş meydanında istədiyinə nail olmaq
üçün bütün maneələri dəf edərdi. Öz gələcəyinə də daxilən
inanırdı. Əmir Teymur taleyinin zirvəsinə çatdığı dövrdə fərəh
hissi ilə deyirdi: “Mən on iki yaĢımda olarkən özümdə
fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaĢımda at
çapmaq və ovçuluqda olan məharətim barədə hərtərəfli
düĢünməyə və nəticələr çıxarmağa baĢladım. Əksər vaxtımı
Qurani-Kərimi oxumağa, Ģahmat oynamağa və at çapmağa
həsr etdim”.
Monqol xanı Tucluq Teymur Mavəraünnəhri ələ
keçirdikdən sonra 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin
etmişdi. O, nüfuzlu bir türk əmirinin qızı ilə evlənmiş,
Mavəraünnəhrin hakimi İlyas Xocaya qulluq etmişdir. Lakin
ona qulluq etməyi özünə sığışdırmayan Əmir Teymur qaynı
Hüseynlə birlikdə İlyas Xocaya qarşı mübarizəyə başladı. Ancaq
86
Hüseyn Teymura xəyanət etdi. O, başa düşdü ki, Hüseynə etibar
etmək olmaz, çünki qaynı özü üçün əsas rəqib olan Teymuru
aradan götürmək istəyirdi.
İlyas Xoca monqol xanlarının hakimiyyətinə qarşı çıxan
sərbadilərin (“sərbadi” fars sözüdür, mənası “dara çəkilənlər”
deməkdir) müqaviməti ilə qarşılaşdı. 1366-cı ilin yazında
Teymur və Hüseyn Səmərqənd ətrafında sərbadilərin
başçısı
Mövlanzadəni tutdular. Lakin Teymur Mövlanzadəni azad
etdirdi. Teymur və Hüseyn Səmərqəndi tutub, şəhərə daxil
oldular. Hakimiyyət uğrunda aparılan mübarizə torpaq
sahiblərinin, tacirlərin, din xadimlərinin narazılığına səbəb
olurdu. Bunu Teymur da yaxşı dərk edirdi. Ona görə də vəd
edirdi ki, hakimiyyətə gəlsə, vahid dövlət yaradacaq və ölkədə
hərc-mərcliyə son qoyacaq. Eyni zamanda hökmdar taxtında
əyləşməyə də tələsmirdi. Çünki Çingiz xanın soyundan deyildi.
Ona görə də Teymur hökmdar taxtına həmin soydan olan
Soyurqatmış xanı əyləşdirdi.
Teymurun övladı öləndən sonra onun Hüseynə qarşı
münasibəti düşmənçiliyə çevrildi. Hüseyn Bəlx qalasına köçdü,
xəzinəni də bura gətirib, qalanın müdafiəsini gücləndirdi. Belə
şəraitdə Teymur Hüseynin güclənməsinə dözə bilməzdi. Teymur
Bəlx qalasına hücum etmək və rəqibini aradan götürmək
qərarına gəldi.
Tarixçilərin yazdığına görə Bəlxə hücum ərəfəsində
Teymurun mötəbər adamı - məkkəli üləma Seyid Bərkə bu
döyüşün Teymur üçün uğurlu olacağını demiş və ona öz əli ilə
hakimiyyət rəmzi olan təbil və bayraq vermişdi. 1370-ci il aprel
ayının 9-da Bəlxə toplaşan minbaşıların və tümən başçılarının
qurultayında Teymur türk ənənələrinə uyğun ağ keçə üzərində
yuxarıya qaldırıldı və üləma Seyid Bərkənin oxuduğu Quran
ayəsindən sonra Mavərünnəhr ölkəsinin əmiri elan olundu.
Beləliklə də, dərin zəkaya və möhkəm iradəyə malik olan Əmir
Teymur istək və arzularına çatdı və Səmərqəndi ölkəsinin
paytaxtı elan etdi. Dərhal da tənəzzülə uğramış ölkəni inkişaf
etdirməyə və qayda-qanun yaratmağa başladı.
87
Yuxarıda dediyimiz kimi, Əmir Teymur Çingiz xan
nəslindən olmadığı üçün “xan” titulu qəbul etmədi. Əmir
Teymur kimi də qaldı. O, ömrünün 57 ilini at belində hərbi
səfərlərdə keçirdi və 27 ölkənin xaqanı oldu.
Əmir Teymur Azərbaycana üç dəfə - 1386-1387-ci, 1392-
1395-ci və 1399-1405-ci illərdə hərbi yürüş etmişdir. Yalnız
belə bir tarixi faktı göstərmək kifayət edər ki, onun birinci
yürüşü ilə ikinci yürüşü arasındakı dövrlərdə Azərbaycanın
paytaxtı Təbriz şəhəri feodal ara müharibələrinin qanlı
meydanına çevrilmişdi. Bu mübarizəni Əmir Teymurun
Təbrizdəki əmirləri ilə yanaşı, Cəlairi Sultan Əhməd və onun
Əlincə qalasındakı əmirləri, Təbrizin daxili əmirləri, Marağa
hakimi Yadigar şah, Mahmud Xalxali, Qara Yusif Qaraqoyunlu
və başqaları aparırdılar. 1485-1492-ci illərdə Təbrizə 22 dəfə
dağıdıcı hücum edilmişdi.
XIV əsrin 80-90-cı illəri tarixdə Azərbaycan üçün daha
ağır dövr kimi qalmışdır. Bu dövr Əmir Teymurla Qızıl Orda
xanı Toxtamışın Azərbaycana yürüşləri ilə xarakterizə olunur.
1386-cı ildə Əmir Teymur İran ərazisinə daxil oldu. Onun
qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhəri
tutdu. Bu hadisədən sonra Əmir Teymur Uçandan Həştrud yolu
ilə Təbrizə gələrək Şənbi-Qazanda düşərgə saldı. Sultan Əhməd
bundan sonra Naxçıvana gedərək oradan da Bağdada qayıtdı.
Təbrizi ələ keçirən Əmir Teymur şəhərdə olan görkəmli
sənətkarları və elm adamlarını Səmərqəndə göndərilməsi
haqqında göstəriş verdi. Təbrizdən qaçan cəlairli Sultan
Əhmədlə İlyas Xoca arasında qanlı döyüş baş verdi. İlyas
Xocanın bu döyüşdə yaralanması Sultan Əhmədi ölümdən
qurtardı. Şərəf əd-Din Əli Yəzdi yuxarıda qeyd olunan döyüş
haqqında yazmışdır: “Əmir ġeyx Əli Bahadırın oğlu Ġlyas
Dostları ilə paylaş: |